Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə53/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

tdhhdhvin  milli  və  hərbi-vətənpərvərlik 

ruhunda  tərbiyəsi

 

də  mühüm  məsələlərdəndir.  Bu  günkü  tələbə 



vətənin  müdafiəçisi  kimi  formalaşdırılmalı,  torpaqlarımıza  göz 

dikənlərə  qarşı  amansız  olmalıdır.  Əlinə  silah  alıb  mənfur 

ermənilərin işğal etdikləri torpaqları geri qaytarmağa, Azərbaycanın 

müstəqilliyi  və  suverenliyi  uğrunda  özünü  fəda  etməyə  hazır 

olmalıdır.  Bu  işə  isə  yalnız  vətəndaşlıq  mövqeyində  duran 

müəllim-tərbiyəçi qabildir. 

Ali  məktəbdə  tələbələrlə  işin  əsas  istiqamətlərindən  biri  də 

sosial  yönümlä  işlərdir.

 

Sosial  işlər  deyilərkən,  tələbələrə  ictimai 



əhəmiyyət  kəsb  edən  keyfiyyətlərin  aşılanması,  onlarda  sosial 

münasibətlər sisteminə, cəmiyyətə, dövlətə, hakimiyyət orqanlarma, 

ictimai asayişə və s. münasibətlər sisteminin 

115 



kompleks halda formalaşdırılması prosesi başa düşülür. Sosial yö- 

nümlü işlər tələbələrin tərbiyəsi prosesinin mərkəzində durmalıdır. 

Vətəndaşlıq, şüurlu intizam, mərdlik, mütəşəkkillik, diqqətlilik və 

həssaslıq,  qətiyyət  və  nəzakətlilik  məhz  sosial  yönümlü  işlərin 

təsii’i  altında  inkişaf  edən  mühüm  mənəvi  keyfiyyətlərdir. 

Respublikamızın müasir inkişaf səviyyəsində cəmiyyətimizə məhz 

bu keyfiyyətlərin daşıyıcısı olan mütəxəssislər gərəkdir. 

Ali  məktəbdə  tərbiyə  prosesinin  mühüm  istiqamətlərindən 

biri də tələbələrin 

elmi-tədqiqat işlərinə cəlb edilməsidir. 

Müəllim 


tələbədə  elmi  axtarıcılığa  maraq  oyatmağı  və  yaradıcılıq 

qabiliyyətlərini inkişaf etdirməyi bacarmalıdır. 

Tələbələrlə  birlikdə  elmi  ideyaların  müzakirəsi,  tələbələrin 

müvafiq kafedra və laboratoriyaların elmi işlərində iştirak etməsi, 

elmi  seminarlarda,  konfranslarda,  müsabiqələrdə  iştirakı, 

mütəxəssis  diskussiyaları,  elmi  proqnozlar  və  onların  sosial 

əhəmiyyəti haqqında söhbətlər tərbiyənin  çox qüvvətli  amilləridir 

və kamil, mənəviyyatca zəngin mütəxəssisin formalaşmasını təmin 

edən əsas vasitələrdən biridir. 

Ali  məktəbdə  təhsil  -  tərbiyə  və  elmi  sferalar  biri-birilə 

qırılmaz vəhdətdədir və biri digərinə nüfuzedici təsir göstərir. 

Ali məktəb müəlliminin oxuduğu mühazirə heç bir şeylə əvəz 

edilməyən tərbiyə formasıdır, elmə, incəsənətə, humanist ənənələrə 

müraciətdir, həyata, elmə, insanlara məhəbbət  hissinin, reallıqlara 

nikbin münasibətin tərbiyə edilməsi metodudur. 

Mühazirə  hansı  formada  qurulursa-qurulsun,  tələbələrin 

əqlinə və hisslərinə qüvvətli təsir edərək, fəal qavramanı təmin edir, 

yeni  biliklərə,  axtarışlara,  tədqiqatlara  maraq  oyadan  qüvvətli 

stimulyator rolunu oynayır. 

Ali 


məktəb 

müəlliminin 

tərbiyəvi 

fəaliyyətinin 

istiqamətlərindən  biri  də 

tələbəni  özüniitəhsU  prosesinə 

hazırlamasıdır. 

Öz  yetirmələrinin  fərdi  psixi  xüsusiyyətlərinə, 

potensial  imkanlarına  və  qabiliyyətlərinə,  maraq  və  istəklərinə 

yaxşı  bələd  olan  müəllim-tərbiyəçi  onlara  özünütəhsilin  sistemini 

və  texnikasını  öyrətməlidir.  Bu  məqsədlə  məsləhət  və 

kollokviumlar  təsadüfi  xarakter  daşımamalı.;  müntəzəm,  ən 

başlıcası  isə,  düzgün  təşkil  olunmalı,  mövzular  qabaqcadan 

müəyyən- 

116 



ləşdirilməli və bu zaman tələbənin zəif bildiyi, yaxud heç bilmədiyi 

problemlərə daha geniş yer verilməlidir. 

Müəllim-tərbiyəçi  tələbə  klublarının,  bədii  özfəaliyyət 

dərnəklərinin,  yaradıcı  birliklərin,  tələbə  ictimai  təşkilatlarının 

fəaliyyətinə  aktiv  surətdə  qoşulmaqla,  tələbələrin  şəxsiyyət  və 

mütəxəssis kimi formalaşmasına təsir göstərə bilər. 

AH  məktəb  müəlliminin  tərbiyəçi  kimi  fəaliyyətinin  bütün 

istiqamətlərini, vasitə və amillərini tam əhatə etmək mümkün deyil. 

Həyat tərbiyənin yeni texnologiyalarını doğurur. Müəllimin vəzifəsi 

yenilikləri  mənimsəmək,  olduqca  mürəkkəb  olan  tərbiyə  işində 

ondan uğurla istifadə etməkdir. 

4.5.


 

MÜƏLLİMİN ÖZÜNÜTƏKMİLLƏŞDİRMƏSİNİN 

SƏMƏRƏLİ YOLLARI 

İnsanın mədəni və intellektual aləminin formalaşmasına bir 

sıra amillər təsir göstərir. Bu amillərdən özünütəhsilin rolu xüsusilə 

böyükdür. 




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə