Fəxrəddin Ziya



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə20/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
1   ...   16   17   18   19   20   21   22   23   ...   40

 
94
Gəlib o yerləri gəzirəm sənsiz
boğur qəhər məni, dözürəm sənsiz. 
O ata yurdundan bezirəm sənsiz, 
bağışla, can ana, bağışla məni. 
 
Ruhunmu bağlayan məni o kəndə, 
xəyalən bu yolu gedirəm gündə? 
Bir ana sevgisi uyuyur məndə, 
bağışla, can ana, bağışla məni. 
 
Hərdən elə bil ki, lap yanımdasan, 
burda, yaşadığım ünvanımdasan. 
Sənin varlığınla barışmaq asan, 
bağışla, can ana, bağışla məni. 
 
Daşlaşmış şəklinin soyuq baxışı 
axıdır gözümdən bir yaz yağışı. 
Sən ey geri dönməz səadət quşum
bağışla, can ana, bağışla məni. 
 
İndi məzarındır müqəddəs yerim, 
o soyuq daşları qucar əllərim. 
Allahmı Kərimdir, ya sənmi Kərim, 
bağışla, can ana, bağışla məni, 
bağışla, bağışla, bağışla məni. 
 
08.09.97 
 
 


 
95
ANA FƏRYADI 
 
Bir ana oğlu üçün ağı deyir, 
getməz ürəyimin bu dağı – deyir. 
Bəxtimin sınan çırağı – deyir, 
evimin sönən ocağı – deyir. 
Ömrümün dağılan növrağı – deyir, 
ruhumun enən bayrağı – deyir. 
Baxmaq olmur bu özünü unudan qadına, 
Yer-göy ağlayır yalvarışına, fəryadına: 
- Ayağın altında ölüm, bala, 
qoy mən də səninlə gəlim, bala. 
Kaş gözlərim kor olaydı, aman, 
tabutuna qurban olsun anan. 
Belimi sındıran oğul, oyan, 
dilimi yandıran oğul, oyan!.. 
Cənazə yavaş-yavaş qaldırıldıqca yerdən, 
üsyan edir bu idarə olunmayan bədən. 
Ana tamam hövsələdən çıxır, 
Tanrı üçün əli göyə qalxır: 
- Söylə, sənə nə etmişdim, axı, 
dönsün, görüm gərdişinin çarxı?! 
Yağdır daha, başıma daş yağdır. 
- Küfr deyən dili topuq çalır. 
Dərdli gözlər çuxurundan çıxır, 
qanlı yaşı sifətinə axır... 
Huşu itir, heysizləşir tamam
çöhrəsində donur acı zaman. 
Sözümüz yox, neyləsin bu fağır, 
doğrudanmı Allah göydən baxır?! 
Al qırmızı tabut göyə qalxır, 
arxasınca insan seli axır... 
 
Fevral, 2002  
 


 
96
ÜZÜLDÜM 
 
Neçə doğmam dar günümdə 
atdı məni, üzüldüm, 
qan qardaşım bir nadana 
satdı məni, üzüldüm. 
 
Şərəfimi, ad-sanımı 
özünkü sanmayanlar, 
əzabımı duymayanlar, 
halıma yanmayanlar 
rahatlığı xatirinə  
məni tənha qoydular. 
İndi isə qulağıma 
dəyir “hoydu-hoydular”. 
 
Çətin gündə əl uzadar, 
axı doğma doğmaya, 
cəzam üçün bir tutarlı 
səbəb vardı, olmaya? 
Can bir, qəlb bir bildiklərim
ümidimi qıranlar, 
köntöy, cəfəng sözləriylə 
məni yersiz yoranlar. 
 
Ürəyimin ağrısını desəm, 
bəlkə yeridi, 
içimdəki inam, istək 
zaman kimi əridi. 
O ehtiram bir məbəddi, 
kərpic-kərpic söküldü, 
xəzan vurmuş yarpaq kimi 
qopub yerə töküldü. 
 
Mənə övlad itkisindən 
betər idi o günlər. 
O hiss nə vaxt yada düşsə, 
qəlbim sızlar, inildər! 
Yəqin bir gün sıxar, əzər 
sizi də bu xəcalət, 
çünki bu bir namərdlikdi
çünki bu bir xəyanət. 
İyul, 2007 


 
97
DÜNYA GÖZ AÇANDAN... 
 
Həyatda  ən ağır müsibət sayılan övlad itkisi ilə üzləşmiş, acı günlər 
yaşamış bacı-qardaşlarıma, dostlarıma və digər nisgilli insanlara ithaf edi-
rəm. 
 
Dünya, göz açandan, mənə, ey can, qəhər oldu, 
ömrüm bir ömür olmadı, ağır səfər oldu. 
 
Heç gülmədi bir yol üzüm bir xoş xəbər ilə, 
qəlbimsə dəmadəm qəm ilə dərbədər oldu. 
 
Arzu çiçəyim açmadı, ta ki, verə müjdə
hər həsrət ilə gözlədiyim bisəmər oldu. 
 
Gündüz susub könlümdəki nisgilləri qovdum, 
göz yaşım ilə hər gecəm ötdü, səhər oldu. 
 
Bəxtsiz olanın zəhmətinin bəhrəsi yoxmuş, 
ömrüm uzunu bəslədiyim bar zəhər oldu. 
 
Duyğumla xəyal aləmində ixtiyar idim, 
duyğum da, xəyalım da dönüb dərdi-sər oldu. 
 
Bu halıma da kimsələr həsəd çəkib deyir, 
Fəxrəddin Ziya şair olub bəxtəvər oldu. 
 
May, 2006 
 
 
ƏBƏDİ TƏƏSSÜF 
 
Nə qədər ki, atam vardı, şən günlərim çox idi
ömrüm ötürdü qayğısız, qəlbim, gözüm tox idi. 
Dünya mənə dar gəlirdi, heç bilməzdim dərd nədir, 
bu xoş tale qəfil döndü, acı şərqi söylədi. 
Ümidsizlik üzdü məni, ürəyimi qəm yedi. 
O günlərin bircəciyi qayıdaydı, kaş indi... 
O Qu quşu nəğməsini nə yaman tez oxudu?... 
Mən atamı anlayanda, atam, artıq yox idi. 
03.08.99  


 
98
ÖVLAD İTKİSİ 
 
Övlad itkisindən üzülən bir nisgilli ata ilə qəbirstanlığa, oğlunun mə-
zarını ziyarətə getmişdik. 
Dini ritualla mərhumu məzarda salamladıq, fatihə verib ruhuna dualar 
oxuduq. Gözüm birdən dərdli atanın ağrıdan və əzbadan soluxmuş gözlə-
rinə və çöhrəsinə sataşdı.İlahi, bu nə böyük iztirab idi! 
İkimizin də sifəti isti gözyaşları ilə aramsız islanırdı...
 
 
Atan gəlib salamına, bir oyan, bala, 
soyuq daşlar arasında uyuyan bala. 
Səndən sonra nə çəkirəm, biləsən hardan, 
daha məni kim qurtarar bu intizardan? 
Qalx, atanın önündə dur, salamını al, 
bax üzülən çöhrəsinə, qayğısına qal. 
Ah, nə acı zəhər idi, içitdin mənə
can çəkirəm hər gələndə ziyarətinə. 
Bu nə oddur vurdun mənim canıma, bala, 
bəs, bu ömür, çağır gəlim yanına, bala. 
Səndən sonra ev-eşikdən bezmişəm tamam, 
əllərimi bu dünyadan üzmüşəm tamam. 
Qalx, dəyişək yerimizi, gözüm qurbanı, 
qəbirinə vurulmuşam, boyun heyranı. 
Dayanmışam gözü yaşlı, ürəyi titrək, 
sən gələydin ziyarətə qəbrimi gərək. 
Bu nə yükdü qoydun mənim boynuma, axı 
övlad gələr atasının yanına,axı. 
Daşa dəydi qəlibimdəki arzum, muradım, 
ömür deyil,işgəncədir qalan həyatım. 
Kim alacaq tabutumu, çiyninə, oğul, 
atan geysin kəfənini əyninə, oğul? 
Ah, bu acı rüzgar qəfil əsdi haradan, 
ah, nə ağır zülmdü bu , verdin, Yaradan? 
Nəydi onun suçu, axı keçə bilmədin, 
yoxsa sən də haqq-nahaqqı seçə bilmədin? 
Bəlkə mənim günahımın qurbanıdır o, 
bəlkə sənə lazım olan qurbanlıqdır o ? 
Bəlkə elə öz cəzamdı çəkirəm, Allah, 
gecə-gündüz göz yaşları tökürəm, Allah? 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə