FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə23/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   ...   19   20   21   22   23   24   25   26   ...   53

düşən  gözəl  qızlar  zorlanıb.  Zəngəzur  kəndində  müqavimət 
göstərmək üçün çox  az kişi var, kənardan da kömək gəlməsinə 
heç  bir  ümüd  yoxdıır.  Erməni  qüvvələrinin  sayı  10  mindən 
çoxdur  və  daimi  Ararat  tərəfdən  yeni  qüvvələr  gəlir.  Onların 
10-dan  çox  topu  və  60-a  yaxm  pulemyotu  var.  Topların  səsi 
Cəbrayıla  kimi  gəlib  çatır.  On  minlərlə  qaçqın  Cəbrayıl 
qəzasında məskunlaşıb.  Dördüncü gündür ki, hökumətdən heç 
bir kömək  gəlmir.  Müsəlmanlıq  bundadırmı?  Azərbaycandakı 
bütün  müsəlmanlara  müraciət  edirik  və  vəhşicəsinə  öldü­
rülmüş  uşaqlara  dərindən  kədərləndiyimizi  bildiririk.  Onların 
ruhu  rahatlıq  tapsa  da  sizə  müraciət  edərək:  "Kömək  edin, 
kömək edin"  deyirlər.  Ermənilər Zəngəzuru dağıtdıqdan sonra 
öz  qüvvələrin  Cəbrayıla,  Şuşaya,  Cavanşirə  doğru  yönəltməyi 
planlaşdırırlar.  Beləliklə  onlar  bu  qəzaların  erməniləri  ilə  bir­
ləşərək  bizi  Naxçıvandan  ayıracaqlar.  Əgər  hökumət  qəti 
tədbirlər görməsə müsəlmanların  işi  bitdi.
M üəllim Hüseyn Axıuıdzadə  və 
• 
3-cü  Cəbr ay d  qəzasının  əhalisi.2
TELEQRAM
Cəbrayıldan Bakıya, Parlamentin sədrinə. 24.01.1920. №  184.
Əvvəlki  teleqramlara əlavə  olaraq  Zəngəzurdakı  hərbi  əmə­
liyyatlar barədə yenidən  məlumat verirəm.  Ermənilər  Cəbrayıl 
qəzasının  sərhəddində  Əkərə  çayı  boyunca  toplanırlar.  Er­
mənilərin  qüvvələri  saysız-hesabsızdır.
Parlamentin üzvii  C əlil Sultanov.2
Ermənilərin  Zəngəzur  qəzasında  törətdikləri  vəhşilikləri 
haqda F.  X.  Xoyski Ermənistanın Xarici  İşlər Nazirinə 26 fev­
ral  1920-ci il  tarixdə  göndərdiyi məktubda yazırdı:  "Sizin  1029 
№-li  məktubunuza  cavab  olaraq  bildirəm  ki,  hökumətimiz  23 
noyabr  razılaşmasına  tamamilə  riayət  edir  və  heç  bir  hücum 
əməliyyatı  həyata  keçirmək  fikrində  deyil.  Mən  sizə  bildirmiş­
dim  ki,  23  noyabr  sazişi  imzalanandan  dərhal  sonra  Ermənis­
tan  qoşunları  tərəfindən  Zəngəzur qəzasında 40-a  yaxın mü-
1.  Nax.  MR  DA.  f.  314, siy.5.  iş  72.  vər 31-32.
2.  Nax. MRDA.  f.314.  siy.5.  iş.74.  vər.  34.


səlman kəndi dağıdılmışdır.  19 yanvarda isə Ermənistan höku­
mətinin  ordusu  silahlı  quldur  dəstələri  ilə  birlikdə  Şuşa  qəzası 
istiqamətində  hücuma  keçərək  qarşılarına  çıxan  bütün  müsəl­
man  kəndlərini  dağıdıblar.  Kəndlərin  dağıdılmasının  qarşısını 
almaq, on minlərlə insanın həyatını və əmlakını xilas etmək, 23 
noyabr  sazişinə  riayət  olunmasını  təmin  etmək  məqsədi  ilə 
hökumətimiz  azsaylı  dəstəni  göndərib  və  erməni  qoşunlarının 
planlarının  həyata  keçirilməsinin  qarşısını  alıb.  №  1258.
X arici işlər N aziri  (im za)  X o y skitt]
1920-ci  ilin  təkcə  yanvar  ayında  Ermənilər  tərəfindən  Zən­
gəzur  qəzasında  baş  vermiş  hadisələr  və  məhv  edilmiş  kənd­
lərin  adları  göstərilməklə  bu siyahıya  nəzər yetirək:
1. Yanvarın 5-də ermənilər Müsəlmanlar və Almalı kəndlərinə 
hücum  ediblər.  Yanvarın  6-da  Tuğtaqusalu  kəndinin  erməniləri 
Cəbrayıl  rayonunun  Qarazlı  kəndinə  hücum  etmək  məqsədi  ilə 
Ağca-Kənddə  toplaşıblar.  Yerli  erməniləri  üsyana  qaldırmaq 
üçün  Yerevandan  Dağlıq  Qarabağ  kəndlərinə  eşelonlar  gəlib 
(Qarabağ general-qubernatorunun  teleqramı,  8  yanvar, № 8).
,  2.  Yanvarın  5-də,  səhər  Susalıx,  Tağ,  Tava-kənd,  Xazab- 
yurd  kəndinin  erməniləri  Əliyanlı  kəndini  mühasirəyə  alıblar. 
Yerli əhali tərəfindən əsir alınmış erməni deyib ki,  onların  dəs­
təsi  600  nəfərdən  ibarətdir.  Tevak  adında  Susalıxlı  bir  şəxsin 
təşəbbüsü  ilə  onlar  Əliyanlmı  ələ  keçirmək  istəyirlər.  Bir  mü­
səlman  ölüb, biri yaralıdır.  Ayın 6-da həmin dəstə yenidən Əli- 
yanlıya  hücum  edib  (Qarabağ  general-qubernatorunun  tele­
qramı,  8  yanvar,  № 9).
3.  Yanvarın  əvvəlində  Uqnakji  kəndinin  erməniləri  müsəl­
man  Saldaş  kəndinə  hücum  ediblər,  kəndin  sakini  Ağanıan 
Əhmədəli  oğlu  öldürülüb  (Qarabağ  general-qubernatorunun 
teleqramı,  10 yanvar, № 253).
4.  Yanvarm  3-də  Xinzirak,  Muğancur,  Qeru  kəndlərindən 
mal-qaranı  qaçırtmaq məqsədi  ilə müsəlman  Əli-Qulu  kəndinə 
hücum  ediblər  (Qarabağ  general-qubernatorunun  məlumatı, 
15 yanvar,  № 62). 1
1.  Azərbaycan  bölgələrində  erməni  şorunu  (1918-1920).  Ankara.  2001. 
səh.  671.
6 9


5.  Əli-Qulu  uşağı,  Şurnux,  Şansuz,  Solmaz,  Məzrə,  Eyvazlı, 
Şahverdilər  kəndləri  ermənilər  tərəfindən  tamamilə  dağıdılıb 
(Sakinlərin  teleqramı,  20  yanvar).
6.  Yanvarın  19-da  Zəngəzurdakı  erməni  qoşunları  Həmi- 
ləqan və Dondarlıdan  Qaladərəsiııə  kimi müsəlman  kəndlərini 
mühasirəyə  alıblar,  yollarına  çıxan  hər  şeyi  artileriya  ilə  da­
ğıdıblar  (Qarabağ  general-qubernatorunun  teleqramı,  20 
yanvar,  №  822).
7.  Zəngəzur  erməniləri  böyük  nizami  qüvvələrlə,  artileriya 
və  pulemyotlarla  müsəlman Əliqulu-Uşağı  kəndini  dağıdıblar.
8.  Yanvarın  20-də  erməni  nizami  qoşunları  qəflətən  artile­
riya,  pulemyotlarla  müsəlman  kəndlərinə, hücum  edib,  əhalini 
qarət  edib,  öldürüblər,  Xocaqan  və  Qaladərəsi  arasındakı 
bütün  kəndləri  məhv  ediblər.  Misli  görünməmiş  vəhşiliklər, 
çoxlu  sayda  yeni  qaçqın  var  (Komissiyanın  sədri  Vəlibəyovun 
Parlamentin  sədrinə  teleqramı,  21  yanvar,  №  137).
9.  Yanvarın  19,  səhər  ermənilər  mütəşəkkil  şəkildə  Xoca- 
q,andan  Qaladərəsinə  kimi  artileriya  və  pulemyotlarla  hücum 
ediblər.  Faracan,  Qonyal,  Qocamusaxlı  və  Əliqulu-Uşağı 
kəndləri  məhv  edilib,  8  kənd  yanır  (Zəngəzur  qəzasının- 3-cü 
sahənin  pristavı Camalbəyovun  teleqramı,  21  yanvar,  №  140).
10.  Zəngəzur  qəzası  4-cü  gündür  ki,  erməni  nizami  qoşun­
larının  artileriya  atəşinə  məruz  qalıb.  Cəbhə  xətti  Qubadlıdan 
Xocaqana  doğru  50  verst uzanıb.  Qurbanlar çoxdur.  Əhali  tə­
laş  içərisində  qaçır.  (Parlamentin  üzvü  Cəlil  Sultanovun  te­
leqramı,  21  yanvar, №  240).
11.  Nizami  qoşunlar  tərəfindən  Əliqulu,  Eyvazlı,  Şomauz, 
Şurnura,Məzrə,  Novra,  Qurovlu  kəndləri  tamamilə  dağıdılıb 
(Sakinlərin  teleqramı,  21  yanvar, № 823).
12.  Zəngəzur erməniləri  Gorus və Katarak zavodu  arasında 
Versələr,  Əliqulu-Uşağı,  Şurnuxa,  Şemauz,  Seyt  an,  Məzrə, 
Eyvazlı,  Şahverdilər,  Mosma  kəndlərini  istila  ediblər.  Növbə­
də  Əliyanlı,  Mazmakaıı  və  Müsəlmanlar kəndləridir  (Qarabağ 
general-qubernatorunun  teleqramı,  21  yanvar,  №  100).
13.  Zəngəzurun  26  kəndi  ermənilər  tərəfindən  işğal  olunub 
(Qarabağ general-qubernatorunun məlumatı, 21  yanvar, № 835).
14.  Firibcan,  Alı,  Şaravlı  kəndləri  ermənilər  tərəfindən
7 0


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə