127
Bu
bir həqiqətdir, bir acı örnək,
az olsun beləsi, kaş aramızda.
Bu həm bir arzudur, bu həm bir istək,
saflar dursun daim səf sıramızda.
Bütün sənətlərin öz sevinci var,
sənsə tamam ayrı sevincim, nəşəm.
Neçə itmiş ümid səndə dil açar,
ay ümman sənətim,həkimlik peşəm.
Oktyabr, 2004
ARZUDUR
El-obanın şənliyində
bülbültək ötmək arzudur.
Doğma, əziz insanların
əlindən öpmək arzudur.
İstək
gərək qəlbdən gələ,
axa gözdən gilə-gilə.
Könül verib bir gözələ,
yolunda ölmək arzudur.
Saz oynadan ozanların,
söz yaradan yazarların,
aqillərin, azmanların
dalınca getmək arzudur.
Alqış qədirbilənlərə,
müdriklərə, ərənlərə.
Ömürdən pay verənlərə
can qurban etmək arzudur.
Gəz səxavət meydanında,
yaxşılıq yaşat canında.
Fəxrəddin, çətin anında
dostlara kömək arzudur.
03.12.2005
129
Hər yerdə ədəb, hörmət,
nə çox burda həmsöhbət.
Ən gözəl istirahət
Novxanı bağlarında,
Novxanı bağlarında.
İyun, 2006
ZAMAN, SƏNDƏN HARA QAÇIM
Kəsmə ömür yollarımı,
duman, səndən hara qaçım?
Məndən bu heysiz canımı
uman, səndən hara qaçım?
Yox munisim, yox həmdəmim,
yay gəlməmiş yanır zəmim.
Son səfərdən dönməz gəmim,
aman, səndən hara qaçım?
İçimdə yüz qorxu, hədə,
yox aramım bu ölkədə.
Ürək
yenə səksəkədə,
güman, səndən hara qaçım?
Qəm qəlbimdə pərən-pərən,
qınayanım çoxmu, görən?
Düz işimi yoxsa görən,
yaman, səndən hara qaçım?
İtirdim yar-yoldaşımı,
vaxtsız ağartdım başımı.
Nə tez artırdın yaşımı,
zaman, səndən hara qaçım,
aman, səndən hara qaçım?
Avqust, 1999
130
DAHİLƏRƏ BİGANƏLİK ETMƏYİN
Moskvanın “Veçe” nəşriyyatı “100 böyük ...” seriyası ilə, müxtəlif sa-
hələr üzrə – dünyanın yüz böyük insanı, hadisəsi, tikilisi və s. haqqında
yüz adda kitab buraxıb.Onlardan biri də “100 böyük kitab”dır.
Həmin kitaba təkcə rus ədəbiyyatından 20-dən çox müəllifin əsərləri
da-xil
edildiyi halda, şərq klassiklərindən, hətta Firdovsinin, Nizaminin,
Sədinin və Füzulinin yaradıcılığından nümunələr salınması “unudulmuş-
dur”. Bu boyda biganəlik heç insafdandırmı?
Sağ ol səni, yazıçı dost, publisist qardaş,
yüz yazara sərf etdiyin bu zəhmət üçün.
Bu kitablar kitabını yazmamışdan, kaş
yüz həyəcan keçirəydin hər qiymət üçün.
Yüz bağçanın çiçəyindən çələng bağlayan,
doğrudan da çox çaşdırıb bu şöhrət səni.
Kimə laqeyd,
kimə isti münasibətin
qorx ki, edə, bu minvalla, bihörmət səni.
Görən, ürək ağrısıyla heç anırsanmı
Alkmeonu, Hippokratı, İbn Sinanı?
Varaqla bir, onların da yazdıqlarını,
tapacaqsan cismindəki min bir mənanı.
Necə oldu imam Əli, o böyük düha,
rəvadırmı unudula “Nəhcül-bəlağə”?
O həzrətdən bu dünyaya gəlməz bir daha,
təbərrükdür yetsə nuru hansı ocağa.
Firdovsinin “Şahnamə”si şah əsər kimi
min ildir ki, qərar tutur şahlıq taxtında.
Yoxsa, bu dürr dəryasında hansısa qəvvas,
nəhayət bir qüsur tapdı sənin vaxtında?
Kəhkəşantək işıq saçır
yüz ömür orda,
hərəsinin qabağında söz xəzinəsi.
Əcəba, bəs nə səbəbdən görünmür orda
mənim böyük Nizamimin ölməz “Xəmsə”si?
131
“Gülüstani-bustan” ilə Sədi Şirazi
milyonlara səxavətlə göndərdi hikmət.
Ömər Xəyyam inci düzdü – rübai yazdı,
hər birində həyat eşqi, acı həqiqət!
Oneginə sevgisində qüdrətli Puşkin
göstərsə də Tatyananın diliylə hünər.
Ancaq heç kim bu heyrəti verə bilməmiş
Füzulinin yaratdığı Leylisi qədər.
Yüz kitabı min
kitabdan seçən, min əhsən,
bu seçimin meyarı nə, sərrafı kimdir?
Lev Tolstoy, Dostoyevski uca, möhtəşəm,
ay insafsız, bəs onların ətrafı kimdir?
Haqqa asi ilkin özü sınır, əslində,
beləsinə, heç olmasa, cahil deyilir.
Zaman-zaman sənin kimi nadan əlində
haqq nazilir, tərəzinin gözü əyilir.
Mümkündürmü görməyəsən, anlamayasan
bəşər üçün örnək olmuş bu insanları?
Blok, Bunin ... Yesenini göyə qaldıran
dahilərə biganəlik etməyin, barı.
Avqust, 2002