Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə14/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   10   11   12   13   14   15   16   17   ...   107

dən] aldıqları torpaqları yenidən iranlılardan geri tutub aldılar və [bu 
yerlər] uzun müddət onların əlində qalır ta ki, rum- lar (bizanslılar — 
Z.B.)  xəzərləri  məğlub  edərək,  dörd  Ərmini-  yyə  üzərində  padşah 
tə’yin  edirlər".^®  Beləliklə,  aydındır  ki,  xəzərlər  hələ  VI  əsrdə 
(531-ci  ildən  gec  olmayaraq)  Zaqafqaziya  ölkələrinə  viranedici 
basqınlar  etmişlər,  buna  görə  də  I  Qubad  və  Xosrov  Ənuşirvanın 
hökmranlığı  dövründə  xəzərlərin  adının  çəkilməsi  heç  də  təsadüfi 
deyildir. 
Ənuşirvanın  öz  imperiyasını  dörd  böyük  əyalətə  böldüyünü 
bildirən Təbəri qeyd edir ki, Azərbaycanın qonşusu "Xəzər ölkəsi idi 
ki, bu yeri SuF® adlanan xalq tutmuşdu". Təbərinin dediyinə görə, 
xəzərlər Azərbaycana soxulan zaman Ənuşir- van onlara qalib gəlir 
və  ələ  keçirdiyi  10  min  xəzəri  ölkədə  yerləşdirir.  Gələcəkdə 
savaşqan şimallıların güclü hücumlarını dəf etmək üçün Ənuşirvan 
qalalı  Bab  əl-Əbvab  (Dərbənd)  şəhərini  salır;  bu  şəhər  Çoqa  ilə 
birlikdə  əvvəlcə  Sasani  İranı,  son-  ralar  isə  Ərəb  xilafətinin  şimal 
sərhədlərində uzun əsrlər güclü bir istehkam olur.^° 
"Ağvan  tarixi"nin  müəllifi  yazır  ki,  Dərbənd  istehkamları  və 
qalasını tikmək üçün "İran şahları ölkəmizi (Arranı — Z.B.) taqətdən 
saldılar; bu qəribə binanı tikmək üçün memarları səfərbərliyə alan və 
çoxlu  müxtəlif  material  axtarıb  tapan  İran  şahları  həmin  tikinti 
vasitəsilə  Qafqaz  dağı  ilə  Şərq  (Xəzər)  dənizi  arasındakı  keçidləri 
qapalı saxlayırdılar".^^ 
Ənuşirvanın müqabil hərəkətləri, ət-Təbərinin göstərdiyi kimi, 
yalnız xəzərlər 553-cü ildə Arrana (Albaniyaya) soxularaq şəhər və 
kəndləri yandırıb dağıdandan və xalqı əsir edib aparandan sonra baş 
verir.  Arran  katolikosu  Abas  (551—595)  xəzərlərin  tez-tez  etdiyi 
basqınlar  nəticəsində  daha  Çoqa  şəhərində  qala  bilməyib,  öz 
iqamətgahını  Arranın  mərkəz  şəhəri  və  paytaxtı  olmuş  Bərdə 
şəhərinə  köçürür.  Moisey  Kaqankatvatsi  bu  barədə  belə  yazır: 
"Albaniya  ölkəsi  xəzərlər  tərəfindən  tutulmuş,  kilsə  və  müqəddəs 
kitablar yandırılmışdı. Şahənşah Xosrovun (Ənuşirvanın — 553-cü 
il  —  Z.B.)  ikinci  ilində  erməni  tarixinin  əsası  qoyulduğu  zaman 
[552-ci il] düşmənlərinin (yəni xəzərlərin — Z.B.) qarətçi basqınları 
ucbatından  Albaniya  patriarxlığının  taxtı  Çoqay  şəhərindən  Partav 
paytaxtına köçürüldü". 
Bizans  ilə  Sasani  imperiyası  arasında  Arranı  ələ  keçirmək 
üstündə  gedən  mübarizədə  təkcə  siyasi  deyil,  iqtisadi  məqsəd  də 
güdülürdü. Bu mübarizənin ən qızğın çağında şimaldan xəzərlər və 
digər köçəri xalqlar Bizansın köməyinə gəldilər, çün- 
43 


ki onlar Arran və Azərbaycanın zəngin şəhərləri hesabına var- 
lanmağa can atırdılar. 
Mənbələrdə yadellilərin basqınları dövründə Azərbaycan 
xalqlarının dözdüyü məhrumiyyət və çəkdiyi məşəqqətlər haq- 
qında, müxtəlif işğalçıların zülmünə qarşı onların qəhrəman- 
lıq mübarizəsi haqqında və bu mübarizənin işğalçılar üçün çox 
böyük güc sərf etmək və çoxlu hərbi qüvvə səfərbərliyə almaq 
bahasına başa gəldiyi haqqında məlumat verilir. 
Bizanslı Menandrın ''Tarix"indən bizə məlum olur ki, Bi- 
zans sərkərdələri Arran torpağında istədikləri kimi ağalıq 
edərək, adamları tutub girov saxlayır, ölkənin xalqlarını öz 
bildikləri kimi bir yerdən başqa yerə köçürür, ölkəni talan 
edirdilər. Məsələn, 586-cı ildə Bizans ik İran müharibələrinin 
birində "Rum (Bizans — Z.B.) sərkərdələri Albaniyaya hücum 
etdilər, sabirlər və digər tayfalar içərisindən adamları tutub 
girov götürdülər, sabirləri və albanları Kirin (Kür çayının — 
Z.B.) bu tərəfinə keçməyə və bundan sonra Rum ölkəsində qal- 
mağa məcbur etdilər". 
603-cü ildə II Xosrovun yürüşü ilə İran—Bizans müharibə- 
ləri silsiləsindən 628-ci ilədək uzanan son müharibə başlanır. 
Bizansa qarşı müharibə iranlılar üçün əlverişli keçirdi və on- 
lar bir neçə il ərzində çoxlu vilayət tutmağa və imperiyanın 
paytaxtı Konstantinopolun^'* özünə yaxınlaşmağa nail olurlar. 
610-cu il oktyabrın 5-də İrakli^® Bizans taxtına çıxır. O, II 
Xosrov ilə barışığa girməyə cəhd edir, lakin Xosrov "romalı- 
larla nəinki barışıq bağlamadı, hətta digər vilayətləri də onla- 
rın əlindən aldı". "İranlılar o vaxtadək (622-ci ilədək — Z.B.) 
Pont sahilindən şərqdə yerləşən bütün Rum torpaqlarını tut- 
dular".^® 
İranlıların müvəffəqiyyətləri 623-cü ilədək davam edir. 
Həmin il İrakli II Xosrovun iranlılar üçün əlverişli olan bir ba- 
rışıq bağlamağa razılıq vermədiyini gördükdə böyük bir ordu 
toplayıb, dolama yol ilə Kolxida və İberiyadan keçərək İran 
üzərinə gedir. 
Bizans ordusu Dvini tutur, Azərbaycana soxulur və Naxçı- 
vanı işğal edərək Arazı keçir. Sonra Cənubi Azərbaycanın pay- 
taxtı Qazaka^^ tutulur və atəşpərəstlərin bu şəhərdəki baş 
məbədi bizanslılar tərəfindən dağıdılır.^® Gürcü mənbəyi İrakli- 
nin bu hərbi səfərini bir qədər başqa şəkildə təsvir edir: "Stepa- 
nozun padşahlığında (600—619) imperator İraki Ermənistan, 
Azərbaycan və Şirvanı istila etdikdən sonra Gürcüstana girir
gürcülərə qalib gəlir və onların padşahı Stepanozu öldürür 
29 
44 


Çoxlu əsir və külli miqdarda qiymətli şey ələ keçirdikdən sonra 
Jrakli öz qoşunlarını qışlamaq üçün Arrana aparır. Bizans əsgərləri 
ölkədə  azğınlıq  etməyə  başlayırlar:  "Saysız-hesabsız  yunan  ordusu 
gələrək  sürətlə  axan  bir  çayın  yaxınlığında  Kaqankaytuk®°  kəndi 
ətrafında düşərgə saldı. Bu ordu keçdiyi gözəl üzümlük və tarlaları 
tapdayıb viran etdi. Oradan da çıxış edərək onlar Trtu [Tərtər] çayı 
kənarında Divdakan kəndi yaxınlığında ordugah qurdular".^* 
Y.KuIakovski və digər bizansşünaslar qeyd edirlər ki, imperator 
İrakli  taxta  çıxandan  sonra  öz  hökmranlığının  ilk  on  İlində  daim 
çətinliklərlə qarşılaşır və İranın etdiyi müvəffəqiyyətli müharibələri 
və  öz  sələfi  Fokanm  fəaliyyətsizliyi  nəticəsində  imperiyanın  aşağı 
düşmüş  xarici-siyasi  nüfuzunu  yenidən  yüksəltməyə  cəhd  edirdi. 
Buna görə də İrakli gözünü şimala, xəzərlərə®^ dikir, onların köməyi 
ilə Sasanilər İranının qüdrətini qırmağa ümid edirdi.^^ 
625/6-cı  ildə  İrakli  "öz  əyanlarından  ağıllı,  fərasətli  bir  xadim 
olan Andreni səfərə hazırlayıb, ona təlimat verir və onu [xəzərlərin 
yanına] zəngin var dövlət və böyük sərvətlər əldə edəcəkləri vədəsi 
ilə  göndərərək  deyir:  "Əgər  onlar  mənə  [iranlılardan]  qisas 
almağımda  səylə  yardım  etsələr,  mən  onları  öz  kamına 
çatdıraram".^'*  Cebu  xaqan^*  elçiyə  cavabında  belə  deyir:  "Onun 
[İraklinin]  düşmənlərindən  mən  qisas  almağa  çıxaram  və  öz  igid 
ordum  ilə  özüm  onun  yanına  gələrəm.  Mən  onun  arzusuna  uyğun 
olaraq, onun istəyini vuruş-döyüşümlə, öz qılınc və yayımla yerinə 
yetirərəm 
Orta  əsr  gürcü,  ərəb.  Bizans  və  erməni  mənbələrindən 
göründüyü kimi, 627-ci ildə, son İran—Bizans müharibəsinin qızğın 
çağında  İrakli  Tiflisə  gəlir  və  yeni  müttəfiqlər  mühasirəyə  alınmış 
şəhərin  divarları  yanında  görüşürlər.®^  Xəzərlərin  İraklini  necə 
qəbul etmələrini E.Gibbon gözəl təsvir etmişdir.®® 
Elə o zaman, 628-ci ildə edam edilmiş II Xosrovun yerinə İran 
taxtına onun oğlu Şiruyə (II Qubad) çıxır və 25 il İranda həbsdə qalan 
Arran katolikosu Viro Arrana qayıdır.®® 
Qafqaz  Albaniyasının  (müqəddəs  Şupxaqişodan  sonra)  on 
dördüncü  katolikosu  olan  Viro*®  bu  ölkənin  tarixində  xüsusi  yer 
tutur.  Lakin  onun  fəaliyyəti,  xüsusilə  də  ömrünün  son  beş  ili 
(626—630-cu illər) indiyədək tədqiqatçıların nəzərindən qaçmışdır. 
Mənbələrdə göstərilir ki, Sasani padşahı II Xosrovun 628-ci ildə 
ölümündən sonra onun xələfi Şiruyə "atasının sa 
45 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə