Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə34/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

hıımanistb^iUrilnwsi, 

humcmitarkı^cimhnast, 

demokrcıtikbşdirilnhxsi,  diferemialla^dınlması

  v


inteqrasiyası 

kimi prinsiplər milli və bəşəri dəyərlərə əsaslanan təhsil sistemimizi 

yaratmağa,  təhsil  alanların  pedaqoji  prosesin  bərabər  hüquqlu 

subyekti kimi formalaşmasına real şərait yaradır. 

Olduqca mürəkkəb və çoxparametrli sistem olan təhsilimiz 

dünya  təhsil  sisteminə  daha  artıq  dərəcədə  inteqrasiya  edir, 

keyfiyyət  göstəriciləri  dövlət  standartlarına  uyğunlaşdırılır, 

keyfiyyətin  daha  dəqiq,  obyektiv  ölçülməsi  üçün  yeni,  həm  də 

etibarlı  qiymətləndirmə  mexanizmləri  yaradılır,  hüquqi-normativ 

bazanın,  maliyyə  ehtiyatlarının  yaradılması  ön  plana  çəkilir, 

monitorinqlər aparılır, pedaqoji proses daha dəqiq qiymətləndirilir, 

idarəetmənin  dövlət-ictimai  və  ictimai-  dövlət  xarakteri 

müəyyənləşdirilir.  Yeni 

sertifikatlatfdırma 

(fransızca 



certificat,

 

latınca 



sertifiko -

 təsdiq edirəm deməkdir. Müəyyən bir faktı təsdiq 

edən  sənəd),  lisenziyalaşdırma  (latınca  licentia  -  azadlıq,  hüquq 

demıəkclir), 



attestasiya

 (latınca attestatio - şəhadətnamə deməkdir. 

Təhsil alanın, yaxud işçinin bilik səviyyəsinin, ixtisasının müəyyən 

edilməsi)  və 



akkreditasiya

  (accreditivis  -  vəkalətnamə  deməkdir) 

sistemləri  yaradılır,  təlim-tərbiyə  prosesinin  məzmun  və  formaca 

effektiv  olması  istiqamətində  axtarışlar  aparılır,  tədris 

müəssisələrinin  fəaliyyətinin  proqnozlaşdırılması  məqsədilə 

modellər hazırlanır. 

7S 



Sivilizasiyanın  müasir  inkişaf  səviyyəsində  Azərbaycan 

təhsil  sistemi  dünya  təhsil  sisteminə  intensiv  surətdə  inteqrasiya 

edir  və  bu,  hər  şeydən  əvvəl,  təhsilin  məzmununun  dünya 

standartlarına  uyğunlaşdırılmasmda,  təhsilin  məzmunun  elmin  və 

texnikanın  tərəqqisinə  müvafiq  qurulmasında,  pedaqoji  prosesdə 

müasir  informasiya-kommunikasiya  texnologiyalarından  istifadə 

olunmasında özünü göstərir. Tədris  prosesinə  yaradıcı münasibət, 

yeni  pedaqoji  təfəkkürün  formalaşmasına,  müasir  tələblərə  cavab 

verən mütərəqqi metodların yaradılmasına şərait yaradır. 

Təhsil  sistemi  açıq  bloklar  sisteminə  daxil  olduğundan 

Azərbaycan Respublikası öz təhsil sisteminin inkişaf prioritetlərini 

dünyada gedən proseslərə inteqrasiya olunmaqla müəyyənləşdirir, 

inteqrasiya  prosesi  -  respublikamızda  aparılan  təhsil  islahatlarının 

ana xəttini təşkil edir. 

2010-cu  ilədək  Azərbaycan  təhsil  sisteminin  Avropa  təhsil 

məkanına  inteqrasiyasının  inkişaf  perspektivləri  aşağıdakı  kimi 

müəyyənləşdirilmişdir: 

 



Avropanın norma və standartlarına uyğun olaraq ali təhsil 

sahəsində  qanunvericilik  sənədlərinin  hazırlanması  və  qəbul 

edilməsi; 

 



«Boloniya  prosesi»nin  şərtlərinə  uyğun  olaraq  ali  təhsil 

sektorunda islahatların aparılması; 

 

Avropa Şurasının təhsil və ali təhsil-tədqiqat komitələrinin 



təşəİ3büsü ilə həyata keçirilən proqramlarda iştirak etmək

 



Vahid 

Avropa 


təhsil 

məkanına 

inteqrasiyanı 

sürətləndirmək  məqsədilə  informasiya  və  təcrübə  mübadiləsini 

dəstəkləmək. 

Ümumavropa  ölkələrinin  təhsil  sistemlərinin  beynəlxalq 

müqayisəetmə 

və 


onlar 

arasındakı 

ekvivalentliyi 

müəyyənləşdirmək üçün iki əsas mərhələli sistemə ehtiyac vardır; 

 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə