Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə58/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   54   55   56   57   58   59   60   61   ...   107

Beləliklə,  Xalid  ibn  Yəzidin  birinci  canişinliyi  altı  il  davam 
etdi.®'" 
Xalidin  ikinci  canişinliyi  xəlifə  Mötəsimin  dövründə  oldu; 
0
 
zaman  839/40-cı  ildə  Zaqafqaziya  vilayətlərini  yenidən  üsyan 
bürümüşdü və bu vilayətlər, demək olar, Xilafətdən ayrılmışdı. "Bu 
xəbər  (Xalidin  hakim  vəzifəsinə  təyini  xəbəri—Z.B.)  Ermənistana 
çatanda, sülalələrə mənsub olanların hamısı onun qarşısında bÖyük 
vahiməyə  düşərək,  öz  qalalarında  qapanıb  qaldılar  və  ona  qarşı 
üsyana  qalxdılar".®®  Gürcü  mənbəyində  bildirilir:  "Ərəb  Xəlil 
[Xalid]  ikinci  dəfə  gəldi,  qardabanlılar  onunla  vuruşdular  və 
onlardan [ərəblərdən] çoxu qırıldı".®^ Yəqin Xalidin məğlubiyyəti 
xəlifənin  narazılığına  səbəb  olmuşdu,  çünki  dərhal  bundan  sonra 
Mötəsim  onu  geri  çağırdı  və  Xalid  "227  (842)-ci  il  içərisində 
Mötəsimin vəfa- tınadək işdən kənarda qalırdı".®® 
Xəlifə əl-Vasiq (842—847) taxta çıxan kimi "Xalid ibn Yə- zidi 
çağırıb  Azərbaycan  və  Arrana  hakim  təyin  etdi,  qoşunu  yedirtmək 
üçün  ona  500  min  dinar,  əlavə  xərclər  üçün  bir  milyon  dirhəm  və 
bütün zəruri təchizatı olan 12 min süvari verdi".®® 
Azərbaycan,  Arran  və  Gürcüstanda  işlər  yenidən  çox  pisləşdi, 
çünki  "ərəblərin,  patriklər  və  mütəğəlliblərin  bir  hissəsi  hərəkətə 
gəlmişdi.  Dağların  və  Bab  ül-Əbvabın  padşahları  qonşu  vilayətləri 
tutub sultanın [xəlifənin] hakimiyyətini zəiflətmişdilər".*®® Böyük 
bir  orduya  başçılıq  edən  Xalid  üsyançılarla  vuruşmağa  getdi. 
Müxtəlif erməni knyazları və "təxminən 20 min döyüşçüdən ibarət 
nizami erməni qoşunu" ona qoşuldular.*®* Xalid Xilafətdən ayrılan 
Tiflis hökmdarı İshaq ibn İsmayıla təklif etdi ki, təslim olmaq üçün 
onun yanına gəlib aman istəsin, lakin İshaq bundan boyun qaçırdı. 
Onda  Xalid  ordunu  ishaqa  qarşı  göndərdi  və  Gürcüstana  girib, 
Cavaxetiyə  gəlib  çatdı.  Lakin  o,  öz  qələbəsini  görə  bilmədi,  çünki 
xəstələnib  öldü.  Xalidi  Dəbilə  aparıb  orada  basdırdılar.  Dərbənd 
"Tarixi  "nin  verdiyi  məlumata  görə,  bu  hadisə  "230  [844]-də, 
bəzilərinin dediyinə görə isə 228 [842]-ci ildə"*®® baş vermişdir. 
Y.A.Paxomovun  verdiyi  məlumata  görə,  təəssüf  ki,  Zaqafqaziyada 
xəlifə 
Vasiqin 
hökmranlığı 
zamanının 
sikkəsi 
hələ 
tapılmamışdır*®®  və  Xalid  ibn  Yəzidin  üçüncü  hökmranlığını 
təsdiq edən numizmatika əlimizdə yoxdur. 
Xalid  öləndən  sonra,  onun  oğlu  Əli  ibn  Xalid  ordu 
komandanlığını öz öhdəsinə aldı. Lakin az sonra ordu dağıldı, onda 
xəlifə əl-Vasiq Xalidin ölümündən sonra "ölkədə vəziyyətin 
175 


əvvəlkindən daha pis olduğunu"^*^"* görüb təşvişə düşdü və Xalidin 
ikinci oğlu Cəzirə hakimi Məhəmmədi yanına çağırdı, ona əmr etdi 
ki,  atasının  yerini  tutsun  və  İshaq  ibn  İsmayıla  qarşı  müharibəni 
davanı  etdirsin.Məhəmməd  ibn  Xalid  230  (844/5)-cu  ildə 
Azərbaycan, Arran və Ermənistanı idarə etməyə başladı. 
Məhəmməd  atasının  qoşununu  öz  ətrafına  toplayıb,  İshaqın 
üstünə  getdi.  Yəqubinin  verdiyi  məlumata  gÖrə,  Məhəmməd 
"sanarlarla  və  İshaqla  o  vaxtadək  müharibə  etdi  ki,  axırda  onu 
[ölkədən] qovdu və onları [sanarları] qaçmağa vadar etdi,^”® bundan 
sonra  ölkəni  möhkəm  idarə  etməyə  başladı".  Lakin  deyəsən, 
Yəqubinin  bu  məlumatı  dürüst  deyildir,  çünki  digər  mənbələrdə 
bildirilir ki, Məhəmməd Gürcüstana (Kartli) girən zaman İshaq ibn 
İsmayıl öz müttəfiqləri və sanarlarla, ya da gürcü rəvayətinə görə, — 
kaxetltlərlə^®^  onun  qabağını  kəsməyə  getdi  və  Rexə 
çatdı,Məhəmməd isə öz qoşunları ilə Uplis-Sixeni tutdu.'®® Rexdə, 
bərk  vuruşmadan  sonra,  Məhəmməd  məğlub  edildi  və  Bərdəyə 
çəkildi."® 
Həmin  ildə  Məhəmməd  ibn  Xalid  Buğa  əl-Kəbir  tərəfindən 
hakim  vəzifəsindən  götürüldüyünə  görə  237  (851)-ci  ilədək  işdə 
deyildi; bu zaman xəlifə Mütəvəkkil Zaqafqaziya mütəğəl- liblərini 
sakitləşdirmək  üçün  Buğa-əl-Kəbiri  göndərir,  o  da  ermənilər  və 
onların patrikləri arasında qırğını artırır"."' Məhəmməd ibn Xalid də 
Buğa əl-Kəbir ilə birlikdə idi. Uzunsürən vuruşmalardan sonra, Tiflis 
hakimi İshaq ibn İsmayıl məğlub və edam edildi."^ Gürcü mənbəyi 
bu hadisə haqqında belə məlumat verir; "Baqratın padşahlığında 851 
[826—878]-ci ildə Bağdad xəlifəsi öz sərkərdəsi Buğemi Gürcüstana 
göndərdi. Buğa Ermənistanı talayıb viran etdi və sonra gəlib ərəblərə 
qarşı üsyan edən Tiflisi mühasirə etdi və Tiflis əmiri Saakı [İshaqı] 
öldürdü, şəhəri dağıdıb yandırdı və ətrafındakı  yerləri talayıb viran 
etdi.  Abxaziya  padşahı  Tevdose  onun  əleyhinə  ç ı x d ı S o n r a  
Buğa-əl-Kəbir  sanarların  üstünə  getdi,  lakin  onlar  Buğa  əl-Kəbiri 
məğlub  edib,  qaçmağa  məcbur  etdilər.  Əvvəlcə  Buğa-əl-Kəbirə 
təslim olmuş mütəğəlliblər həmin hadisədən istifadə edərək, ondan 
üz  döndərib  qaçdılar,  "Rum,  Xəzər  və  Səqləblərin  hökmdarları  ilə 
məktublaşıb,  böyük  bir  qoşun  topladılar;  Buğa  əl-Kəbir  bu  barədə 
Mütəvəkkilə məlumat verdi, o da Məhəmməd ibn Xalid ibn  Yəzid 
ibn  Məz-  yəd-əş-Şeybanini ölkəni idarə etməyə  çağırdı. Elə ki,  [o] 
gəldi, qiyamçılar sakitləşdilər, o da onlara bir daha aman verdi"."'* 
Xəlifə Mütəvəkkil 851-ci ildə Bab ül-Əbvab şəhərini vila 
176 


yətləri  ilə  birlikdə  iqta  olaraq  Məhəmməd  ibn  Xalidə  verdi, 
Məhəmməd  mütəğəlliblərlə  müharibə  qurtarandan  sonra  buraya 
gəldi.  Buradan  da  o,  əl-Babm  qonşuluğunda  yaşayan  "kafirlərə 
basqınlar  etməyə  başladı,  nəhayət.  Buğa  əl-Kəbirin  köməyi  ilə  242 
[856]-cı ildə Azərbaycan, Ermənistan və Arran hakimi [vəzifəsində] 
bərpa edildi". 
Sonra Dərbənd "Tarix"i bildirir ki. Məhəmməd 245 (859)-ci ildə 
Gəncə  şəhərini  saldı,  halbuki  "Ağvan  tarixi"  şəhərin  salınması 
haqqında başqa bİr tarixi göstərir. Xəzr Pat- qos öldürüləndən sonra 
onun oğlu Məhəmməd Arrana gəldi və "ölkəmizi qılınc və əsarətlə 
tutub  çoxlu  kilsə  yandırdı,  sonra  Bağdada  getdi.  Oradan  padşah 
fərmanı və xəzinə ilə qayıtdı. Arşakaşen vilayətində Qandzak şəhərini 
saldı [erm. 295-ci ilində — b.e. 846/7-ci ili]".“^ 
Sonralar  Məhəmməd  ibn  Xalid  ölkəni  daha  idarə  etməyib 
Gəncədə  yaşadı.  Əl-Müstəinin  xəlifəliyi  dövründə  (862—866) 
Məhəmməd Bizans sərhəddində Xilafət  qoşunlarının komandanı  və 
görünür ki. Cəzirənin də hakimi idi. 
Lakin Şirvanşahlar sülaləsinin əsasını qoymaq xidməti Xalidin o 
biri  oğlu,  Şirvan  hakimi  Heysəm  ibn  Xalid  ibn  Məzyəd 
əş-Şeybaninindir. 
861-ci  ildə  xəlifə  Mütəvəkkil  öldürüldükdən  sonra.  Xilafət 
paytaxtında türklərin fəaliyyəti ilə əlaqədar olaraq, Xilafətdə iğtişaş 
başlandı; bundan istifadə edən Heysəm Şirvanın müstəqilliyini elan 
edib,  mərkəzi  hakimiyyətlə  əlaqəni  tamamilə  k ə s d i . O ,  
məzyədilərdən birinci adam idi ki, şirvanşah deyə məşhur olmuşdu. 
Onun vəfat ili məlum deyildir. 
Onun yerini tutan oğlu Məhəmməd ibn Heysəm atası kimi qonşu 
vilayətlərə basqınları davam etdirirdi. 
Xalidin  üçüncü  oğlu  —  Yəzid  ibn  Xalid  qardaşı  Heysəm  ibn 
Xalid  ilə  eyni  zamanda  özünü  Layzanşah  elan  etdi,  çünki  Layzan 
vilayəti onun əlində idi.“® O, 917-ci  ildə öləndən sonra, oğlu  Əbu 
Tahir  Yəzid  ibn  Məhəmməd  onun  yerinə  keçdi  və  Şirvandakı 
qarışıqlıqdan  istifadə  edərək  oraya  hücum  etdi  və  bir  nəfər  istisna 
olmaqla,  Heysəm  ibn  Xalidin  ailəsinin  nümayəndələrinin  hamısını 
qırdı. Şirvanı tutub, özünü şirvanşah elan etdi.^° 
4.
 
Sacilər dövləti 
IX  əsrin  sonu,  X  əsrin  əvvəli  Abbasilər  xilafəti  tarixində 
Xilafətin ucqarlarında yerli hökmdar və canişinlər separatiz 
177 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə