Fəxrəddin Ziya



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə32/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
1   ...   28   29   30   31   32   33   34   35   ...   40

 
160
Gedənə sirdaş dünya, 
gələnə qardaş dünya. 
Əcdadımı qocaldan, 
balamla həmyaş dünya. 
 
IV 
Ah dünya, aman dünya
son ümid, güman dünya. 
Qoynunda zəiflərə 
yeri olmayan dünya. 
 
Bir yaşıl yarpaq dünya, 
aşkar, çılpaq dünya. 
Əvvəli torpaq dünya, 
axırı torpaq dünya. 
 
Zülmət dünya,nur dünya, 
odun yansın gur, dünya. 
Arzu səndə, kam səndə, 
yaşa, dünya, dur, dünya. 
 

Yüz ildən çox yaşayardıq cahanda, 
görməsəydik kəc işini dünyanın. 
Düzəltməyə çalışanlar bir az da 
əyri saldı gərdişini dünyanın. 
 
Gah ucaldıq zirvələrə, gah endik
zülm etməyi zəfər sandıq,sevindik. 
Fironluqla, fatehliklə öyündük, 
dağıtdıqca keçmişini dünyanın. 
 
Hər ömürdə sevinci var,qəmi var, 
ağrısı var,nəşəsi var,dəmi var. 
Biz olmasaq, kim duyacaq,kimi var, 
gəlişini, gedişini dünyanın? 
 
Yaddaşında nə sən yoxsan, nə mən yox, 
hansımızı nə gözləyir,bilən yox? 


 
161
O dünyadan hələ ki, bir gələn yox 
öyrətməyə yerişini dünyanın. 
 
Ancaq nə qəm,məhvərindən sapınmaz, 
zərrə qədər nə əyilməz, nə sınmaz. 
Çaldığına oynamayan tapılmaz 
hərdən namərd, hərdən kişi dünyanın. 
 
VI 
Dünya bizə arzuların təməli, 
dünya bizə xəyalların fəzası. 
Kaş həmişə xoş niyyətlə tən gələ 
hər bir bəşər övladının rizası. 
 
Dünya bizə ümid dolu bir məkan
dünya bizə duyğumuzda bal dadır. 
Dünya bizi öz oxunda fırladan, 
dünya bizi gərdişində aldadır. 
 
Dünya bizim cismimizin sahibi, 
dünya bizim ruhumuzun həkimi. 
Olur, hərdən nəşəsindən dadmamış 
gəlir ömrün qəfil xəzan tökümü. 
 
Dünya bizə özü boyda bir hikmət, 
dünya bizə bir ömürlük hekayət. 
Dünya bizi bizdən sonra yaşadan 
görünməyən axirətdi... Ya qismət! 
 


 
162
 
 
SEVGİ PIÇILTILARI,
MAHNILAR,QƏZƏLLƏR 


 
163
NƏ GÖZƏL  
 
Ömrü məftunluqla yaşa dünyada, 
hər ağlı çaşdıran rəna nə gözəl. 
Min istək yaradar lal baxışında, 
hilal qaşındakı məna nə gözəl. 
 
Yoxdur bu səltənət meydə, məzədə, 
göz yum içindəki o xoş həsədə. 
Ürəyin çoxuna meyl eyləsə də, 
bəxtini biriylə sına, nə gözəl.  
 
Qəmzəsi qədərsiz, qəmi az ola
incə ruhlu ola, xoşavaz ola. 
Gözəldə gərəkdir işvə, naz ola, 
girə gündə on cür dona, nə gözəl. 
 
Davrana, danışa utancaq kimi, 
yığıla boynunda tər muncuq kimi. 
Dodağı çırtlaya tumurcuq kimi, 
üzü lalə kimi yana, nə gözəl. 
 
Sürə dövranını bəxtəvər kimi, 
ona vurğunluqdan bixəbər kimi. 
Gedəsən yanına müzəffər kimi, 
şux qəddin önündə sına, nə gözəl. 
 
Deyə bilmirsənsə ürək sözünü, 
ha gözlə gözünə görünən günü. 
Elə mərhəm et ki, ona özünü 
gəlsin dərd-bəlası sana, nə gözəl. 
 
Fəxrəddin, eşqində Kərəm deyilsən
şadlan qurban getsən, sevin, əyilsən. 
Ona ürəyini ver, verə bilsən, 
yetsin intizarın sona, nə gözəl. 
 
26.01.1998 


 
164
SƏNİN GÖZLƏRİN 
 
Sənin gözlərinin maviliyində, 
bir dəniz dincələr, bir üfüq itər. 
Sənin gözlərinin dərinliyindən, 
arzular pöhrələr, istəklər bitər. 
 
Sənin gözlərinin ovsunu nə çox
dartar əsirini dar ağacına. 
Hər qaşın bir kaman, hər kirpiyin ox, 
bədənin bənzəyir nar ağacına. 
 
Gülümsə, gül açsın zərif duyğular, 
şəhdi-şəkər axsın hər gülüşündən. 
Sən gəzən yerlərə gəlir ilk bahar, 
dünya gözəlləşir nəvazişindən. 
 
Gəl, öpüm əlindən, üzündən yüz yol, 
bir ulduz işıq var gözündə, gözəl. 
Ya ölüm dərdindən, ya dərmanım ol, 
keçsin ömrüm-günüm nazında, gözəl.  
İyul, 2004 
 
QAYIT 
 
Bilmədim nə idi suçum, 
sən məni belə tez unutdun. 
Daha nə bir zəng var, nə bir xəbər, 
demək məni atdın, ay vəfasız, 
mənə zülm edən insafsız. 
Hər gün gözümdə sonsuz kədər, 
bu titrək ürəyim səni istər. 
Sevgim iradəmdən güclüymüş, 
qayıt, sevirsənsə məni əgər. 
Qayıt, əzizim qayıt, 
sən ruhumun səsisən, qayıt. 
Sən sevmək həvəsimsən, qayıt. 
Qayıt ki, yenidən 
mən sənin qəlbinə qayıdım, 
qayıtsın əvvəlki həyatım. 
 Qayıt, qayıt. 
04.08.05 


 
165
SARI GÖZƏL 
 
Yarı samanı sarı, 
yarı qızılı saçlı sarı gözəl. 
Gözəllərin göyçəyi. 
Saçların qarğıdalı saçağı kimi 
tökülüb boynuna, çiyninə. 
Günəş şəfəqləritək sayrışır ucları. 
Sifətin zərif günəbaxan çiçəyi. 
Ləçəklərinin sarısı yayılıb üzünə. 
Ağzın, qabığı azca aralanmış püstə. 
Dodaqların elə bil nəqqaş əliylə hazırlanıb, 
ehmalca qoyulub üst-üstə. 
Dilin badam içi. 
Nə ecazkar çöhrən var, 
sənə baxan şişir. 
Gözlərin gah təlatümlü, 
gah sakit, mavi dəniz, 
bülluru saf, duru, 
dərinliyi məstedici, heyrətamiz. 
Qaşlarının hilalı mənalı, düşündürücü. 
Baxışın bəzən sərt, kəsici, 
bəzən dalğın. 
Hərdən baxsana əsirinə oğrun – oğrun. 
Sənə təbəssüm daha çox yaraşır. 
Nə olar, arabir gülümsə, 
ətrafına danışmağa çalış nəsə. 
Bunu ki, sənə qadağa qoymayıb bir kimsə? 
Axı, dünya daha da gözəlləşər
gözəl şirin-şirin dinsə və ya gülsə. 
Mavi gözlü sarı gözəl, 
sənə təbəssüm daha çox yaraşır, 
gülümsə, gülümsə. 
 
Avqust, 2004 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə