FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə18/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   ...   14   15   16   17   18   19   20   21   ...   53

Musa Səttar oğlu Kəlbalı xan Nax- 
çıvanski  ilə  görüşüb  Abbasqulu  bəy 
Şadlinskinin  Vedibasar  və  eləcə  də 
İrəvan  quberniyasında daşnak  ermə­
nilərin  törətdikləri  vəhşiliklər  haqda 
məlumatım  çatdırmaqla  bərabər,  ya­
xın  günlərdə  Vediyə  üç  tərəfdən  ola­
caq ermənilərin güclü hücumu haqda 
məlumat verir.
Vedi  özünümüdafiə  dəstəsinin 
üzvü,  Qırmızı  tabor  çu  Bəylər  Cəli­
lov  xatirələrində  yazır:  Xalqımızın 
igid  oğlu  Abbasqulu  bəy  Şadlinski 
Vedibasarın  mərd  oğullarından  si­
lahlı  dəstə  təşkil  edərək  onlara  rəhbərlik edib,  iki  il  daşnak  er­
məni  quldurlarının  Vediyə  olan  basqınlarını  dəf  etdi,  işğalçı­
lara qarşı vuruşdu.  Bu vaxt onun dəstəsində  Musa Səttar oğlu, 
Həbib və Əkbər Yetim Əli  oğlu,  Abbas  Əjdər oğlu,  İslam Şad­
linski,  Seyfulla  Süleymanov,  Şəmdin  Mahmudbəyov  və  başqa 
görkəmli  şəxslər var  idi.
1920-ci ilin iyun ayında daşnaklar yenidən çox böyük qüvvə 
ilə  40-50  km-lik  cəbhə  xətti  ilə  Vediyə  hücum  etdilər.  Bizdə 
hərbi sursat az idi.  Şiddətli döyüşlərdən sonra daşnakların ağır 
həmləsinə  tab  gətirə  bilməyib  Vedibasar  əhalisi,  10  minlərlə 
ailə İrana  keçməli  oldu  J
1920-ci  ilin mart  ayından başlayaraq erməni  daşnak  qoşun­
ları  Vedi,  Cü və  və  Yaycıdan  başlamış  Ordubadadək  ərazini 
işğal  edib  Zəngəzur  və  Dağlıq  Qarabağı  Ermənistana  birləş­
dirmək  üçün  intensiv  surətdə  hərbi  hazırlıq  işləri  aparırdılar. 
Bu  vaxt  sərhəd  sahələrə  6630  nəfər  piyada,  1130  nəfər  süvari, 
66  pulemyot  və  26  top  toplamışdılar.  Dro,  Nijde,  Gippon 
(Yapon)  və  öaşqa  daşnak  liderləri  Zəngəzurun  müdafiəsinə 
böyük əhəmiyyət verirdilər.  ı 1 2
1.  Nax.  MRDA.  f.582.  siy.l.  iş.48.  vər.  242-244.
2. Vedibasar qəzeti,  15-30 iyun.  2006-cı il.
Musa Səttar oğlu
53


1920-ci  ilin  əvvəllərindən  iyun  ayına  kimi  erməni  daşnak 
qoşunları  Böyük-Vediyə dəfələrlə  hücum  etsələr  də Vedi  tabo­
runun  komandiri  Abbasqulu  bəy  başda  olmaqla  yüzlərlə  igid 
vedililər  erməni  daşnak  qoşunlarını  Vediyə  buraxmamışlar.
Böyük-Vedidə çox  ciddi  müqavimətə  rast  gələn  daşnak  qo­
şunlarının  komandanlığı  1920-ci  il  iyun  ayının  axırlarında  Ve­
diyə qarşı daha güclü  qoşun göndərir.  Sayca çox  olan  və güclü 
silahlanmış  erməni  qoşunlarına  qarşı  vuruşmaq  qeyri-müm­
kün  olduğundan  A.  Şadlinskinin  başçılığı  ilə  tabor  və  Vedi 
əhalisi  kəndi  tərk  edib  İrana  keçir.  Çünki  bu  vaxt  Şərur  və 
Naxçıvan  qəzalarından  da əhalinin  çoxu  İrana  keçmişdir.
A.Şadlinskinin  başçılıq  etdiyi  tabor və mühacirlər  kütləsi  İra­
nın Ərəblər kəndinə keçməkdə çox əziyyət çəkirdi. Ərəblərin valisi 
Bəbir xan və sərkərdə Mir Abdullanın dəstəsi Sarı su adlanan sa­
hədə düşərgə salan mühacirlərin (Vedi taborunun döyüşçülərinin- 
F.C.)  silahlarını  əllərindən  almaq  istəyir,  lakin  bacara  bilmirlər. 
Elə  gün  olmur  ki,  silahh  toqquşmalar  baş  verməsin,  belə  toq­
quşmaların birində Vedidən  Bəhram Kəlaş oğlu öldürülür.
Aclıq  və  naratlıq  taborun  yerini  dəyişmək  zərurətini  doğu­
rurdu.  Ərəblərdən  hərəkət  edən  mühacirlər  Oruc  Məmməd  , 
Məriyəmlər , Şahbulağı, Qaraziyadm kəndlərindən keçib  1920- 
ci  il  avqust  ayının  ortalarında  Cors  mahalının  Qəmişkan  kən­
dinin  ayağında  dayanır.  Kəndin  quldur  dəstələri  mühacirlərə 
basqın  edir.  Taborun  keşikçi  dəstəsi  quldurları  atəşlə  qarşı­
layır.  Mühacirlər  həyəcan  içində  ayağa  qalxıb  Qəmişkan  kən­
dini  almağa  məcbur olurlar.
Taborun  keşikçi  -  kəşfiyyatçı  dəstəsinə  A.Şadlinskinin  oğ­
lanları  İsfəndiyar,  İsgəndər,  cəsur  döyüşçülərdən  Fərəməz 
Mahmudbəy (Vedili), ibrahim Fərzəliyev (Çəmənkəndli),  Balo 
Vəkilov (Civəli),  Miryusif Seyidov (Danzikli) və başqaları  rəh­
bərlik  edirdi.  Taborda  6  ədəd  pulemyot,  çoxlu  rus  silahı,  pat­
ron,  əl  qumbaraları və  s.  odlu  silah var  idi.1
Taborçulardan  Bəylər  Cəlilov  öz  xatirələrində  yazır:  Biz 
Şahtaxtı  körpüsündən  keçərək  İranın  Ərəblər  kəndinin  ətra­
fında  Sarı  su  çayı  boyunca köç düşdük.  Abbasqulu  bəy  mü­
1.  N a x .  M R D A .  f .5 8 2 .  s . l .   iş .4 7 .  vər. 1 1 -1 2 .
5 4


vəqqəti  sığınacaq  istədi  ki,  əhali  orada  yaşasın,  silahlı  qüvvə 
isə qayıdıb  daşnaklarla  vuruşsun.1
1920-ci  il  sentyabrın  əvvəllərində  mühacir  .axını  Cənubi 
Azərbaycanın  iqtisadi-mədəni  mərkəzlərindən  olan  Xoy şəhəri­
nin  Salmas  darvazasında  dayanır.  Ondan  bir  neçə  gün  sonra 
tabor da Xoy şəhərinə yaxınlaşır.  Şəhər valisi Nəbo xan və onun 
yavəri  İsmayıl ağa taborun  şəhərə daxil olmasına  icazə vermir.
Bir  neçə  gündən  sonra  valinin  nümayəndəsi  tabor  ko­
mandanı  Abbasqulu  bəyin  düşərgəsinə  gəlib  silahların  Xoyun 
kazak  komandanlığına  təhvil  verilməsini  tələb  edir  və  bildirir 
ki, bu tələbi qəbul etsə, ona yüksək rütbə verəcəkdir.  O, valinin 
nümayəndəsinə deyir ki,  biz tezliklə vətənə qayıdacağıq.  Orada 
silah  bizə yenə  də  lazım  olacaqdır.
Bundan qəzəblənən vali  taboru hərbi  polis  gücünə  tərksilah 
etmək qərarına gəlir.  Şadlinskinin əmri  ilə tabor Qəzənfər dağı 
nın ətəyində,  Köşk saray adlanan yerdə səngərlər qazıb döyüşə 
hazır vəziyyətdə  dayanır.  Tərksilah  baş  tutmur.1 2
1920-ci  il sentyabr ayının 25-də Naxçıvanda Abbasqulu  bəy 
Şadlinskinin  Naxçıvana  çağırılması  barədə  məsələ  müzakirə 
edilir  və  onu  Naxçıvana  dəvət  etmək  üçün  Seyfulla  Süleyma­
novu  və  Məmməd  Rəhimovu İrana göndərirlər.
Qırmızı  tabor  un  döyüşçüsü,  partizan  Bilas  Şadlinski  öz 
xatirələrində yazır:  Sentyabr ayının  axırları  idi.  Hər yerə xəbər 
yayıldı ki, Naxçıvandan nümayəndələr gəlib.  Naxçıvan İnqilab 
Komitəsi  adından  Abbasqulu  bəyə  məktub  göndəriblər.  Onu 
öz dəstəsi  ilə Naxçıvana dəvət etmişlər.  Gələn  nümayəndələrin 
biri  Böyük  Vedi  kəndindən  olan  Seyfulla  Süleymanov  və 
Naxçıvan  partizan  hərəkatının  fəal  üzvü  Məmməd  Rəhimov 
idi.  Mərənd  vilayətində  ayrı-ayrı  kənd  və  qəsəbələrdə  yerləş­
dirilmiş  qaçqın  əhalinin  qabaqcılları  dərhal  Mərənd  şəhərinə 
toplaşdılar.  Abbasqulu  bəy  müraciətlə:  hamınız  2-3  gün  müd­
dətinə  tam  hazır  olun,  birlikdə  Naxçıvana  yola  düşüb  məslək 
qardaşlarımız ilə  birləşək  .
İzdihama  toplaşan  mübarizlər  bir  səslə Biz hazırıq  - deyə se­
1.  Nax.  MRDA.  f.582.  s.l.  iş.48.  vər.241-243.
2.  Nax.  MRDA.  f.582.  s.l.  iş.47.  vər.241.
55


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə