FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə17/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   ...   13   14   15   16   17   18   19   20   ...   53

vəzifəsinin  təsdiqlənməsi,  pul  və  maddi  xərclərin  aparılması 
haqda  təlimat,  4)  Himayə  Nazirliyinin  təxmini  ştatı  və  xəs­
təxana,  qocalar evi,  sığınacaq kimi müəssisələrin xərc cədvəli.
Müvəkkil  Təkinski.
m
9 sentyabr  1919-cu  il.  irə van  şəhəri " J
Artıq  1919-cu ilin son  iki ayı ərzində  Eçmiədzin qəzasında 62, 
Sürməli  qəzasında  39  kənd,  İrəvan  qəzasında  isə  Zəngibasardan 
başqa bütün müsəlman kəndləri darmadığın edilmişdi. 1 2
Eçmiədzin  qəzası  xüsusi  ilə  ağır  zərər  çəkmiş,  burada  bir 
kənd belə salamat qalmamışdı.  Sürməli qəzasında isə ermənilər 
cəmi  3  kəndə-  Dizə,  Cənnətabad  və  Kərimbəyli  kəndinə 
toxunmamışdılar.  Bütün  bu  talanlarda  erməni  ordusu  yerli 
erməni əhalisi  ilə birlikdə  fəaliyyət göstərirdi.
1919-cu  ilin  payızında  Eçmiədzin,  Sürməli,  Yeni  Bəyazid  qəza­
larında azərbaycanlıların vəziyyəti daha da ağırlaşdı..Dekabr ayın­
da Sosun polku bu əraziyə hücum edərək əhalidən Ermənistan hö­
kumətinə tabe olmalarını, əllərində olan silahları təhvil vermələrini 
tələb etdi. Ermənilərin silahları təhvil verəcəkləri təqdirdə həyatları 
və mülkləri erməni ordusu tərəfindən qorunacağı  barədə vədlərinə 
inanan  müsəlman  əhalisi  bütün  silahları  təhvil  verdikdən  sonra 
ermənilər  müsəlman  kəndlərinə  hücumlar  edərək  xüsusi  qəddar­
lıqla  azərbaycanlıları  qırdılar.  Bu  cinayətlər  haqda  Azərbaycan 
hökuməti Ermənistana etiraz notası göndərsə də bir nəticə vermədi.
1919-cu  ilin  27  dekabrında  Azərbaycan  Respublikası  Xarici 
İşlər Naziri F.X.Xoyski Ermənistan Respublikası Xarici İşlər Na­
zirliyinə  göndərdiyi  teleqramda  yazırdı:  "Ermənistan  hökumə­
tinin dekabr ayının 21-də Zəngibasar rayonunun müsəlmanlarına 
qarşı hərbi əməliyyata başlayaraq Qarabazar kəndini dağıtdıqları 
və  talan  etdikləri,  dekabırm  22-də  bu  halın  Uluxanlı  kəndində 
təkrar  olunduğu  döyüşlərin  Çobankərə  və  Qaraqışlaq  kəndlə­
rində getdiyi Ermənistan hökumətinin  1919-cu il noyabırın 23-də 
əldə olunmuş  razılığı kobud surətdə pozduğunun sübutudur".
Eçmiədzin  və  Sürməli  qəzalarında  101-dən  çox  kənd  ermə­
nilər tərəfindən dağıdıldıqdan sonra Zəngibasar böyük təhlükə
1.  Nax  MRDÄ.  f.  314,  s.  5a,  iş.  74,  vər.  193-200.
2.  Yenə orada,  iş.  71. vər.16-18.
ф
50


altında qalmışdı.  1919-cu il iyulun  19-da ermənilər Zəngibasarı 
işğal  etdikdən  sonra  əhalinin  bir  hissəsini  öldürmüş,  1500-ə 
yaxm  uşaq və  qadım  suda  boğmuşdular.  1
Ermənilər  bu  rayonda  Ağcaqışlaq,  Ağhəmzəli,  Arbat,  Aşağı 
Keçili, Aşağı Qulubəyli, Böyük Çobankərə, Qaraqışlaq, Qulucan, 
Dəmirçi,  Zəngilər,  Zəhmət,  Yengicə,  Yuxan  Qulubəyli,  Yuxarı 
Çarbax,  Göy  Gümbət,  Rəhimabad,  Rəncbər,  Sancalar,  Se- 
yidkənd,  Sarvanlar,  Xorraşlı,  Şorlu və başqa  kəndlərdə qırğınlar 
törətmiş, əhalisini yurd-yuvalarından qovmuşdular.  Bu kəndlərin 
əhalisi  İrana,  Türkiyəyə və Azərbaycanın  müxtəlif bölgələrinə,  o 
cümlədən Naxçıvana pənah gətirmişdilər.
Ümumiyyətlə,  1918-1920-ci  illərdə  ermənilər  bundan  sonra 
İrəvan  quberniyasının  Eçmədzin  qəzasına  daxil  olan  Zən- 
gibasar  rayonunda  60-dan  çox  kəndi məhv  etmişdilər.
Sənədlərdə  1919-cu  ilin  təkcə  iki  ayı  ərzində  İrəvan  quber­
niyasının  Eçmədzin  qəzasından  62  kənd,  onlardan:  Hacılar, 
Molladursun,  Tors,  Ağca-qala,  Aralıx,  Yuxarı  Ağca-qala, 
Kərim-arx,  Kiçik  kənd,  Qoşa  Bulaq,  Zeynəl  Bulağı,  Zeyvə, 
Qulu  bəy,  Səfiabad,  Kolanlı,  Qəmərli,  Yuxarı  Qarxun,  Aşağı 
Qarxun,  Talin,  Qaracalar,  Pir-Tikan,  Urmudlu,  Naçravan, 
Molla  Bədəl,  Quzuvənd,  Canfidə,  İqdəli və  s . 2
Sürməlik  qəzasından  39  kənd,  onlardan:  Yaycı,  Oba,  Əx- 
məmməd,  Qasımcan,  Sarı  çoban,  Sürməli,  Qaraqoyunlu,  Hü­
seyn kəndi,  Səfərqulu,  Xaraba Əlican,  Cənnətabad,  Həsənxan, 
Oğuzlu,  Qızıl  Zakir,  Dərə  kənd  və  sair.  İrəvan  qəzasında  isə 
Zəngəzur  qəzasını  çıxmaq  şərti  ilə  bütün  müsəlman  kəndləri 
erməni  silahlı  dəstələri  tərəfindən  dağıdılmış,  yandırılmış  və 
əhalinin  xeyli  hissəsi  vəhşicəsinə öldürülmüşdü.
Yurd-yuvalarından  didərgin  düşmüş  azərbaycanlı  əhali 
arasında xəstəlik  geniş  yayılmışdı.  1919-cu  ildə  təkcə İrəvanda 
19  min  nəfər  azərbaycanlı  səpməyatalaq  xəstəliyinə  tutulmuş, 
Talin  nahiyyəsinin  8  kəndində  12.237  nəfər  əhalinin  9940  nə­
fəri  acından və cürbəcür xəstəliklərdən  tələf olmuşdu.3
1.  Nax.  MR  DA.  f.  314, siy.  5,  iş.  71,  vər.  16-18.
2. Yenə orada,  vər.  17-18.
3.  A.Mustafayev.  "XX  əsrdə  Qərbi  Azərbaycan  ərazisində  azərbaycan­
lıların deportasiyası  və Naxçıvan" dissertasiyası.2005. səh.69-71
51


Azərbaycan  hökuməti  Ermənistan  ilə  bütiin  mübahisəli 
məsələlərin  sülh  yolu  ilə  həll  edilməsi  üçün  bütün  vasitələrə  əl 
atırdı.  Azərbaycan  hökumətinin  səyləri  nəticəsində  1919-cu  il 
dekabr  ayının  14-də  mübahisəli  məsələlərin  həlli  üçün  Bakıda 
Azərbaycan-Ermənistan  konfransı  öz  işinə  başladı.  Lakin 
Ermənistan  tərəfindən  qeyri-konstruktiv  mövqe  danışıqların 
nəticəsiz qurtarmasına  səbəb  oldu.  Ermənilərin  müsəlmanlara 
qarşı  qırğınları  isə yenə də davam edirdi.
1919-cu  ilin  dekabrından  başlayaraq  1920-ci  ilin  dekabr 
ayına  kimi  erməni  daşnak  qoşunları  İrəvan  quberniyasında, 
Şərur-Dərələyəz,  Naxçıvan,  Ordubad  bölgələrinin,  demək  olar 
ki,  əksər  müsəlman  kəndlərinə  basqın  etmiş,  yandırmış, 
silahsız  azərbaycan  əhalisinin  xeyli  hissəsini  vəhşicəsinə 
qıraraq  məhv  etmişlər.  Əhalinin  bir  qismi  isə  öz  yurdlarını, 
ocaqlarım  tərk  etmək  məcburiyyətində qalmışlar.  ,
Ermənilərin  hiyləsi  ilə  İrəvan  quberniyasında  qaçqın 
düşmüş  müsəlman  sakinləri  öz  kəndlərinə  qayıtdıqdan  sonra 
ermənilər  tərəfindən  qılıncdan  keçirilərək  məhv  edilmişdi.
Bu  sənəd  bunu  bir  daha  sübut  edir.  7  yanvar  1920-ci  il 
tarixdə  Vedi  özünümüdafiə  dəstəsinin  komandiri  Abbasqulu 
bəy  Şadlinski  Böyük  Vedidən  Naxçıvanda  yaranan  General 
qubernator ordusuna belə bir teleqram göndərir:  "Toxmaqdan 
kənd  sakinlərindən  37  nəfər  ermənilərin  müqaviləsinə  inana­
raq  öz yurdlarına köçdülər.  Ancaq orada  yerləşən ermənilərin 
nizami qoşun hissələri tərəfindən kəsilib doğrandılar.  Məlumat 
üçün  bu vəziyyəti Sizə çatdırıram.  A.  Şadlinski1'.1
Teleqramdan  bir  neçə  gün  sonra  özünümüdafiə  dəstəsinin 
komandiri  Abbasqulu  bəy  Şadlinskinin  Musa  Səttar  oğlunun 
rəhbərlik etdiyi dəstə tərəfindən əsir götürülmüş ermənidən aldığı 
məlumatdan  aydın  olur  ki,  üç  gündən  sonra  Vedi  ərazisinə  üç 
istiqamətdə: Ağdağ, Çanaxçı və Şirazlı tərəfdən hücum olacaqdır. 
Musa  Səttar  oğlunu  Naxçıvana,  Naxçıvan  Araz-Türk  Respub­
likasının müdafiə komandanı (naziri) Kəlbalı xan Naxçıvanskinin 
yanına lazımi köməklik və göstəriş verməsi üçün göndərir.
1.  N ax..  M R   D A .  f.  3 1 4 ,  s iy .5 a ,  iş.  18.  v ər.  7 4 .
52


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə