FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə24/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   ...   20   21   22   23   24   25   26   27   ...   53

yandırılıb  və  dağıdılıb.  Çoxlu  ölü və yaralı  var (polis  müfəttişi 
Mirzəcamalovun  teleqramı).
15.  Ermənilər Xodusaqan  kəndinə  hücum ediblər  (Qarabağ 
general-qubernatorunun  teleqramı,  22 yanvar,  № 27).
16.  Yanvarın  21-də  Zəngəzur  qəzasının  3-cü  Dordanlı  sahəsi 
sayı  10.000-dən çox olan erməni qoşunları tərəfindən məhv edilib 
(Qarabağ general qubernatorunun teleqramı, 22 yanvar, № 24).
17.  Yanvarın  21-də  ermənilər  tərəfindən  Zəngəzur  qəza 
rəisinin  iqamətgahı  olan  Dondarlı  kəndi  işğal  edilib  (Qarabağ 
general-qubernatorunun  teleqramı,  22  yanvar,  №  24).
18.  Bir neçə min  nəfərdən ibarət erməni  nizami qoşunları üç 
növ  silahdan  istifadə  edərək,  9-cu  Gəncə  qəzasının  Şişkaya, 
Sadadağac və Hacı Qərib kəndlərini mühasirəyə alıblar.  Çoxlu 
sayda  insan  həlak  olub,  bəziləri  qaçaraq canlarını  qurtarıblar, 
30  nəfər  soyuqdan  ölüb  (Gəncə  general-qubernatorunun 
məlumatı,  5  fevral,  №  8).1
Fövqəladə  təhqiqat  komissiyasının  məruzəsindən  aydın 
olur ki, Zəngəzur qəzasında  1918-1920-ci illərdə  115 müsəlman 
kəndi  ermənilər  tərəfindən  dağıdılaraq  yer  üzərindən  silinib. 
Dağıdılmış  bütün  kəndlərin  adları sadalanır.
Məruzədə göstərilən  115  kənd ermənilər tərəfindən yandırıl­
mış,  əmlakı  oğurlanıb  aparılmış,  ərazisi  ermənilər  tərəfindən 
zəbt  olunmuşdur.  Bu  kəndlər  məhv  edilərkən  o  qədər  haqsız­
lıqlar, vəhşiliklər törədilmişdir ki,  onları ayrı-ayrı kəndlər üzrə 
göstərməyə  imkan yoxdur.  Ermənilərin dinc azərbaycanlı əha­
liyə  qarşı  törətdiyi  vəhşiliklər  haqqında  təhqiqat  komissiya­
sının aktlarında,  onlarla əlavələrdə kifayət qədər məlumat var.
Yuxarıda  göstərilən  115  kənd  üzrə  3257  kişi,  2276  qadın və 
2196  uşaq  öldürülmüş,  1060  kişi,  794  qadın  və  485  uşaq  yara­
lanmışdır.  Tam  olmayan  məlumata  görə,  təkcə  Zəngəzur 
qəzasında  komissiyanın  məruzəsi  hazırlanana  qədər  10.068 
azərbaycanlı  öldürülmüş  və şikəst  edilmişdir.1 2
1.  A.  Paşayev  "Açılmamış səhifələrin  izi ilə".  Bakı  2001.  səh.
2.  Nax.  MR  DA.  f.  314, siy.  5,  iş.  72, vər.  42-46.
71


ABBASQULU  BƏY ŞADLİNSKİ VƏ 
ONUN SİLAHDAŞLARI
Abbasqulu bəy Xanbaba oğlu Şad- 
linskinin  adı  xalqımızın  mərd  oğul­
ları sırasında böyük hörmətlə çəkilir.
Abbasqulu  bəy  Şadlinski  1886-cı 
ildə  İrəvan  quberniyasının  Böyük 
Vedi  kəndində  anadan  olmuşdur. 
İlk  təhsilini  həmin  kənddə  ikisinifli 
rus-tatar məktəbində almışdır. Onda 
mütərəqqi fikirlərin genişlənməsində 
İrəvan  quberniyası  müəllimlər  se­
minariyasım bitirib Böyük Vedi rus- 
tatar  məktəbinə  müəllim  göndəril­
miş  Əli  Əzim  oğlu  İbrahimovun  bö­
yük  təsiri  olmuşdur.1
Çar  hakimiyyətinin  devrilməsindən  sonra  vəziyyət  daha  da 
pisləşir.  Bu  dövrdə Ermənistanın və eləcə də Naxçıvanın kənd­
lərində özbaşınalıq, zorakılıq hökm sürürdü.  Yerli hakimlər və 
ayn-ayrı  quldur  dəstələri  xalqı  incidir,  soyub  talayırdılar.  Ve- 
dibasar,  Şərur  və  Zəngibasar  kəndlərində  yaranmış  bu  qarı­
şıqlığı  aradan  qaldırmaq,  daşnak  quldurlarının  törətdikləri 
milli  qırğına  yol  verməmək  üçün  Abbasqulu  bəy  Şadlinski 
cəsur,  mütərəqqi  fikirli  adamları  öz ətrafına  toplayır.
1918-ci  ilin  payızında ermənilərin  xəyanəti  nəticəsində  milli 
ədavət  yenidən  qızışdınlır,  daşnak  hökuməti  Böyük  Vedi 
üzərinə  hərbi  qüvvə  yeridir.  Bu  zaman  Abbasqulu  bəy  Vedi 
müdafiəsinin  başında  durur.
Böyük  Vedidə  çox  ciddi müqavimətə  rast  gələn  daşnak  qo­
şunlarının  komandanlığı  1920-ci  il  iyun  aymın  axırlarında  Ve- 
diyə qarşı daha güclü qoşun  göndərir.  Çox zəif silahlanan  dəs­
tə  ilə  təcrübəli  nizami  qoşunlara  qarşı  vuruşmaq  qeyri-müm­
kün olduğundan A.Şadlinskinin başçılığı ilə tabor və Vedi əha­
lisi  kəndi  tərk edib  İrana  keçir.  Çünki  bu  vaxt  Şərur  və  Nax­
1.  N a x .  M R D A . 
f.5 7 4 . 
s i y .l .  iş .2 0 .  v ər. 1 -3 .
7 2
Abbasqulu  bəy  Şadlinski


çıvan  qəzalarından  da əhalinin çoxu  İrana  keçmişdi.
Taborçulardan  Bəylər  Cəlilov  öz  xatirələrində  yazır:  "Biz 
Şahtaxtı  körpüsündən  keçərək  İranın  Ərəblər  kəndinin 
ətrafında  "Sarı  su"  çayı  boyunca  köç  düşdük.  Abbasqulu  bəy 
müvəqqəti  sığınacaq  istədi  ki,  əhali  orada  yaşasın,  silahlı 
qüvvə isə  qayıdıb  daşnaklarla vuruşsun".1
1921-ci il sentyabrın əvvəllərində mühacir axını Cənubi Azər­
baycanın  iqtisadi-mədəni  mərkəzlərindən  olan  Xoy  şəhərinin 
Salmas  darvazasında  dayanır.  Ondan  bir  neçə  gün  sonra  tabor 
da  Xoy  şəhərinə  yaxınlaşır.  Şəhər  valisi  Nəbo  xan  və  onun 
yavəri ismayıl  ağa  taborun şəhərə daxil olmasına icazə vermir.
Bir  neçə  gündən  sonra  valinin  nümayəndəsi  tabor  koman­
danı  Abbasqulu  bəyin  düşərgəsinə  gəlib  silahların  Xoyun 
kazak  komandanlığına  təhvil  verilməsini  tələb  edir  və  bildirir 
ki,  bu tələbi  qəbul etsə ona yüksək rütbə verəcəkdir.  O,  valinin 
nümayəndəsinə  deyir  ki,  biz  tezliklə  vətənə,  Naxçıvana 
qayıdacağıq.  Orada silah  bizə yenə  də  lazım olacaqdır.
Bundan qəzəblənən vali taboru hərbi polis gücünə tərkisilah 
etmək  qərarına  gəlir.  Şadlinskinin  əmri  ilə  tabor  "Qəzənfər 
dağı"nm ətəyində,  "Köşk saray"  adlanan yerdə  səngərlər  qazıb 
döyüşə hazır vəziyyətdə dayanır.  Tərksilah  baş  tutm ur.1 2
1920-ci  il sentyabr ayında Abbasqulu  bəyi Naxçıvana dəvət 
etmək üçün Seyfulla  Süleymanov və Məmməd  Rəhimov İrana 
göndərilir.3
A.  Şadlinskinin  partizan  dəstəsi  iki  gündən  sonra  Mərənd 
şəhərindən  Culfaya  yola  düşür.  Naxçıvan  qəzasımn  Araz  çayı 
sahilindəki  sərhəd  postunda  A.Şadlinskinin  dəstəsini  hörmətlə 
qarşılayırlar.  A.Şadlinskinin  dəstəsi  Naxçıvana  gəlir.  Naxçıvan 
İnqilab Komitəsinin qərarı ilə dəstəyə "Qırmızı tabor" adı verilir 
və Abbasqulu  bəy Şadlinski taborun komandiri  təyin  olunur.
1920-ci  il  oktyabr  ayının  axırlarında  "Qırmızı  tabor"un 
əməliyyatları  nəticəsində  Şahtaxtı,  Xok  kəndlərində  1200  er­
məni əsgər və zabiti əsir alınır, çoxlu hərbi qənimət ələ keçirilir.
1.  Nax.  MRDA.  f.582.  siy.l.  iş.48.  vər.241-243.
2.  Yenə  orada,  vər.241.
3.  Nax.  MRDA.  (Keçmiş  partiya arxivi),  f.l.  siy.2.  iş.95.  vər. 12.
73


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə