Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə49/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

Snqqestiv  qabUiyyot  (latınca  suqqestio  -  təlqin,  eyham, 

Isufə  deməkdir).

 

Bu,  təhsil  alanlara  təlqinedici,  iradi-emosional 



təsir göstərməkdə ifadə olunur. 

Perseptiv

 

(latınca perceptio - qavrayış, təsəvvür deməkdir) 



qabiliyyətlər

 

təhsilalanlann  daxili  aləmini  görmək  bacarığında, 



onların  emosional  vəziyyətini  obyektiv  qiymətləndirməkdə, 

psixikasının  xüsusiyyətlərini  üzə  çıxarmaqda  təzahür  edir. 

Snqqestiv və perseptiv qabiliyyətlər kommunikativ qabiliyyətlərlə 

vəhdət təşkil edir və onlardan aynimazdır. 



Avtoritar  qabiliyyət

 

(latınca  auctoritas,  almanca  autorilat  - 



hakimiyyət, nüfuz deməkdir) - təhsil alanlara iradi-emosional təsir 

göstəıməklə  onların  nüfuzunu  qazanmaqda  özünü  göstərir 

(şübhəsiz,  nüfuzu  öz  fənnini  yaxşı  bilmək,  həssaslıq  və  pedaqoji 

takt əsasında da qazanmaq olar). 

Avtoritar  qabiliyyət  müəllimin  bir  sıra  kompleks 

keyfiyyətləri, xüsusən də qətiyyət, təkidlilik, dözüm, tələbkarlıq və 

digər  iradi  keyfiyyətləri,  yetirmələrinin  təhsil  və  tərbiyəsi  üçün 

məsuliyyət hissi, özünə inam kimi şəxsi psixi xüsusiyyətlərilə sıx 

vəhdətdədir. Bu qabiliyyət «pedantizm»dən uzaq olmalıdır. 

Qnostik  qabiliyyət

 

(yunanca  qnosis  -  bilik,  qnostis  -  idrak 



deməkdir)  dedikdə,  müəllimin  ixtisas  fəaliyyətinin  əsasını  təşkil 

edən  bilik  və  bacanqlar  sisteminə  dərindən  bələd  olması  başa 

düşülür.  Təlim-idrak  fəaliyyətinin  effektivliyini  təmin  edən 

amillərin  müəyyənləşdirilməsi,  fərziyyənin  irəli  sürülməsi  və 

yoxlanması,  ziddiyyətlərin  aşkarlanması  və  həll  edilməsi,  alınan 

nəticələrə tənqidi münasibət - qnostik qabiliyyətlərlə bağlıdır. 

Qnostik  qabiliyyət  pedaqoji  nəzəriyyəyə  dərindən  bələd 

olmaq və ondan yaradıcı şəkildə istifadə etmək, qabaqcıl təcrübəni 

öyrənib ümumiləşdirmək, elmi-tədqiqat fəaliyyəti ilə məşğul 

104 



 


 

106 



4.3. ALI MƏKTƏB MÜƏLLİMİNİN 

PEDAQOJİ USTALIĞI 

Müəllimin  məhsuldar  fəaliyyətini  təmin  edən  əsas 

amillərdən  biri  -  pedaqoji  ustalıqdır.  Ustalıq  -  pedaqoji  prosesin 

intensivliyini, effektivliyini daim yüksəltmək məharətidir. Ö/, işinin 

ustası  olan  müəllim  tədris  etdiyi  fənni,  pedaqogika  və 

psixologiyam,  təlim-tərbiyə  texnologiyalarını,  pedaqoji  inno- 

vasiyaları. aksiologiyamn (latınca 



a.xia -

 məziyyət, qiymət, ləyaqət 

deməkdir. Əxlaqi sərvətlər haqqında nəzəriyyə) əsaslarını dərindən 

bilən,  yaradıcı  fəaliyyət  göstərən,  elmin  müxtəlif  sahələrinə  və 

incəsənətə bələd olan, yüksək mədəniyyətə malik insandır. 

Ustalıq  və  peşəkarlıq  müəllimin  pedaqoji  əməyin 

metodlarını  yaxşı  bilməsində  təzahür  edir.  Belə  müəllim  təhsil- 

tərbiyənin  qanunauyğunluqlarını,  prinsip  və  qaydalarını  dərindən 

bilir,  diaqnostlaşdırma,  proqnozlaşdırma  və  layihə-  ləşdirmə 

məharətinə  malik  olur.  Pedaqoji  ustalıq  və  peşəkarlıq  müəllimin 

müvafiq bilik, bacarıq və vərdişlər sistemi ilə şəxsi keyfiyyətlərinin 

ahəngdarlığını özündə birləşdirir. 

Ustad  müəllim  tədris  materialının  öyrənən  tərəfindən 

müstəqil, şüurlu və yaradıcı tərzdə mənimsənilməsinə nail olmaqla 

yanaşı,  həm  də  onlara  gələcək  mütəxəssis  üçün  zəruri  olan 

keyfiyyətlər aşılayır, onların vətəndaş kimi formalaşmasını və fəal 

həyat mövqeyi qazanmasını təmin edir. 

Müasir dövrün tələbələri 30, 20, hətta 10 il bundan əvvəlki 

tələbələr deyil. Onlar daha cəsarətli, daha müstəqil, daha şüurlu, har 

cür  elmi-texniki  yeniliklərdən  xəbərdar  olan,  müasir  texnikadan 

«baş çıxaran» gənclərdir. Köhnə metotl- laria işləmək, onlara vaxtı 

keçmiş  yollarla  təsir  etmək  mümkün  deyil.  Buna  görə  də  ustad 

müəllim  müasir  sivilizasiyaya  və  gəncliyə  uyğun  yeni  yanaşma 

tərzləri  və  texnologiyalar  hazırlamağı  bacarmalı,  bilik  və  praktiki 

fəaliyyət baxımından daima tələbələri qabaqlamalıdır. 

Ustad  müəllim  bir  sıra  keyfiyyətləri  ilə  fərqlənir.  Bu 

keyfiyyətlər aşağıdakılardır: 

• öz üzərində müntəzəm işləməklə elmi və professional 

107 



hazırlığını təkmilləşdirir; 

 



zəngin  erudisiyaya,  məntiqi  təfəkkürə  malik  olmaqla, 

elmin bütün sahələrinə nüfuz etməyi bacarır; 

 

öz  fənnini  elmin  və  texnikanın  müasir  inkişaf 



səviyyəsində bilir; 

 



təhsil-tərbiyə  prosesini  rasional  surətdə  qurmağa  İmkan 

verən metodik hazırlığa malikdir

 

özünün  şəxsi  keyfiyyətlərinə  əsaslanaraq,  tələbələrin 



ləlim-idrak fəaliyyətini səmərəli surətdə təşkil etməyi bacarır; 

 



akademik  qrupa,  onun  hər  bir  üzvünün  maraq  və 

meyillərinə,  qabiliyyətlərinə  yaxşı  bələddir  və  öz  fəaliyyətini 

layiliələşdirərkən bunları nəfərə alır;

 



 

möhkəm  əqidəyə  malikdir,  prinsipial  və  ədalətlidir,  öz 

fəaliyyətində  cəmiyyətin  tələblərini,  dövlətin  mənafeyini  əsas 

götürür; 

 

vəzifə  və  məsuliyyət  hissinə  malikdir,  həyatda  fəal 



mövqe tutur, ölkənin daxili və xarici siyasəti ilə maraqlanır, kütləvi 

informasiya vasitələrini diqqətlə izləyir; 

 

təhsil-tərbiyə  prosesini  humanistləşdirmə,  hıımani- 



tarlaşdırma,  diferensiallaşdırma  prinsipləri  əsasında  qurmağı 

bacarır; 

 

geniş dünyagörüşünə, yüksək mədəniyyətə malikdir; 



 

tələbələrin  şəxsi  həyatı  ilə  maraqlanır,  onlara  inanır, 



etibar və hörmət edir

 



texniki, əmək, bədii, idman və digər ümumi bacarıqlara 

malikdir; 

 

aktyorluq və rejissorluq əlamətlərinə malikdir



 

yetirmələri  üçün  ən  yaxşı  nümunə,  ən  mükəmməl 



etalondur; 

 



nöqsanını etiraf etməyi, mənfi cəhətlərinə qarşı mübarizə 

aparmağı bacarır; 

 

nəfsinə qalib gəlməyi.bacarır. 



Pedaqoji  ustalığın  ən  mühüm  göstəricilərindən  biri  də 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə