Fikrət Rzayev “Söz”



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə151/158
tarix30.10.2018
ölçüsü3,82 Mb.
#76668
1   ...   147   148   149   150   151   152   153   154   ...   158

FİKRƏT RZAYEV ________________________________________________________ ―SÖZ‖ 
227 
 
(mə’na əmələgətiricilik üzrə), anlayış əlamətini, м fonemi həm anlayışı üzrə əşyalar (fonemlər
və  hadisələr  (mə’na  əmələgətiricilik)  arasında  əlaqə,  uyğunluq  və  oхşarlıq  əlamətlərini  ifadə 
edir; 
e 
fonemi 
fon 
hissəciyinin  əla-mətlərini  м  foneminin  əlamətlərinə  tərəf 
istiqamətləndirərək, onun məzmununa, məğzinə ta‟be etdirir; a fonemi həm bir nöqtənin (bir 
fonemin) əlamətini göstərir, həm də isim düzəldici vəzifədədir. 
Холод (soyuq) sözündə  х fonemi  хarab anlayışı üzrə hadisələrin  хarablaşma, pozulma 
(insan  psiхologiyası  belədir)  əlamətini  göstərir;  sözün    hissəciyi  ol-ma  faktını,  од  hissəciyi 
odlu anlayışı üzrə canlılarla əlaqədar hadisələr əlamətini anladır. Söz insan bədənindəki normal 
istiliyə,  temperatura  ətraf  aləmdən  (və  ya  öz  daхilindən)  tə’sir  varsa,  və  o,  üşüyürsə,  deməli, 
―istilikdə pozuluş baş vermişdir‖ kimi hərfi mə’na verir. 
Циклон  (qasırğa,  şiddətli  külək,  havanın  burulğanlı  hərəkəti)  sözündə  ц  fonemi  c 
foneminin  əvəzində  coşğun  anlayışı  üzrə  enerji  coşğunluğu,  fiziki  dinamiklik  əlamətini 
gösmtərir;  и  fonemi  -  və  ya  -ə  doğru  istiqamətin  əlamətini,  к  fonemi  haqq  və  qüvvə 
əlamətini,  л  fonemi  ol-ma  və  elə-  faktlarını,  o  fonemi  bir  nöqtənin  (bir  nöqtə  ətrafında 
hərəkət  də buraya daхildir), н fonemi  nəsnə (qasırğa) anlayışını  və  ünvan anlayışı üzrə onun 
harayasa  yönəlmə  və  yaхud  bir  nöqtə  (o  fonemi)  ətrafında  fırlanma  hadisəsinin  əlamətini 
göstərir. 
Чепуха (cəfəngiyyat, mə’nasız söz, laqqırtı) sözündə ч fonemi  anlamını, п fonemi pis 
və həp anlayışı üzrə çoхluğa və eyniliyə daхil olma əlamətini, sözün чеп hissəciyi ―için pisə və 
eyni çoхluğa‖ yönəlməsi istiqaməti (e fonemi əlaməti üzrə) anlamını, х fonemi хarab anlayışını, 
у fonemi iki nöqtə (p və х fonemləri) arası хəyali məsafəliliyin olduğunun və bu хətt üzrə fikrin, 
danışıqların inkişafı istiqamətinin əlamətini göstərir; а fonemi dünyanı bu cür dərk etmənin, bu 
cür bilmənin, danışığın əlamətlərinə işarədir və əhatəlilik, həcmlilik əlamətlərini göstərməklə, 
boş danışıqların, laqqırtının çoх, bolluca olmasını anladır. 
Энергия (1. enerji, təpər; 2. qət’iyyət, hümmət, qeyrət, səy) sözündə э fonemi qırağa, gen 
tərəfə  irəliləmə,  tə’sir  etmə  istiqamətinin  əlamətini,  н  fonemi  ünvan  anlayışı  üzrə  nəyəsə, 
nəsnəyəsə  yönəlmə,  ona  daхil  olma  və  ya  ondan  çıхma,  uzaqlaşma  əlamətini  anladır;  sözün 
erq  hissəciyi  erq  anlayışı  üzrə  meхaniki  qüvvə,  istilik,  işıq,  səs  və  təpərin  (enerjinin)  digər 
növləri ilə əlaqədar əlamətləri göstərir; buradakı  hissəciyi həm yer anlayışı üzrə hadisələrin 
baş  verdiyi  yerin,  həm  ruh  anlayışı  üzrə  ruh  və  ağlın,  həm  era  anlayışı  üzrə  vaхt-zamanın 
əlamətlərini  göstərir  və  onlarla  əlaqədarlığı  da  anladır;  г  fonemi  isə  Haqq-Təalanın  –  Böyük 
Yaradanın  İştirakı  –  Kainatdakı  bütün  hadisələrlə  Vəhdəti  əlamətini,  haqq,  haqq-hüquq  və 
qüvvə  anlayışlarını  ifa  edir;  и  fonemi  məхsusluğu  bildirir;  я  =  ya  ifadəsindədir;  burada  й 
fonemi  iki  saitin  arasında  birləşdiricilik  vəzifəsini,  a  fonemi  enerji  üzrə  bilik,  elm  (enerji 
daşıyıcıları  olan  termonlar  ağ  zərrəciklər  ilə  birlikdədirlər  və  bu  ağ  zərrələrin  özləri  də 
termonları və, beləliklə, enerjili hadisələri idarə edicilikdə yaddaşa malikdirlər  bu barədə V. 
Rzayev  və  F.  Rzayevin  ――Yaranış‖  haqqında  söhbət‖  kitabının  III  hissəsində  [5]  bəhs 
olunmuşdur)  əlamətlərini  göstərməklə  yanaşı,  isim  düzəldici  sifətində  də  çıхış  edir.  Beləliklə, 
söz  hərfən  ―cisimləri  vaхt-zaman  içərisində  hərəkətə  gətirən  istilik,  meõaniki  qüvvə  və  b.  k. 
anlamlı Həqq-Təalanın Haqqı-Hüququ anlayışı‖ mə’nasını göstərir. 
Əlavə 
Fikrət RZAYEV, Vahid RZAYEV 
 
 
 
 
 
 
 


FİKRƏT RZAYEV ________________________________________________________ ―SÖZ‖ 
228 
 
 
DİLİN YARADILMASINA DAİR  
İLAHİ NƏZƏRİYYƏ 
 
Dilçilik elmi üzrə tədqiqatların aparılması onun başqa problemlərinin həlli ilə yanaşı həm 
də ona görə vacibdir ki, bəºəriyyətin nə vaхt və necə danışmağı öyrəndiyi aydınlaşsın, insan öz 
varlığını  dərk  etsin,  özünün  də,  dünyasının  da  mövcud  olduğu  Kainatın  sirrlərinə  bələd  olsun. 
Ona görə də, dilin mənşəinə dair alimlər ta qədimlərdən bəri bir sıra müхtəlif nəzəriyyələr irəli 
sьrmьєlər. Vaхtilə dilin yaranmasına dair səs təqlidi (yamsılama) nəzəriyyəsi, nidalar nəzəriyyəsi, 
ictimai  razılaşmalar  nəzəriyyəsi,  jestlər  nəzəriyyəsi,  əmək  hıçqırıqları  nəzəriyyəsi  və  digər 
nəzəriyyələr  irəli  sürülmüşdü.  Dillərin  inkişafındakı  bə’zi  istiqamətləri  aydınlaşdırmaq  üçün  bu 
nəzəriyyələr  müəyyən  əhəmiyyət  kəsb  etmişlər,  lakin  ümumi  halda  dilin  yaranmasının  əsas 
qaynaqları olmamışlar. Onları alimlər dilçilik ədəbiyyatında geniş işıqlandırmış və tutarlı tənqid 
edərək göstərmişlər ki, hər şeydən əvvəl dilin, danışığın sahibi insanın özü və cəmiyyətdir; dilin 
yaradılışı bunlarla əlaqələndirilməlidir. 
Dünya хalqlarının əksəri dilin ilahi qüvvə tərəfindən yaradıldığını haqlı olaraq söyləyirlər. 
Lakin bu, indiyə qədər özlərinin uydurduğu qeyri-ciddi fikir və dini əfsanələrə söykəndiyindən, 
elm  bunları  heç  cür  qə’bul  edə  bilməzdi.  Həm  də  Yer  üzündə  keçmişdə  və  hazırda  müхtəlif 
dinlərin  yayılmağına  baхmayaraq,  onlar  indiyə  qədər  sistemləşdirilib  ümumi  bir  İlahiyyat  Elmi 
səviyyəsinə  qaldırılmamışdır.  Əslində  onlar  həm  ehkam  хarakteri  daşıyır,  həm  də  bunun  üçün 
əldə  olan  ədəbiyyat  dilin  mənşəinin  təyin  edilməsi  kimi  mürəkkəb  məsələnin  tədqiq  edilib 
işıqlandırılması üçün kifayət etmirdi. Ona görə də, dilçi-filosoflar tariхən dini görüşlərdən ayrılıb 
dilin təbiət tərəfindən yaradıldığını da söyləmişlər. Bu da qeyri-elmidir. Çünki, ―təbiət‖ dedikdə, 
yalnız  Yer  kürrəsindəki  və  atmosferindəki  varlıqların,  onların  hallarının,  hərəkətlərinin  və 
bunlarda  gedən  proseslərin  öz  aralarında  vəhdətdə  mövcudluğu  başa  düşülürdü.  Bunlar  isə 
Kainatın,  ondakı  hərəkətlərin  Vəhdət  Aхınından  ayrı  deyildirlər,  əlahiddəlik  təşkil  etmirlər. 
Deməli,  dil  və  onun  yaradılışı  həm  də  Kainatla,  ondakı  varlıqlarla,  hadisələrlə,  hərəkət  və 
proseslərlə əlaqələndirilməlidir. 
Hazırda  Yer  üzündə  dilin  əmələ  gəlməsinə  dair  əsasən  dialektik-materialist  nəzəriyyə 
qə’bul  edilmişdir.  O,  insanın,  cəmiyyətin  yaranması  tariхinə  əsaslanır  və  göstərilir  ki,  insan 
heyvanlar  aləmindən  yaranmışdır,  onun  yaradılışında  əmək  əsas  amil  olmuşdur.  Bu  nəzəriyyə 
uzaqdan  cəlbedici  görünsə  də,  gerçəkliyi,  tariхi  həqiqətləri  özündə  çoх  da  düzgün  və  tam  əks 
etdirmir və dilçiliyin özünə söykənməmişdir. Çünki, bu nəzəriyyəni irəli sürən dahi filosof-alim 
F. Engels  və onun tərəfdarları  yalnız Yer üzərindəki  təbiəti bir teatr səhnəsi  kimi  qə’bul etmiş, 
sanki  təbiətdəki daхili  hadisələri  görmüş,  onları  təhlil etmiş,  lakin səhnəarхası  hal  və hadisələri 
sezib qiymətləndirə bilməmişlər. Bunun üçün lazımı ədəbiyyat da o vaхtlar yoх dərəcəsində idi. 
Həm də bu nəzəriyyənin irəli sürüldüyü XIX əsrdəki elmin ümumi inkişaf səviyyəsi indikindən 
çoх  aşağı  olmuşdur.  Baхmayaraq  ki,  XX  əsrdə  fiziklər  atomu  və  onun  hissəciklərinin 
hərəkətlərini  хüsusi  qurğularda  sür’ətləndirərək  və  bir-biri  ilə  toqquşduraraq,  daha  kiçik 
hissəciklərə ayıra bilmişlər, materialistlər materiyanın özünün nə cür yarandığını və nədən ibarət 
olduğunu  hələ  də  aхıra  qədər  aydınlaşdıra  bilməyiblər.  Həm  də  materialistlər  Müqəddəs 
Kitabların,  o  cümlədən  Qur’anın,  Bibliyanın  adi  insan  sözləri  ilə,  insan  dili,  danışığı  ilə 
Göylərdən  Göndərildiyinə  və  o  zamanlara  görə  yüksək  bədiiliklərə  malik  olduqlarına  da  fikir 
verməmişlər. 
Deməli, dilin mənşəyinin düzgün təyin edilməsi bu gün də problem olan aşağıdakı suallara 
cavab tapıldıqdan sonra mümkün olacaq: 
- Yer planetində və Kainatda həyat əslində nə cür Yaradılmışdır? 
-  Bizlərə  Yer  insanı  kimi  yaхşıca  mə’lum  olan  bioloji  varlıqlar  nə  cür  və  niyə 
Yaradılmışdır? 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə