FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə20/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   ...   16   17   18   19   20   21   22   23   ...   53

fəhlə  işləyirdim.  Gecələr  xəlvətə  düşdükcə  müsəlmanları  öldü­
rüb  salırdılar  neft  quyularına.  O  vaxt  50-60  fəhlə  bir  mənzildə 
yaşayırdı.  Gecə  yatıb,  səhər  dururduq  ki,  bir  və  ya  iki  fəhlə 
yoldaşımız  yoxdur.  İşi  belə  gördükdə  4  nəfər  kəndlimiz  gəldik 
vağzala bilet almağa.  Nə zülümünən  bilet aldıq.  Yolda nə qədər 
əziyyət  çəkdik,  daşnaklar  pulumuzu  əlimizdən  aldılar.  Birtəhər 
evimizə gəldik.  Sisyanda və Zəngəzurda müsəlman kəndləri  çox 
idi.  Ancaq  gediş-gəliş  kəsilmişdi.  Durlus,  Qaragilə,  Pul,  Şəki, 
Şunar,  Məliklər,  Darabası,  Şam  kəndlərini  Nijdenin  qoşunları 
dağıtdı.  Bizim  kəndlərin  bir  tərəfi  Naxçıvana  açıqdır.  5  para 
kənddir:  Sıxlar,  Dəstəkar,  Alışkar,  Püsən və Murxuz.
1918- 
ci  ildə  dağlara  o  qədər  qar  yağdı  ki,  qar  əlindən 
tərpəşmək  mümkün  olmadı.
Daşnaklar  qarın  çoxluğundan  istifadə  edərək  Şıxlar  kəndi­
nə  öz  nümayəndələrini  göndərdilər  ki,  təslim  olaq  və  silah­
larımızı  yığaq  verək,  əgər  təslim  olmasaq  müharibə  başlaya­
caq.  Ağsaqqallar  başqa  çarə  tapmayıb  50-60  silah  yığıb  təhvil 
verdilər,  təslim  olduq.
Andranikin  də  bu  tərəflərə  gəlişi  ilə  onsuz  da  qara  gün­
lərimiz  lap  çətinləşdi.  Horadiz,  Ərəfsə,  Çomartlı,  Urud, 
Ağudu,  Vağadı  kəndlərini dağıtdılar.
1919- 
cu  ilin  mart  ayında  daşnaklar məni  də  tutdular.  Poru- 
çik əsgərlərə əmr etdi  ki,  bunu aparın  tez rahatlayın,  gəlin.  Əs­
gərlər şaşqalarını  sivirdilər.  Gecə saat  11  olardı.  Məni kənd  içi 
ilə  aparırdılar.  Kəndin  qırağında  uca  divarlı  bir  bağça  var  idi. 
Biz  ora  yaxınlaşanda  boğuq  səslər  eşitdik:  ”Siz  Allah,  doğra­
mayın,  güllə  ilə  vurun".  Demə,  bu  öldürülənlər Alışar  kəndin­
dən  olan  5  nəfər cavan  oğlan  imiş.  Bunlar məni  də  həmin yerə 
aparmaq,  qılıncla  doğramaq  istəyirmişlər.  Vəhşilik  o  həddə 
çatmışdı  ki,  ermənilər  bizə  güllə  ilə  olan  ölümü  də  çox  görür, 
qılıncla doğrayıb  əzabımızdan  həzz almağı üstün  tuturdular.
Mən birdən qaçdım.  Qaçıb qurtarmağa  heç ümidim yox idi. 
Fikrim  bu  idi  ki,  doğramasınlar,  arxadan  güllə  ilə  vursunlar.
Onlar  silaha  əl  atana  kimi  qaçıb  girdim  söyüdlüyə,  sağ 
qalmağım da,  azad  olmağım da  bir möcüzə  idi".1
1.  Nax.  MR  DA.  f.582.  siy.l.  iş.40.  v.123-132.
59


1918- 
1920-ci illərdə erməni daşnaklarının Zəngəzur qəzasının 
Vaqudi, Aqudi, Küllü,  Fərəcan, Tonyal, Qocamusaklı,  Əliqulu- 
Uşağı,  Almalı,  Müsəlmanlar,  Burcalı-Dərzili,  Şurnux,  Şansuz, 
Solmaz,  Məzrə,  Eyvazlı,  Şahverdilər  və  s.  müsəlman  kənd­
lərində törətdikləri  vəhşiliklər haqqında çoxlu sənədlər vardır.
23  noyabr  1919-cu  il  tarixdə  Azərbaycan  və  Ermənistan 
hökumətlərinin  razılığına  əsasən  öz  ordularını  Zəngəzurdan 
geri  çəkməli  idilər.  Azərbaycan  öz  qoşunlarını  Zəngəzurdan 
geri  çağırsa  da  Ermənistan  hökuməti  nəinki  bunu  etmədi, 
əksinə  ordakı  ordularını  hərbi  sursatla  gücləndirərək,  qəzanı 
azərbaycanlı  əhalidən təmizləməyə başlamışdır.
Azərbaycan  hökuməti  Ermənistan  tərəfinin  razılığı  pozdu­
ğu  haqda  1920-ci  il  yanvarın  17-də  Müttəfiqlərin  Ali  Komis­
sarı  polkovnik  Iiaskelə  etiraz  məktubu  göndərsə  də,  heç  bir 
nəticə  olmadı.1 2
1919- 
cu  ilin  axırlarında  ermənilərin  Zəngəzur  qəzasının 
müsəlman əhalisinə qarşı hücumları yenidən  şiddətləndi.  Buna 
səbəb  ingilislərin  Naxçıvanı "bitərəf zona"  elan  etdikdən sonra 
Ermənistandan  Zəngəzura  Naxçıvan  ərazisindən  böyük 
həcmdə  nizami  qoşun  göndərməsi  olmuşdur.
1919-cu  il  2  aprel  tarixdə  Zəngəzur  və  Sisyan  erməniləri 
Gorusda ümumi qurultay çağıraraq bu ərazilərdən bütün azər­
baycanlıları  silah  gücünə  çıxarmaq  haqqında  qərar  qəbul  et­
dilər.3  Bu  barədə  Azərbaycanın  Ermənistandakı  səlahiyyətli 
nümayəndəsi  Məhəmməd  Əli  xan  Təkinski  1919-cu  ilin  2  iyu­
lunda  Azərbaycan  Parlamentinin  sədrinə  və  Xarici  İşlər  Na­
zirinə göndərdiyi  teleqramda  məlumat vermişdir.
Azərbaycan  Respublikasının  Xarici  İşlər  Naziri  Miryusif 
Cəfərov  Təkinskinin  bu  teleqramı  ilə  bağlı  iyulun  4-də,  Bakı 
şəhərində  yerləşən  İngilis  qüvvələrinin  Ali  Baş  Komandanına 
müraciət  edərək  təcavüzün  qarşısının  alınması  üçün  onu 
Ermənistan  hökumətinə  təsir  göstərməyə  çağırırdı.  General 
qubernator  Sultanov  Azərbaycan  hökumətinə  dəfələrlə  tele­
qram göndərərək  ermənilərə qarşı  real  kömək  istəmişdir.
1.  AR  DA.  f.  897, siy.  1.  iş.  31. vər.  12.
2.  Yenə orada,  f.  970.  siy.  1.  iş.  62.  vər.  62.
60


İngilislər Ermənistanı daha açıq  şəkildə müdafiə etməyə baş­
lamışdır.  5 iyul  1919-cu il tarixdə polkovnik V.Haskel Paris sülh 
konfransının  qərarı  ilə  Ermənistana  ali  komissar  təyin  edilmiş 
və  Ermənistan  hökuməti  nümayəndələri  ilə  görüşündə  o,  "Er­
mənistanı və harada yaşamasından asılı olmayaraq bütün ermə­
niləri qoruyacağam"  deyə  söz vermişdir.  Avqust ayında daşnak 
parlamentində çıxış  edən  V.Haskel ermənilərin ərazi  iddialarını 
müdafiə,  Azərbaycanı  isə şərtləri pozmaqda  ittiham etmişdir.1
Ermənistan  hökumətinin  Zəngəzur  qəzasına  göndərdiyi 
təcavüzkar qoşun hissələri haqqında Azərbaycanın Ermənistan­
dakı  səlahiyyətli  səfiri  Məhəmməd  xan  Təkinski  2  iyul  1919-cu 
ildə  Azərbaycan  parlamentinin  sədrinə  və  xarici  işlər  nazirliyi­
nin  ünvanına  göndərdiyi  teleqramda  yazırdı:  "Alınmış  məlu­
mata görə  Ermənistan Naxçıvan rayonundan  Zəngəzura  qoşun 
hissələri  göndərir.  İndiyədək  700  nəfər  və  çox  sayda  patron 
göndərilib. Xahiş edirəm məlumatı yerində yoxlayın.  İndi aydın 
olur ki, Ermənistan  Denikinin Azərbaycana hücum etdiyini öy­
rənərək,  bizə hücum etməyə hazırlaşıb.  Zənnimcə Ermənistanın 
bu niyyətləri barəsində Sizə Gürcüstan məlumat verəcək.
Diplomatik  nümayəndə  M.  Ə.  Təkinski".1 2
Bu teleqramı Azərbaycan  Respublikasının Xarici İşlər Naziri 
alan  kimi  nazir  Miryusif  Cəfərov  4  iyul  1919-cu  üdə  Bakı  şə­
hərində  yerləşən  Böyük  Britaniya  qüvvələrinin  Ali  Baş 
Komandanına belə bir məzmunda məktub göndərir:  "Xarici İşlər 
Nazirliyinin  Naxçıvan  rayonundan  aldığı  məlumatlara  görə, 
erməni  hökuməti  qoşunlarının  bir  hissəsini  Zəngəzura  keçirdir. 
İndiyədək  700  əsgər  və  çoxlu  sayda  patron  keçirilib.  Buna  görə 
də ayrı-ayrı  toqquşmalar  baş vermişdir.  Bu  toqquşmalarda həm 
erməni əhalisi,  həm də erməni nizami qüvvələri iştirak edib.3
Azərbaycan  hökuməti  öz  siyasətində  həmişə  dostluq  müna­
sibətləri  saxlamağa  və  qonşu  xalqlarla  dostluq  münasibətləri 
saxlamaq  üçün  yaranmış  bütün  münaqişəni  sülh  yolu  ilə  həll 
etməyə üstünlük vermişdir.  Bu günə kimi Azərbaycan hökuməti
1. Nax.  MR  DA.  f.  314, siy.  5a.  iş.  71.  vər.  40.
2.  Yenə orada,  iş.  72.  vər.  98.
3.  Yenə orada,  iş.  71, vər. 42.
61


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə