FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə12/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   ...   8   9   10   11   12   13   14   15   ...   53

Abbasqulu  bəy  cavab  verir  ki,  mən  Andranik  adında  paşa 
eşitməmişəm.  Davamız davadır.  Elçi qayıdıb Abbasqulu bəyin 
cavabını  Andranikə  çatdırır.  Andranik  bu  sözləri  eşidən  kimi 
əmr edir  ki,  Qaraxaç  kəndinin əhalisinə  divan  tutulsun.
Qaraxaç  faciəsini  öz  gözləri  ilə  görmüş  Həmzə  Mirzəyev 
(qaraxaçlı)  bu  hadisəni  belə  təsvir  edirdi:  "Qadınları,  uşaqları 
məsçidə  doldurub,  od  vurub  yandırdılar,  mən  qaçıb  su  quyu­
sunda gizləndim.  Cavanları sıraya düzüb güllələdilər,  qocalara 
fiziki  divan  tutdular.  Orda-burda,  tək-tək  gizlənənlər  və  mən 
canımızı  qurtarmaq  üçün  Şərura  qaçdıq".1
1918-ci  ilin  dekabr  aymda  Dərələyəz  daşnak  qoşunu  Y a ­
ponun  (Giponun)  komandası  altında  Şərur  qəzasının  Yaycı 
kəndinə  basqın  etdi.  Lakin  kəndin  cəngavər  oğulları  erməni 
daşnaklarının  qarşısına  alırlar,  məğlub  olan  ermənilər  Xaçik 
kəndinə  çəkilməli  olurlar.
Bir  gün  sonra  Yaycının  intiqamını  almaq  üçün  Azərbay­
canın  Əmovi  kəndinə  hücum  edirlər.  Kənd  xəyanətlə  almır, 
silahlı gənclər dəstə ilə güllələnir,  qılıncla boynu vurulur.'Kən­
din  nüfuzlu  adamı  olan  Mir  Sadıx  ağanın  ailəsinə  qanlı  divan 
tutulur.  Anaların  gözü  qarşısında  uşaqlar  tonqala  atılaraq 
külə döndərilir.  Canlarını  qurtaranlar  Şərura  qaçırlar.
1918- 
ci  ildə  olduğu  kimi  1919-1920-ci  illərdə  də  erməni 
daşnakları  İrəvan  quberniyasının  Vedibasar,  Qəmərli,  Böyük 
Bəyazit,  Sürməlik və
Şərur-Dərələyəz  qəzalarının  bir  çox  müsəlman  kəndlərinə 
hücumlar  edərək,  müsəlman  əhalisinin  çoxunu  qırmışlar.  La­
kin Vedililər həmişə ermənilərə  qarşı mərdliklə  vuruşmuşlar.
1919- cu  ilin  bir çox  arxiv sənədlərinə  nəzər yetirək.
İrəvandan  10 iyul  1919-cu ildə Azərbaycanın Ermənistandakı
diplomatik  nümayəndəsi  Məmmədəli  xan  Təkinski  tərəfindən 
Azərbaycan Xarici İşlər Nazirinə vurulan teleqramda göstərilir­
di:  "Bu gün mən öyrəndim ki, erməni hərbi qüvvələri Böyük Ve- 
di,  Çinyənkənd,  Gilivan,  Qaşlı  və  başqa kəndləri  atəşə  tutmuş­
lar.  Adı  çəkilən  kəndlərin  əhalisi  qaça  bilmişdi.  Böyük-Vedi  və 
mühasirədə  olan kənd  sakinləri qadın və uşaqlarla əhatə olun
1. Nax.  MRDA.  f.  574,  s.  2,  iş.  117, vər.  1-5.
35


salar da mərdliklə müqavimət göstərirlər.  Döyüşlər davam edir.
Səlahiyyətli Nümayəndə M.  T əkin ski".1
Doğrudan da, A.Şadlinskinin rəhbərlik etdiyi "Vedi taboru" 
ermənilərin  hücumlarının  qarşısını  alaraq  döyüşlərdə  erməni­
lərə böyük  itkilər  vermişlər.
Bunu  təsdiq  edən  sənəd  2  iyul  1919-cu  ildə  Azərbaycanın 
Ermənistandakı  səlahiyyətli  nümayəndəsi  M.Təkinskinin 
Azərbaycan  Xarici  İşlər  Nazirinə  İrandan  vurduğu  teleqram­
dır.  Həmin teleqramda yazılır:  "Böyük Vedi erməni ordusunun 
hücumunu  dəf  edib  və  onları  dəmir  yoluna  qədər  geri  çəkil­
məyə  məcbur  edib.  Ermənistana  çoxlu  yaralı  erməni  gətirilir. 
200-dən  çox ölü erməni əsgəri  var.  Yaralı  və  ölü zabitlər isə  10 
nəfərdi.  Deyilənə  görə  müsəlmanlar  ermənilərdən  2  top,  8 
pulemyot alıblar.  Yeni hücum üçün ordu səfərbər edilir. Ermə­
nilər  çox  məyusdular.  Ermənilər  öz  uğursuzluqlarını  türk  əs­
gərlərinin  olması  ilə  izah edirlər.  İngilis  missiyası  da  buna  ina­
nır.  Lakin  kəndlərdə  bir  dənə  belə  türk  əsgəri  yoxdur,  bu  er­
mənilərin  fərziyələridir.  İngilis  hərbi  nümayəndəsinin  bu  gün 
mənə  təqdim etdiyi  bəyanatda  tərəfkeşlik  duyulur.
Səlahiyyətli Nümayəndə  T əkin ski" J
Böyük  Vedidə  ermənilərin  hücumları  və  törətdikləri  qanlı 
cinayətlərlə  bağlı  Azərbaycan  Demokratik  Respublikasının 
Xarici  İşlər  Nazirliyi  tərəfindən  12  iyul  1918-ci  il  tarixdə  Er­
mənistanın  Azərbaycandakı  diplomatik  nümayəndəsinə  rəsmi 
bəyanat  təqdim  edilmişdir.  Diplomatik  nümayəndə  həmin  bə­
yanatı  Ermənistan  hökumətinə  göndərmişdir.
Ermənistan  hökumətinin  Azərbaycandakı  diplomatik  nü­
mayəndəsi həmin bəyanatla bağh  18  iyul  1918-ci  il  tarixdə belə 
bir  cavab  göndərmişdir:  "Sizin  Böyük  Vedidə  baş  verən  ha­
disələrə  dair  12  iyul  tarixli  2047  №-li  etiraz  məktubunuzu  al­
dım  və  öz  hökumətimə  göndərdim.  Bu  barədə  öz  tərəfimdən 
bildirmək  istəyirəm  ki,  deyəsən  Azərbaycan  hökuməti  bu  ha­
disələr  barədə  düz  məlumatlandırılmayıb.  Bu  hadisələr  sözsüz 1 2
1.  Nax MRDA.  f.  314.  s.5a.  iş.74.  vər.  191.
2.  Yenə orada,  vər.  192.
36


ki,  Ermənistan  ərazisində,  onun  vətəndaşları  ilə  baş  verib  və 
Azərbaycan  buna  qarışa  bilməz,  amma  buna  baxmayaraq  bu 
hadisənin baş vermə səbəblərini  sizə  açıqlamaq  istəyirəm.
1  iyul  tarixində  Böyük  Vedi  və  Dəvəli  kəndi  yaxınlığında  9 
əsgər  və  12  erməni  kəndlisi  müsəlmanlar  tərəfindən  qətlə  yeti­
rilmişdir.  Bu  haqda  xəbər  tutan  Ermənistan  hökuməti  hadisə 
yerinə  dəstə  göndərdi  ki,  günahkarlar  və  öldürülmüş  əsgər­
lərdən  götürülmüş  silahlar qaytarılsın.  Dəstə  həmin  yerə  çatıb 
dincəlmək  üçün  düşərgə  qurur,  dəstənin  rəisi  isə  represiya  tö­
rətmək  istəmədiyinə  görə  bu  məsələni  araşdırmaq  üçün 
danışıqlara  başlayır.
Bu  danışıqlar  zamanı  dəstə  kəndlilər  tərəfindən  (müsəlman 
kəndlilərinin  erməni  dəstələrini  atəşə  tutduğunu  göstərir  -  F. 
C)  atəşə məruz qalmış, nəticədə 3 zabit, 30 əsgər öldürülmüş,  7 
zabit,  120  əsgər  isə  yaralanmışdır.  Bundan  sonra  hökumət 
bura cəza  dəstəsi  göndərmək qərarına  gəldi.
Cənab  Nazir,  yəqin  ki,  bu  kədərli  rəsmi  məlumatdan  Siz 
anladınız  ki,  mənim  hökumətim  başqa  vətəndaşlar  tərəfindən 
onun  vətəndaşları  və  əsgərlərinin  qanı  axıdılsa  da  sülhsevər 
fikirlərini  dəyişməmiş,  mübahisəli  məsələləri  həmişə  qan 
tökmədən  həll  etməyə  çalışmışdır.  Bununla  yanaşı  böyük  ve- 
dililər  naməlum  mənbələrdən  silahlanaraq  günahkarları  və 
əsgərlərdən  götürülmüş  silahı  qaytarmaqdan  imtina  edərək 
Ermənistan  hərbi  hissəsinə  atəş  açmışdılar.
Cənab  Nazir,  Siz  razılaşmaya  bilməzsiniz  ki,  Sizin  "öz  mü- 
qəddaratını  həll  edən  millət",  kəndlərin  müdafiəsiz  sakinlərinə 
qarşı  "cəza  ekspedisiyası"  kimi  sözləriniz  səhv  məlumat  və 
anlaşılmazlığın  nəticəsidir.  Siz bir nazir və vətəndaş  kimi  kəndli 
və əsgərlərin  öldürülməsini adi cinayət hesab edə büməzsiniz.  O 
vaxt  ki,  bu  cinayəti  bu  "müdafiəsiz  əhali"  təşkil  edib,  hansı  ki, 
bir  atəş  ilə  daimi  ordunun  200-dən  çox  əsgər  və  zabitini  qətlə 
yetirmək  üçün  pulemyot  da  gizlədib  saxlayıb,  bu  yerdə 
"müdafiəsiz əhaliyə qarşı fəaliyyətdən danışmaq düz olmazdı və 
hökumətin günahkarları cəzalandırmaq  hüququ danılmazdır.
Cənab  Nazir,  bu  kədərli  faktları  şifrə  ilə  Sizə  bildirməkdə 
məqsədim  odur  ki,  Böyük  Vedidə  baş  verən  hadisənin  görün­
məyən  mənbədən  silahlanmış  və  səfərbər  edilmiş  dövlət
37


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə