Fəxrəddin Ziya



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə37/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
1   ...   32   33   34   35   36   37   38   39   40

 
190
MUĞAM OXU 
 
Gəl, ey xoşavaz, məclisi şad et, muğam oxu
söz əhli olan yerdə bir ad et, muğam oxu. 
 
Tanrı dərgahında nə xoş duadı musiqi, 
ruhu burda olanları yad et, muğam oxu. 
 
Sal Məcnunu səhralara, Fərhadı dağlara, 
çək nalə, bəlayi-eşqdən dad et, muğam oxu. 
 
Öldür Leylini şaqraq səsin zənguləsində, 
Fərhad üçün Şirintək fəryad et, muğam oxu. 
 
Hər hıçqırtından qan-yaşlı bir nəşə boylansın, 
könülləri yandırıb abad et, muğam oxu. 
 
Bir incə sənətdir ki, anlayar onu hər kəs
bu sirri-Xudaya etiqad et, muğam oxu. 
 
Fəxrəddintək nə çoxdur musiqi cəfakeşi, 
bu əhli-ürfanlara imdad et, muğam oxu. 
 
16.08.01 
 


 
191
GÖZƏLLƏRİN 
 
Qoydum yolunda ömrümü, ahu gözəllərin, 
əsir edib məni yenə şahı gözəllərin. 
 
Yüz yol yüzünə can deməkdən nəşələnmişəm, 
düşdüm niyə bəlasına, Yahu, gözəllərin? 
 
Min huri ilə vəsl etsəm də gözlərim doymaz, 
odur ki, tutubdu məni ahı gözəllərin. 
 
Zaman-zaman ustadlarımı heyrətə salmış, 
bitməz, nə yaxşı, sehri ilahi gözəllərin. 
 
Adəm də bir ay üzlü üçün cənnəti vermiş
gəlsin boynuma, cümlə günahı gözəllərin. 
 
Zahid məni müşrük sanar vurğunluğum üçün, 
qurban boyuna, boyu sürahi gözəllərin. 
 
Bu ülvi peşənlə, Fəxrəddin, aləmə car çək, 
bilsinlər sənsən hər dəm pənahı gözəllərin. 
 
24.05.04 


 
192
AŞİQ GƏRƏK SEVİNƏ ... 
 
Aşiq gərək sevinə eşqində qovğaya görə, 
cəfa çəkmək nə xoşdur düşdüyün sevdaya görə. 
 
Kim ki, eşq dəryasından bir damla dadmaq istəsə, 
etsin, qoy ömrü fəda bir gülü-rənaya görə. 
 
Hər qəlbin öz istəyi, öz bütü, öz Tanrısı var, 
güldən gözəl heç nə yox bülbülü-şeydaya görə. 
 
Qadına istək bizim, çünki nütvəmizdən gəlir, 
çıxdı Adəm babamız cənnətdən Həvvaya görə. 
 
Zaman-zaman çoxumuz vəsf etdik Leylanı,o da, 
etdi bir nəsli rüsva, Məcnun binəvaya görə. 
 
Qəm yemə hicran üçün, ey bu yolun Mürşidi, döz, 
azmı qurban demişik cani bivəfaya görə? 
 
Fəxrəddin, payımal etmə sözünün qayəsini, 
min cəfanı çəkirlər, sonunda səfaya görə. 
 
27.06.04 
 


 
193
YENƏ O CAN DEDİYİM... 
 
Yenə o can dediyim tən tutur əğyarə məni, 
bu sayaq naz-savaş olmaz, qoyub avarə məni. 
 
Nə yaxın düşməyə qoymur, nə uzaq getməyə bir dəm, 
o Günəş üzlü dəmadəm edir səyyarə məni. 
 
Yüz günah işlədirəm ki, kəssin hər gün ömrümdən, 
gündə məcbur eyləsin verməyə kəffarə məni. 
 
Nə bir rahat gündüzüm yox, nə bir aramlı gecəm, 
döndərib yollarında bisəmər zəvvarə məni. 
 
Bitdikcə min dərd qapımda, solur bəxtim bağçası, 
gəlməyir dərdim əlacı, tamayır çarə məni. 
 
Bu qədər ağrı-acıyla vəslə yetməz bir aşıq, 
Fəxrəddin, yar biryolluq öldürüb qurtara məni. 
 
Noyabr, 2004 
 
KÖNLÜMÜ 
 
Ey təbibim, təşxis eylə dərdi pünhan könlümü, 
Gör, hansı mahvəşlər idi, etdi viran könlümü. 
 
Cismin eşq avarısidir, qəlbim vüsal həsrətli
əridib xəmqədd eyləmiş qəmli hicran könlümü. 
 
Görməsə bir gün gözəllik, gözlərim nurdan qalar, 
ovundurmaz heç bir zaman qeyri dərman könlümü. 
 
Kövrək qəlbim bir şüşədir, sınsa, yapışmaz daha, 
sağaltmaz ondan sonra bir əhdü-peyman könlümü. 
 
Əqldən, zəkadan öncə duyğumdur can sirdaşım, 
sehriylə lal eylər hər dəm, tutsa seyran könlümü. 
 
Fəxrəddin, məftunluq imiş dünyanın xoş çağları, 
ömrü heyrətdə keçənlər etmiş heyran könlümü. 
05.07.99 


 
194
KÜSMÜŞƏM 
 
Görmürəm hüsnün haçandır, o pəridən küsmüşəm, 
olmayan dərdimə həmdərd dilbərimdən küsmüşəm. 
 
Bilməm neyçün bu əsirin saxlayıbdır naümid, 
qalmışam qovğa içində, sərvərimdən küsmüşəm. 
 
Hər görəndə, gül üzündən Gün doğardı ömrümə, 
açılmır könlüm səması, xavərimdən küsmüşəm. 
 
Bir gileymi, bir istəkmi, ya incilik, bilmirəm
o mələk adı dilimdə əzbərimdən küsmüşəm. 
 
Ah necə xoş günlər idi “can” deyirdim nazına, 
indi bir nisgil qalıbdı şakərimdən, küsmüşəm. 
 
And içib əhd eyləmişdim işvəsindən kam alam, 
müstəcab olmadı əhdim, and yerimdən küsmüşəm. 
 
Fəxrəddin, qəlb göynədən sevgi bəladı Tanrıdan, 
odur ki, mən bu bəlanın cövhərindən küsmüşəm. 
 
Oktyabr, 2006 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
195
OLMASIN  
 
Oxu, ey bülbülü-şeyda, səsin nalan olmasın, 
sən gəzən bağ-bağçanın gülləri xəndan olmasın. 
 
Əssə rüzgar yelləri duyğusuz qəlblərdə, nə qəm, 
təki sevda yollarında vaxtsız xəzan olmasın. 
 
Gündə yüz yol yar ilə küsüb-barışmaq dərd deyil, 
olsun bu xiffət dəmadəm, bircə hicran olmasın. 
 
Qoy uzansın hər ömürdə bir şirin sevda yolu, 
ruhu saflar öz eşqində, kaş peşiman olmasın. 
 
Yüz heyif, haqq sevgisində kimsə kama yetmədi
ya Rəbbim, rəhm et mənə, bağrım başı qan olmasın. 
 
Fəxrəddin, hər misranda bir hala düşsən də, gərək 
haldan-hala düşməyi şairə nöqsan olmasın. 
10.12.2006 
 
OLA BILMƏZ 
 
Qəzəl oxunan məclisdə könül naşad ola bilməz, 
əhli-sənət olanlara musiqi yad ola bilməz. 
 
Uymuşlara həsədlə bax məclisi-ürfanlar içrə, 
səsin sehrindən məstlərə əsla irad ola bilməz. 
 
Çox bisutunlar yarsa da sənətdə söz sərrafları, 
fəqət Şirinin eşqində kimsə Fərhad ola bilməz. 
 
Məcnun kimi, gör, nə qədər Kəbəsi viran qalan var, 
eşq xərabəsi, əzizim, əfsus, abad ola bilməz. 
 
Qoru qanınla, canınla soydan miras qalanları, 
övlad nankorluq etməsə, naqis əcdad ola bilməz. 
 
Fəxrəddin, şərqin şeirinin əzəl meyarı qəzəldir, 
əruzu bilməyən şair, əlbət, ustad ola bilməz! 
12 iyul, 2000 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə