FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə25/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   ...   21   22   23   24   25   26   27   28   ...   53

Şərur  qəzası  bütünlüklə  azad  edilir  və  dekabrın  2-də  orada 
qəza  inqilab  komitəsi təşkil  olunur.1
1921-ci  il  iyunun  16-da  isə  Dərələyəzdə  Abbasqulu  bəyin 
komandanlığı  ilə  "Qırmızı  tabor"  əks-hücuma  keçib  düşməni 
tutduğu  mövqelərdən  çıxarır  və  kənd  azad  edilir.  1921-ci  il 
iyulun  axırlarında Dərələyəz əməliyyatı  bütünlüklə  başa  çatır. 
Daşnak qoşunlarının  qalıqları  Zəngəzura çəkilir.
1921-ci  ilin  axırlarında  "Qırmızı  tabor"un  komandiri  və  sı­
ravi  döyüşçüləri,  o  cümlədən  A.  Şadlinski  də  dinc  təsərrüfat 
quruculuğu  işinə  keçirlər.  Abbasqulu  bəy  Ararat  sement  za­
voduna  direktor  göndərilir.  Abbasqulu  bəy  burada  da  özünü 
bacarıqlı  təşkilatçı kimi  göstərir.
1930-cu ilin yazında  ayrı-ayrı yerlərdə,  o  cümlədən Vedi  ra­
yonunda  kolxoz  quruluşuna  qarşı  üsyanlar  baş  verir.  Ab­
basqulu  bəy  Şadlinski  oraya  göndərilir.  Abbasqulu  bəyə  qarşı 
sui-qəsd  təşkil  edilir və onu öldürürlər.
Abbasqulu bəyin və onun silahdaşı, sədaqətli dostu Xəlil Mehdi 
oğlu Pənahovun öldürülməsi kənd adamlarını bərk qəzəbləndirir.
Abbasqulu bəy və Xəlil Mehdi oğlu Böyük Vedi kəndindəki 
orta məktəbin həyətində dəfn  olunurlar.
1.  Ə.Əliyev.  Yedinin  "Dəmir axını".  Bakı.  1984.  səh. 15.
74


Rzaqulu  Abdullayev
Ağır  günlər  idi,  getsin  gəlməsin. 
Yaxşı  yadımdadır  -  daşnaklar  kən­
dimizə  hücum  etmişdilər.  Balaca 
kənddə  180  nəfərin  meyidinin  bir 
gündə basdırılması  heç də asan  dərd 
deyildi.  Bəli,  mənim  də  başım  müsi­
bətlər  çəkdi.  Axıslıdan  (Ermənistan 
SSR)  Azərbaycana  getdim.  Uzun 
müddət Şamxor rayonunda kəndləri 
gəzdim. Nəhayət, Hacı kənd ətrafın­
da  partizanlara  rast  gəldim.  Dəstə­
nin  150  nəfərə  qədər  üzvü  var  idi. 
Elə  buradaca  yaxın  günlərdə  Ermə­
nistana  qayıdacağımızı,  Abbasqulu  bəy  Şadlinskinin  koman­
danlıq  etdiyi  dəstə ilə birləşəcəyimizi  öyrəndik.  Çox  keçmədən 
biz Çimkənd ətrafında Abbasqulu  bəyin  dəstəsi  ilə  birləşdik.
Rzaqulu  Abdullayev  söhbətin  bu  yerinə  çatanda  bir  qədər 
sakitləşdi. Adama elə gəlirdi ki, öz üzərindən ağır bir yükü qal­
dırıb yerə qoydu.
75


Bizi  kəşfiyyata  göndərirdilər.  Biz  Çanaxçı  kəndinə  gəlməli, 
orada  daşnakların  silahlı  qüvvələrinin  yerləşdiyi  sahəni  müəy­
yənləşdirməli  idik.  Biz  50  nəfər  idik.  Danzik  kəndindən  bir 
qədər aralı  daşnaklar  bizi  atəşə  tutdular.  Burada qolumdan ya­
ralandım.  Gözümü  açdım  ki,  İrəvanda  kiçik  bir  otaqdayam. 
Yoldaşlarımdan  üç  nəfər  də  burada  idi.  Onlar  da  yaralan­
mışdılar.  Bizi  sadə  üsulla  müalicə  edirdilər.  Üç  həftədən  sonra 
artıq  öz  hissəmizdə  idik.  Abbasqulu  bəyin  komandanlıq  etdiyi 
"Qırmızı  tabor"  Naxçıvan  mahalını  daşnaklardan  təmizlədi. 
Naxçıvan  mahalında  biz  Çeşməbasar  altında,  Kotam  və  Kilit 
kəndləri  ətrafında  qanlı  vuruşmalarda  iştirak  etdik.  1923-cü 
ilədək orduda qaldım. Sonra oradan birbaşa Naxçıvana gəldim. 
İndiki  Qaraxanbəyli  kəndi  mənim  çox  xoşuma  gəldi.  Burada 
qalmağı qərara aldım.  Bunlar  Rzaqulunun xatirələrindən  idi.
1896-cı  ildə  İrəvan  qəzasının  Axıslı  kəndində  anadan  olan 
Rzaqulu  Məmmədhənifə  oğlu  Abdullayev  Naxçıvanda,  eləcə 
də  Ermənistanda  daşnaklara  qarşı  vuruşmalarda  yaxından 
iştirak etmişdir.
1931-ci  ildə  məktəbi  bitirib  Naxçıvana  qayıdır.  Sonrakı  7  il 
ərzində Qaraçuğ,  Bulqan və Yarımca kəndlərindəki kolxozlarda 
sədr işləmişdir.  Sonra Naxçıvan  MTS-də çalışmağa başlayır.
İkinci  Dünya  müharibəsi  başlayanda  R.Abdullayev  Naxçı­
van  mətbəəsində  işləyirdi.  1942-ci  ilin  noyabr  ayında  ordu  sı­
ralarına  getməyinə  icazə  verildi.  1945-ci  ilin  axırlarına  qədər 
orduda  qaldı.  Müharibə  illərində  Qafqazdan  Braııdenburq 
darvazasına  qədər  ağır  döyüş  yolu  keçmişdir.  Ordudan  qayıt­
dıqdan  sonra  o,  yenə  Qaraxanbəyli  kəndinə  gələrək  buradakı 
kolxozda  müxtəlif vəzifələrdə işləmişdir.
Naxçıvan M SSR-in M İK nəzdində olan qırmızı qvardiya və 
qırmızı  partizan  işlərinin  mərkəzi  komissiyası  R.Abdullayevin 
təqdim etdiyi sənədləri nəzərdən keçirərək 25 iyun  1934-cü ildə 
ona  Naxçıvan  M SSR-in  "Qırmızı  partizan"  adı  verilmişdir.1
Rzaqulu Abdullayev  1985-ci  ildə vəfat  etmişdir.
1.  N a x .  M R D A .  f .5 7 5 .  siy .2 .  iş .3 1 .  vər. 1-5.
76


Abbasov  Əkbər
Naxçıvanın  qabaqcıl  şəxslərindən 
biri  də  Əkbər  Abbas  oğlu  Abbasov­
dur.  O,  1897-ci  ildə  Naxçıvan  şəhə­
rində yoxsul kəndli ailəsində anadan 
olmuşdur.  Əkbər  Abbasov  uşaq 
ikən  yoxsulluq,  iqtisadi  çətinlik  içə­
risində  yaşamışdır.  Bu  səbəblər  Ək­
bər  Abbasovu  təhsildən  uzaqlaşdır­
mış  və  o,  1916-cı  ildən  Culfa-Təbriz 
dəmir  yolunda  fəhləlik  etməyə  baş­
lamışdır.
1919-cu  il  Versal  müqaviləsinin 
müddəasına  uyğun  olaraq,  Naxçı­
van,  Şərur  və  Dərələyəz  bitərəf  zona  elan  edilir,  amerikalı 
komissarın  idarəçiliyinə  verilir.  Bu  münasibətlə  general 
Tomson,  Devi  daşnak  hökumətinin  başçısı  Xatisov  ingilis  və 
daşnak  qoşunlarının  müşaiyəti  ilə  Naxçıvana  gəlir.  Birinci 
növbədə  Məmmədrza  bəy Allahverdiyevin  başçılıq  etdiyi  xalq 
dəstəsi  üsyankarlıqla  öz  qüvvəsini  nümayiş  etdirib  öz 
narazılığını bildirir.  Bu üsyankar dəstəyə daxil olan gənclərdən 
biri  də  Əkbər  Abbasov  idi.  Bu  dəstə  1918-ci  ildən  1920-ci  ilə 
kimi  silahı  yerə  qoymayıb,  Naxçıvan  ölkəsinə  basqın  edən 
təcavüzkarlara  qarşı  vuruşur.
Naxçıvan  hökuməti  tərəfindən  xüsusi  tapşırıqla  Təbrizə 
göndərilən Əkbər Abbasov mühacirlər arasında geniş iş aparır. 
Bu  işdən  xəbərdar  olan  şah  xəfıyyəsi  idarəsinin  kazak  dəstəsi 
tərəfindən Əkbər Abbasov  1921-ci ilin mart ayında həbs edilir. 
O  bir  qədər  həbsdə  saxlanıldıqdan  sonra  ictimaiyyətin  təkidi 
ilə  həbsdən  azad  edüir.
Ə.Abbasov  həbsdən  çıxdıqdan  sonra  mühacirlərin  vətənə 
qayıtması  uğrunda  mübarizəsini  davam  edir.  Bu  vaxt  Təbriz, 
Gilan  və  başqa  yerdə  gedən  inqilabi  hərakatlar  mühacirlərin 
vətənə qayıtmasına  çox  kömək  etdi.  Tapşırığı  müvəffəqiyyətlə 
yerinə  yetirən  Əkbər  Abbasov  1922-ci  ildə Naxçıvana  qayıdır.
7 7


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə