FəXRƏDDİn cəFƏrov


QƏRBİ AZƏRBAYCANDA ERMƏNİLƏRİN



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə11/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   ...   7   8   9   10   11   12   13   14   ...   53

QƏRBİ AZƏRBAYCANDA ERMƏNİLƏRİN 
AZƏRBAYCANLILARA QARŞI SOYQIRIMI
X X   əsrin  əvvəllərindən  başlayaraq  istər  İravan  quberni­
yasında,  istərsə də  Naxçıvan,  Şərur-Dərələyəz və  Ordubad  qə­
zalarında  daşnak  erməniləri  tərəfindən  baş  vermiş  qanlı  soy­
qırım  siyasətinə  dair  Naxçıvan  M R  Dövlət Arxivində  yüzlərlə 
arxiv  sənədlərinə  rast  gəlirik.  Bu  sənədlər  xüsusi  ilə  Qərbi 
Azərbaycanda,  həmçinin  Naxçıvan  bölgəsində  ermənilərin 
azərbaycanlılara  qarşı  etdikləri  vəhşiliklər,  qırğınlar,  dağıntı­
lar,  yurdlarından  qovulan  azərbaycanlıların  aclıq  və  xəs­
təlikdən məhv  olmalarına  dair o  dövrün  qanlı  sənədləridir.
Buna görə də o  dövrün  hadisələrini həmin  sənədlərin  dili  ilə
oxucularımıza  olduğu  kimi  çatdırmaq  istəyirik.
*  *  *
Birinci  dünya  müharibəsində  başqa  xalqlar  kimi  Zaqafqa­
ziya xalqları da böyük iztirablara məruz qaldılar.  Cəbhə arxası 
olan  Ermənistanın,  Gürcüstanın  və Naxçıvan  diyarının  əhalisi 
daha  əzablı  günlər  yaşayırdı.  İrəvan  quberniyasının  ağır  mü­
haribə  iztirablarını görən cəbhəarxası  bölgələrdən  biri  də Vedi 
və  Vedibasar  (Vedi  çayı  tutan  yerlər)  idi.  Bu  kəndlərdən  cəb­
həyə çoxlu  işçi və  daşıyıcı  qüvvələr:  at,  qatır,  mal-qara,  araba, 
həm də  azuqə  toplanırdı.
Rusiyanın  inqilabçı  fəhlə və  kəndliləri  imperialist  (I-ci  dün­
ya müharibəsinin) müharibəsinin  törətdiyi  ağır tələfatlara,  mə­
şəqqətlərə,  çar  mütləqiyyətinin  müsibətlərinə  dözməyib  1917- 
ci ilin fevral ayında çar hakimiyyətini, həmin ilin oktyabr ayın­
da  isə  Rusiyanın  burjua  monarxiyasını  devirdilər.  Bu  xəbər 
ildırım sürəti  ilə dünyaya yayıldı.
Baş  verən  inqilabi  dəyişikliklər  sayəsində  yaranan  siyasi 
mühit  kənd  əhalisinə,  onun  qabaqcıl,  açıq  fikirli  adamlarma 
güclü  təsir  göstərirdi.  Abbasqulu  bəy  Şadlinsiki,  Seyfulla  Sü­
leymanov,  Ağa Şadlinski, Əziz Süleymanov,  Bilas  Şadlinski  və 
başqaları məhz həmin  adamlardan  idi.
Abbasqulu  Şadlinski  (1886-1930)  və  onun  həmfikirləri  ça­
rizm  quruluşunun  yıxılması  uğrunda  fəhlə  və  kəndlilərin  açıq 
silahlı  üsyanları dövründə yaşamışlar.
32


Başqa  yerlərdə  olduğu  kimi  Vedibasar  kəndində  də  hərc- 
mərcliyə,  xarici  işğalçılara,  daxili  talançılara  qarşı  Abbasqulu 
Şadlinski  başda  olmaqla  müqavimət  hərakatı  genişlənir.  Er­
mənistanda  "Daşnaksütün"  milliyətçi  partiyasının  müsibətli 
siyasətindən  xəbərdar  olan  Vedibasar  kəndliləri  Abbasqulu 
bəy  Şadlinskinin  ətrafında  sıx  birləşir  və  oyuncaq  daşnak  ha­
kimiyyətinə  tabe  olmurlar.
Onu  da  qeyd  etmək  istəyirəm  ki,  köçürmələr  nəticəsində 
ermənilərin  Qafqazda  məskunlaşması  onların  "Böyük  Ermə­
nistan"  imperiyasını  yaratmaq  arzularını  daha  da  artırırdı. 
Məhz  bu  məqsədlə  də  azərbaycanlıları  doğma  Göycə  maha­
lından,  Dərələyəz,  Qəmərli,  Zəngibasar,  Vedibasar  və  sair 
mahallardan  sıxışdırıb  çıxarırdılar,  qırırdılar.
Bu  hadisələrlə  bağlı  İrəvan  quberniyası  müsəlman  əhalisi 
nümayəndələrinin  Azərbaycan  Nazirlər  Şurasının  sədri  Fətəli 
xan  Xoyskiyə  1918-ci  ilin  iyun  ayında  müraciətində  deyilirdi: 
"1917-ci  ilin  dekabr  ayından  1918-ci  ilin  iyun  ayına  kimi  er­
məni  hərbi  hissələri  Göycə  mahalının  və  Yeni  Bəyazit  qəza­
sının  dinc  müsəlman  əhalisinə  qarşı  hücuma  keçmişlər.  Məq­
səd Göycə gölünün şərq və şimal hissəsini burada yaşayan mü­
səlmanlardan  təmizləməkdir.  Hal-hazırda  60  min  əhalisi  olan 
22  kənd  dağıdılmış,  yandırılmış,  əhalisi  isə  qırılmışdır.  Artıq 
Göycə  mahalında müsəlman  qalmayıb.
Yeni  Bəyazit  qəzasında  isə  84  müsəlman  kəndi  dağıdılmış­
dır.  Onlardan  Daşkənd,  Qoşa  Bulaq,  Sarı  Yaqub,  Baş  Sorca, 
Soğanqulu-Ağalı,  Ağkilsə,  Zod,  Böyük  Qaraqoyunlu,  Qulu- 
Acılı,  Zərzibil,  Çay-Əhmədli,  İnək-Dağ,  Qara  imam,  Qərib 
Qaya,  Kəsəmən,  Baş  Kənd,  Kiçik  Məzrə,  Böyük  Məzrə,  Şiş 
Qaya,  Baş  Hacı  və  sair göstərmək  olar".1
Naxçıvana  soxulan  Andranik  Ozanyanın  başçılıq  etdiyi  er­
məni  daşnakları  Naxçıvandan  başlayaraq  Zəngəzur  və  Şuşa­
yadək  olan əraziləri  ələ  keçirməyə çalışırdı.
Bir çox aıxiv sənədləri Andranikin dəstəsinin "Naxçıvan yü­
rüşü" zamanı yol boyu və bölgələrdə törətdikləri qırğınları, zo­
rakılıq  və  vəhşilikləri  təsdiqləyir.  Yeni  Bəyazitdən  olan  Va­
1.  Nax.  MRDA.  f.  314,  s.  5,  iş  .74.  vər.  196.
33


ran  adlı  bir  erməni  azərbaycanlılara  qarşı  etdiyi  zülm  barədə 
belə  danışırdı:  "Mən  Basarkeçərdə  heç  nəyə  məhəl  qoymadan 
türk əhalisini  məhv etdim.  Lakin bəzən gülləyə heyifim gəlirdi. 
Bu  işlər üçün  ən  doğru üsul  döyüşdən sonra  salamat  qalanları 
quyuya  doldurmaq  və üstündən  ağır daş  tökməkdir.  Mən  belə 
də etdim, bütün kişiləri, qadınları və uşaqları quyuya doldurub 
üstündən  ağır daşlar  töküb,  axırlarına  çıxdım".  1
Ermənilərin  vəhşilikləri  barədə  o  zamanki  mətbuat  orqan­
ları  yazırdı:  "Andranikin  quldur  dəstəsi  çoxlu  türk  kəndlərini 
dağıtdılar.  Təkcə  Yaycı  kəndində  2500  nəfər  öldürüldü  və 
Araz çayında  boğduruldu".2
Daha  bir  yazıda  oxuyuruq:  "20-25  iyun  1918-ci  ildə  ermə­
nilər  Culfada  Araz  çayı  üzərindəki  körpünü  yandırdılar.  Or­
dubadda  2  min  azərbaycanlım  öldürdülər".3
Naxçıvanda  məğlub  olan Andranik  qoşunu  ilə.birlikdə  Qa­
pıçıq  aşırımından  (Ordubad)  Sisyana  çəkilir.  Orada  da  an- 
dranikçilər  azərbaycanlıları  qılıncdan  keçirir,  əhalini  didərgin 
salırlar.
Oradan  İrəvana  hərəkət  edən  Andranik  1919-cu  ilin  ya­
yında  yolüstü  Ermənistanın  Qaraxaç  kəndində  dayanır.  Əhali 
onu  duz-çörəklə  qarşılayır,  erməni  əsgərlər  evlərə  paylanır, 
böyük məclis  qurulur, kabab çəkilir, şərab içilir.  Məclisdə  aşıq 
Cəlilə  təklif edilir  ki,  Andranik  paşanı  vəsf etsin.  Aşıq  sazını 
döşünə basıb  belə  oxuyur:
Vedinin dağları batıbdır yasa,
Andranik istəyir oranı basa,
Bir namə yazmışam o xan Abbasa,  (yəqin ki, 
Abbasqulu bəy Şadlinski nəzərdə tutulur-F.  C) 
Durmayıb gəlsin bizim imdada.
Bunu eşidən sərxoş andranikçilər aşıq  Cəlili yerə yıxıb dilini 
boğazından  çıxarıb,  iztirabla  öldürmüşdülər.
Andranik  Ozanyan  Vedi  mühafizəsinin  başçısı  Abbasqulu 
bəyə  çatdırır  ki,  Vedililər  təslim  olub  silahı  təhvil  versinlər.
1.  "Naxçıvan",  ictimai-siyasi,  ədəbi-bədii  elmi-publisistik  jurnalı.  Nax. 
2001-ci  il.  №  5, səh.  106
2.  Yenə orada,  səh.  62.
• 

^ “  m
 

3.  Yenə orada.
34


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə