Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə45/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

Ədəbiyyat 

f ^ yj ^ Lü

 

■.Li 



>.1.5 

f.,Q 


Mərdanov M., Ağanıalıycv R., Mehra- 

bov  .A.,  Qardaşov  'I'.  Təhsil 

sistemində 

monitorinq və qiymətləndirmə. Bakı; 

Çaşıoğlu. 2003. 

Rü,stəmov F. Pedaqogika tari.xi. Bakı: 

Nurlan. 2006. 

Kazımov N. Ali məktəb pedaqogikası. BakırNicai. 1999. 

Əhmədov B., Rzavev A. Pedaqogikadan mühazirə konspekıləri. 

BakııMaarit'. 1983. ‘ 

Paşayev Ə., Rüstəmov F. Pedaqogika. Bakı: Çaşıoğlu, 2002. 

Qasımova 

Mahmudova R.M. Pedaqogika. Mühazirə kursu. 

Bakı. Çaşıoğlu. 2003. 

Agamalıycv R,, Pirməmmədov İ. Avropada ali təhsil sisteminin inkişaf 

tendensiyaları. Boloniya prosesi və Azərbaycan konteksti «Azər- 

baycan müəllimi» qəzeti. 24 sentyabr 2004-cü il. 

Paşayev Ə. Dünya təhsil məkanı: inteqrasiya və unillkasiya yolla- 

rında problemlər. «Azərbaycan müəllimi» qəzeti. 2005-ci il. 

96 



IV

 FƏSIL


 

PEDAQOJI FƏALIYYƏTIN STRUKTURU

 

4.1.


 

PEDAQOJI FƏALIYYƏT

 

TƏŞKİLATI-İDARƏETMƏ PROSES KİMİ 



Pedaqoji  fəaliyyət  -  bir  sıra  idraki  əməliyyatların 

vəhdətindən  ibarət  mürəkkəb  prosesdir.  Bu  mürəkkəb  fəaliyyətin 



birinci

  komponenti  müəllimin  öyrətmə  fəaliyyətidir.  Sonrakı 

komponentlər  refleksiv  olaraq  birincinin  üzərində  qurulur,  başqa 

sözlə, öyrətmə fəaliyyətinə xidmət edir. 



ikinci

  komponent  ləlim  prosesində  qazanılmış  təcrübənin 

ümumiləşdirilməsidir. 

Üçüncüsü,

  tədris  fənlərinin  özünəməxsus  xüsusiyyətlərini 

nəzərə  almaqla,  təlim  metodlarının  və  priyomlarının  müəy- 

yanləşdirilməsindən ibarət metodoloji və metodik fəaliyyətdir. 



Dördüncüsü,

  proqramlaşdırma  fəaliyyətidir,  başqa  sözlə, 

tədris fənlərinin biri-birilə əlaqələndirilməsi və fənn proqramlarının 

tərtibidir. Tədris  proqramlarının düzgün tərtibi  təhsil vəzifələrinin 

aydın dərk edilməsindən asılıdır. 

Müasir texnoloji cəmiyyət çox intensiv inkişaf edir və bunu 

təhsil sistemindən də tələb edir. Yəni ölkə iqtisadiyyatının sifarişinə 

uyğun  mütəxəssisin  operativ  surətdə  layihə-  ləşdirilməsini  və 

müvafiq  məqsədlərin  tədris  proqramlarının  məzmununa  daxil 

edilməsini  tələb  edir.  Bu  cür  layihələşdirmə  nəticəsində  geniş 

mənada - insan, dar mənada - mütəxəssis modeli yaranır, dövlətin 

mənafeyinə  uyğun  olaraq  şəxsiyyətin  intellektual  bacarıqları, 

bilikləri,  qabiliyyətləri  və  onlar  arasındakı  əlaqələr  aydın  surətdə 

müəyyənləşdirilir və dəqiqləşdirilir. 

Təlim  - 

öyradan

  rə 


öyrənmin  fəal  cjar.yılıqlı  fəaliyyətidir, 

öyrənənin  şəxsi  səyi  nəticəsində  müəyyən  hi/ik,  bacarıq  və 

vərdişlərin qazamiması prosesidir. 

97 



Pedaqoq  öyrənmənin  təlim-idrak  fəallığım  təmin  etmək 

üçün lazımi şərait yaradır, oria (öyrənənə) zəruri informasiyaları və 

vasitələri təqdim edir, təlim fəaliyyətini istiqamətləndirir və nəzarət 

edir.  Təlimin  ən  ümumi  funksiyası  cəmiyyət  üzvlərinin  əmək 

qabiliyyətlərini  inkişaf  etdirməkdir.  Təlimin  ən  sadə  variantı 

professional  fəaliyyətin  daşıyıcısı  olan  müəllimin  və  öyrənənin 

ünsiyyətidir. Təlimin vasitəsiz və vahid bir proses olması da burada 

təzahür edir. 

Təhsil prosesinin inkişafı, əslində, onun mürəkkəb fəaliyyət 

növlərinin  daha  sadə  növlərə  parçalanmasından,  təlimin  isə  daha 

sadə  fəaliyyət  növlərinə  ayrılmasından  ibarətdir.  Lakin  bu  cür 

inkişaf  mürəkkəb  fəaliyyətin  dərin  təhlilini,  onun  struktur 

elementlərinin  müəyyənləşdirilməsini  tələb  edir.  Məqsəd, 

mürəkkəb  professional  fəaliyyət  növlərinin  sadə,  elementar 

fəaliyyət növlərinə parçalanması, sonra isə bu sadə əməliyyatların 

konstruksiyası  nəticəsində  mürəkkəb  peşəkar  fəaliyyət  növlərinin 

yaradılmasıdır. 

Deməli,  elementar  əməliyyatların  müəyyənləşdirilməsi  və 

onların transiyasiyası pedaqoji fəaliyyətin 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə