Fəxrəddin Ziya



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə30/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
1   ...   26   27   28   29   30   31   32   33   ...   40

 
148
QARIŞDIRMA 
 
Eyni adlı şeirin müəllifi, xalq şairi Qabilə. 
Ruhu şad olsun! 
Tərif ilə mədhiyyəni, 
lovğalıqla fəxriyyəni, 
rüşvət ilə hədiyyəni, 
rütbə ilə səviyyəni 
qarışdırma. 
 
Qanun ilə ədaləti, 
təqib ilə ədavəti, 
xəta ilə cinayəti, 
məhbəs ilə əsarəti 
qarışdırma. 
 
Məhəbbətlə ülviyyəti, 
ünsiyyətlə rəsmiyyəti, 
ləyaqətlə şan-şöhrəti, 
çətinliklə məşəqqəti 
qarışdırma. 
 
Kəmiyyətlə keyfiyyəti, 
sakitliklə əmniyyəti, 
etirazla şikayəti, 
sərbəstliklə hurriyəti 
qarışdırma. 
 
Vacibliklə əhmiyyəti, 
hidayətlə məsləhəti, 
öyüd ilə nəsihəti
nisgil ilə vəsiyyəti 
qarışdırma.  
 
Böyülüklə əzəməti, 
hökümətlə səltənəti, 
inad ilə qətiyyəti, 
kütlə ilə cəmiyyəti 
qarışdırma. 


 
149
Adət ilə ənənəni, 
bayram ilə təntənəni, 
sevinc ilə şənlənməni, 
kədər ilə qəmlənməni 
qarışdırma. 
 
Səfər ilə ziyarəti, 
günah ilə qəbahəti
sürgünlüklə səyahəti, 
möminliklə ibadəti 
qarışdırma. 
 
Şadlıq ilə səadəti, 
yardım ilə səxavəti, 
etibarla sədaqəti, 
kişiliklə şücaəti 
qarışdırma. 
 
Durğunluqla sükunəti, 
tənbəlliklə ətaləti, 
rəvayətlə hekayəti, 
rəvanlıqla şeriyyəti 
qarışdırma. 
Noyabr, 2001 
 


 
150
MƏN AĞLAYAN İNSAN DEYİLƏM 
 
Ay mənə soyuq qəlbli, 
daş ürəkli deyənlərim. 
Çətin gündə, ağır anda  
göz yaşlarımı görməyənlərim. 
 
Mən ağlayan insan deyiləm, 
tənha canavar kimiyəm. 
Odur ki, tələsməsin ünvanıma 
tənə dolu söz göndərən, 
məni qınaq yerinə döndərən
arxamca hədyan danışan, söyən. 
Mən də ağlayıram, 
bir üzüntülü xəbər eşidəndə, 
məşəqqətdə yaşayan insan görəndə, 
faciə dolu hüzür yerində. 
 
Mən də ağlayıram, 
içimdəki ağrılarımla, iztirablarımla 
üz-üzə duranda, 
doğmalarımın, ətrafımın nadanlığı 
məni sındıranda, yoranda. 
 
Mən də ağlayıram, 
bir həzin, kədərli şeir yazanda, 
qəmli yazılar oxuyanda, 
dərdli insanları dinləyəndə. 
 
Ağlayıram sözsüz, səssiz, 
bir kimsədən xələrsiz. 
Hərdən göz yaşlarım 
kirpiklərimdə nəm kimi görünür. 
Əksərən bu yaşlar 
ürəyimə tökülür. 
Mənim göz yaşlarımı görmək çətindir. 
Məni ağlatmazsan 
ən acı anımda belə, 


 
151
ha silkələ, ha dindir. 
Mən ağlamıram heç kimin yanında, 
ağlamaq vərdişi də yoxdur canımda. 
Mən ağlaya bilərəm tənha anımda, 
gizli-gizli, həzin-həzin. 
Heç kim göz yaşlarımı 
görməyə tələsməsin. 
Mənim ağlar ovqatımı 
duymağa çalışsın. 
Gözlərimə yük olan 
kədərlə barışsın. 
Mən ağlamaqla 
kimsənin diqqətini cəlb etmək
yadında qalmaq istəmirəm. 
Mən istəyirəm həmişə şux, 
gümrah kimi tanınam, görünəm, 
çətinliyə qüdrətimlə sinə gərəm. 
Mən, güclü ikən, 
kiməsə dayaq olmağı sevirəm. 
Mən, xalqıma da 
çətin anında, ağır günündə - 
ağlamasm, güclü, iradəli olsun 
-deyirəm. 
 
Aprel, 2008 


 
152
QOCALIQ 
 
Ömrün uğurlu sonudurmu qocalıq, 
Pikə qalxmış günəşin qürubudurmu qocalıq? 
Bu yaşda adamın bir gözü ağlar, 
bir gözü gülər. 
Dolar həyatına maraqsız, sıxıntılı, 
acı günlər. 
İnsan qocalanda, 
Bəlkə də əza ağrısından daha çox 
Qayğıya ehtiyacdan təntiyər, tövşüyər. 
Təbiətin sərtliyindən yox, 
Biganəlik soyuğundan titrəyər, üşüyər. 
Ancaq əlindən heç nə gəlməz
Beləcə hamıdan soyuyar, 
Heç kimi özünə həmdərd bilməz. 
Heyhat, dağ çayı kimi çağladığı illər 
Qalar əlçatmazlıqda, arxada 
O, indi bir damla qədər zəifdir. 
Ümman boyda suda. 
Ya da qasırğa vaxtı 
Dənizdə boğulan ada. 
Bəlkə də buna görə 
Hamının ölüm haqqında 
Ən çox düşündüyü zamandı qocalıq. 
İnsanın axirət dünyasına 
«hə» dediyi andı qocalıq. 
28.08.2002 


 
153
QOCALANDA 
 
Çox kövrək olurmuş demə, insan qocalanda, 
axar gözümün yaşı bir yandan, qocalanda. 
 
Göz pərdələnər, bel bükülər, diz zora dözməz, 
gücdən düşər hər şey, üzülər can, qocalanda. 
 
Açmaz çiyəyi arzunun, qalmaz dadı ağzın, 
bom-boz görünər hər tərəf, hər yan, qocalanda. 
 
Seyrəkləşər ətraf, verilər ixtiyar əldən, 
çünki daralır get-gedə meydan,qocalanda. 
 
Bir körpə tifiltək hamıdan mərhəmət istər, 
gücsüzləşər, acizləşər aslan, qocalanda. 
 
Hər yaz gəlişiylə oyadar aləmi, heyhat 
yüz yaz gələ, coşmaz damarda qan, qocalanda. 
 
Cənnət və cəhənnəm marağı günbəgün artar, 
min xof yaradar içində şeytan, qocalanda. 
 
Fəxrəddin, cavankən hər incə duyğudan zövq al
aləm görünər onsuz da viran, qocalanda. 
 
 May, 2006 
 


 
154
SƏN MƏNƏ BƏND OLMA 
 
Yaman duyğuları dalğın olmuşam, 
əsəbi olmuşam, çılğın olmuşam. 
Bir sısqa çeşməyə bənzər gözlərim, 
tez-tez göz yaşımda üzər gözlərim, 
sən mənə bənd olma, qurbanın olum. 
 
Hərdən hədd bilmədən coşub-daşıram, 
keçilməz səddləri keçib aşıram, 
hərdən karıxıram, hərdən çaşıram, 
doğmadan küsürəm, dostdan qaçıram, 
Sən mənə bənd olma, qurbanın olum. 
 
Beynimdə fikirlər daban-dabana, 
əsir ürəyimdə dəli küləklər. 
Çəkdikcə xəyalım məni dörd yana
acı misralarım artar, çiçəklər. 
 
Eh, nələr görmədik son neçə ildə, 
düşmən təcavüzü, dost xəyanəti. 
Qazandıq on sifət, dindik yüz dildə, 
basıb tapdaladıq haqq-ədaləti. 
 
Düşmən rəqib kimi durduq üz-üzə, 
yarandı müxalif fikirlərimiz. 
Nadanlar ağlıycan ad qoydu bizə, 
müxalifət də biz, iqtidar da biz. 
 
Bu qardaş qırğını,şər savaşında 
qardaşı-qardaşa qarşı qoyan var. 
Nazir kreslosu, mənsəb başında, 
dövləti devirən, eli soyan var. 
 
Bu da əlahəzrət açıq söz, efir, 
“faşist” adlandırır xalq bir-birini. 
Hamı ekranlarda görür, eşidir, 
millətin söyüşkən vəkillərini. 
 
Yurdun nə çox ruhu saf övladları, 
kimdir nifaq salan araya belə? 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə