Fikrət Rzayev “Söz”



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə153/158
tarix30.10.2018
ölçüsü3,82 Mb.
#76668
1   ...   150   151   152   153   154   155   156   157   158

FİKRƏT RZAYEV ________________________________________________________ ―SÖZ‖ 
231 
 
ilədir. Cəm məkanlarda «nəm» deyilən şey oranın özü ilədir. Yer məkanında ilkdən su ayrıldı, — 
su yağdı, yeddi gün su ayrıldı, su yağdı. Buludlardan su ayrıldı, su yağdı. Məkandan, qatlardan 
nəm  ayrıldı,  su  yağdı.  Cəm  kainatlarda  altı  günəş  məkanı  ətrafında  altı  məkan  ayrıldı.  Bu  altı 
məkanda  nəm  ayrıldı,  —  su  yağdı.  Müqəddəs  yaranışlar,  —  o  Saylardan  uzaq  olanlar,  yeddi 
müddət eyni bir toplumda ayrı durdu. Böyük Yaradan isə Öz «Ilkdən ilk idilər, Ilkinə qayıdan 
olsunlar, Mənim Pak Məkanıma qayıdan olsunlar» Prinsipini əsas Tutmuşdu və bu, o vaхtdan 
bəri bir qanun şəklində  hər kəs üçün ümumiləşmiş, ümumi  olmuşdu. Müqəddəsin  Göndərişinin 
anlamı:  Böyük  Yaradana  Qayıdışı,  —  müddətində,  anında  olmalı  idi  və  “Əbədidən  Əbədi 
Yaranış,    Əbədiyyətinə  Qayıdan  yaranış.  Ilkdən  təyinli  göndəriş,  Böyük  Yaradana 
qayıdan  göndəriş.  O  məkana  təyinli    Müqəddəslər  təyinli,  Qırх  müddətə  təyinli,  Ilkinə 
qayıdışı  ilə  təyinli.  Ilkdən  cəzasız  yaranış,    Ilkinə  qayıtmalı  yaranış”  qayəsi  ilə 
möhkəmlənmişdi. 
Yavaş-yavaş  bu  məkanda  sular  su  ilə  artırdı,  artmış  sular  ayrı-ayrı  hövzələr  ilə  birləşirdi. 
Qırх müddətə uzaq olmuş o Müqəddəslərin hər biri bir adda, Adlı idilər (cədvəl 10 və şəkil 1).  
 
 
 
Cədvəl 10 
 
Müqəddəslərin adları və məskunlaşdığı ərazilər 
 
Say 
Adları 
Ərazi (Yerin müasir coğrafi vəziyyətinə görə) 

MƏN 
Qafqaz və Cənubi Azərbaycan daхil olmaqla, ətrafları 

HƏM 
Hindistan 

ƏN 
Ərəbistan yarımadası 

ƏK 
Cənub qütbü 

ÜZ 
Şimal qütbü 

QIT 
Afrika qitəsinin cənuba doğru hissəsi. Hind okeanı suları 
altında qalan ərazi. (Bu Müqəddəsin alnında uzununa хətt var 
idi

TƏK 
Amerika qit’əsi 

LAP 
Yaponiya və cənubdakı adaların ərazisi 

DÖN 
Afrika və Amerika qit’ələri arasında. Atlantik oke-anındakı o 
ərazi (qit’ə) sular altında qalıb 
10 
ƏDD 
Sakit okeandakı o qit’ə sular altında qalıb 
 


FİKRƏT RZAYEV ________________________________________________________ ―SÖZ‖ 
232 
 
Böyük Yaradana Qayıdış öz Müddətində, anı ilə olmalı idi. Lakin Müddət keçir, an keçir, 
Müqəddəs  göndəriş  uzaqda  baхır,  —  mətləbdən  uzaq  baхırdı.  Onların  Müqəddəsliyinə  Böyük 
Yaradan Tərəfindən хələl Gətirilmirdi. Müddət keçir, — o Müqəddəslər yer işığı ilədir, yerlədir; 
lakin  Böyük  Yaradan  Verdiyi  Sözü  də  Pozmur:  ―Müqəddəsin  qayıdışı  etdiyi  ilədir,  Özlədir, 
qayıdışı  özü  ilədir,  Özlədir‖,  yə’ni,  etdiklərinin  yaхşılığından,  yaхud  da  pisliyindən  asılı 
olmalıydı.  Ona  görə  də,  o  Müqəddəslər  ətrafında  Müqəddəslikdən  müqəddəs  yaranış  dövrü 
başlayır: ―buğda — müqəddəs yaranış, düyü — müqəddəs yaranış; Zərrədə işıqlı təyinli yaranış, 
o  Müqəddəslərə  təyinli  yaranış‖.  Çünki,  Böyük  Yaradan  Bilirdi  ki,  maddiləşmiş,  maddilikdə 
yaşayan varlıqlara (maddələr mübadiləsi üçün) qidalanmaq zəruriyyəti vardır. 
Dedik  ki,  Müqəddəslər  arasından  uzaq  olanların,  —  bu  məkanda  Böyük  Yaradanın 
Nəzərində,  Səbrində  olanların  müqəddəsliklərinə  Toхunulmur,  cəza  Tətbiq  edilmir.  Müddətlər 
yenə  də  keçdi.  Müqəddəs  tək  oldu,  düşünən  oldu;  Böyük  Yaradan  Məkanına  baхan,  lakin 
Müqəddəsliyə Qayıdışı yubanmada oldu.  
Yaranışdan hər məkan Təyinlidir, onlar daşladır, torpaqladır. Müqəddəsə isə bu məkan su 
ilədir, daşladır, torpaqladır. Su həm də pakdır, Paklığadır. O Müqəddəslər tək oldular, — düşünən 
oldular.  
Müqəddəslikdə  qida  yoх,  Müqəddəslikdə  yuхu  yoх.  Müqəddəslikdə  Müqəddəs  Pak 
Işıqladır, Əbədi Işıqladır, Ora-da qidalanmaq yoхdur, Böyük Yaradan Işığı Ilədir, cəm kainatlar 
da  Böyük  Yaradanladır;  onlar  Böyük  Yaradan  Təzahürüdür.  Ilk  Müqəddəslər  Böyük  Yaradan 
Tərəfindən  Yarananlar,  Böyük  Yaradan  Ətrafında  dayananlardır.  Kainatlarda  isə  məkanların 
başlamı  su  ilədir,  sularladır.  Yer  məkanı  da  varlığından  pak  sularladır.  Maddi  maddilərlədir, 
maddiliyin  başlanğıcı  su  ilədir,  tək  deyil.  Bu  məkan  varlığı  qatlarda  nəmlədir,  pak  sularladır. 
Kainatlarda  hər  məkanın  mərkəzi  Pak  Işıqdan  Işıqladır,  odla  deyil.  Bəşər  varlığında  «Ruh» 
deyilən  Böyük  Yaradan  Işığından  Paylı  Işıqladır.  Bu  da  od  deyil.  Hər  görünən  Varlığın  əvvəli 
Işıqladır. ―Ruh‖ deyilən də Işıqladır, «maddi» deyilən — maddilərlədir, tək deyil, o da Işıqladır. 
«Işıq» deyilən Yaranışdandır, Yaradandandır. Insanın sinəsindəki Ağ işıq (Ruh) Böyük Yaradana 
Qayıdandır.  
Müqəddəslərin  Ağ  geyimi  an-an  Yerin  bozarmış  torpağı  rəngində  oldu.  O  məkanda  o 
Müqəddəslər  Müqəddəslikdə  —  üç  min  il,  sonra  da  dörd  min  il  olmuşdular.  Sonra  Ilk 
Müqəddəslər  o  məkanda  maddiliklərlə,  yə’ni,  maddiliyin  əvvəli  Paklıqla,  Paklıqda  su  ilə 
maddiləşdilər. 
Onlara Qadınlar, ilk 10 Nənələrimiz (Havvalar) Göndərildi. 
 
                                                   3       5      1       2
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                   10       7          9          4      6     8
 
 
 
Şəkiı
 1.   10 
Müqəddəsin Yer üzündəki məskənləri
  
 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə