Fəxrəddin Ziya



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə26/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
1   ...   22   23   24   25   26   27   28   29   ...   40

 
127
Bu bir həqiqətdir, bir acı örnək, 
az olsun beləsi, kaş aramızda. 
Bu həm bir arzudur, bu həm bir istək, 
saflar dursun daim səf sıramızda. 
 
Bütün sənətlərin öz sevinci var, 
sənsə tamam ayrı sevincim, nəşəm. 
Neçə itmiş ümid səndə dil açar, 
ay ümman sənətim,həkimlik peşəm. 
 
Oktyabr, 2004 
 
ARZUDUR 
 
El-obanın şənliyində 
bülbültək ötmək arzudur. 
Doğma, əziz insanların 
əlindən öpmək arzudur. 
 
İstək gərək qəlbdən gələ
axa gözdən gilə-gilə. 
Könül verib bir gözələ, 
yolunda ölmək arzudur. 
 
Saz oynadan ozanların, 
söz yaradan yazarların, 
aqillərin, azmanların 
dalınca getmək arzudur. 
 
Alqış qədirbilənlərə, 
müdriklərə, ərənlərə. 
Ömürdən pay verənlərə 
can qurban etmək arzudur. 
 
Gəz səxavət meydanında, 
yaxşılıq yaşat canında. 
Fəxrəddin, çətin anında 
dostlara kömək arzudur. 
 
03.12.2005 


 
128
NOVXANI  BAĞLARINDA 
 
Açılır könlüm, gözüm, 
Novxanı bağlarında. 
Cənnətdir çölün düzü, 
Novxanı bağlarında. 
 
Bu yerlərin ad-sanı, 
qara şanı, ağ şanı 
gəzər bağı, bağçanı 
Novxanı bağlarında. 
 
Əncil, qaysı, badamı, 
yoldan saxlar adamı. 
Dad xar tutun dadını, 
Novxanı bağlarında. 
 
Tağda pomidor-xiyar 
göz oxşayar qış-bahar. 
Çiyələyi et nübar. 
Novxanı bağlarında. 
 
Əskik olmaz heç zaman
aş üstündə zəfəran. 
Gəl, sən də et nuş-can, 
Novxanı bağlarında. 
 
Elə ki, başlar yazı, 
isti keçər gündüzü. 
Gülər Günəşin üzü, 
Novxanı bağlarında. 
 
Qumlu çimərlikləri 
dəf eyləyər dərdləri. 
Üz, qucaqla Xəzəri, 
Novxanı bağlarında. 
 
Özü bir gözəl məkan, 
insanları mehriban. 
Göstər sən də ehtiram
Novxanı bağlarında. 


 
129
Hər yerdə ədəb, hörmət, 
nə çox burda həmsöhbət. 
Ən gözəl istirahət  
Novxanı bağlarında, 
Novxanı bağlarında. 
 
İyun, 2006 
 
 
ZAMAN, SƏNDƏN HARA QAÇIM 
 
Kəsmə ömür yollarımı,  
duman, səndən hara qaçım? 
Məndən bu heysiz canımı 
uman, səndən hara qaçım? 
 
Yox munisim, yox həmdəmim, 
yay gəlməmiş yanır zəmim. 
Son səfərdən dönməz gəmim,  
aman, səndən hara qaçım? 
 
İçimdə yüz qorxu, hədə, 
yox aramım bu ölkədə. 
Ürək yenə səksəkədə
güman, səndən hara qaçım? 
 
Qəm qəlbimdə pərən-pərən, 
qınayanım çoxmu, görən? 
Düz işimi yoxsa görən, 
yaman, səndən hara qaçım? 
 
İtirdim yar-yoldaşımı, 
vaxtsız ağartdım başımı. 
Nə tez artırdın yaşımı, 
zaman, səndən hara qaçım, 
aman, səndən hara qaçım? 
 
Avqust, 1999 


 
130
DAHİLƏRƏ BİGANƏLİK ETMƏYİN 
 
Moskvanın “Veçe” nəşriyyatı “100 böyük ...” seriyası ilə, müxtəlif sa-
hələr üzrə – dünyanın yüz böyük insanı, hadisəsi, tikilisi və s. haqqında 
yüz adda kitab buraxıb.Onlardan biri də “100 böyük kitab”dır. 
Həmin kitaba təkcə rus ədəbiyyatından 20-dən çox müəllifin  əsərləri 
da-xil edildiyi halda, şərq klassiklərindən, hətta Firdovsinin, Nizaminin, 
Sədinin və Füzulinin yaradıcılığından nümunələr salınması “unudulmuş-
dur”. Bu boyda biganəlik heç insafdandırmı? 
 
Sağ ol səni, yazıçı dost, publisist qardaş, 
yüz yazara sərf etdiyin bu zəhmət üçün. 
Bu kitablar kitabını yazmamışdan, kaş 
yüz həyəcan keçirəydin hər qiymət üçün. 
 
Yüz bağçanın çiçəyindən çələng bağlayan, 
doğrudan da çox çaşdırıb bu şöhrət səni. 
Kimə laqeyd, kimə isti münasibətin 
qorx ki, edə, bu minvalla, bihörmət səni. 
 
Görən, ürək ağrısıyla heç anırsanmı 
Alkmeonu, Hippokratı, İbn Sinanı? 
Varaqla bir, onların da yazdıqlarını, 
tapacaqsan cismindəki min bir mənanı. 
 
Necə oldu imam Əli, o böyük düha, 
rəvadırmı unudula “Nəhcül-bəlağə”? 
O həzrətdən bu dünyaya gəlməz bir daha, 
təbərrükdür yetsə nuru hansı ocağa. 
 
Firdovsinin “Şahnamə”si şah əsər kimi 
min ildir ki, qərar tutur şahlıq taxtında. 
Yoxsa, bu dürr dəryasında hansısa qəvvas, 
nəhayət bir qüsur tapdı sənin vaxtında? 
 
Kəhkəşantək işıq saçır yüz ömür orda
hərəsinin qabağında söz xəzinəsi. 
Əcəba, bəs nə səbəbdən görünmür orda 
mənim böyük Nizamimin ölməz “Xəmsə”si? 


 
131
“Gülüstani-bustan” ilə Sədi Şirazi 
milyonlara səxavətlə göndərdi hikmət. 
Ömər Xəyyam inci düzdü – rübai yazdı, 
hər birində həyat eşqi, acı həqiqət! 
 
Oneginə sevgisində qüdrətli Puşkin 
göstərsə də Tatyananın diliylə hünər. 
Ancaq heç kim bu heyrəti verə bilməmiş 
Füzulinin yaratdığı Leylisi qədər. 
 
Yüz kitabı min kitabdan seçən, min əhsən, 
bu seçimin meyarı nə, sərrafı kimdir? 
Lev Tolstoy, Dostoyevski uca, möhtəşəm, 
ay insafsız, bəs onların ətrafı kimdir? 
 
Haqqa asi ilkin özü sınır, əslində, 
beləsinə, heç olmasa, cahil deyilir. 
Zaman-zaman sənin kimi nadan əlində 
haqq nazilir, tərəzinin gözü əyilir. 
 
Mümkündürmü görməyəsən, anlamayasan 
bəşər üçün örnək olmuş bu insanları? 
Blok, Bunin ... Yesenini göyə qaldıran 
dahilərə biganəlik etməyin, barı. 
 
Avqust, 2002 
 
 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə