Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə7/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   2   3   4   5   6   7   8   9   10   ...   107

müəllifin Hindistandan Mərakeşə, Qırmızı dənizdən Xəzər də* nizinə 
qədər,  demək  olar,  bütün  ölkələrə  etdiyi  səyahəti  zamanı  şəxsi 
müşahidə və sorğu-sualları əsasında yazılmışdır. Bu əsərlər Abbasilər 
xilafətinin mədəni həyatı haqqında ən yaxşı hesabatdır. Bunlarda hər 
bir  Ölkə,  vilayət,  şəhər  və  xalqın  tarix  və  coğrafiyası  haqqında 
məlumat  verilir.  Əl-Məsudinin  əsl  ensiklopediya  təşkil  edən  bu 
əsərləri  ət-Təbərinin  salnaməsindən  sonra  Azərbaycanın  IX  əsrdən 
sonrakı tarixinə dair çox mühüm mənbələrdir. 
Səlcuq  sultanlarından  Alp  Arslan  və  Məlik  şahın  vəziri  Ni- 
zamül-Mülkün "Siyasətnamə” adlı siyasi traktatından®^ "bidətçilər" 
və xalq üsyanları haqqındakı fəsillər xüsusilə əhəmiyyətlidir: həmin 
fəsillər  Babək  və  xürrəmilər  haqqındakı  materialı  tamamlamaqla 
bərabər,  xürrəmilərin  üsyanı  və  bu  üsyanın  Xilafətin  digər 
vilayətlərinə yayılması ilə bağlı əlavə məlumat verir. 
Əbü-l-Fərəc  Məhəmməd  ibn  İshaq  ən-Nədiminin  (995-ci  ildə 
vəfat  etmişdir)  "əl-Fihrist"®®  əsərində  xürrəmilər  hərəkatının 
meydana  gəlməsi,  Cavidan  və  Babəkin  gənclik  illəri  haqqında 
material vardır. Müəllif bu əsəri 987/8-ci ildə yazmağa başlamış və 
XI  əsrin  əvvəllərində  bitirmişdir.  İbn  ən-Nədimin  nə  məqsədlə  bu 
əsəri  yazması  onun  öz  müqəddiməsindən  aydın  görünür:  "Bu  — 
bütün  ərəb  və  qeyri-ərəb  xalqların  ərəb  dilində  və  hürufatında, 
müxtəlif  elmlərə  dair  yazılmış  kitabların  siyahısı,  həmin  kitabların 
tərtibçiləri  haqqında,  müəlliflərinin  mənşə,  təvəllüd  və  vəfat  tarixi 
göstərilməklə  dərəcələri  haqqında,  ölkələrinin  yeri,  məziyyət  və 
nöqsanları  haqqında,  açılmış  hər  bir  elmin  meydana  gəldiyi  andan 
zəmanəmizədək, yəni 377-ci hicri ilinədək olan məlumatlardır".®’^ 
V.V.Bartold  yazır  ki,  İbn  ən-Nədimİn  əsəri  "islamın  ilk  dörd 
əsrinin ədəbiyyat və elmi haqqında əsas məlumat mənbəyi kimi daim 
qalacaqdır".®® 
Qeyd  etməliyik  ki,  Babək  və  xürrəmilərin  mənşəyi  haqqında 
məlumat yalnız İbn ən-Nədimin əsərində hifz olunub qalmışdır; belə 
ki,  ən-Nədimin  məlumatlandığı  Vaqid  ibn  Əmr  ət-Təmiminin 
"Babəkin tarixi" əsəri bizə gəlib çatmamışdır. 
Təsviri xarakter daşıyan və bizə gəlib çatan "Kitəb əl-mə- səlik 
və-l-məməlik"  ("Yollar  və  dövlətlər  haqqında  kitab")  kimi  coğrafi 
əsərin müəllifi Əbü-l-Qasim Übəydullah ibn Abdullah ibn Xordadbeh 
(912—13-cü  ildə  vəfat  etmişdir)  olmuşdur.®®  Xəlifə  əl-MÖtəsİm 
dövründə  Cibəl  əyalətinin  poçt  rəisi  vəzifəsini  tutan"’®  İbn 
Xordadbeh o zamanın, demək olar, bü- 
22 


tün yazılı mənbələrinə bələd olmuş, onlardan istifadə etmiş- 
dir. Əl-Müqəddəsi göstərir ki, İbn Xordadbeh "xəlifənin vəziri 
olub, Əmiriilmöminin kitabxanasında saxlanılan elmi sərvət- 
lərdən tam istifadə etmək hüququna malik idi".^* 
"Yollar və dövlətlər haqqında kitab" Zaqafqaziya ölkələri- 
nin, xüsusilə də Azərbaycanın tarixini və tarixi coğrafiyasını 
öyrənmək üçün çox mühüm bir mənbədir. Yaşayış məntəqələri 
arasındakı məsafələri göstərən müfəssəl yol marşrutları, şə- 
hərlər, iqtisadiyyat, kənd təsərrüfatına dair müxtəlif məlu- 
matlar, hər cür coğrafi məlumat, Azərbaycanın inzibati bölgü- 
sü, vergilər və i.a. haqqında olan məlumat — İbn Xordadbeh 
əsərini ərəb coğrafi ədəbiyyatı arasında ön sıralardan birinə 
çıxarır, belə ki, orta əsrlər Xilafət tarixini tədqiq edən onsuz 
keçinə bilməz. 
Əbu İshaq İbrahim ibn Məhəmməd əl-Fərnan əl-İstəxri 
(təqribən 951—52-ci il)'^ 930—933-cü illərdə özünün "Kitəb 
məsəlik əl-məməlik" ("Dövlətlərin yolları haqqında kitab") 
əsərini tərtib edərkən Əbu Zeyd ibn Səhl əl-Bəlxinin 
(850—934-cü illər) "Süvar əl-əqalim" ("İqlimlərin təsviri") 
əsərindən coğrafi xəritələr atlasını izahları ilə birlikdə işləyib 
düzəltmiş və demək olar, bütünlüklə öz əsərinə daxil etmişdir. 
Əl-İstəxri Azərbaycan və Arranın sərhədləri, şəhərləri, marş- 
rutları, məsafələri haqqında ətraflı məlumat verir, Xəzər də- 
nizini təsvir edir. 
Əl-İstəxrinin əsərini onun xahişi ilə 951-ci ildə müasiri 
Əbü-l-Qasim ibn Hövqəl yenidən işləyib tamamlamışdır. İbn 
Hövqəl yazır ki, "Kitəb əl-məsəlik və-l-məməlik", yaxud "Ki- 
təb surət əl-ard" əsərini tərtib edərkən "ibn Xordadbehin, 
əl-Ceyhaninin kitablarından, Əbu-l-Fərəc Kudama ibn Cəfərin 
yaddaş kitabından ayrılmırdım. Mən Əbu İshaq əl-Farisi (əl-İs- 
təxri) ilə görüşdüm. Mən Azərbaycanı bu səhifədə olduğu kimi 
təsvir etdim, o, bunu bəyəndi, əl-Cəzirə isə daha çox xoşuna 
gəldi. O (əl-İstəxri), mənə dedi:"Səndən xahiş edirəm, kitabı- 
mın səhv olan yerlərini düzəldəsən". Mən həmin kitabda onun 
müəllifi olduğu bir neçə xəritəni düzəltdim, amma sonra qəra- 
ra gəldim ki, əsərin səhvlərini düzəldim və ona xəritələr daxil 
edib şərhlər verərək ayrıca kitab kimi tərtib edim. Əbu-l-Fərə- 
cin yaddaş kitabı, ümumiyyətlə, doğru və hər cəhətdən dürüst 
olsa da, mən ona riayət etməməyi qət etdim. Bu kitabımda 
mənə onun həkimanə sözlərini vermək lazım idi, lakin özümün 
yox, bir başqasının zəhmət çəkib hazırladığı bir şeydən artıq 
dərəcədə istifadə etməyi özümə layiq bilmədim’ 
74 
23 


İbn Hövqəlin kitabında Azərbaycan və Arranın maraqlı coğrafi 
təsviri  (dağları,  çayları  və  iqlimi)  verilir;  habelə  əkinçilik  və 
suvarmanın  vəziyyəti,  torpağın  münbitliyi,  bağ,  otlaq,  faydalı 
qazıntıları,  ixrac  və  idxal  malları,  yolları,  bazar,  rabat  və 
karvansaraları, sikkə, vergi və rüsumları və s. haqda da danışılır. 
İbn  Hövqəl  əhalinin  məişəti:  yeməyi,  geyimi,  qonaqpərvərliyi, 
adamların xarakteri, Azərbaycanın şəhər və kəndləri haqqında da 
geniş məlumat verir. Əl-lstəxri kimi, İbn Hövqəl də Azərbaycan və 
Arranın  və onların  sərhədlərinin müfəssəl təsvirini,  paytaxtlar və 
digər  şəhərlər  haqqında  tarixi-coğrafi  məlumat  verir.  "Mən 
Azərbaycanın,  onun  dağlarını,  yollarını,  Araz  və  Kür  kimi  şirin 
sulu  çaylarını  Xilat  və  Kabuzən  göllərinin  təsvirinə  qədər 
göstərərək,  xəritəsini  verirəm.  Bu  iki  gölün  isə  heç  bir  dənizlə 
əlaqəsi yoxdur". 
Gördüyümüz kimi, İbn Hövqəlin Azərbaycan haqqında verdiyi 
məlumat  çox  müfəssəl  və  dürüstdür;  bu  məlumata  etibar  etmək 
olar. Buna görə də iqtisadi məsələlərin tədqiqində İbn Hövqəl və 
əl-İstəxrinin əsərləri həmişə başlıca mənbə olacaqdır. 
Şəmsəddin  Əbu  Abdullah  Məhəmməd  ibn  Əhməd  ibn  Əbu 
Bəkr  əl-Müqəddəsi  (946/47-1000-ci  illər)^®  özünün  "Əhsən 
ət-təqasim  fi  mərifət  əl-əqalim”  ("İqlimləri  dərk  etmək  üçün  ən 
yaxşı  bölgü")  əsərində  el-İstəxri  və  İbn  Hövqəlin  materiallarına 
əlavə olaraq Azərbaycan tarixinə dair bir çox qiymətli məlumatlar 
verir. 
İ.Y.Kraçkovskinin  fikrincə,  əl-Müqəddəsi  "dərin  düşüncə  və 
metodik  işi  ilə  fərqlənirƏl-Müqəddəsi  oxucuya  müraciətlə  yazır: 
"Bil  ki,  mən  bu  kitabı  möhkəm  bünövrə  üzərində  qurub,  ona 
davamlı  dayaqlar  vermişəm.  İmkanım  daxilində  mən  həqiqəti 
yazmağa  çalışmış, ağıllı adamların anlaqında kömək axtarmış və 
Allahdan, onun adı uca olsun, məni səhv və xətadan saxlamağını, 
ümid  və  mərama  çatdırmağını  diləyib  istəmişəm.  Bu  kitabın  şah 
dayağı və ən sanballı əsası mənim görüb dərk etdiklərim və öyrənib 
yazdıqlarımdır".^® 
Əl-Müqəddəsidə rustak və şəhərlərin sayı haqqında məlumata 
rast gəlirik ki, başqa coğrafiyaşünasların əsərlərində belə məlumat 
yoxdur.  Əl-Müqəddəsi  Azərbaycanı  təsvir  edərkən  şəhərlərin 
topoqrafiyası,  salınma  tarixi,  əhalisi,  dili,  dini,  mədəniyyəti, 
məişəti, adətləri, sənətkarlığı, ixracat və idxalat malları, suvarma, 
kənd təsərrüfatı bitkiləri,  yerli çəki  və ölçü vahidləri, vergilər və 
nəhayət, yol marşrutları haqqında məlumat verir. Beləliklə, X əsr 
ərəb coğrafiyaşünashğının klassik 
24 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə