Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə16/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   12   13   14   15   16   17   18   19   ...   107

taqətdən  salmışdılar".®®  Xəzərlər  şəhəri  alarkən  əhaliyə  qarşı  elə 
rəhmsizlik  göstərirlər  ki,  Albaniya  əhalisi  arasında  çaxnaşına 
başlanır.  Çoxlu  adam  öz  ev-eşiyini,  əmlakını  atıb,  buraxıb  ölkənin 
paytaxtı Partava üz qoyur, lakin xalq "yırtıcı canavarlardan" o qədər 
qorxmuşdu ki,  artıq "keçilməz Arsax dağlarında özünə sığınaq  yer 
axtarmağa  başlayır".  Xəzərlər  isə  Partavı  alıb,  "baş  verənlərdən, 
xəbər  tutaraq,  qaçanları  təqib  edir,  onların  bir  hissəsinə  yetişib 
çatırlar".®^  Albaniya  ərazisini  işğal  etdikdən  sonra  xəzərlər  Tiflis 
üzərinə  gedirlər  və  burada  imperator  İraklinin  orduları  ilə 
görüşürlər.®® 
Qış başlananda xəzərlər "padşah [İrakli] ilə birlikdə  qatlaşmalı 
olduqları əziyyətlərə tab gətirməyərək yavaş-yavaş sürüşüb getməyə 
başlayır və nəhayət, onu tərk edib qayıdırlar".®® Lakin qırx minlik 
xəzər ordusu Tiflisdən çəkiləndən sonra Qafqaz dağ ətəklərində — 
Qəbələ  rayonunda  qışlayaraq,  Albaniyada  qalmaqda  davam  edir. 
Aradan bir neçə ay da keçmir ki, "ikinci dəfə şimal küləyi əsməyə 
başlayır... və şimal yırtıcısı'® (xəzərlər—Z.B.) özünün qaniçən bala 
qartalı Şat ilə yürüşə çıxır". 
Albaniya üzərinə ikinci dəfə ordu göndərəndə Xəzər xaqanı öz 
oğlu Şata belə tapşırıq verir; "Əgər onların ölkəsinin [Albaniyanın] 
hakimləri və əyanları mənim oğlumun qabağına çıxıb qarşılasalar, öz 
ölkələrini  onun  tabeliyinə  versələr,  şəhərləri,  qalaları  və  ticarəti 
mənim qoşunlarıma təslim etsələr, onda siz də onlara yaşayıb mənə 
qulluq etməyə imkan verərsiniz. Yox, əgər belə etməsələr, onda qoy 
sizin  gözünüzün  15  yaşından  yuxan  kişi  nəslinə  rəhmi  olmasın  və 
uşaqları (15 yaşınadək oğlanları—Z.B.) qadınlarla bərabər mənə və 
özünüzə qul və nökər kimi qoruyub saxlayarsınız".^^ 
Albaniyaya soxulan Şat İran şahının canişini Albaniya mərzbanı 
Sema  Vştnasın  və  katolikos  Vironun  yanına  elçilər  göndərib, 
onlardan ölkəni onun tabeliyinə verməyi  tələb edir.  Mərzban Şatın 
ultimatumunu  rədd  edir  və  "bütün  mal-  dövlətini  və  ölkədən 
oğurladığı  bir  çox  şeyləri  özü  ilə  götürüb  canını  qurtararaq  İran 
ölkəsinə qaçır".^® 
Mərzban  qaçdıqdan  sonra,  Albaniyanın  yeganə  başçısı  olaraq 
qalan  katolikos  Viro  "ölkəni  dağıntı  və  fəlakətdən  xilas  etmək 
üçün’”^'*  xəzərlərlə  danışığa  girir  və  bu  məqsədlə  629-cu  ilin 
mart-aprelində Şatın qərargahına gedir. 
Viro  İran  şahına  məktub  göndərərək  xəzərlərə  qarşı  kömək 
istəyir və Ktesifondan cavab və kömək gələnədək Şat ilə danışıqları 
ləngidib uzatmağa başlayır. Lakin katolikos əbəs yerə 
49 


irandan cavab gözləyirdi — şah sarayı taxt üstündə daxili çəkişmə ilə 
məşğul idi; odur ki, Vironun çağırışları diqqətsiz qalır. 
Xəzərlər  Vironun  taktikasını  tez  başa  düşdülər  və  danışıqları 
kəsib  "[Albaniyanın]  müxtəlif  vilayət  və  kəndlərini,  axar  su  və 
çaylarını, bulaq və meşələrini, dağ və dərələrini qabaqcadan püşk ilə 
öz aralarında bölüşdürürlər və müəyyən bir vaxtda hamılıqla dağıdıcı 
basqınlarına  başlayırlar.  Ölkəmiz  başdan-başa  lərzəyə  gəlib 
titrəyirdi".''^  Bu  dəfə  Arsax  vilayətinin  keçilməz  dağları  belə 
Albaniya əhalisini xilas edə bilmədi; hıJ- buki  yadellilərin hücumu 
zamanı adamlar həmişə bu dağlarda gizlənərdilər. 
Basqınların qızğın çağında xəzərlər ikinci dəfə Vironun yanına 
elçilər göndərirlər. Elçilərin başçısı katolikosa belə deyir: ”Mən əmr 
etdiyim kimi hərəkət et (yəni ölkəni təslim et.—Z.B.), onda sən, sənin 
evin və sənin torpağında qalanların hamısı nicat tapar. Əgər boyun 
qaçırsan,  mənim  əmrimlə  səni  tutub  zorla  yanıma  gətirəcəklər".''® 
Onda  katolikos  Viro  "padşah  xanədanından  olan  bütün  baş 
şahzadələri  və  bu  [Alban]  məmləkətinin  əyanlarını,  əyalətlərin 
hakimlərini,  kəndxuda-  ları,  habelə  keşişləri,  dyakonları  və  başqa 
ruhaniləri öz yanına çağırıb", ölkənin gələcək taleyi haqqında onlarla 
məsləhətləşmələr aparır. Viro tezliklə qərar qəbul etməyi tələb edir, 
"çünki  gələn  elçi  onu  buna  məcbur  edirdi".'"  Yığıncağa  gələnlər, 
katolikosun  nüfuz  və  müdrikliyinə  tam  etibar  edərək,  ondan 
yubamadan qərar qəbul etməyi xahiş edirlər. Onda Viro toplaşanların 
hər birinə var-dövlətinə görə ona "qızıl, gümüş və libaslar" gətirməyi 
təklif  edir  tapşırır  ki,  Albaniyanın  müqəddəratı  məsələsi  həll 
olunduğu üçün heç kəs xəsislik edib sərvətini gizlətməsin. 
Viro  Xəzər  ordusunun  bütün  rütbə  sahibləri  və  əyanları  üçün 
çoxlu  miqdarda  olan  hədiyyələri  arabalara  yükləyib,  Albaniyanın 
bütün  adlı-sanlı  adamlarını  onunla  birlikdə  düşmən  düşərgəsinə 
getməyə  məcbur  edir  və  bildirir  ki,  bunu  etməkdən  məqsəd  ondan 
ötrüdür  ki,  sizinlə  birlikdə  bir  təbəə  sifətilə  onun  [xaqanın]  yanına 
gedişimiz ona daha inandırıcı görünsün".''® 
Viro  alban  əyanları  ilə  Şatın  Partava  yaxınlığında  yerləşən 
ordugahına sağ-salamat gedib çıxır. Burada Xəzər mənsəb sahibləri 
"hədiyyələri əllərinə alıb, təkcə katolikosu şahzadənin oturduğu içəri 
çadıra  apardılar".'®  Şahzadə  hədiyyələri  alıb,  Viroya  deyir  ki,  öz 
qoşunlarına düşərgələrinə qayıtmaq və basqınları dayandırmaq əmri 
verəcək. Lakin katolikosdan tələb e 
50 


dir ki, ölkənin bütün qaçqın əhalisi öz yerlərinə qayıdıb öz işləri ilə 
məşğul olsun və vədə verir ki, bu gündən etibarən "xəzər xaqanının 
əbədi  mülkü"  sayılan  Ölkənin  bundan  sonra  talan  olunmasına  son 
qoyacaq".®’’ 
Viro  ölkəni  dağılmaqdan  xilas  etmək  xatirinə  Şatın  bütün 
tələblərini qəbul etməyə məcbur olur və Albaniya əyanları adından 
ona belə deyir: "Biz — mən və ölkənin bütün əhalisi — sənin atanın 
və sənin bəndələrinik. Bizə öz nökərlərin kimi rəhm et və öz qılıncını 
bizim  üstümüzdən  götür  ki,  biz  Sasanilərə  qulluq  etdiyimiz  kimi 
sənin atana və sənə qulluq edək".®’ 
Şatın  bu  münasibətlə  düzəltdiyi  böyük  qonaqlıqda  katoli-  kos 
Viro  ondan  Albaniyanın  bütün  yaşayış  məntəqələrinə  xəzər 
canişinlərini  göndərməyi  xahiş  edir  ki,  onlar  xəzərlərin  bundan 
sonrakı  basqınlarına mane olsunlar və Albaniyanın  artıq xəzərlərin 
tabeliyinə keçməsi ilə əlaqədar o, Şata: "Sənin qoşunların tərəfindən 
əsir  alınıb  çadırlarında  saxlanan  kişi  və  qadınları,  oğlan  və  qızları 
atalar öz oğullarından, analar da öz qızlarından ayrı düşməsinlər deyə 
azadlığa buraxmaq"®^ barədə sərəncam vermək tələbi ilə müraciət 
edir. 
Vironun  bu  xjihişi  yerinə  yetirilir  və  bütün  alban  əsirləri 
buraxılır.  Bundan  əlavə  Viro,  Cebu  xaqanın  oğlu  Şat  Xəzərin 
yanında Ermənistan və Gürcüstandan olan əsirləri də buraxdırır.®® 
Beləliklə,  Albaniya,  "tran  şahı  Ərdəşir  Qubad  oğlunun  ikinci 
ilində,  o,  hələ  öz  iradəsi  ilə  şahlıq  edərkən",®^  yəni  629-cu  ilin 
sentyabrı ilə 630-cu ilin apreli arasındakı dövrdə, xəzərlər tərəfindən 
istila olunur. 
Xəzərlərin  Albaniya  üzərinə  etdikləri  dağıdıcı  basqınları  və 
əhalinin  kütləvi  surətdə qovulub  aparılması  nəticəsində  ölkədə  heç 
kəs  torpağı  becərməklə  məşğul  olmurdu,  buna  görə  də  630-cu  ilin 
yazında  "üç  sərkərdə  —  Aclıq,  Qılınc  və  onların  köməkçisi  ölüm 
Albaniyanı"  tutur.®®  Ölkəni  epidemiyalar  bürüyür.  Əzab  çəkən 
xalqa kömək etmək üçün katolikos Viro yenidən öz səy və bacarığını 
işlətməli  olur.  O,  "xəstəliyə  tutulanların  acı  dərdinə  günlərlə  göz 
yaşları axıdırdı"®® və görünür, özü də xəstəliyə tutulur. Katolikos 
Viro 630-cu ildə epidemiya zamanı ölür. 
Orta  əsr  Albaniyasının  görkəmli  xadimlərindən  biri  olan  və 
Mxitar Qoş demişken "xeyirxalılığı ilə parlayan pak insan" katolikos 
Vironun həyatı bu cür sona çatır. 
Ölkəyə  üz  vermiş  dəhşətli  fəlakətə  baxmayaraq,  xəzərlər 
Albaniyadan bac almaqda davam edirdilər. "Şimal əmiri" — 
51 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə