Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə2/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   2   3   4   5   6   7   8   9   ...   107

daşları  C.İsg&nddrli,  S.Süleymanova,  H.Əkbərov,  N,Bayramova, 
J.Vəli və B,Nuri əsərin Azərbaycan dilində olan ilk çap mətnini rus 
dilindəki  əsli  ilə  tutuşdurub  əsaslı  yoxlayaraq  çoxlu  düzəliş  və 
təshihlər  etdilər.  Əsərin  yeni  nəşri  ilə  bağlı  məsələlərin  həllində 
institutun  əməkdaşı  Z.Qurbanovanın  da  böyük  səyini  qeyd  etmək 
lazımdır.  Görülən  iş,  sözsüz,  ustadımızın  əziz  xatirəsinin 
əbədiləşdirilməsinə,  xalqımızın  tarixi  şüurunun  inkişafına  xidmət 
edən gözəl bir töhfədir. 
Fərda ƏSƏDOV AMEA 
Z.M.Bünyadov adına 
Şərqşünaslıq tnstitutumın Ərəb 
ölkələri tarixi və iqtisadiyyatı 
şöbəsinin müdiri 


GIRIŞ
 
Sovet  tarix  elmi  son  illərdə  Zaqafqaziya  xalqları  tarixinin 
öyrənilməsində  əhəmiyyətli  müvəffəqiyyətlər  əldə  etmişdir.  Yazılı 
mənbələri  nəşr  etməklə  yanaşı,  Zaqafqaziya  respublikalarında 
arxeoloji  və  etnoqrafik  tədqiqatlar  aparılır,  bu  tədqiqat  mənbələri 
əsasında Gürcüstan, Azərbaycan və Ermənistan tarixinə aid ümumi 
əsərlər,  habelə  Zaqafqaziyada  yaşayan  xalqlar  tarixinin  ayrı-ayrı 
məsələlərinə  dair  bir  sıra  monoqrafiya  və  xüsusi  əsərlər 
yaradılmışdır.  Buna  baxmayaraq,  Zaqafqaziyanın  ayrı-ayrı 
rayonlarının  və  hətta  bir  sıra  dövrlərin  tarixi  hələ  də  işlənib 
hazırlanmamışdır. Bu, hər şeydən əvvəl, tarixi-coğrafi məfhum kimi 
götürülən  Azərbaycan  ərazisini  təşkil  edən  vilayətlərin  tarixinə 
aiddir. 
Azərbaycan  tarixinin  XIII  əsrdən  başlayan  dövrü  nisbətən 
öyrənildiyi  halda,  VII—IX  əsrlər  dövrü  əsla  Öyrənilməmişdir.  Bu 
monoqrafiya,  yazılı  mənbələr və arxeoloji  (xüsusilə numiz- matik) 
materiallar  imkan  verdiyi  dərəcədə,  VII—IX  əsrlər  dövründəki 
Azərbaycan  tarixini  işıqlandırmaq  üçün  bir  təşəbbüsdür.  Lakin  bu 
monoqrafiya Azərbaycanın həmin dövrdəki sosial-iqtisadi və siyasi 
tarixinin  bütün  cəhətlərini  işıqlandırıb  hazırlamaq  vəzifəsini  öz 
qarşısına  qoymur  —  bu  tarixin  əsas  aspektləri  tədqiq  edilmişdir; 
mədəniyyət və din məsələləri yalnız Azərbaycan ərazisində yaşayan 
xalqların etnogenezi (mənşəyi) problemini işıqlandırmaqla əlaqədar 
olaraq nəzərdən keçirilmişdir. 
Azərbaycan ərazisinin arxeoloji cəhətdən tədqiqi (mövcud olan 
bütün maddi mədəniyyət abidələrini qeyd etmək mənasında tədqiqi) 
hələ  başa  çatmadığından,  müəllif  yalnız  arxeoloji  qazıntılar 
nəticəsində əldə edilən azacıq materialdan istifadə etmişdir. 
Azərbaycanın ilk orta əsrlər dövrü arxeoloji cəhətdən az 


öyrənildiyi  üçün  tam  bir  sıra  məsələlər  həll  edilməmiş  qalır;  bu 
məsələlər  isə  yalnız  Azərbaycan,  Gürcüstan  və  Ermənistan  Elmlər 
Akademiyalarının  maddi  mədəniyyət  obyektlərini  ümumi  proqram 
əsasında  birgə  öyrənmələri  nəticəsində  həll  edilə  bilər.  Orta  əsrlər 
materiallarının  yalnız  birgə  öyrənilməsi  həm  Azərbaycan  xalqının, 
həm  də  qardaş  Zaqafqaziya  respublikaları  xalqlarının  tarixinə  aid 
məsələləri kifayət qədər dolğun işıqlandırmağa imkan verər. 
Biz,  eyni  bir  dildə  danışan  azərbaycanlıların  indi  yaşadığı 
ölkənin hər iki hissəsini Azərbaycan adlandırmaqla bərabər, hər bir 
müəyyən  halda  Azərbaycanın  məhz  hansı  ərazisinin  nəzərdə 
tutulduğunu,  məsələn:  onun  şimal  rayonları  olan  Arran  (Albaniya), 
Şirvan, Sünik, Arsax, Uti, Girdiman, Şəki, Qəbələ, Dərbənd vilayəti, 
Beyləqanmı,  yoxsa  cənub  rayonları  olan  Muğan,  Bəzzeyn, 
Naxçıvanmı nəzərdə tutulduğunu aydınlaşdırırıq. 
VII—IX  əsrlərdə  Azərbaycan  ərəblər  tərəfindən  işğal  olunur, 
onun ərazisi Ərəb xilafəti tərkibinə daxil edilir və nəzərdən keçirilən 
bir sıra müstəqil dövlət və ölkələr  yaradılır. Azərbaycanda bu dövr 
onun  ərazisində  iki  böyük  dövlətin  —  Məzyədilər—Şeybanilər 
(şimalda) və Sacilər (cənubda) dövlətinin əmələ gəlməsi ilə bitir. 
Bu  iki  dövlətin  Azərbaycan  ərazisində  yaranıb  əmələ  gəlməsi 
prosesi  vaxtilə  vahid  olan  Ərəb  xilafətinin  hər  yerində  eyni 
hadisələrin baş verməsi ilə eyniyyət təşkil edir və bütün Yaxın Şərqdə 
feodal münasibətlərinin daha da inkişafım əks etdirirdi. 
Əsərin qarşısında duran vəzifə — ərəb hakimiyyəti dövründəki 
Azərbaycan tarixini nəzərdən keçirmək, habelə ərəb hakimiyyətinin 
aradan  qaldırılması  ilə  nəticələnən  və  Azərbaycan  xalqının  uzun 
sürən  təşəkkülü  tarixində  yeni  səhifə  açan  sosial-iqtisadi  və  siyasi 
prosesləri, səbəb və şəraiti xarakterizə etməkdir. 
Təbiidir ki, tədqiqatımızm nəticələri tamamilə bitkin hesab edilə 
bilməz,  zira  qarşıda,  hələ  aşkara  çıxarılmamış  yazılı  mənbə 
materiallarını və maddi mədəniyyət abidələrini toplamaq və tənqidi 
təhlil etmək kimi böyük və çox ağır bir iş durur. 
Müəllif,  sonralar  Azərbaycan  ərazisini  təşkil  etmiş  vilayətlərin 
ümumi  tarixi  xülasəsini  vermək,  ölkənin  tarixi  inkişafının  əsas 
dövrlərini qeyd etmək və onun iqtisadi, siyasi və ictimai tarixinin ən 
mühüm  problemlərini  işıqlandırmaq  vəzifəsini  öz  qarşısına 
qoymuşdur. Bununla əlaqədar olaraq bir sıra 



məsələlər  bir  problem  kimi,  habelə  əməli  fərziyyələr  şəklində  irəli 
sürülüb izah edilir. 
Sonralar təkcə azərbaycanlılar adı ilə məşhur olan ümumi etnik 
qrup  əsərdə  şərti  olaraq  ümumi  termin  mənasında  "türklər"  deyə 
adlandırılmışdır. 
Marksizm-leninizm 
klassiklərinin 
əsərləri, 
müxtəlif 
ictimai-iqtisadi  formasiyaların  məhsuldar  qüvvələri  və  istehsal 
münasibətləri haqqındakı nəzəriyyə, xalqların əmələ gəlmə prosesləri 
məsələlərinə dair müddəalar və xüsusilə dissertasiyanın mövzusuna 
çox  yaxın  olub  Şərqdəki  feodalizmə.  Şərq  istibdad  hakimiyyətinin 
vəzifələrinə  və  Şərq  əkinçiliyində  irri-  qasiyanın  roluna  dair 
marksizm-leninizm  klassiklərinin  fikirləri  bu  əsər  üçün  metodoloji 
əsas olmuşdur. 
Bu  əsər  sovet  şərqşünaslığı  ilə  xarici  şərqşünaslığın  ən  yeni 
tədqiqat  nəticələri  nəzərə  alınaraq,  müxtəlif  dillərdəki  geniş 
mənbələri  Öyrənmək  əsasında  yazılmışdır.  Sitat  gətirilən  ərəb 
mətnləri rus transkripsiyası ilə verilmişdir. Şəxs adlan, terminlər və 
coğrafi adlar əlavə işarələr qoyulmadan sadə şəkildə verilir. 
Müəllif  əsərin  müzakirəsində  iştirak  etmiş  aşağıda  adları 
çəkilənlərin hamısına təşəkkürünü bildirməyi özünə borc bilir: tarix 
elmləri  doktorları  Y.A.Belyayev  və  Z.V.Ançabadze,  tarix  elmləri 
namizədləri 
O.A.Əfəndiyev, 
R.M.Vahidov, 
Z.İ.Yampolski, 
M.S.Nemətova, 
filoloji 
elmlər 
namizədi 
P.A.Qryazneviç, 
Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun Orta əsrlər 
şöbəsinin  və  Azərbaycan  Dövlət  Universiteti  Azərbaycan  tarixi 
kafedrasının əməkdaşları, İnstitutun elmi arxivinin müdiri Ş.Əliyeva 
və Azərbaycan SSR Elmlər Akademiyası  kitabxanalarında mövcud 
olmayan  əsərlərin  fotomikrofilmlərini  çıxarmaq  üçün  müəllifin 
sifarişlərini  yerinə  yetirməkdə  ona  böyük  kömək  etmiş  SSRİ  EA 
Asiya  Xalqları  İnstitutunun  Leninqrad  şöbəsi  elmi  kitabxanasının 
elmi katibi V.B.Tretyakovaya. 
Bu  kitab  rus  dilində  1965-ci  ildə  Azərbaycan  SSR  Elmlər 
Akademiyası  Nəşriyyatı  tərəfindən  çap  olunmuşdur.  Azərbaycan 
dilində olan mətn 1970-ci  ildə nəşr olunmalı idi.  Lakin müəllifdən 
asılı  olmayan  səbəblərə  görə  kitabın  mətbəədə  yığılmış  mətni 
dağıdıldı. Həmin mətnin yalnız iki nüsxəsi qalmışdı. Bu nüsxələrdən 
də biri itmişdir. 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə