FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə13/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   ...   9   10   11   12   13   14   15   16   ...   53

canilərinin  cəzalandırılmasından  başqa  bir  şey  deyil,  hansılar 
ki,  Ermənistan  Respublikasının  dövlət  əsaslarını  sarsıtmaq 
üçün sistematik  olaraq  hərbi  hissələrə hücumlar təşkil  edirlər.
Bu  izahatdan  sonra  Sizin  narazılığınızın  Ermənistan 
respublikasının  daxili  işlərinə  qarışmaqdan  başqa  öz tərkibinə 
görə  də  qəbul  olunmazdır,  çünki  Sizin  etiraz  etdiyiniz  hadisə 
barədə  yetərincə  məlumatınız yoxdur.
Sizin  Ermənistan  ordusunun  ümumiyyətlə  müsəlmanlara 
qarşı  bütün  fəaliyyətlərinin  qarşısının  alınması  xahişinizə  gəl­
dikdə  isə  onu  deyə  bilərəm  ki,  nə  mənim  hökumətim,  nə  də 
onun  ord  usu  ümumiyyətlə  müsəlmanlara  qarşı  heç  bir  fəa­
liyyət  keçirməyiblər.  Ermənistan  hökuməti  azərbaycanlıları 
qarət  edən  2  erməni  əsgərini  güllələməkdən  çəkinmədi,  o, 
müsəlman  nümayəndələrini  dövlət  qulluğuna  çağırır  və 
dairələri  bütünlüklə  onlara həvalə  edir.  Hökumət  sübut etmək 
istəyir  ki,  bütün  vətəndaşlarına  eyni  cür  münasibət  bəsləyir. 
Bu  xalqların  mehribançılıqla  yaşaması  planlarına  uyğun 
olmayan  üçüncü  şəxslər  bizim  və  sizin  mətbuatda  çirkin  və 
yalan  məlumatlar  yayaraq  millətlərimizin  bir-birinə  nifrət 
etməsi  üçün  əllərindən  gələni  əsirgəmirlər.
Ermənistan R espublikası diplom atik nümayəndəsi
T.  B ekzadyan".1
Diplomatik  nümayəndənin  müavini  Vəkilov  tərəfindən  12 
iyul  1919-cu il tarixdə vurulmuş teleqramda yazılırdı:  "Bakı. X a­
rici  İşlər  Nazirinə.  Dünən  Naxçıvana  gələn  kuryer  məlumat 
verdi:  Naxçıvandakı  erməni  hərbi  hissələrində  cəmisi  400  nəfər 
əsgər və kiçik ölçülü toplar, Noraşendə 500 nəfər və 2 top var,  3 
zirehli  qatar,  biri  Şahtaxtı  stansiyasında,  ikincisi  Qəmərlidə, 
oradakı qatar Vedi-Basarı atəşə tutur, üçüncüsü isə Dəvəli stan­
siyasında  dayanıb.  Dəhnə  keçidində  ermənilər  səngərlər  qazır­
lar.  Naxçıvan  müsəlmanları  üsyana  çağırış  gözləyirlər.  Qəzada 
Ermənistan hökumətinin hakimiyyəti yoxdur və qəbul olunmur.
D iplom atik Nümayəndə  müavini  V əkilov".1 2
1.  Nax.  MRDA.  f.  314, s.  5a,  iş.  74,  vər.  200-203
2.  Yenə orada,  vər.  204
38


Vedi-Basar rayonunun bir çox kəndlərində,  (Qaraxaç,  Qadalı, 
Şahablı və sail') erməni daşnaklarının təcavüzləri xüsusilə ağırdır, 
özlərini Sasun və Vanlı adlandıran erməni quldur dəstələrinin bu 
bölgənin  müsəlman  kəndlərinə  hücumları  nəticəsində  əsir 
götürdükləri 300-ə qədər qadın və qızlar (1918-ci ilin dekabrından 
1919-cu ilin ortalarına kimi) vəhşicəsinə məhv edildilər.1
Azərbaycanlılara  qarşı  ermənilər  tərəfindən  edilən  bu  vəh­
şiliklər  haqda  vedibasarlılar  tərəfindən  həm  Azərbaycana,  Er­
mənistanda Azərbaycanın diplomatik nümayəndəliyinə, Maku 
xanı  Əli  xana  və  həmçinin  Naxçıvanın  hərbi  müdafiə  koman­
danı  Kəlbalı xana məlumat  verilmişdir.
İrəvan  quberniyasında  yaşayan  azərbaycanlıların  şikayətləri 
ilə  bağlı  İngilislərin  İrəvandakı  Dövlət  Hərbi  Nümayəndəliyi 
İrəvan  xanı  Məhəmməd  xana  1919-cu  ilin  iyulunda  göndərdiyi 
məktubunda yazırdı:  "Əlahəzrətlər!  Diqqətinizə çatdırmaq istəyi­
rəm ki,  5  iyul  tarixdə (1919-cu  il  -  F.  C.) məni Əli  xan  Makinski 
ziyarət  etdi  və  Böyük-Vedi  sakinlərinin  Ermənistan  ordusunun 
müsəlman kəndlərində törətdikləri qanunsuzluqlardan bəhs edən 
şikayətnaməsini  təqdim  etdi.  Bunların  həqiqətə  uyğun  olma­
dığına  toxunmadan  Siz  Əlahəzrətlərdən  Ermənistanın  daxili 
işlərinə  qarışmamağı  və  İngilis  missiyasına  nümayəndə  göndər- 
məməyinizi xahiş edirəm.  Yerli müsəlmanların öz nümayəndələri 
var,  əgər  Ermənistan  hökumətinə  qarşı  narazılıqları  olsa  onların 
vasitəsi ilə şikayətlərini göndərə bilərlər. Mən anlaya bilmirəm ki, 
Azərbaycan  Diplomatik  Nümayəndəsi  bu  halda  nə  məqsədlə 
istifadə oluna bilər.  Sizə dərin hörmətimi qəbul edin.
P olkovnik  : /im za L 1 2
16  iyul  1919-cu  il  tarixdə  Azərbaycanın  Ermənistandakı 
Diplomatik  Nümayəndəsi  M.  X.  Təkinski  Azərbaycan  Xarici 
İşlər  nazirliyinə  vurduğu  teleqramda  isə  belə  yazırdı:  "Bakı. 
Xarici İşlər Nazirinə. Xatisov hesab edir ki, Böyük-Vedidə baş 
verən  hadisələr  Ermənistanın  daxili  işidir,  Azərbaycan  heç 
vaxt Vedi-Basara  iddia  yürütməyib  və  bir  neçə  kəndin  müstə­
qillik  əldə  etməsi mümkün  deyil.  Xatisov  şəxsən  böyük-vedi-
1.  Nax.  MRDA.  f.  314, s.  5a,  iş.  74, vər.  197-199.
2.  Nax.  MRDA.  f.314.  s.5a.  iş.74.  vər.  208.
39


lilərin  Azərbaycana  köçürülməsinə  etiraz  etmir,  Siz  də  razı- 
sınızsa  o  bu  məsələni  Nazirlər  Şurasına çıxartsın.  Mən  Sizdən 
2-3  günlük  hərbi  əməliyyatları  dayandırmağı  xahiş  edəcəyimi 
söz  vermişəm.  Xatisov  söz  verdi  ki,  hərbi  əməliyyatların  2-3 
günlük  dayandırılması  strateji  planlara mane  olmayacaq.
D iplom atik Nümayəndə  T əkin ski”.1
Ermənistanın  Azərbaycandakı  diplomatik  nümayəndəsi 
Bekzadyanm  Böyük-Vedidə  baş  vermiş  hadisələrlə  bağlı 
yazdığı  etiraz  məktubu  ilə  əlaqədar  Məmmədəli  xan  Təkinski 
Ermənistan  Xarici  İşlər  Nazirinə  31  iyul  1919-cıı  il  tarixdə 
göndərdiyi  məktubunda  yazırdı:  "Azərbaycan  Respublikası 
Xarici  İşlər  Nazirinin  12  iyul  tarixli  2047  №-li  etirazına 
Ermənistan  Diplomatik  Nümayəndəsi  Bekzadyanm  cavabının 
məzmunu  məni  Sizə  öz cavabımı  bildirməyə məcbur edir.
Cənab  Diplomatik  Nümayəndə  Bekzadyan  Böyük-Vedidə 
baş verən hadisənin səbəblərini açıqlayır və buna əminlik verir. 
Onun  verdiyi  məlumatdan  Ermənistan  hökumətinin  Böyük- 
Vediyə  nə  vaxt  dəstə  göndərməsi,  bu  dəstənin  böyük-vedililər 
tərəfindən  tüfəng  və  pulemyotlardan  atəşə  tutulmaqları,  bu 
dəstənin  cəza  dəstəsindən  fərqini,  cəza  dəstəsinin  göndərilmə 
tarixi və bunlarla yanaşı artileriya ilə atəşə tutulan başqa kənd­
lərin  bu  məsələyə  nə  aidiyyətləri  olduğun  cənab  Bekzadyan 
göstərmir,  buna  görə  də  mən  tam  açıq  cavab  verə  bilmirəm. 
Amma Diplomatik Nümayəndə yoldaş  Bekzadyanm izahatına 
və  Azərbaycan  Republikası  Nümayəndəliyinin  bu  məsələ 
haqda  düzgün  məlumatlandırılmaması  haqdakı  əminliklərinə 
baxmayaraq,  mən  bildirmək  istəyirəm  ki,  ermənistan  hərbi 
hissələri  2  iyul  saat  4-də  Böyük-Vediyə  yaxınlaşdılar,  danışıq­
lar zamanı  ilk  atəş  erməni  hərbi  hissələri  tərəfindən  açılmış  və 
bu  güllə  ilə  Böyük-Vedinin  2  nümayəndəsi  Zeynalabdin  Şıxəli 
oğlu  və  Nəsrulla  bəy  Bəşir  oğlu  qətlə  yetirilmişdir,  böyük- 
vedililər  öz  nümayəndələrinin  öldürülməsindən  sonra  cavab 
atəşi  açdılar,  nəticədə  döyüş  axşama  qədər  davam  etmişdir.
Kəndlilərin  pulemyotu  olmayıb.
ф 
+
 
%
1.  N a x .  M R D A .  f.3 1 4 .  s .5 a .  iş .7 4 .  vər.  2 1 0 .
#
40


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə