Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə47/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

aks-əlaqə  məzmununun  müəyyənləşdirilməsi  -

  təlim 


məqsədlərinə  və  təlimin  qanunauyğunluqlarına  uyğun  olaraq 

nəzarət 


olunacaq 

xarakteristikalar 

məcmusunun 

müəyyənləşdirilməsi (bu, tədris proqramlarının tərtibi zamanı baza 

kimi götürülür); 

•- 


əks-əlaqənin tezliyinin müəyyənləşdirilməsi. 

Təlim  prosesinin  tənzimlənməsi

  idarə  olunan  sistemin 

fəaliyyətinin  elə  təşkili  deməkdir  ki,  bu  zaman  idarə  olunan 

sistemin nəzərdə tutulmuş səviyyəyə qalxması təmin olunur. 

Öyrənənin  bu  və  ya  digər  tədris  fənnini  və  yaxud  həmin 

fənnin hər hansı bölməsini, mövzusunu bilməməsi nəticəsində yol 

verdiyi  səhvlər  fərdi  formada  özünü  göstərir.  Öyrənən  mövzunu 

xatırlaya  bilmir,  izah  edə  bilmir,  bu  və  ya  digər  faktı  üzə 

çıxarmaqda, qanunauyğunluqları dərk etməkdə 

100 



çətinlik  çəkir.  Deməli,  öyrədən  öyrənənin  fəaliyyətinə  düzəlişlər 

etmək  üçün  təlim-idrak  proseslərinin  əsas  parametrlərini  diqqət 

mərkəzində saxlamalıdır. 

Təlimin  özünəməxsusluğu  ondadır  ki,  bu  prosesin  idarə 

olunması  konkret  şəxsiyyət  -  müəllim  tərəfindən  həyata  keçirilir. 

Aydındır ki, tədris proqramının tərtibi zamanı müəllimin şəxsiyyəti 

ilə bağlı mürəkkəb və çoxçalarlı faktorları nəzərə almaq mümkün 

deyil.  Ən  yaxşı  halda,  proqram  müəyyən  təhsil  alanlar  qrupunun 

tipik xüsusiyyətləri sisteminə uyğunlaşdırıla bilər. Konkret qrupda 

təlim prosesində elə əlavə xüsusiyyətlər aşkarlana bilər ki, onların 

nəzərə alınması qarşıya qoyulmuş məqsədə daha tez çatmağa imkan 

verər. 


Öyrənən  tərəfindən  biliklərin  mənimsənilməsinin  idarə 

edilməsi  prosesində  müəllim  onların  (öyrənənlərin)  real  bilik 

səviyyəsini  nəzərə  almaqla  faktları  müqayisə  etmək  və 

ümumiləşdirmək,  nəticələr  çıxarmaq,  alınmış  məlumatları  tənqidi 

surətdə  təhlil  etmək  bacarıqlarının  formalaşmasına  xüsusi  diqqət 

yetirməli, 

dərslik 

materiallarını 

necə 

mənimsədiklərinə, 



mənimsəməyə  nə  qədər  vaxt  sərf  etdiklərinə  nəzarət  etməli, 

korreksiya  işi  aparmalı  və  təlim-idrak  fəaliyyətinin  səmərəli' 

təşkilinə nail olmalıdır. 

Təlim prosesinin effektivliyinin təmin edilməsi öyrənənlərin 

idrak fəaliyyətinin formalaşması və onların ümumi təcrübədən fərdi 

təcrübəyə keçməsi prosesi kimi başa düşülməlidir. 

4.

 

2.



 

ALI


 

MƏKTƏB


 

MÜƏLLİMİNİN

 

FUNKSİYALARI



 

 



ONA

 VERILƏN 

TƏLƏBLƏR 

Ali  məktəb  müəlliminin  fəaliyyəti  bir  sıra  funksiyaların 

yerinə  yetirilməsi  ilə  bağlıdır.  Bu  funksiyalar  aşağıdakılardır,- 

tf')hsilverici, tərbiyaedici, təşkiledici, tədqiqatçdıq.

 

Bu  funksiyalar  biri-birilə  sıx  vəhdətdədir  və  biri-digərini 



tamamlayır. 

Ali  məktəb  müəllimi  üçün  daha  spesifik  olan  funksiya  - 



pedaqoji

 və 


elmi tədqiqatçdıq

 fəaliyyətidir. Tədqiqatçılıq fəa 

101 



liyyəti ali məktəb müəllimini daxilən zənginləşdirir, onun yaradıcı 

potensialını  inkişaf  etdirir,  elmi  səviyyəsini  yüksəldir.  Müəllimin 

elmi-tədqiqatçılıq fəaliyyəti onun pedaqoji fəaliyyətin məqsədlərini 

daha  aydın  dərk  etməsinə,  təlim  informasiyaların  daha  dərindən 

ümumiləşdirməsinə  və  daha  məntiqi  surətdə  sistemləşdirməsinə, 

aparıcı ideya və nəticələri daha aydın müəyyənləşdirməsinə kömək 

edir. 

Əlbəttə,  müəllimin  tələbələrlə  müxtəlif  situasiyalarda  həll 



edəcəyi məsələlərin hamısını qabaqcadan müəyyən elmək mümkün 

deyil. Hər yeni situasiyada problemin həllinin özünəməxsus yolları 

tapılmalıdır. Ali məktəb müəlliminin pedaqoji ustalığı, işə yaradıcı 

yanaşması  onun  konkret  pedaqoji  situasiyalardan  çıxış  edərək 

təhsil-tərbiyə vəzifələrini düzgün müəyyənləşdirməsində və onların 

optimal  həlli  yollarını  tapmasında  özünü  göstərir.  Deməli,  ali 

məktəb  müəlliminin  pedaqoji  fəaliyyətinin  son  dərəcə  mühüm 

xarakteristikası onun yaradıcı məzmun daşımasıdır. 

Ali məktəb müəllimi müəyyən pedaqoji qabiliyyətlərə malik 

olmalıdır. Pedaqoji ədəbiyyatda müəllimin əsas peşə qabiliyyətləri 

belə qruplaşdırılır: 

konstruktiv qabiliyyətlər; 

didaktik qabiliyyətlər; 

təşkilati qabiliyyətlər; 

avtoritar qabiliyyətlər; 

kommunikativ qabiliyyətlər; 

qnostik qabiliyyətlər; 

suqqestiv qabiliyyətlər; 

perseptiv qabiliyyətlər. 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə