104
QURBAN SƏNƏ, QARDAŞ
23 yaşlı oğlu – gənc zabit Səbuhi Əliyev Dövlət sərhədlərimizi qoruyan za-
man, sərhəd zolağına keçən naməlum silahlı şəxsin üstünə əliyalın gedərkən və
nə yazıq ki, soydaşımız olan həmin mülki şıxs tərəfindən namərdcəsinə, müəm-
malı şəkildə odlu silahla qətlə yetirilmiş qardaşım Şəmsəddin Əliyev üçün.
Tökmə bu qədər göz yaşı, qurban sənə, qardaş,
qismət dediyin paydı bu hicran sənə, qardaş.
Sən ki bu qədər rəftarı xoş, niyyəti pakdın,
göstərmədi xoş üz niyə dövran sənə, qardaş?
Ömrün bu ahıl, bu ixtiyar, müdrik yaşında,
nə bəxşiş idi fani dünyadan sənə, qardaş?
İman əhlinə Tanrı hökmü məqbul olsa da,
zülm etdi, sitəm verdi Yaradan sənə, qardaş.
Topla gücünü, sınma yad-biganə içində,
ta söyləməsin kimsələr hədyan sənə, qardaş.
Allah, deyirlər, sevdiyini imtahan edir,
ibrət deyilmi bəxti-Süleyman sənə, qardaş?*
Toxta, ey calalım, bu qədər ahü-zar olmaz,
Rəbbim özü versin səbrü-aman sənə, qardaş!
Yanvar, 2003
* Rəvayətə görə, möhtəşəm qüdrət və mənsəb sahibi olmuş Süleyman Pey-
ğəmbərə Allah Təala yeganə bir şirkət övlad verərək onu sınağa çək-miş və
sevimli Peyğəmbərimiz ömrümün axırına kimi bu ağrını ürəyində daşımışdır.
105
HARDAN BAŞLANIR VƏTƏN
Ayaq basdım bu müqəddəs torpağa,
məzarıstan, müşk-ənbərə batan yer.
Vətən oğlu, getmə burdan uzağa,
bu məkandır əcdadımız yatan yer,
deməmişkən,
burdan başlanır Vətən.
Bir tilsim var torpağında, daşında,
vurulmuşam kələ-kötür hüsnünə.
Ovucla, qoy ürəyinin başına,
ovucla, qoy gözlərinin üstünə,
deməmişkən,
burdan başlanır Vətən.
Yaddaşında yaşadır yüz qərinə,
soykökümüz görünür bu güzgüdə.
Cavanlıqda varmasaq da fərqinə,
yaş artdıqca artır ona sevgi də,
deməmişkən,
burdan başlanır Vətən.
Əgər varsa ədəbiyyət, axirət,
demək burda “yaşayırlar” ölənlər.
Ən müqəddəs borcdur, onu ziyarət,
qoy eşitsin bizdən sonra gələnlər,
deməmişkən,
burdan başlanır Vətən.
Axıtdıqca qanımızı torpağa,
ruhumuzu çəkənlər var sınağa.
Qan qardaşım, canım sənə sadağa,
qoyma onu yad tapdağı olmağa,
deməmişkən,
burdan başlanır Vətən!
May, 2001
106
GÜZƏŞTIM-SUÇUM
Övlad sözümdən çıxdı,
bir nadana tay oldu.
Səhvini gec anladı,
həyatı “ah-vay” oldu.
Gözümdə dan söküldü,
qəlbimdə dərd əkildi.
Yuxum ərşə çəkildi,
hər gecəm bir ay oldu.
Verilsin həm mənimçün,
qoy cəzası bu suçun.
Güzəştə getdiyimçün
ömrüm-günüm zay oldu.
25.05.2007
SİZİF ZƏHMƏTİ
Çiynimdə ağır yük, çəkdiyim əzab,
yox bir anlayanım, köməyim, Allah.
Mənim hər işimin sonu iztirab,
“Sizif zəhməti”ymiş əməyim, Allah.
17.04.2004
107
YALANÇI DÖVLƏTQULU
Son illər elə bil tilsimlənibdi,
bəxti bağlanıbdı Dövlətqulunun.
Yazıq işsizlikdən təngə gəlibdi,
qazana bilməyir çörək pulunu.
Ağıllı, işgüzar, alı təhsilli,
razıdır, lap gedib köləlik edə.
Bir manat maaş almır, gör neçə ildir,
ona çox görürlər fəhləliyi də.
Hər gecə yuxusu ərşə çəkilir,
obaşdan tələsir qul bazarına.
Bu cür gün keçirir məhəl qoymadan
yayın istisinə , qışın qarına.
Toxtayır məşğulluq tapa biləndə,
olur, daş daşıyır, torpaq dağıdır...
Qəsrlər tikilir Bakıda indi,
bu filan..., bu filan... kəsin bağıdır!
Vaxt olur iş tapmır həftə uzunu,
ötürür üzücü günləri hədər.
Nə olar boş qalan qulun qazancı-
ürəyində ağrı, gözündə kədər?
Axşam geri dönür manata möhtac,
evdə də ehtiyac gözləyir onu.
Haçandır söz verir meyvə alacaq,
axı yalanın da olur bir sonu.
Uşaq hər gün ondan meyvə istəyir,
uşaq hər gün yeni adlar öyrənir.
Ata içəridən yanır, göynəyir,
uşaq atasına, görün nə deyir:
108
– Anarın əlində alma var idi,
Şəhriyar şaftalı yeyirdi o gün.
Babası o axşam banan gətirdi
balaca Babəklə Bəxtiyar üçün.
Sən evə bəs haçan nə gətirərsən,
sən bizi nə qədər aldadacaqsan?
Nə vaxt soruşuram, - sabah – deyirsən,
bilirəm, sabah da almayacaqsan...
Uşaq atasını ittiham edir,
onun hər kəlməsi əzab, işgəncə.
Tutub əl-qolunu çeynəyir, didir
ağlaya-ağlaya bu kiçik dəcəl.
Uşaq hey danışır, yüz sual verir,
meyvə adlarını söyləyir bir-bir.
Qonşu uşaqların atalarının
nələr aldığını misal göstərir.
Ata da dinləyir əlacsız,naçar,
qırışmış çöhrəsi bir dəfə gülmür.
Uşaq hardan bilsin zavallı ata
meyvə-tərəvəzə pul tapa bilmir.
20.07.2002
109
ACILI – ŞİRİNLİ
OVQAT PIÇILTILARI
110
ŞEİRƏ SEVGİM
Mən şeirimdə sevgim qədər qısqancam,
köçürmürəm hər duyğumu kağıza.
Ya qanımla bəslədiyim misranı,
ya qəlbimdən qopan sözü yazıram.
Şeir-sənət meydanıdır güzarım,
söz əhlinə daim həsəd apardım.
Füzulinin heyrətimdən yazardım,
çatsa haçan əlim Lövhi-Məhfuza.
Şeir ilə həmahəngdir bu cahan,
şeir ilə nazil olubdu Quran.
Əvvəl şeir eyləyirik ərmağan
könül vermək istəyəndə bir qıza.
Bəs, onunla qoşa görsəm könlümü,
üstü çopur daşa versəm könlümü,
lap köçəri quşa versəm könlümü,
bircə yol da düşünmərəm ulduzam.
Mən dünyaya söz gətirdim özümlə,
söz zinətdir, zəriflikdir gözümdə.
Görsəm şeirə yük oluram sözümlə,
ayağımdan asılmağa hazıram.
Oktyabr, 2005
Dostları ilə paylaş: |