FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə15/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   ...   11   12   13   14   15   16   17   18   ...   53

nistan  hökumətinin  hakimiyyətini qəbul  etməmələri  sonuncunu 
hərbi  qüvvəyə əl atmağa məcbur etdi.
Bundan  başqa  bizim  diplomatik  nümayəndəmizin  böyük- 
vedililərin naməlum mənbələrdən pulemyot ilə silahlanmasına gə­
tirdiyi  izahat məni çox  təəssüfləndirdi.  Ermənistan  hökuməti  bö- 
yük-vedililərin kənarda  olan  türk  agentləri  tərəfindən  silahlandı- 
nlmaqları haqda dəqiq sənədlərə malikdir, hansılar ki süni olaraq 
müsəlman  əhalisini  Ermənistan  hökumətinə  qarşı  qaldırırlar, 
onlar  olmazdan  öncə  müsəlman  əhalisi  bir  çox  ermənistan 
kəndlərində olduğu kimi sakit və mədəni həyat sürürdü.
Ermənistan  hökuməti  bütün  dediklərini  sübut  etmək  üçün 
lazımi  sənədləri  təqdim  etməyə  hazırdı.  Böyük-vedililərin  ən 
xırda fikirləri haqda belə məlumatı olmayan cənab Təkinski  də 
bunu  bilməmiş  deyil.  Cənab  Təkinskinin  böyük-vedililəri 
pulemyot  ilə  Ermənistanın  özünün  silahlandırması  haqdakı 
fikri  isə  anlaşılmazdır.
Mən  onu  qeyd  etmək  istəyirəm  ki,  cənab  Təkinskinin  Er­
mənistanda  yaşayan  müsəlmanların  vəziyyətinin  acınacaqlı 
olması  haqda  dedikləri  faktlara  əsaslanmır  və  sadəcə  ümumi 
ittiham  xarakteri  daşıyır.  Ermənistan  hökuməti  isə  Qaf­
qazdakı  Fransız Missiyasının  müsəlman  əhalisi  arasında apar­
dığı  sorğuların  nəticəsini  təqdim  edə  bilər,  hansı  ki,  cənab 
Təkinskinin  dediklərinin  əksini  sübut  edir,  Diplomatik  Nü­
mayəndəmiz  Bekzadyanın  dediyi  kimi  Ermənistan  hökuməti 
üçün  ağ və  qara  dərili  vətəndaş  yoxdur.
Bütün  sorğu  müddətində  sakinlər  tərəfindən  ermənistan 
hərbi  hissələri  tərəfindən narahatçılığın  törədilməsi  barədə  heç 
bir  şikayət  olmadı,  cənab  Təkinski  də  bilir ki,  Ermənistan  hö­
kumətinin  əhaliyə  Azərbaycana  köçmək  təklifini  irəli  sürəndə 
əhali  buna  soyuq  münasibət  bəslədi.  Əgər  əhalinin  Ermənis­
tandakı  vəziyyəti  doğrudan  da  cənab  Təkinskinin  dediyi  kimi 
acınacaqlı  olsaydı  buna  hər  bir  imkanı  olan  əhali  çoxdan 
Ermənistanı  tərk  etmişdi.  Ermənistan  müsəlman  vətəndaş­
larından  bu cür xahiş  almayıb.
Bundan  sonra  cənab  Təkinskinin  dediyinin  əksinə  olaraq 
bir  çox  müsəlman  qaçqınları  Ermənistan  hökuməti  tərəfindən 
doğma  kəndlərinə qaytarılıb.
44


Cənab  Təkinskinin  müsəlmanların  Ermənistandakı  çətin 
vəziyyətini  araşdırmaq  üçün  müttəfiq  dövlətlərdən  ibarət 
komissiyanın  təşkil  olunmasına  dair  təklifinə  gəldikdə  isə  onu 
deyə  bilərəm  ki,  Ermənistan  hökuməti  son  ’ hadisələrin 
yaranma  səbəblərinin  əsl  xarakterindən  xəbərdar  olduğuna 
görə  bu  komissiyanın  yaradılmasını  artıq  hesab  edir.
Məsələyə  dair  geniş  açıqlamadan  sonra  Ermənistan  hö­
kuməti  təəssüflə  bildirir  ki,  cənab  Təkinskinin  bu  cür  mü­
lahizələri  Ermənistana  qarşı  çıxışların  yaranmasına  və  da- 
xildəki  sabit vəziyyətin  pozulmasına səbəb  olmuşdur.
Bunları  Sizin  hökumətinizin  nəzərinə  çatdıraraq  cənab 
Təkinskinin  hərəkətinə  öz  etirazımı  bildirirəm  və  bunun 
cavabsız qalmayacağına ümid  edirəm.
Bu  bəyanat  Şərur-Naxçıvan  hadisələrini  araşdıran  Ali 
Birlik Komandanlığı  nümayəndələri  tərəfindən  də qəbul  edilib 
və  Ermənistan  hökuməti  bu haqda  məlumatlandırılıb.
Buna  əlavə  olaraq  Sizin  diqqətinizə  onu  da  çatdırmaq 
istəyirəm  ki,  Cənab  Təkinskinin  bu  cür  hərəkətləri  bu  çətin 
vaxtda  Azərbaycan  və  Ermənistan  Respublikaları  arasındakı 
dostluq,  yaxşı  qonşu  əlaqələrinin  pozulmasına  gətirib  çıxara 
bildrdi,  hansının  ki,  yaradılmasını  Ermənistan  hökuməti 
həmişə  arzu  edib  və çalışıb.
X arici İşlər N aziri - /im za/.
Baş katib - /im za/  ".1
1919-cu  ilin  sentyabr  ayında  Azərbaycan  Respublikası  X a­
rici İşlər Nazirliyi  tərəfindən  M.X.Təkinskiyə göndərilən mək­
tubda  ondan  xarici  dövlət  nümayəndələrinə  göndərmək  üçün 
İrəvan  quberniyası  və  Qars  vilayətində  müsəlmanlara  dəymiş 
zərəri,  o  cümlədən  zərərçəkənlərin  adı,  familiyası  və  atasının 
adı,  öldürülməsi,  yaralanması,  əsir  alınmış  kişi  və  qadınların 
adlı  siyahısı,  dağıdılmış  və  yandırılmış  kəndlərin,  bağların, 
aparılmış  heyranların  və  s.  siyahısını  hesablamaq  üçün  sta­
tistik  məlumat  toplamağı  xahiş  olunurdu.
9  sentyabr  1919-cu  ildə  M.X.Təkinski  Azərbaycan  Respub-
1.  Nax.  MRDA.  f.314.  s.5a.  iş.74.  vər.221-226.
45


likası  Himayəçilik  Nazirliyinin  ünvanına  göndərdiyi  məruzə 
xarakterli  məktubunda yazırdı:  "Ermənistanın  müsəlman əha­
lisinə  köməyin  təşkil  olunması  zamanı  yerli  vəziyyəti  nəzərə 
alaraq  burada  diqqət  təkcə  qaçqınlara  yox,  ümumiyyətlə  ka­
sıb,  ac və  xəstə  əhaliyə yönəldilməli  idi.
Müsəlmanların Ermənistandakı  siyasi vəziyyəti elədir  ki,  qaç­
qınların  çox  hissəsi  şəhərdən  kənarda  Şərur,  Naxçıvan  və  Sür-
məlidədir,  hansılarla  ki,  əlaqə  mümkün  deyü.  Ölkənin  daxilində 
isə  ancaq  İrəvan  şəhərində  və  müsəlman  kəndlərinin  təhlükəsiz 
yerlərində  yerləşən  müsəlman  qaçqınlarının  bir  hissəsi  qalıb. 
Bununla yanaşı  1918-ci ilin yazında  baş verən qanlı  hadisələrdən 
sonra kəndlərini tərk edən sakinlər 2-3 dəfə öz evlərinə qayıtmağa 
cəhd ediblər, bunun nəticəsində təmiz müflisləşmiş və indi onların 
vəziyyətləri qaçqınlardan daha pisdir.  Onlar evlərin,  torpaqların, 
əmlakların,  mal-qaraların  itiriblər.  Onu  da  əlavə  etmək  lazımdır 
ki,  bu  ilin  məhsulundan  cüzi  sayda  insan  istifadə  edə  bilmişdi, 
çünki  türk erməniləri  tərəfindən zəbt edilən  torpaqlar ermənistan 
hökuməti tərəfindən icarəyə verilmişdir.
Son  günlərin  hadisələri  müsəlmanların  vəziyyətini  daha 
faciəli etdi,  öz yerlərinə qayıdan  50-60  kənd  yenidən  dağıdıldı, 
sakinlər  isə  olan  qalan  əmlakın,  çörəklərin  anbarlarda  qoya­
raq  qonşu  müsəlman  kəndlərinə  qaçdılar,  bununla  talan  olun­
muş  kəndlərin  onsuz da çətin  vəziyyəti  daha  dözülməz  oldu.
Bunları  nəzərə alaraq  kömək tədbirləri tətbiq edərkən  təkcə 
qaçqınları  yox,  ümumiyyətlə  zərər  çəkənləri  və  ehtiyacı 
olanları  nəzərdə  tutmaq  lazımdır.  Buna  əsasən  xərclərin 
cədvəlini  təsis  edərkən  təkcə  öz  yerlərini  tərk  edən  əhali  yox, 
həm də qaçqın  həyatı  keçirib  indi  isə  öz evlərinə qayıdan  əhali 
də  nəzərə  alınsın.
Əvvəl  də  qeyd  edildiyi  kimi  qaçqınların  əsas  hissəsi  cəbhə 
bölgələri yaxınlığında səfərbər edilib, Yenibayazet,  Eçmiədzin  və 
İrəvan  qəzalarından  150  minə  qədər  müsəlman  köçüb.  İndi 
sərhəddə  çox  az  əhali  qalıb,  onların  sayı  da  gündən-günə  azalır. 
Yeni-bayazet  rayonunda  müsəlman  heç  qalmayıb,  ona  görə  ki, 
yazda  evlərinə qayıdan  kəndlilər  yenidən  talan  edildilər,  onların 
taleyi  haqda  heç  bir  xəbər  yoxdur,  qırıq-qırıq  gələn  şaiyələrə 
əsasən  onlar  görünməmiş  vəhşilik  və  zoraküığa  məruz  qalıblar,


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə