Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə10/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   6   7   8   9   10   11   12   13   ...   107

ölkənin şimal hissəsindəki xristian əhali isə "əhl əl-kitab" olduğu 
üçün  islam  dinini  qəbul  etməyə  də  bilərdi,  lakin  bu  halda  onlar 
xəracdan  əlavə  cizyə  də  verməli  idilər,  ölkənin  kəndli  kütlələrinə 
göstərilən  belə  iqtisadi  təzyiq  nəticə  etibarilə  Azərbaycanın  şimal 
əhalisini  islamı  qəbul  etməyə  vadar  edir,  çünki  bu  cür  vergilərin 
ağırlığına  —  həm  ərəblərə,  həm  də  yerli  feodallara  vergi  verməyə 
əhali uzun müddət tab gətirə bilməzdi. 
Azərbaycan  əhalisinin  müsəlmanlaşdırılması  məsələsinə 
V.V.Bartold,  Y.A.Belyayev,  A.Y.Yaqubovski  öz  tədqiqatlarında 
toxunmuşlar. 
Alban  və  qriqoryan  ruhaniləri  arasında  kilsə  rəhbərliyi  və 
birinciliyi üstündə əsrlər boyu davanı edən mübarizə, məlum olduğu 
kimi, qriqoryan kilsəsinin qələbəsi ilə bitir və qriqoryan kilsəsi alban 
katolikosluğunun bütün kilsə camaatını xarici qüvvələrin köməyi ilə 
özünə  tabe  edir.  Eçmiədzinin  təkidli  müraciətlərindən  sonra  alban 
katolikosluğu Müqəddəs Sinod tərəfindən 1836-cı ildə bağlanır. 
Lakin tədqiqatçıların çoxu albanlarla ermənilər arasındakı kilsə 
mübahisələrini nədənsə bir qədər qərəzlə işıqlandırır. Belə ki, bir sıra 
sənədlərin göstərdiyinə və çoxlu ciddi tədqiqatların nəticələrinə zidd 
olaraq,  Nerses  Akinyanın  və  S.T.Yeremyanın  məqalələrində, 
A.L.Yakobsonun məqaləsində və K.V.Treverin adı çəkilmiş əsərində 
iki düşmən kilsənin mübarizə tarixi ya ta- m, ya da qismən qriqoryan 
kilsəsinin  mənafeyi  nöqteyi-nəzərindən  şərh  edilir.  K.Patkanov, 
N.Y.Marr, 
l.A.Cavaxov, 
I.P.Pet- 
ruşevski,  A.S.Vartapetov, 
T.t.Ter-Qriqoryan  və  digər  müəlliflərin  əsərləri  isə  göstərir  ki,  VII 
əsrdə  Azərbaycanın  şimalında  əhali  qriqoryan  kilsəsinin  himayəsi 
altında olmamış və qriqor- yanlıq onlara zorla qəbul etdirilmişdir. 
Orta əsrlər dövründə alban və gürcü kilsələrinin erməni kilsəsi 
ilə qarşılıqlı münasibətləri və mübarizəsi bir məsələ olaraq hələ də öz 
tədqiqatçısını gözləyir. 
Azərbaycan tarixində Xəzər problemi mühüm yer tutur. Məlum 
olduğu kimi, ölkənin şimal hissəsində xəzərlər 150 ilə yaxın ağalıq 
etmiş  və  ölkənin  cənubuna.  Xilafətin  içərilərinə  doğru  dağıdıcı 
basqınlar etmişlər. 
Xəzər  xaqanlığı  və  xəzərlərin  Qafqaz  ölkələrinə  hücumları 
haqqında mənbələrdə çoxlu məlumat vardır; bu barədə bir neçə əsər 
də  yazılmışdır  ki,  onların  içərisində  M.İ.Artamonov  və 
D.M.Danlopun  kitablarını,  M.Kmoşko,  A.Y.Krımski,  Z.M.Bün- 
yadov, K.Tseqledi, S.B.Şişmanın məqalələrini göstərmək olar. 
31 


Xəzərlərin Albaniyada qalma müddəti haqda iki rəy mövcud idi. 
Bunlardan  biri  A.Y.Knmskinin  rəyidir  ki,  xəzərlər  burada  100  il 
qalmışlar; ikinci rəy isə M.t.Artamonovundur, onun fikrincə, xəzərlər 
bu ölkədə cəmi üç il ağalıq etmişlər. Mənbələrdəki məlumatları ətraflı 
öyrənib tutuşduraraq müəyyən etdik ki, əslində xəzərlər ölkədə 150 
ildən  də  çox  qalmışlar,  beləliklə,  M.İ.Artanıonovun  tezisi  rədd 
edilmiş olur. 
Bu vaxtadək heç tədqiq edilməyən çox ciddi məsələlərdən biri 
də  ərəblərin  Azərbaycan  ərazisində  məskun  olmaları  haqda  vaxtilə 
P.K.Juzenin  irəli  sürdüyü  problemdir.  Bu  problem  haqqında 
V.V.Bartoldun  "Müsəlman  aləmi",  P.K.Juzenin  "IX—X  əsrlərdə 
Zaqafqaziyada  mütəqəlliblər",  M,H.Vəliyevin  "Azərbaycan  əhalisi 
etnoqrafik 
xəzinə 
"muzeyidir", 
N.K.Zey- 
dlitsin 
"Bakı 
quberniyasının  etnoqrafik  oçerki",  A.N.Genko-  nun  "Ərəb  dili  və 
Qafqazşünashq" və başqa müəlliflərin əsərlərində bəzi qeydlər vardır. 
Bu  əsərdə  biz  mənbələrin  köməyi  ilə  ərəb  qəbilələrinin 
Azərbaycanda  yerləşdirilməsi  tarixini  izləyərək,  tarixşünas-  lıqdakı 
bu boşluğu doldurmağa çalışmışıq. 
Azərbaycanın  tədqiq  etdiyimiz  dövrdəki  tarixini  öyrənməkdə 
ölkədə  torpaq  münasibətləri  və  ərəblərin  vergi  siyasəti  məsələsi 
böyük əhəmiyyət kəsb edir. Bu münasibətlər həmin torpaqların hansı 
yolla  yerli  əhali  ilə  sülh  müqaviləsi  bağlamaq  əsasında  ("sülhən"), 
yoxsa silah gücünə tutulmasından ("ənvətən") asılı idi. Bu məsələ ilə 
Vətən tarixçilərindən V.Girqas və V.V.Bartold ("Xəlifə II Ömər və 
onun  şəxsiyyəti  haqqında  ziddiyyətli  xəbərlər")  məşğul  olmuşlar. 
Tədqiq  etdiyimiz  dövrdə  Azərbaycanda  torpaq  kateqoriyaları  və 
əhalidən 
alman 
vergi 
növləri 
məsələlərini 
öyrənərkən 
A.Y.Yakubovski  və  Y.A.Belyayevin  əsərləri  bizə  yaxından  kömək 
etmişdir. 
Azərbaycan Bağdadın şimal və şimal-qərbdə yerləşən ölkələrlə 
tranzit ticarətində yükboşaltma məntəqəsi idi. Xilafətin ümumi ticarət 
sistemində  Azərbaycan  ticarət  mərkəzlərinin  oynadığı  rolu  tədqiq 
edərkən  biz  Ş.A.Mesxianın  'TX—XIII  əsr  gürcü  feodal  şəhəri 
tarixindən”  və  Y.A.Manandyanın  "Qədim  dövr  dünya  ticarəti  ilə 
əlaqədar  Ermənistanın  ticarət  və  şəhərləri  haqqında"  əsərlərini  də 
gözdən  keçirdik.  Hər  iki  əsər  öz  quruluşu  və  VII—IX  əsrlərdə 
Gürcüstan  və  Ermənistan  iqtisadiyyatının  təşkilinə  aid  çıxarılan 
nəticələrinə görə maraqlıdır. 
Azərbaycanda  pul  tədavülü  məsələlərinin  tədqiqində  professor 
Y.A.Paxomovun  Azərbaycan,  Gürcüstan  və  digər  ölkələrin 
numizmatikasına dair əsərləri çox qiymətlidir. 
32 


Azərbaycanın  qocaman  arxeoloqu  t.M.Cəfərzadənin  "Köhnə 
Gəncənin tarixi-arxeoloji oçerki" əsəri, Y.A.Paxomov, V.M.Sısoyev 
və  L.P.Taşçyanın  Bərdə  haqqında  məqalələri,  M.Altmanın  Gəncə, 
M.X.Şəriflinin  Şamaxı,  V.F.Minorskinin  Qazax,  S.M.Qazıyev  və 
O.Ş.İsmizadənin 
Qəbələ, 
R.M.Vahido- 
vun 
Mingəçevir, 
Y.A.Paxomov  və  Q.M.Əhmədovun  örənqala  (Beyləqan)  haqqında 
əsərləri Azərbaycanın  iri şəhərlərinin meydana  gəlməsi  və inkişafı 
tarixinə həsr olunmuşdur. 
Xilafətə  qarşı  Azərbaycan  xalq  kütlələrinin  hərəkatını  və 
Babəkin rəhbərlik etdiyi xürrəmilər üsyanını tədqiq edərkən biz, hər 
şeydən əvvəl, "xürrəm” termininin mənşəyini izah etməyə çalışdıq. 
Bu termin və həmçinin xürrəmilər dini barəsində mövcud olan bütün 
nöqteyi-nəzərləri ətraflı təhlil etmək əsasında biz bu nəticəyə gəldik 
ki,  "xürrəm”  terminini  Q.VayI,  Y.A.Manandyan,  Q.Flyugel, 
V.Myur,  Q.van  Floten,  l.Velhau-  zen  və  digər  tədqiqatçıların 
əsərlərində  olduğu  kimi  izah  etmək  olmaz.  Həmin  tədqiqatçılar 
xürrəmilər!  hər  cür  qəbahət  və  əxlaqsızlıqda  təqsirləndirərək, 
"xürrəm" terminini istədikləri kimi izah etmiş, amma onun tarixi və 
etimoloji köklərini araşdırmamışlar. 
F.Engelsin  fikirlərinə,  həmçinin  A.Müllerin  və  N.V.Piqu- 
levskayanın  müşahidələrinə  əsasən  biz  belə  bir  nəticəyə  gəldik  ki, 
"xürrəm"  terminini  qədim  fars  və  qədim  erməni  sözü  olan  "xur", 
"xvar" — "günəş", "od", "gözə görünməyən, mücərrəd atəş" sözləri 
ilə  əlaqəli  surətdə  izah  etmək  bəlkə  də  daha  doğrudur.  Bu  haqda 
N.Emin və N.Nemətov da öz əsərlərində yazırlar. 
Babəkin  rəhbərliyi  ilə  Azərbaycan  xürrəmilərinin  üsyanından 
danışmazdan əvvəl  biz  Xilafət  tərkibinə daxil olan Azərbaycan və 
qonşu  ölkələr  ərazisində  xürrəmilər  üsyanından  qabaq  baş  vermiş 
xalq  hərəkatlarının  xarakteri  və  gedişini  tədqiq  etdik,  habelə 
xürrəmilər hərəkatını meydana gətirən səbəbləri öyrəndik. 
IX  əsrin  birinci  yarısında  Babəkin  rəhbərliyi  ilə  Azərbaycan 
xalq  kütlələrinin  hərəkatı  məsələsi  mənbələrdə  və  tarixçilərin 
əsərlərində  müxtəlif  vaxtlarda  müxtəlif  şəkildə  izah  edilmişdir. 
Lakin bu vaxta qədər, ümumiyyətlə. Xilafət tarixini və xüsusilə də 
babəki-xürrəmilər  hərəkatını  tədqiq  edənlərin  heç  biri  orta  əsrlər 
tarixinin  bu  mühüm  hadisəsini  öyrənməyə  lazımi  dərəcədə 
yanaşmayıblar. 
Babəkilər  hərəkatı  təkcə  Azərbaycan  tarixində  mühüm  yer 
tutmur. Bu hərəkat qüdrətli Abbasilər dövlətinin ayrı-ayrı 
33 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə