FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə16/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   ...   12   13   14   15   16   17   18   19   ...   53

ancaq gölün şərq  tərəfində yerləşən rayon toxunulmaz qalmışdı.
İrəvan  qəzasında  hökumətə  tabe  ərazilərdə  25  min, 
İçmiədzində  25  min,  Sürməlidə  isə  15  min  müsəlman  var.  İrə­
van  qəzasında cəmi  13  min  qaçqın  və yerli  əhali  yaşayır;  Alek- 
sandropol  qəzasında  həmişə  müsəlman  az  olub  və  onların 
vəziyyəti  müəyyən  dərəcədə  yaxşıdır.  Qars  vilayətinə  gəldikdə 
isə  ora  haqda  dəqiq  məlumat  yoxdur,  ancaq  o  məlumdur  ki, 
orda  yaşayan  müsəlmanların  vəziyyəti  Ermənistanın  bölgə­
lərindəki  müsəlmanların vəziyyətindən  xeyli  yaxşıdır.
Beləliklə  ehtiyacı  olan  müsəlmanların  qeydə  alınması 
zamanı  indi  ancaq  kömək  İrəvan  quberniyasında  aparılacaq. 
Sonuncu  üçün  əhalinin  sayı  maksimum  80  min,  minimum  isə 
70  min  nəzərdə  tutulacaq.
Müsəlman əhalisinin vəziyyəti  dəhşətlidir:  onun  nə ehtiyatı, 
nə çörəyi, nə toxumu,  nə kənd təsərrüfatı alətləri, çox halda  isə 
evi  yoxdur.  Onlar  ən  hüquqsuz  faciəvi  vəziyyətdən  üzülüb  və 
çarəsizdir.  Daimi  qayıtmalar zamanı adamlar mal-qarasını,  ev 
əşyalarını  və  pul  ehtiyyatlarmı  itirib.  Nəticədə  müsəlmanların 
çoxunun  əkini  yoxdur,  çünki  yuxarıda  qeyd  etdiyim  kimi  bir 
çoxlarının torpağı olsa da ondan istifadə edə bilmir (tutulub və 
icarəyə  verilib).  İndiyə  kimi  bir  çox  müsəlman  kəndlərində 
sahiblər  ac,  evsiz  qaldığı  halda  ermənilər  türklərin  evində  yer­
ləşib,  əkinlər  və  bağlardan  istifadə  edirlər.  Ehtiyac  milliyə- 
tindən  asılı  olmayaraq  hamıya  təsir  edir,  amma  ermənilərdən 
fərqli  olaraq  müsəlmanlara  heç  bir kömək  göstərilməyib.
Məsəl  üçün  İrəvan  şəhərində  müsəlmanlar  uzunmüddətli 
aclığa məruz qalaraq, yavaş-yavaş qırılır.  Bu  onunla  izah  olunur 
ki, şəhərə əsasən əhalinin işləyə bilməyən hissəsi yığılıb,  qadınlar, 
uşaqlar və qocalar.  Uşaqlar əsasən yetim, qadınlar isə duldular.
Maddi  köməkləri  olmadıqlarına  görə  onlara  düşən  ərzaq 
payından  da  istifadə  edə  bilmirlər,  çünki  çox  bahadır:  funtu  4 
rubl  50  qəpik.  Əhali  bu  paydan  istifadə  edə  bilmədiyinə  görə 
talonları  kənar  şəxslərə  satırlar,  özləri  isə  atılmış  tərəvəz, 
meyvə  və  ot  ilə  qidalanırlar.  Nişastalı  və  yağlı  yemək  ilə 
qidalana  bilməyən  əhali  getdikcə  xarablaşir  və  qırılır.  Ölüm 
halları  həm  də  tibbi  yardım  olmadığına  görə  də  çoxalır.  Aclıq 
çətinliyindən  başqa  payız və  qışda  əhali  soyuq  dəhşətini  çəkir,
47


i
çünki əhali  çılpaq  və  evsizdir.
Yuxarıda  qeyd  edildiyi  kimi  müsəlman  kəndləri  bütünlüklə 
təsərrüfat  və  qida  çatışmamazlığmdadır.  Əgər  indi  əhali  aclıq­
dan  qırılırsa,  payızda,  qışda  və yazda  dəhşət  başlayır.
Yuxarıda  izah  olunanlara  əsaslanaraq  müsəlman  əhalisinə 
ərzaq,  toxum,  tibbi  yardım,  yetimlər  üçün  sığınacaq,  qocalar 
və qadınlar  üçün xeyriyyə müəssisələrinin yaradılması şəklində 
aparılmalıdır.
Bundan  başqa  qış  yaxınlaşdığına  görə  işləyə  bilən  amma 
evsiz və çılpaq  əhali  üçün  də  tədbir görmək  lazımdır.
Yeyəcək  köməyinə  əhalinin  çox  hissəsi,  yəni  40-45  min 
nəfərinin  ehtiyacı  var.  Əgər  hesab  etsək  ki,  bir  nəfərə  ayda  20 
funt  un  tələb  olunur,  onda  bunun  üçün  cəmisi  20-23  min  funt 
buğda  lazımdır.  Əhalini  10  ay,  yəni  gələn  məhsul  yığımına  qə­
dər  saxlamaq  lazımdır.  Bu  40-45  min  ac əhali  üçün  20-23  min 
funt  buğda gərəkdir.
Gələcəkdə  onların  sayı  arta  bilər,  çünki  evlərindən  gedən 
əhali geri qayıdacaq, amma mən  bilərəkdən bu məsələni qırağa 
qoyuram.  Bundan  başqa  əhalinin  heç  olmazsa  bir  hissəsini 
toxum  materialı  ilə  də  təmin  etmək  yerinə  düşərdi,  bu 
kəndliləri  gələcəkdə  aclıq  qorxusundan  xilas  edə  bilərdi. 
Toxuma  ehtiyacı  olan  ailələrin  sayı  8  min  olacaq.  Bundan 
başqa nəzərə alsaq ki, hər ailəyə ən azı bir xalvär lazım olacaq, 
onda  ümumi  tələb  240  min  pud  buğda  edəcək.
Tibbi  yardıma  gəldikdə  isə  bu  məsələ  müzakirə  edilən  şəxs­
lərin  fikrinə görə  1)  İrəvanda 40-50 nəfərlik uşaq  evi,  2)  qocalar 
və qadınlar üçün xeyriyyə müəssisəsi açılmalı,  bir ambulatoriya 
və uşaqlar üçün bir həkim tələb olunur.  Əslində şəxsi  xəstaxana 
tikilsəydi  yaxşı  olardı,  amma evə ehtiyac olduğuna  görə bu çox 
çətin  və  bahadır,  buna  görə  də  şəhər  xəstəxanasında  müəyyən 
sayda çarpayının saxlanması əlverişlidir.  Köməyin sxeminin qu­
rulmasına  gəldikdə  isə  onu  demək  olar  ki,  Azərbaycanda  təsis 
edilən və göndərilən plan  burada,  İrəvanda  tədbiq edilə  bilməz. 
Bu göstəriş başqa vəziyyət üçün nəzərdə tutulub və bütün əlavə­
ləri  üçün  hökumət  aparatının  istifadəsini  tələb  edir.  Plana  görə 
bütün  qaçqın  müəssisələri Azərbaycan  ərazisində  fəaliyyət  gös­
tərən  rəhbərliyin  bir  hissəsidir.  Təbii  ki,  Ermənistan  müsəl-
48


manlarma kömək ictimai-hökumət hakimiyyəti xarakteri daşıya 
bilməz.  Mən  hələ  işin  geniş  görülməsinə  mane  olan  maddi 
çətinliyi  demirəm.  Bunun  nəticəsi  kimi  bu  köməyin  tətbiqi  mə­
sələsi  asanlaşır:  böyük  kəndlərdə  üzvlərin  sayları  artır,  ko­
mitələr  hər  20  evdən  bir  nümayəndə  hesabı  ilə  təşkil  olunurlar. 
Kənd  komitəsinin  vəzifələri  kənddə  ehtiyacı  olanların  siya­
hılarının  tərtib  edilməsi  və  ərzaq  paylarının  paylanmasından 
ibarətdir.  Siyahıların  və  ərzaq  paylanmasının  düzgün  aparıl­
masını yerində yoxlamaq üçün İrəvan  şəhəri və Sürməli rayonu 
üçün  hərəsinə  bir  nəfər,  İçmiədzin  qəzasına  isə  2  nəfər  olmaq 
şərti  ilə 4 nəfərdən  ibarət yoxlayıcılar ştatı yaradılır.
Bu  il  avqust  ayının  ikinci  yarısında  İçmiədzin,  Yenibayazet 
və  Sürməli  qəzalarında  50-dən  çox  kəndin  dağıdılması 
müsəlmanların  vəziyyətini  daha  da  pisləşdirdi:  yenidən 
qaçanlar  bütünlüklə  hər  şeylərin  itirdilər.  Bu  kütlənin  əsas 
hissəsi  İrəvan  şəhəri  yaxınlığında  Zəngibasar  rayonunda 
səfərbər  olublar.  Bir  çox  qaçqının  yeri  haqda  məlumat  almaq 
olmadı.  Son məlumata  görə Talm  rayonundan  500  nəfər Arpa 
çayın keçiblər, Yenibayazet qəzasından sağ qalan qaçqınlar isə 
Yelizavetpol  quberniyasından  Qazax  rayonuna  keçiblər. 
Zəngibasarda  səfərbər  olan  qaçqınlara  mən  ixtiyarımda  olan 
ərzaq  ehtiyatından  təcili  yardım göstərmişəm.
İşimizi  yaranan  siyasi  vəziyyət  də  çətinləşdirir.  Hələlik  qəza 
bölgələrin  gəzmək  üçün  heç  bir  imkan  yoxdur.  Maddi  çatış- 
mamazhğı da işimizə mane  olur.  İndiyə kimi  hərəyə  10  pud  şərti 
ilə  500  pud  ərzaq  yardımı  edilib.  Ərzaq  payın  gündən  günə 
azaltmalı  oluruq,  çünki  ehtiyac  artır  ehtiyat  üçün  isə  heç  nə 
gəlmir.  Ərzaq  ehtiyacı  -  bu  aclıq  və  məhv  olmamn  çox  yüngül 
izahıdır,  bu  insanların  ölü  heyvanları  parçalayıb  yeməsi, 
zibillikləri dağıtması,  çürümüş  yemək  qalıqlarını  yeməsi,  heyvan 
kimi çəmənlikdə ot və köklər ilə qidalanması vəziyyəti izah etmək 
üçün çox ədəbli sözdür və bu,  1918-ci ilin fevral ayından başlayıb.
Bunları siz Əlahəzrətlərə çatdıraraq xahiş edirəm ki,  minlərlə 
müsəlman  qaçqınlarının  həyatını xilas  etmək üçün  heç  olmazsa 
20  vaqon  buğda və ya  un  göndərəsiniz,  2)  pul  vəsaiti  tələb  olu­
nur, çünki aparılan xərcləri çıxmaq şərti ilə xahiş etdiyim 75 min 
rubldan az pul qalıb,  3) Ermənistanda Himayə Naziri müvəkkili
49


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə