Fəxrəddin Ziya



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə28/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
1   ...   24   25   26   27   28   29   30   31   ...   40

 
137
GEDƏN YERİM OLAYDI 
 
Xalq şairi Qabilə. 
Ruhu şad olsun. 
“Gedən yerim olaydı” –  
nə qədər gözəl deyim! 
Gözləyənim yoxdusa, 
ha sızlayım, göynəyim. 
 
Gedən yerim olaydı, 
gəzəydim düz-dünyanı. 
Vallah, ürək yanğımdır 
bu söz, gözüm qurbanı. 
 
Gedən yerim olaydı, 
lap gedər-gəlməz olsun. 
Yol gedim gecə-gündüz
sonu görünməz olsun. 
 
Bilim, intizarımı 
çəkir bir mərhəm ocaq. 
Gəlişim bir ürəkdə 
bir işıq yandıracaq. 
 
Hanı o isti nəfəs, 
xəyal uçur yüz yerə? 
Daha güman yerimiz 
ancaq acı xatirə. 
 
Yaş artdıqca azalır 
bu cür ünvanlar, şair. 
Viranə könülləri 
de, kim sahmanlar, şair? 
 
Yaman biganələşdik, 
manqurtlaşdı cəmiyyət. 
Ancaq hamı özünə  
istəyir qayğı, diqqət. 
 
Yüz sevib-sevilsən də, 
yenə də azdır, canım. 
Sən özün gedən yer ol
bir ocaq qızdır, canım, 
bir işıq yandır, canım. 
21.11.2003 


 
138
ŞAİR OLANDAN SONRA 
 
Gənc ikən hisslərim bulaq kimi 
coşub, daşırdı, 
beynimdə misralar bir-biri ilə yarışırdı. 
Hər gün tərənnüm üçün  
yeni fikirlər gəzirdim, 
hər gün ağ vərəqlərə  
qafiyəli sözlər düzürdüm. 
Şeir ətri gəlirdi sözümdən, avazımdan, 
havalanırdım şeirin  
qəlbindəki ekstazından. 
Həftədə, gündə bir şeir yazırdım, 
şeirin keşiyində sərhədçi kimi hazırdım. 
Hər kəsi, hər şeyi vəsf edə bilirdim, 
Yavaş-yavaş kamil şeirin, 
şairliyin bəlgəsinə gəlirdim. 
Vaxt ötdü, duyğumla, fikrimlə bir 
yaşa doldum, 
bu yolda cilalandım, yoğruldum, 
lilləndim, duruldum. 
Deyəsən, nəhayət ki, şair oldum. 
Bundan sonra başlandı 
şeirin qəlbimdəki şıltaqlığı, 
bundan sonra başlandı 
ağlımın hissimə qısqanclığı. 
Bundan sonra başlandı 
duyğuların, fikirlərin qaçaqlığı. 
Sən demə, bundan sonra başlanırmış, 
söz oynatmağın əsl qoçaqlığı. 
İndi bir misra önündə bəzən 
saatlarla səcdəyə dururam, 
İndi bitirə bilmədiyim şeirin üstündə 
beynimi günlərlə yoruram. 
İndi daha öz təfəkkürümdü 
ən sərt tənqidçim, 
indi hər misrama müxalif fikirlərlə 
doludur içim. 
İndi gecə-gündüz söz ovundayam –  


 
139
boşuna, 
indi yazdıqlarımın heç beşdən-biri 
gəlmir xoşuma. 
İndi xəzan yeli əsir şeir bağımda, 
indi misralar pərən-pərən düşüb 
söz oylağımda... 
Bu nə boşluqdur yaratmısan 
içimdə, Tanrım, 
şeir yazmaq çətinmiş 
şair olandan sonra! 
 
Noyabr, 2007  
 
 
 
 
BÜTÖVLÜK – SINMAZLIQ 
 
Məqamlı dost-doğmaları 
təkəbbür eyləyən görsəm, 
namərdəm bir yol onlara 
əgər qulaq asaramsa. 
Qudurğan, nakəs önümdə 
haqqı-nahaqqa verəndə, 
lal olsun dilim ağzımda, 
sakit baxıb susaramsa. 
Gündə bir məclis qursa da, 
çörəyi minnətlə verən
yediyim, qoy haram olsun 
ora ayaq basaramsa. 
Mənə bir sadə dost gərək, 
daim qəlb həmdəmim olsun, 
“neyləyirəm qızıl teşti”, 
içində qan qusuramsa”! 
 
Sentyabr, 2007 
 


 
140
TƏSƏLLİ 
 
Güzgüdə baxdım özümə, 
sınıxmış dəydim gözümə. 
Sən demə, çox yorduğumçün, 
can daha baxmır sözümə. 
 
Dirəşmiş illər üzümə, 
xəstəlik düşmüş izimə. 
Yaş öz işini görübsə, 
ha döyüm indi dizimə. 
 
Söz ki, deyilir düzünə, 
dəyir yalanın yüzünə. 
Nə söyləsəm təsəllidir 
daha özümdən-özümə. 
 
25 İyun, 2007 
 
 
 
YADDAN OĞUL OLMAZ 
 
Dinlə səhvini söyləyəni ehtiram ilə, 
doğma kimi irad tutan insan paxıl olmaz. 
Müdrik, yaşa dolmuşların örnəkdi çox işi, 
arif sözü, el söyləyən hikmət nağıl olmaz. 
Sən də danışanda çalış,hər kəlmənə bal qat, 
xəmirə şəkər qatmasan, ondan noğul olmaz. 
Qaldır başına, ya gözünün nurunu sərf et, 
yad oğlu yenə yad qalar, heç vaxt oğul olmaz! 
 
İyun, 2007 


 
141
NƏ BİLİM 
 
Görünərmi bəxt ulduzum, görəsən, 
nə vaxt mənə nur saçacaq, nə bilim? 
Bəxt bağçamda arzu adlı gül əksəm, 
qanqal bitər, gül açacaq, nə bilim? 
 
Haqq bildiyim bu tərəzi, bu çəki, 
bu meyarı, bu pərsəngi, bu yükü, 
qoyub bizi gözlərinə, hey çəkir, 
hansı gözü tez dolacaq, nə bilim? 
 
Ömür yolum “axtar-tap”dı, hələ ki, 
yazılmamış bir kitabdı, hələ ki, 
qazandığım iztirabdı, hələ ki, 
bundan sonra nə olacaq, nə bilim? 
 
Ötəriyəm bu əbədi cahanda, 
dəyişərəm hər ötüşən zamanla. 
Bir qonağam dünya boyda məkanda, 
məndən sonra nə qalacaq, nə bilim? 
 
Bilmək olmur doğma kimdi, yad kimdi, 
itirmişəm nizamımı mən indi. 
Vətən həm də öz elimdi, evimdi, 
kimə qalar bu od-ocaq, nə bilim?  
 
May, 2000 
 


 
142
AĞLAYIR  
 
Aclıq və səfalət içində yaşayan insanlara. 
 
İçimdə tonqal qalanıb, 
odum külümçün ağlayır. 
Yaşı üzümdə iz salan 
gözüm dilimçün ağlayır. 
 
Sönmüş arzu, itmiş inam, 
yox bir həmdərd, yox bir həyan. 
Nə bağbanam, bağım viran, 
bülbül gülümçün ağlayır. 
 
Gəlmədi cənnət gətirən, 
yetmədi Allah yetirən. 
Hər saatı qəm ötürən 
günüm ilimçün ağlayır. 
 
Gün görmədim mən də, anam, 
bezdim tamam, doydum cana. 
Tənha qalmış qərib sonam 
ölü gölümçün ağlayır. 
 
Hər iş çətin, hər şey baha, 
ümid hanı xoş sabaha? 
Yaşamaqdan bezdim daha, 
qəlbim ölümçün ağlayır. 
 
Aprel, 1999 
 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə