FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə19/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   ...   15   16   17   18   19   20   21   22   ...   53

vinclə izdihamdan ayrılaraq yaşadığımız yerlərə qayıtdıq.  Mən də 
Hecovana, öz yaşadığım kəndə gedib yol tədarükü işinə başladım.1
A.  Şadlinskinin  partizan  dəstəsi  iki  gündən  sonra  Mərənd 
şəhərindən  Culfaya yola  düşür.  Naxçıvan  qəzasının  Araz çayı 
sahilindəki  sərhəd  postunda  Naxçıvanın  fövqalədə  komissarı 
və başqaları A.Şadlinskinin dəstəsini hörmətlə qarşılayırlar.  A. 
Şadlinskinin  dəstəsi  Naxçıvana  gəlir.
Naxçıvan  İnqilab  Komitəsinin  qərarı  ilə  dəstəyə  "Qırmızı 
tabor"  adı  verilir  və  Abbasqulu  bəy  Şadlinski  taborun  ko­
mandiri  təyin edilir.
"Qırmızı  tabor"un qarşısında  belə  bir vəzifə  qoyulur  ki,  Əz- 
nəbürd-Qarabağlar dağ ətəkləri  ilə  hərəkət edib,  Bığırsaqdərə- 
Sədərək  arasında  mövqe  tutsun.  Bu  əməliyyat  planı  noyabır 
ayı  ərzində  bütünlüklə həyata keçirilir,  nəticədə Şahtaxtı,  Xok 
kəndlərində  1200  erməni  əsgər və zabiti  əsir  almır.,  çoxlu  hərbi 
qənimət  ələ  keçirilir.  Şərur  qəzası  bütünlüklə  azad  edilir  və 
dekabırın 2-də  orda  qəza  inqilab komitəsi  təşkil  olunur.
1921-ci  il  iyunun  16-da  isə  Dərələyəzdə  Abbasqulu  bəyin 
komandanlığı  ilə  "Qırmızı  tabor"  əks  hücuma  keçib  düşməni 
tutduğu  mövqelərdən  çıxarır  və  kəndi  azad  edirlər.  1921-ci  il 
iyulun  axırlarında  Dərələyəz əməliyyatı  bütünlüklə  başa  çatır. 
Daşnak  qoşunlarının  qalıqları  Zəngəzura  çəkilir.
Daşnak  tör-töküntüləri  tamamilə  məhv- edilir.  Canlarını  qur­
taranlar baş götürüb qaçırlar.  "Qırmızı tabor"un döyüşçüləri, elə­
cə də Vedibasar əhalisi dinc təsərrüfat quruculuğu işinə keçirlər.
Beləliklə,  1918-1920-ci  illərdə  indiki  Qərbi  Azərbaycan  əra­
zisində yaşayan  575  min  nəfər azərbaycanlının  565  mini  qırıldı 
və ya doğma torpaqlarından qovuldu. Onlardan yalnız  1922-ci 
ildə cəmi  60  min  nəfər öz doğma  yurdlarına  qayıda  bildi.2.
Çoxsaylı  tarixi  sənədlər  şahidlik  edir  ki,  1905-1907,  1918- 
1920-ci  illər  Qafqazda  öz  tarixi  ərazilərində  etnik  təmizləmə 
soyqırımı  siyasətinə  məruz  qalan  yüz  minlərlə  azərbaycanlı 
kütləvi  surətdə  qətlə  yetirilmiş,  dədə-baba  torpaqlarından 
deportasiya  olmuşlar.
1.  Nax.  MRDA.  f.574.  s.l.  iş.20.  vor.1-3.
2.. "Şərq  qapısı" qəzeti  27  may  1990-cı il.  №  114.
56


1918-1920-Cİ İLLƏRDƏ  ZƏNGƏZUR QƏZASINDA 
ERMƏNİLƏRİN AZƏRBAYCANLILARA
QARŞI SOYQIRIMI
1918-1920-ci  illərdə  erməni  vəhşiliklərindən  ən  çox  ziyan 
görmüş  Azərbaycan  bölgələrindən  biri  də  Zəngəzur  qəzası  ol­
muşdur.  Bu  müddət  ərzində  erməni  quldur  dəstələrinin  həmin 
qəzanın  müsəlman  əhalisinə  qarşı  güc  işlətmək  siyasəti  bir  an 
da  olsun  belə  kəsilmir,  hərdən  səngisə  də,  sonra  daha  yeni 
qəddarlıqlarla  təkrar  olunurdu.
Azərbaycan  Respublikası  Dövlət  Tarix  Arxivində  və 
Naxçıvan  M R  Dövlət  Arxivində  mühafizə  olunan  işlərdəki 
məktublar,  teleqramlar,  məlumatlar  və  komissiyanın  istintaq 
protokollarında  bunlar öz əksini  tapıb.
1918-ci  ilin  iyun-iyul  aylarında Naxçıvan  və Ordubad  qəza­
larında  qanlı  cinayətlər  törətmiş  Andranik,  türklər  Naxçıvana 
gələndən sonra quldur dəstəsi ilə Zəngəzur qəzasına qaçır.  An­
dranik  Ozanyan  öz  ətrafında  nizami  qoşun  və  erməni  quldur 
dəstələrini  cəmləşdirərək  Zəngəzur  qəzasında  1918-ci  ildə, 
yayın  axırları  və  payızın  əvvəllərindən  başlayaraq  baş  vermiş 
bütün  qanlı cinayətlərə  bilavasitə rəhbərlik  etmişdir.
Öz hərbi dəstələri  ilə Zəngəzura gələn Andranik açıq şəkildə 
həmin  bölgələri  Ermənistana  birləşdirmək  məqsədi  daşıdığını 
bildirmişdir.  Dəstəsində  500-ə  qədər adamı  vardısa  burada  tez 
bir zamanda yerli  ermənilər  hesabına dəstənin sayı  xeyli  artır.1
Andranikin  hərbi  hissələrinin  Zəngəzurun  müsəlman 
əhalisinə  qarşı  törətdikləri  vəhşiliklər  göstərilən  bütün  səylərə 
baxmayaraq  1919-cu  ilin  martmadək  davam  etdi  və  bu 
müddətdə belə əməliyyatların coğrafiyası daha da genişlənərək 
Həkəridən  Araza,  Minkənddən  Bazarçaya  və  Naxçıvan 
qəzasının  sərhədlərinə uzanan  ərazini  bürüdü.
İstintaq  materialları  və  şahidlərin  ifadələri  əsasında  tərtib 
olunmuş  protokollardan  aydın  olur  ki,  ermənilərin  Zəngəzur 
qəzasında  1918-1920-ci  illərdə  törətdikləri  vəhşiliklər  planlaş­
dırılmış soyqırımdır.  Həmin  sənədlərdə Azərbaycan  qızlarının
1.  A R S P İ H D A .  f.  2 7 6 .  siy .  2 .  iş.  5 7 .  v ər.  5 7 .
57


və  kişilərinin  başına  gələn  müsibətlərdən  danışılır.  Neçə-neçə 
insanların  döşləri  kəsilmiş,  kürəklərinin  arasına  at  nalı  mıx­
lanmış,  yandırılmış,  süngü  ilə  deşik-deşik  edilmiş  və  qılıncla 
doğranmışdır.
1918-ci  ilin  yazında  və  payızında  Zəngəzur  qəzasının  kənd­
lərində  4501  nəfər  kişi,  qadın  və  uşaq  öldürülmüş,  599  nəfər 
yaralanmışdır.  Sağ  qalan  əhali  zorla  yurd-yuvalarından  di­
dərgin  salınmışdır.1
Həmin hadisələrin şahidi olmuş Müsəlmanlar kəndinin kənd- 
xudası  Məhəmməd  Abbas  oğlu  verdiyi  ifadəsində  yazır:  "1918- 
ci  il  payızın  sonlarında  Domi,  Qaradağlar,  Tağ,  Tuğ,  Çanaxçı, 
Soqnak,  Daşaltı  kəndlərinin  ermənilərindən  ibarət  olan  silahlı 
dəstə  170  evdən ibarət  Müsəlmanlar kəndini qəflətən  mühasirə­
yə alaraq,  əhalisini atəşə tutmuşlar.  Əhali vəlvələ içərisində can­
larım  qurtarmaq  üçün  öz  evlərini  və  əmlaklarını  qoyub,  qaçıb. 
Ermənilər  kəndə  soxularaq  malikanələri  yandırıb,  kəndlilərin 
əmlaklarını  və  mal-qarasını  aparıb,  sakinlərini  öldürüblər.  32 
nəfər öldürülüb,  18  nəfər yaralanıb və  50 ev yandırılıb".1 2
Burcalar  kəndinin  sakini  Salman  Allahverdi  oğlu  verdiyi 
ifadədə yazır:  "1918-ci  ilin  payızında  Şaqodin  və  Şıxauz kənd­
lərindən  silahlı  erməni  dəstəsi  qəflətən  17  evdən  ibarət  müsəl­
man  Burcalar-Dərzili  kəndinə  hücum  edərək  kəndi  atəşə  tu- 
tub.  Əhali  öz  evini  və  əmlakını  qoyub;  canlarını  qurtarmaq 
üçün  qaçıb.  Kəndə  soxulan  ermənilər  evləri  yandırıb,  kənd­
lilərin  mal-qarasını  aparmaqla  21  nəfər müsəlmanı  öldürüb".3
Arxiv  sənədləri  göstərir  ki,  Zəngəzur  qəzasında  115  mü­
səlman  kəndi  dağıdılmışdır.  Həmin  kəndlərdə  3257  kişi,  2276 
qadın,  2196  uşaq  öldürülmüş,  1060  kişi,  794  qadın,  485  uşaq 
yaralanmışdır.  Bütün qəza üzrə  10.  068  nəfər müsəlman əhalisi 
öldürülmüş və  şikəst edilmişdir.
Gorus  kənd  sakini  Həsən  Hüseyn  oğlu  İbrahimov  xatirələ­
rində yazır:  "Rusiyada çar hökuməti  devrilən vaxt mən  Bakida
1.  A.  Mustafayev.  "XX  əsrdə  Qərbi  Azərbaycan  ərazisindən  Azərbay­
canlıların  deportasiyası  və Naxçıvan". 2005,  səh.  73.
2.  Azərbaycan  bölgələrində  erməni  şorunu  (1918-1920),  Ankara  2001, 
səh.  573,  574.
3.  Nax.  MR  DA.  f.  314. siy.  5a.  iş.  18.  vər.  42-46.
58


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə