FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə6/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   2   3   4   5   6   7   8   9   ...   53

etmişdir.  1918-ci  il  iyulun  2-də  Andranikin  Naxçıvan  şəhər 
əhalisinə  təslim  olması  barədə  ultimatumu  erməni  Milli 
Komitəsinin  sədri  Xarazyan  tərəfindən  Naxçıvan  Milli  Komi­
təsinə  təqdim  edilmiş  və  24  saat  möhlət  verilmişdir.  Lakin 
şəhər  əhalisi  ermənilərə  təslim  olmayacaqlarmı  və  son  nəfərə 
qədər vuruşacaqlarını  bildirmişlər.
Andranik Türk  hərbi ekspedisiyası  tərəfindən  izləndiyindən 
Kəlbəli  Xan  Cəfərqulu  xan  oğlu  Naxçıvanski  şəhər  əhalisinə 
göstəriş  verir  ki,  hər  bir  ehtimala  qarşı  döyüşə  hazır  olsunlar.
Andranik  artıq başa düşür ki, şəhər əhalisi nə təslim  olacaq, 
nə  də  silahı  yerə  qoyacaqdır.  Yaxın  günlərdə  nə  isə  olacağı 
gözlənilir.  Əhalinin hərəkətlərindən şübhələnən Andranik  iyun 
ayının  18-də  gecəyarı  şəhərə  hücum  əmri  verir.  İlk  döyüş  "Cı- 
dırlı  bağ"  tərəfdən  başlayır.  Hərbi  əməliyyat  sahəsi  Şərur  şose 
yolundan  Naxçıvan  çayının  sağ  tərəfi,  indiki  Xətai  (Sove- 
tabad)  kəndini əhatə  edir.
Hərbi  müdafiə  əməliyyatına  Tiflis  Yunker  məktəbini  qur­
taran  Kalbalı  xan  Naxçıvanski  komandanlıq  edirdi.  Demək 
olar ki, bütün şəhər əhalisi ayağa qalxmışdır. Hərbi komandan 
Kalbalı  xan  döyüşü  bağlarda  aparır,  bağlar  müdafiə  xətti- 
səngər sayılırdı.
Döyüşlərin  qızğın bir vaxtında,  5  iyul  1918-ci  il gündüz saat 
14 radələrində duzdağ təpələrindən Andranikin kazarmalarına 
toplardan  atəş  açılarkən  və  top mərmisinin  ikincisi  qərargahın 
yaxınlığına düşəndə Andranik demişdir ki, bu türk mərmisidir.
Andranik  türklərin  artıq  Naxçıvana  daxil  olduğunu  gör­
dükdə  əmr  verir  ki,  müharibə  dayandırılsın,  kazarmalar  yan­
dırılıb  tərk  edilsin.
Doğrudan  da,  Andraniki  izləyən  IX  və  XI  Türk  hərbi  eks­
pedisiyası Xok-Maku  yolu ilə gəlib Ərəblər  kəndinə və oradan 
da Şahtaxtı ərazisindən Araz çayını keçib Naxçıvana istiqamət 
alır və duzdağ təpələrindən Andranikin kazarmalarını  toplarla 
atəşə  tutmuşdur.
Türkiyənin  1X-X1  ordusunun  Naxçıvana  gəlişi  ilə  əlaqədar 
Andranik  öz quldur  dəstəsi  ilə  1918-ci  il  iyul  ayının  7-də  Nax­
çıvan  şəhərindən  Sirab-Qahab  yolu  ilə  Zəngəzur  qəzasına 
çəkilmişdir.  7  iyul  Jlı« -c i  ıtuə mpfclordüsm&m  ;X  lıərbi  ekspe­
i l


disiyası  şimal  və  qərb  tərəfdən  Andraııikin  qoşunlarının  üzə­
rinə  hücum  edərək  Əliabad  və  Şıxmahmud  kəndlərini  ermə­
nilərdən  təmizləyir  8  iyulda  şəhərə  daxil  olur.  Türklərin 
Naxçıvana gəlməsi  böyük  bayram kimi  qeyd  olunur.
Türk  ordusunun  köməyilə  Naxçıvan  qəzasının,  həmçinin 
İrəvan  quberniyasının  müsəlman  kəndlərinə  erməni  daşnaq 
qoşunlarının  hücumlarının  qarşısını  almaq  üçün  yerli  milli 
ordu  hissələrinin  yaradılması  sahəsində  əməli  işlərə  başlandı. 
Naxçıvan  qəzasında  18  yaşından  20  yaşa  qədər  cavanların 
orduya cəib edilməsi işi Naxçıvan milli komitəsinin sədri Mirzə 
Nəsrulla  Əmirov  ilə  polis  rəisi  Məhəmməd  Əli  xan  Naxçıvan- 
skiyə  tapşırıldı.  Təkcə  Naxçıvan  qəzasının  Nehrəm,  Qaraçuq 
və  Bulqan  kəndlərindən  200-ə  qədər  yerli  əsgər  toplanaraq 
orduya cəlb  edilmişdir.
Andranikin qoşunları Naxçıvandan qaçarkən Sirab, Qahab 
və  Kərimquludizə  kəndlərinin  əhalisini  qırmiş,  canlarını 
qurtaranlar isə  öz yurdlarından  qaçaraq  xilas  olmuşlar.
Andranikin  qoşunları  Sirab  kəndinə  istiqamət  aldığı  vaxt 
Sirab  kəndi  ətrafında  çoxlu  qaçqın  toplaşmışdı.  Bunlar  kəndin 
özündən,  habelə  uzaq  və  ətraf kəndlərdən  gələnlər  idilər...  On 
beş mindən artıq erməni qulduru silahsız, müdafiəsiz adamların 
üzərinə hücuma keçdi.  Bir gün ərzində  10 mindən artıq günahsız 
adam  qüıncdan  keçirildi.  Əgər bu qırğın  vaxtı  Duzaağ tərəfdən 
açılan top səslərini Andranik eşitməsəydi, orada bir nəfər də sağ 
qalmayacaqdı.  Andranik  türklərin  Naxçıvana  gəlməsindən 
duyuq  düşüb  öz atlıları ilə  birlikdə qaçmağa üz tutdu.
Bəlkə  də  tarix  heç vaxt ermənilər  tərəfindən  törədilmiş  belə 
bir  vəhşiliyin  şahidi  olmamışdı.  Bu,  ermənilərin  azərbaycan­
lılara qarşı  sözün  əsil  mənasında  soyqırımı  idi.  20  gün  ərzində
qalanmış  meyitləri  daşıyıb  qurtarmaq  mümkün  olmurdu.  Bu 
mənzərəyə baxan  hər  bir  kəs  dəhşətə  gəlirdi.»
Qırmızı  partizan  Məmmədəli  Mehdiyev  xatirələrində  yazır: 
"Mənim yaşadığım  Uzunoba  kəndi  (Babək  rayonu)  1918-ci  il­
də daşnaq  təhlükəsi  altında idi.  Kənd  köçəndən  1-2  gün  sonra 1
1.  "Şərq  qapsı"  qəzeti  31  mart 2001-ci il.
18


claşnaqlar  kəndə  tökülüşür,  adam  tapmayıb  bütün  kəndi  yan­
dırırlar...  Sonra  Andranikin  quldur  dəstələri  Naxçıvanın  Qo- 
şadizə,  Şəkərabad,  Qahab,  Zeynəddin,  Sirab,  Qara-qala  və sair 
kəndlərinə hücum edib əhalini qıraraq kəndləri  talan edir, evləri 
yandırırlar.  Əlacsız qalan  kənd əhalisi  Sirab  dağma  pənah gəti­
rir.  Ora  toplaşmış  460  nəfər  kişi,  qadın,  uşaq  daşnaqlar  tərə­
findən öldürülür. Əhalinin bir hissəsini məscidə toplayıb məscidi 
yandırmaq  fikrində  olarkən  vəziyyət  dəyişir,  (türklərin  Nax­
çıvana gəlişi  ilə əlaqədar-F.  C.)  geri çəkilməli  olurlar."2
Andranikin  quldur  dəstəsi  daşnakların  ağalıq  etdiyi  Zən­
gəzur  mahalına  çəkilmək  üçün  Ordubad  qəzasının  dağ  kənd- 
lərinə-Tivi,  Bist,  Parağa,  Nəsirvaz,  Der və s.  kəndlərə  toplaşır, 
"Qapıçıq"  adlanan  yerdən  qaçmağa  tələsirdilər.
Tivi  kəndində  qərar  tutan  Andranik,  onun  daşnak  qoşu­
nuna  böyük  tələfat  vermiş  qaçaq  Süleymanın  erməni  dostu 
olan  əbrəqunuslu  daşnak  Hayrikin  vasitəsilə  Süleymanı  və 
onun  dostlarını  qonaqlığa  dəvət  edir.
Hayrik  kəndin  qabaqcıllarını,  o  cümlədən  Süleymanı  ya­
nma  çağırıb  dilə  tutmuş  və  biz sizinlə  həmişəlik  dost  olacağıq 
deyə  Süleymanı  aldatmışdır.
, Hayrikin tökdüyü dilə və sözlərinə inanan  Suleyman  başına 
16  nəfər  toplayaraq  kəndə  getmişdir.  Süleymana  və  həmin  16 
nəfərə  kəndin  Narzan  suyu  qırağında  keçən  gün  verdiyi  sözü 
(barışıq-  F.C.)  bir  daha  təkrar  etdikdən  sonra  onları  hiylə  ilə 
Süleymanın yaşadığı  evə  gətirmişlər.  Onlar
Süleymanın  otağında  yatdıqdan  sonra  Hayrik  öz  quldur 
dəstəsinə  işarə vermiş  silahsız olan Süleymanı və  onun  yoldaş­
larım vəhşicəsinə  öldürmüşlər.  Daşnak  quldurları  Süleymanın 
evini  və  öldürülənləri yandırmışlar.2
Süleymanla  birlikdə  öldürülənlər  Məmmədalı  İsmayılov 
(Süleymanın  qardaşı  -F.C .),  Məmmədxan  Pirimov,  Adıgözəl 
Cəfərov,  Dünyamalı  Sultanəliyev,  Məhəmməd  Allahverdiyev, 
Ələsgər  Hüseynov,  Təhməz  Əliqulu  oğlu,  Həsən  Əliyev,  Mə­
şədi  Əli  və  başqaları  idi.3
l f  NaxVM RDÄ'f.582.  s.l.  iş.43.  v.32-34.
2.  Nax.  MRDA.  f.582.  s.l.  iş  48.  v. 147-153
3.  Yenə orada,  iş.43.  v.32-34.
19


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə