Fəxrəddin Ziya



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə38/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
1   ...   32   33   34   35   36   37   38   39   40

 
196
BİLSİN  
 
Şair odur, hər hissini sözlə verə bilsin
arif odur, batindəki gözlə görə bilsin. 
 
Dünya yaranandan ağıl, zəka məkanıdır, 
bu hikməti hər an, hər işində hərə bilsin. 
 
Insanlar üçündür bu işıqlı, dolu aləm, 
insan da gərək kam ala, dövran sürə bilsin. 
 
Allah qədər, Quranca müqəddəsdi bu torpaq, 
imanı olan səcdəyə gəlsin Yerə, bilsin. 
 
Min arzu ilə can qoyub, övlad böyüdənlər
kaş əkdiyinin barını hər kəs dərə bilsin. 
 
Acizləri sevmir yaranışdan bu təbiət, 
güclü gərək öz taleyini güldürə bilsin. 
 
Fəxrəddin, nədir sözlərinin qədri-qiyməti, 
bu zəhmətini vurmasın kimsə yerə, bilsin. 
 
Dekabr, 2006 
 
 
 


 
197
QAYITMIR  
 
Bilməm nə olub, yar daha bu yana qayıtmır, 
görmür bu yanan şamını, pərvanə qayıtmır. 
 
Könlüm alışır, yox daha cismimdə qərarım, 
can söylədiyim od vurub bu cana, qayıtmır. 
 
Dəmlər var idi, dəmbədəm dövrəmdə gəzərdi, 
dərdimdən ölən o dəli- divanə qayıtmır. 
 
Hanı saçımı oxşayan o şanəli əllər, 
neyçün daha bəs zülfü-pərişanə qayıtmır? 
 
Allah, nə xəta eyləmişəm xətrinə dəymiş
qurban olaram yüz yol o mehmana, qayıtmır. 
 
Axdı gözümün yaşı qəfil səksəkələrdə, 
dönmüş gəlişi arzuya, gümana, qayıtmır. 
 
Mən naçarın, aləm bilir, nuşdarusu onda, 
etməzmi həzər, ölsəm, o Loğmana, qayıtmır? 
 
Fəxrəddin, şükür, Leyli misal qızlar var hələ, 
olmuş bu könül sidq ilə viranə, qayıtmır. 
 
Iyul, 2003 


 
198
 
BEŞ QIZ ATASI 
HAQQINDA 
BALLADA 


 
199
BEŞ QIZ ATASI HAQQINDA BALLADA
 
 
5 qız böyüdüb ərsəyə çatdıran valideynin yeri cənnətdir. 
Məhəmməd (s.a.v.s) peyğəmbər. 
 
 
Cavan ailənin bir qızı oldu, 
övladın nə qızı, nə oğlanı – dedilər. 
Sevinib şadlandılar, ziyafət verdilər
adını da Sevinc qoydular. 
Ata isə xəyalında oğlan gözləyirdi, 
ürəyində də nə qədər adlar gizləyirdi. 
Amma hadisəni qabaqlamaq ona düşmədi. 
3-4 ay keçdi, uşaq qığıldamağa başladı, 
ata onu əzizlədi, nazladı, oxşadı. 
Günbəgün uşağa məhəbbəti artdı, 
bu “balaca şeytan” 
atanın başını əməllicə qatdı. 
Aylar ötdü, Sevincin bir yaşı oldu, 
o yeridi, oynadı, çağırışa gəldi. 
Evə gəlib-gedən onunla əylənməyi 
ən yaxşı istirahət bildi. 
Ailə artıq 2-ci uşağı gözləyirdi. 
Bir azdan o da doğuldu, – yenə də qız. 
Ata daxilən əsəbiləşdi,  
ana doluxsundu, 
özlərində olmadılar bir müddət
fikirləşib, uşağa iki ad qoydular, 
sənəddə yazdırdılar Səadət, 
evdə isə çağırdılar Kifayət. 
Ötdükcə günlər, həftələr 
Yavaş-yavaş bəsləndilər körpələr. 
Ata da dəyişirdi, öyrəşirdi birtəhər, 
qızlarına sevgisi artırdı saatbasaat, 
yenidən öz məcrasına düşürdü həyat. 
Beləcə iki il də ötdü, 
Atanın nigarançılığı elə bil keçib getdi. 
Bu uşaq da böyüdü, yeridi, dil açdı, 
ata hər işdən gələndə, qabağına qaçdı. 
Qollarına söykənib öpdü o üzündən, bu üzündən, 


 
200
bu şirinliyi ilə atanı asılı etdi özündən. 
Elə ki, ana 3-cü uşağa hamilə qaldı, 
Atanın ürəyini vahimə aldı: 
– Birdən olmadı belə, oldu elə? 
Qorxdu 3-cü qız sözünü gətirməyə dilə. 
Ancaq deyəsən ürəyinə dammışdı atanın, 
eyni fikirlə hər gün dalağı sancırdı ananın. 
Hər dəfə bu hissə qapılanda, daxilən sınırdı. 
Yatmırdı gecələr fikirdən, 
kimsəyə demədən iztirab çəkirdi. 
Amma nə çıxar bu sayaq möhnətdən, 
qaçmaqmı olur Tanrı verən qismətdən? 
Vaxt gəlib yetişdi, bu uşaq da doğuldu qız, 
ata düşündü ki, vəssəlam, 
qaldım oğulsuz, kimsəsiz
ana düşündü ki, oldum urvatsız, 
qızlarım qaldı arxasız – qardaşsız. 
Bu dəfə açıq büruzə verdilər hisslərini. 
Qınadılar o ki var, özlərini. 
Kədər yağışı bürüdü gözlərini. 
Ata oldu pəjmürdə, ana qaldı halsız, 
daha ayrı bir söz , ya hərəkət mənasız. 
Keçdi üç-dörd gün, hər ikisi toxtadı, 
neyləsinlər, bu da onların bəxtidi. 
5 gündən sonra ata bir dəstə gül ilə 
çıxardı xəstəxanadan xanımını şirin dil ilə. 
Eə ki, ana gəlib qapıya çatdı, 
iki gül bala özünü onun qucağına atdı. 
Bu görüş necə də şirin, necə də dadlı. 
Ana büsbütün acı fikirlərini unutdu. 
Doğrudan da nə fərqi
qız da, oğlan da övladdı. 
Bu bir Tanrı payıdırsa, neyləməli, heyhat, 
günlər keçdikcə öz axarına düşürdü həyat. 
İllər sanki bir göz qırpımında ötdü, 
Sevinc böyüyüb məktəbli yaşına yetdi. 
Başında yeni qayğılar – kitab, qələm, dəftər ... 
Ata hamısını alıb gətirdi, müxtəsər. 
Qolundan tuturaq ilk dəfə 


 
201
apardı Sevinci məktəbə. 
Şagirdlər sinifə yığılan zaman 
atanın gözlərinə doldu boz duman. 
Sinifdəki uşaqların 5-i qız, 13-ü oğlan, 
hamısı da şipşirin, yaraşıqlı, sağlam. 
Aşkar bir həsəd bürüdü üzünü, 
içində qınadı o ki var, özünü. 
Yox, oğlum olmasa, ölərəm – düşündü, 
mən bu cür yaşaya bilmərəm – düşündü. 
Evə qayıdarkən yolda kövrəlib ağladı, 
istəyini yenidən ümidə bağladı. 
Yoldaşı nisgil dolu istəklə ərinə baxdı, 
hər ikisinin gözündən yaz yağışı axdı. 
Allahın mərhəməti də var – fikirləşdilər. 
Bizə də bir oğlan bağışlar – fikirləşdilər. 
Neçə nəzir-niyaz boyun oldular, 
neçə pir-ocaq yolunda qaldılar.  
Nə qədər əlavə işlər görüldü... 
Yenidən hamiləliyə rəvac verildi... 
Günlər yavaş-yavaş ötüşürdü, 
növbəti doğuşun vaxtı yetişirdi. 
Axır günlər gözlərinə getmirdi yuxu
ürəklərində ümid, intizar, qorxu. 
Şübhə dolu bəlkələr üzsə də hər birini, 
amma heç biri açıqlamaq istəmirdi dərdini. 
Ata nikbin notlarla çalışırdı keçirə birgə vaxtını, 
pozmaq istəmirdi hamilə xanımının ovqatını. 
Nəhayət bütün gözləmələrin sonu yetişdi. 
Doğum otağından xəbər gəlincə, 
atanın ürəyi şişdi. 
Ana biləcək peşmançılıqdan səsi batdı. 
bu ağrı çoxunun qəlbini qanatdı. 
Atanın üzünə görünməyə bir kimsənin 
cürəti çatmadı, 
tibb bacıları çölə ötürməyə 
söz tapmadı. 
İçəridəki insanların “laqeydliyindən” 
qohumların rəngi solurdu, 
ataya yavaş-yavaş hər şey aydın olurdu. 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə