Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə11/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   7   8   9   10   11   12   13   14   ...   107

dövlətlərə  parçalanmasına  səbəb  olan  əsas  siyasi  qüvvələrdən  biri 
olub.  Babəkilər  hərəkatı  Xilafət  tarixində  ən  möhtəşəm  xalq 
hərəkatlarından biri olaraq X əsr ərəb müəlliflərindən birinin dediyi 
kimi, "...az qala Abbasilər dövlətini yıxmışdı".®^ Babəkin fəaliyyət 
və şəxsiyyəti Hannibalın fəaliyyət və şəxsiyyətinə bərabər tutulur.®^ 
Lakin  belə  səthi  müqayisələr  Abbasilər  xilafətinin  taleyində 
Babəkin  rəhbərlik  etdiyi  xalq  hərəkatının  həqiqi  əhəmiyyətini  və 
Babəkin  özünün  rolunu  yalnız  təhrif  olunmuş  şəkildə  göstərir.  IX 
əsrdə  Azərbaycan  xalq  kütlələrinin  hərəkatım  adi  üsyan  kimi 
qiymətləndirmək  olmaz.  Bu  hərəkat  yadelli  işğalçılara  qarşı 
Azərbaycan  xalqının  apardığı  uzunsürən  güclü  azadlıq  müharibəsi 
idi. 
Bu  mübarizənin  hansı  şüarlar  altında  gedildiyi,  babə- 
ki-xürrəmilərin  sosial  siyasəti,  hərəkatın  güddüyü  məqsədlər, 
babəkilər  ordusunu  təşkil  edən  xalq  kütlələrinə  rəhbərlik  —  bütün 
bunlar hələ ətraflı tədqiq olunası son dərəcə mürəkkəb məsələlərdir. 
Babəkilər  hərəkatı  haqqında  bizə  geniş  məlumat  əsasən  ərəb 
mənbələrindən  çatmışdır.  Lakin  mənbələrdə  bir-birinin  təkrarı  olan 
bütün bu məlumatlar bu və ya digər dərəcədə ən adi həqiqətlərə belə 
ziddir və E.Raytın®® haqlı olaraq göstərdiyi kimi, babəki-xürrəmilər 
hərəkatını  "milli"  (bütün  Xilafət  üçün,  sülalə  üçün)  fəlakət  və 
bədbəxtlik  kimi  qələmə  verərək  qərəzkar  məna  daşıyır.  Bu 
mənbələrdə  Babəkin  özü  və  onun  rəhbərlik  etdiyi  xalq  kütlələri 
birtərəfli,  təhrif  olunmuş  şəkildə  göstərilir.  Həmin  mənbələrdə 
xəlifələrin müdrikliyindən, Xilafətin ərəb sərkərdələrinin rəşadət və 
strateji  istedadından  uzun-uzadı  danışıldığı  halda.  Xilafətə  düşmən 
olub öz azadlığı uğrunda mübarizə edən Azərbaycan xalqı barəsində 
isə az və qərəzkaranə danışılır. IX—X əsrlər salnamə və "tarixlərinin" 
müəllifləri  üsyan  etmiş  xalq  barəsində  təhqiramiz  kobud  ibarələr 
işlətməkdən  çəkinmirdilər;  halbuki  bu  "qara  camaat"  və  "qaba 
adamlar" uzun müddət Xilafətin və onun sərkərdələrinin ibrət dərsini 
vermişlər. 
Ərəb və erməni mənbələrinin, həmçinin onlardan sonra fars və 
digər dillərdəki mənbələrin məlumatlarında yeganə fərqli cəhət yalnız 
üsyan etmiş xürrəmilərin verdikləri "qurbanların" sayında və bir də 
ki,  bəzi  xırda  təfərrüatlardadır.  Qalan  hallarda  isə  həmin  mənbələr 
mahiyyətcə  bir-birini  təkrar  edir.  Misal  üçün,  Azərbaycan 
xürrəmilərinin  hərəkatı  haqqında  fars  mənbələrində  olan  məlumat 
babəkilər hərəkatından 
34 


təqribən yüz il sonrakı dövrdə yaşamış ət-Təbəri, İbn ən-Nədi- m, 
əl-Məsudi,  əd-Dinəvəri  və  başqa  ərəb  tarixçilərinin  verdikləri 
məlumatın  eynən  təkrarından  başqa  bir  şey  deyildir.  Fars  dilində 
yazan  müəlliflər,  habelə  daha  sonrakı  dövrlərin  tarixçiləri  də  IX 
əsrin  birinci  yarısında  olmuş  hadisələri  şərh  edərkən  Babək  və 
xürrəmilərdən danışaraq əslində olmayan bir çox şeylər uydurmuş 
və  öz  dövrünün  hakim  dairələrinə  qulluq  göstərərək  hadisələri 
qəsdən tünd boyalarla təsvir etmişlər. 
Burjua şərqşünaslarının böyük əksəriyyəti orta əsr mənbələrinin 
Babəkə  və  onun  başçılıq  etdiyi  xalq  hərəkatına  sinfi  cəhətdən 
məhdud və qərəzli münasibətini demək olar araşdırmadan və heç bir 
tənqidi təhlil etmədən öz tədqiqatlarının səhifələrində vermişdir. Bu 
alimlərin  heç  biri  xürrəmilərin  və  Babəkin  tarixdə  dərin  iz 
qoyduqlarını inkar etməsə də, amma ənənəyə uyaraq xürrəmiləri və 
Babəki qaralamaqdan çəkinməmişdir. Onların bəzisi bunu Babəklə 
elə  bil  şəxsi  qərəzliyi  olan  bir  adam  kimi,  açıq-aşkar  edərək,  onu 
"quldur  və  nihilist",®®  "lovğa  və  təkəbbürlü  adam",®^  "məşhur 
soyğunçu  və  quldur"®®  adlandırır.  Başqaları  isə  özlərini  sanki 
Xilafət  dövrünün  adamı  və  hadisələrin  sanki  canlı  şahidi  hesab 
edərək,  Azərbaycan  xürrəmilərinin  başçısını  "qorxunc  bidətçi  və 
qiyamçı",®® "təri- qətçi və mehdi","üsyançı","böyük bidətçi"^®^ 
kimi qələmə verirlər. 
Burjua  şərqşünasları  arasında  elə  tədqiqatçılar  da  vardır  ki, 
onlar  Azərbaycan  xürrəmilərinin  hərəkatını  elmi  surətdə  təhlil 
etmədən  Babəkin  fəaliyyətinə  subyektivcəsinə  valeh  olurlar.  Bu 
halda  həmin  tarixi  hadisənin  elmi  təhlili  deyil,  yalnız  ona  verilən 
qiymət həqiqətə yaxın olur və Babəkin bütün əzəmətini dərk etməyə 
kömək edir. Məsələn, Bernard Lüis Babəki "bidətçi" hesab etsə də, 
hərçənd qeyd edir ki, o, "böyük hərbi və siyasi istedada malik bir 
adam"*®® idi. R.Dozu isə Babəki "mərd mübariz"*®^ adlandırır. 
Lakin Babəkə layiqi qiymət verən burjua tədqiqatçıları azdır. Buna 
görə  də  babə-  ki-xürrəmilər  hərəkatı  haqqında  şərqşünasların 
əksəriyyəti tərəfindən yaradılmış yanlış təsəvvür elmi ədəbiyyatda 
hələ üstünlük təşkil edir.*®® 
Babək  haqqında  bilavasitə  yazan  ilk  xarici  burjua  şərqşünası 
Qustav  Flyugel*®®  olmuşdur.  O,  tbn  ən-Nədimin  "Fih-  risf'inin 
mətnini nəşr etməklə Avropada ilk dəfə "Babəkin meydana gəlməsi 
və  təşəkkülü  məsələsini  aydınlaşdırmağı  və  bununla  Babəkin 
şəxsiyyəti, istedadı və çıxışları haqqında 
35 


düzgün  fikir  yeritmək  üçün  yol  açmağı"'”^  öz  qarşısına  məqsəd 
qoyur. Lakin Flyugelin məqaləsi nə qədər əhəmiyyətli olsa da, onun 
müəllifi  orta  əsr  ərəb  və  fars  müəlliflərinin  Babəkə  verdikləri 
qiymətin  təsiri  altına  düşmüş  olur.  Q.Flyugel  Babəki,  onun 
ardıcıllarını düşmənə qarşı rəhmsiz olmaqda və onun özünə tabe olan 
ərazidə dağıntılar törətməkdə ittiham edir. Vaxtilə Z.İ.Yampolskinin 
qeyd etdiyi kimİ, A.Müller də Babəki və xürrəmiləri Xilafət daxilində 
guya "ən dəhşətli iğtişaşlar" salmaqda təqsirləndirir; həm də bütün bu 
"iğtişaşlar" Müllerin fikrincə, "hədsiz fikir azğınlığı"^”® ilə müşayiət 
olunurdu.  E.Braun  özünün  "Fars  ölkəsinin  ədəbi  tarixi"  əsərində 
xürrəmilərə  və  Babəkə  geniş  yer  vermişdir.Bu  əsərində  o.  İbn 
ən-Nədimin  "Fihrist"ində  Babək  və  onun  ardıcılları  haqqında  olan 
fəsillərin məzmununu eynilə təkrar edir. 
Babək haqqında yazan müasir şərqşünaslardan E.Raytı xüsusilə 
göstərmək lazımdır. Onun məqaləsində Babək haqqında, 
0
 cümlədən 
Xilafət ordusunun baş komandanı Afşin haqqında, onun yüksəliş və 
süqutu haqqında, habelə Babək, Afşin və Məzyar arasındakı qarşılıqlı 
münasibətlər haqqında İbn ən-Nədim və digər tarixçilərdən götürülən 
faktlar obyektiv surətdə şərh edilir. 
Çex alimi İrji Çeypek Babək haqqında icmal şəklində yazılmış 
məqalə  dərc  etmişdir,  lakin  həmin  məqalədə  o,  hadisələrin  lazımi 
təhlilini  verməmişdir.”^  V.Minorski  də  xürrəmilərə  və  Babəkə 
müəyyən diqqət yetirmişdir.”^ 
öz  əsərlərində  Babəkin  rəhbərlik  etdiyi  xürrəmilər  hərəkatı 
məsələsinə toxunan müasir ərəb tarixçilərindən misirli Həsən İbrahim 
Həsəni və traq alimi Əbd ül-Əziz əd-Durini göstərmək olar. Həsən 
İbrahim Həsən Xilafətin sosial-iqtisadi tarixinə dair böyük bir əsərin 
müəllifidir,  lakin  ərəb  burjua  millətçiliyinin  nümayəndəsi  kimi  o, 
mümkün  olmayan  bir  şeyi  —  xəlifələrin  və  onları  əhatə  edənlərin 
mənəvi  təmizliyini  və  qü-  sursuzluğunu  sübut  etməyə,  tarix 
qarşısında  onların  üzünü  ağartmağa  çalışır.  Xilafətin  bütün 
düşmənlərini,  xüsusilə  də  Babək  və  xürrəmiləri  onların  hərəkatına 
heç  bir  elmi  təhlil  vermədən  qaralayır.”^  Əd-Duri  xürrəmilərə  və 
Babəkə daha ciddi yanaşaraq, "tikin Abbasilər dövrü" əsərində etiraf 
edir  ki,  bu  hərəkat  Abbasilər  xilafətinin  mövcudluğu  üçün  ən 
təhlükəli olub, öz vüsətinə görə Xilafət əleyhinə əvvəlki hərəkatların 
heç biri ilə müqayisə edilə bilməz.”'* 
Müasir  İran  tədqiqatçıları  xürrəmilər  və  Babək  haqqındakı 
tədqiqatlarında sübut etməyə çalışırlar ki, istər xürrəmilər
36 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə