FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə10/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   ...   6   7   8   9   10   11   12   13   ...   53

Əlavə olaraq 49,  50,  52,  60 və 70 №-li  teleqramların  surətini 
də  təqdim edirəm.
İrandakı  Azərbaycan  Respublikası  Diplomatik  Nümayən- 
dəsi-(imza)".l.
1918-1920-ci  illərdə  erməni  daşnaqları  Şərurda  76, 
Vedibasarda  118,  Dərələyəzdə 74 kəndi, Əlincəçay və Gilançay 
boyunca  80-dən  artıq  kəndi  yerlə  yeksan  etmiş,  yandırmış  və 
əhalisinin  çoxunu  qırmışdır.  2.
Ərzurumda  nəşr  olunan  "Kaf  dağı"  adlı  qəzet  Türkiyə 
qaynaqlarına  əsaslanaraq  məlumat  vermişdir  ki.  1918-1921-ci 
illərdə  Naxçıvan  bölgəsində  ermənilər  tərəfindən  73.727  nəfər 
azərbaycanlı ən  vəhşi formada  öldürülmüşdür.3.
1918-1920-ci  illərdə  ermənilərin  Naxçıvan,  Şərur-Dərələyəz 
və  Ordubad  bölgələrinə  hücumları  müdafiəsiz  dinc  əhalini 
qırmaq  məqsədi  güdən  fasiləsiz müharibə xarakteri  almışdır.
Çoxsaylı  tarixi  sənədlər  şahidlik  edir  ki,  1905-1907,  1918- 
1920-ci  illər  Qafqazda  öz  tarixi  etnik  ərazilərində  etnik 
təmizləmə  və  soyqırımı  siyasətinə  məruz  qalan  milyonlarla 
azərbaycanlı  kütləvi  surətdə  qətlə  yetirilmiş,  dədə-baba 
torpaqlarından  deportasiya olunmuşdur.
'  Təəssüf ki,  1988-ci  ildən  başlayan  əsassız  Dağlıq  Qarabağ 
münaqişəsi,  Azərbaycan  ərazilərində  meydan  sulayan  erməni 
irticası və bu  irticanın qurbanı  olan günahsız Azərbaycan əha­
lisinin  acı  iztirabları  keçmiş  SSRİ  rəhbərliyinin  və  sivil  dün­
yanın  biganə  sükutu  ilə  qarşılandı.  Belə vəziyyətdən  ruhlanan 
və  istifadə  edən  ermənilər  azərbaycanlılara  qarşı  soyqırım 
siyasətini  və  bir-birinin  ardınca  misli  görülməmiş  tarixi  ci­
nayətlərini  həyata keçirməyə  müvəffəq  oldular.
X X   əsrin  80-ci  illərinin  axırlarında,  yəni  1988-ci  ildə  Azər­
baycan  xalqına  qarşı  genosidin  yeni  dövrü  başlandı.  Yaxşı 
planlaşdırılmış,  amansız  və  cinayətkar  tədbir  həyata  keçiril­
mişdir.  Erməni  ekstremistlərinin  azğın  quldur  dəstələri  Ermə- 1 2 3
1.  Nax.  MRDA.  f.314.  siy.5a.  iş.71.  vər.105-106.
2.  "Naxçıvan",  İctimai-siyasi,  ədəbi-bədii,  elmi-publisistik jurnal.  №  5. 
Nax.  2001.  səh.41.
3.  Yenə  orada, səh.  42.
29


nistanda  yaşayan  200  min  nəfərdən  çox  azərbaycanlını  tarixi 
torpaqlarından  qovdu.  Sovet  ordusu  əsgərlərinin  köməyi  ilə 
həyata  keçirilən  bu  əməliyyatda  300-dən  artıq  azərbaycanlı 
həlak oldu. Təkcə Ermənistanın Quqark rayonunun  Gözəldərə 
kəndində  21  azərbaycanlını,  o  cümlədən  6  qadm,  3  uşağı 
ermənilər  öldürmüşlər.  1988-ci  ilin  dekabrında demək  olar  ki, 
Ermənistanda  yaşayan  bütün Azərbaycan  türkləri  evdən-eşik­
dən  didərgin  salınmış,  var-yoxdan çıxarılmışdır.
X X   əsrin  90-cı  illərində  onlar  üçüıı  yaradılmış  şəraitdən  is­
tifadə  edən  Ermənistan  hakimiyyət  dairələri  Azərbaycana,  o 
cümlədən  Naxçıvana  qarşı  öz  ərazi  iddialarını  artıq  müharibə 
yolu  ilə  genişləndirmək  qərarına  gəldilər.  Qaynar  nöqtələrdən 
biri  də  Naxçıvan  oldu.  1990-cı  il  yanvar  ayının  19-dan  20-nə 
keçən gecə Sovet qoşunlarının  Bakıya hücumundan  8 saat əvvəl 
Sovet  qoşun  birləşmələri  ilə  birlikdə  erməni  silahlı  dəstələri 
Naxçıvan  MR  Şərur rayonunun Sədərək  kəndinə  hücum  etmiş, 
qan  tökülmüş  və bir çox tikinti  obyektləri  dağıdılmışdır.
20  yanvar  1990-cı  il  tarixli  "Şərq  Qapısı"  qəzetində  dərc 
olunmuş  məlumatda  yazılır:  "...Artıq  2  gündür  ki,  xəyanətkar 
və təcavüzkar ermənilər Naxçıvan müstəqil respublikasının  Sə­
dərək  kəndini  aramsız olaraq  raket,  top atəşinə tuturlar.  Doğ­
ma  torpağımızı  qorumağa  qalxan  oğullarımız düşmən  hücum­
larını  dəf  edirlər.  Ermənilər  Sədərək  şərab  zavodunu,  mebel 
sexini,  yeni  qəsəbəni  və  digər  obyektləri  dağıtmışdır.  Dünən 
günün  2-ci  yarısından  sonra  müdafiəçilərimiz  erməniləri  geri 
oturtmuşdur.  Doğma  torpaq  uğrunda  vuruşlarda  həlak  olan­
lar və yaralananlar vardır.  Aramsız döyüşlər  davam  edir."1
1990-cı  ilin  yanvar  ayında  Şərur  rayonunun  Kərki  kəndi  er­
məni quldurları  tərəfmdən işğal edildi.  Kərki kəndinin  130 azər­
baycanlı  ailəsi  öz  yurdlarından  didərgin  düşərək  Şərur  rayo­
nunda sığınacaq tapmışdır. Kənddəki evlər, əkin sahələri, məişət 
xidməti  obyektləri  erməni  təcavüzkarlarının  əlinə  keçmişdir. 
(Hal-hazırda  həmin  kənd  ermənilərin əlindədir -F.C.)
Ümumiyyətlə,  1990-1993-cü  illərdə  ermənilər  Sədərək  üzə­
rinə  14  dəfə  ağır  texnika  ilə  hücum  etmişdilər.  Sədərək  1990-
1:  "Şərq  qapısı"  qəzeti.  20 yanvar  1990-cı  il
30


1993-cü  illərdə  erməni  hücumlarına  məruz  qaldığı  günlərdə 
Naxçıvanın,  Şərurun,  Ordubadın,  Culfanın,  Şahbuzun,  Babə­
kin  mərd  oğulları  Sədərəyin  müdafiəsində  böyük  qəhrəmanlıq 
göstərmiş,  Sədərək  əhalisini  təklənməyə  qoymamışdır.
1990-1993-cü  illərdə  Sədərək  müdafiəsində  104  nəfər  şəhid 
olmuş, 489 nəfər yaralanmışdır.  Sədərəkdə  500-ə yaxm yaşayış 
evi,  inzibati  idarə  binaları  dağıntılara məruz qalmışdır.
Ümummilli  liderimiz  Heydər  Əliyevin  1998-ci  ilin  mart 
ayının  26-da  "Azərbaycanlıların  soyqırımı  haqqında"  fərmanı 
onun doğma xalqı qarşısında,  günahsız yerə öldürülənlərin ru­
hu  önündə  ən  böyük  xidmətlərindən  biridir.  Bu,  torpaqları­
mızın  işğalı,  xalqımızın  günahsız  yerə  qırılması,  yaşayış  mən­
təqələrimizin,  kənd  və  şəhərlərimizin  viran  edilməsi  proseslə­
rinə  tarixdə  ilk  dəfə  siyasi  qiymət  verməkdir.  Ümummilli  li­
derimiz  Heydər  Əliyevin  "31  mart  azərbaycanlıların  soyqırımı 
günü"  münasibətilə  Azərbaycan  xalqına  müraciətində  deyilir: 
"Soyqırım Azərbaycan  xalqına  böyük siyasi,  maddi  və  mənəvi 
zərbələr vurmuşdur.  Bütövlükdə X X  əsr ərzində 2  milyona ya­
xın azərbaycanlı deportasiya və soyqırımı siyasətinin  ağır nəti­
cələrini  öz  üzərlərində  hiss  etmişdir...  Bu  hadisələri,  onların 
dərslərini  unutmağa  bizim  haqqımız  yoxdur.  Tarixi  yaddaş- 
sızlıq  və  unutqanlıq  xalqımıza  baha  başa  gəlir.  Azərbaycan­
lılara  qarşı  törədilən  bu  ağır  cinayətləri  unutmamaq,  böyüyən 
nəsli  bədxah  qüvvələrə  və  onların  məkrli  niyyətlərinə  qarşı 
ayıq-sayıqlıq  ruhunda  tərbiyə  etmək mühüm vəzifədir."
Bəli, ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, 
X X   əsrdə  ermənilərin  azərbaycanlılara  qarşı  törətdikləri 
soyqırımını xalqımız heç vaxt unutmamalıdır.  Ermənilərin X X  
əsrdə  törətdikləri  bütün  cinayətlər  alimlərimiz,  tarixçilərimiz 
və  ziyalılarımız  tərəfindən  olduğu  kimi  yazılmalı  və  müxtəlif 
dillərdə  çap  olunaraq  dünya  xalqlarına  ermənilərin  bu  iyrənc 
cinayətləri  çatdırılmalıdır.
31


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə