Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə12/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   8   9   10   11   12   13   14   15   ...   107

istərsə  də  Babəkin  özü  sırf  İrana  aidiyyəti  olan  hadisələrdir. 
Paniranizm  mövqelərində  duran  Q.X.Sadiqi,Abbas  Xəlili^^  və 
bunlar kimi digər tədqiqatçılar belə fikir yürüdürlər ki, Azərbaycan 
həmişə İran vilayətlərindən biri olmuş və olmaqdadır və buna görə də 
Babəkin  rəhbərlik  etdiyi  xürrəmi-  lər  hərəkatı  Abbasilər  xilafətinə 
qarşı İran azadlıq hərəkatının ən parlaq təzahürüdür. 
İnqilabdan  əvvəlki  burjua  tarixçiləri  babəkilər  və  xürrəmi-  lər 
tarixindən yazarkən demək olar, qalan bütün xarici həmkarları kimi 
burjua  subyektivizmi  mövqeyindən  çıxış  etmişlər.  Onlar 
xürrəmilərdə  o  dövrün  xüsusiyyətlərindən  doğan  mənfi  cəhətləri 
qəsdən  nəzərə  çarpdırmaqla,  onlarda  "qadınları  kommunistcəsinə 
ictinıailəşdirmək"  kimi  ünsürlər  arayıb  axtarmaqla  bu  hərəkatın 
mütərəqqi  cəhətlərini  heçə  çıxarmışlar.  Tarixçilərdən  Leo"^  və 
Y.A.Manandyan”®  məhz  belə  tədqiqatçılardandır;  onlar  orta  əsr 
müəlliflərinin yolu ilə gedərək, xürrərailəri və Babəki fars üsyançı və 
təriqətçiləri adlandırırlar. 
Məşhur bizansşünas A.A.Vasilyev özünün böyük əsərin- də“® 
Azərbaycan xürrəmiləri hərəkatına nisbətən obyektiv qiymət verərək, 
Babəkin illər boyu Xilafətə qarşı aparmış olduğu və Xilafətə böyük 
maddi ziyan və insan tələfatı vermiş qızğın mübarizəsini işıqlandırır. 
Sovet  tarixşünaslıgında  babəkilər  tarixinə  ilk  dəfə  toxu- 
nanlardem  biri  P.K.Juze^^®  olmuşdur,  Xürrəmilər  haqqında  əsas 
müddəa və fikirlərinin yanlış olmasına baxmayaraq P.K.Juze onların 
mürəkkəb  ictimai-siyasi  proqramını  araşdırmağa  çalışmışdır. 
V.V.Bartold*^^  və  A.Y.Krımski^^^  də  bir  sıra  tədqiqatlarında  bu 
məsələyə toxunmuşlar. 
1936-cı  ildə  "Görkəmli  adamların  həyatı"  seriyasında 
M.Tomaranın  "Babək"  kitabçası  çapdan  çıxır.  Geniş  oxucu  kütləsi 
üçün nəzərdə tutulan bu kitabça mahiyyət etibarilə Xilafət tarixində 
xürrəmilər hərəkatının rolu kimi mürəkkəb məsələni həqiqətən elmi 
cəhətdən  işıqlandırmaq  məqsədilə  görülən  ilk  təşəbbüs  idi.  Lakin 
M.Tomaranın əsəri də xürrəmilər hərəkatını xarakterizə edərkən hələ 
ondan  qabaq  mövcud  olan  bir  sıra  səhvləri  təkrar  edir.  Amma 
bununla belə biz xalqımızın tarixinin ən gözəl səhifələrindən birinin 
tədqiqində müəllifin böyük xidmətini inkar edə bilmərik. 
Böyük  Vətən  müharibəsi  dövründə,  əgər  nəşr  edilmiş  bəsit 
kütləvi  kitabçalar  nəzərə  alınmazsa,  Azərbaycan  xürrəmiləri 
haqqında sovet tədqiqatçılarının iki əsəri çapdan çıxmışdı. 
37 


Tədqiqat xarakteri daşıyan bu əsərlərdə ilk mənbələrin məlumatları 
əsasında  xürrərnilər  tarixinin  bir  sıra  konkret  məsələləri 
dəqiqləşdirilmiş,  bu  hadisənin  Azərbaycan  xalqının  tarixi  itə  üzvi 
bağlılığı  elmdə  ilk  dəfə  olaraq  göstərilmişdir.  Z.İ.Yampolskinin 
kitabçası^^'* və Z.İ.İbrahimovun dissertasiyasının^^^ əhəmiyyəti də 
məhz bundadır. 
1954-cü ildə İran alimi Səid Nəfisinin kitabı çapdan çıxır. Babək 
haqqında  onun  ilk  əsərləri  hələ  30-cu  illərin  əvvəllərində 
yazılıb.Həmin kitaba müəllifin əvvəllər yazdığı məqalələri daxildir. 
Bu kitab orta əsr mənbələrində xürrərnilər və Babək haqqında olan 
məlumatların məcmusundan ibarətdir. Müəllif özü də etiraf edir ki, 
kitabı  tərtib  etməkdə  məqsədi  "Babəkin  həyatına  dair  bizə  gəlib 
çatmış təfsilatları bir yerə toplamaq" (səh.7), olmuşdur. S.Nəfisinin 
əsəri böyük maraq doğurur, ona görə ki, burada çoxlu faktiki material 
toplanmış, həm də müxtəlif ilk mənbələrdən götürülən bu materiallar 
çox diqqətlə bir-biri ilə tutuşdurulmuşdur. 
Özündən əvvəlki bir sıra tədqiqatçılardan fərqli olaraq S.Nəfisi 
xürrəmilərin mübarizəsini dini bir hərəkat kimi deyil, xalqın azadlıq 
və istiqlaliyyət uğrunda mübarizəsi kimi qiymətləndirir. Lakin belə 
bir  faktı  da  qeyd  etməyə  bilmərik  ki,  İranın  digər  müasir  alimləri 
kimi, S.Nəfisi də paniranizmi təqdir edir. O, Babəki "İran torpağının 
ən  böyük  adamlarından  biri"  (səh.  3),  "İranı  ölməz  edən  milli 
qəhrəmanlarından biri" (səh. 7) adlandırır. S.Nəfisi belə hesab edir ki, 
Azərbaycanın  babəki-xürrəmilər  hərəkatı  milli  Azərbaycan 
xüsusiyyətlərindən xali olub, yalnız milli tran ruhu üçün xarakterikdir 
(səh. 24—25).^^^ 
Mənbələrdə  xürrərnilər  hərəkatının  vətəni  olaraq  bilavasitə 
Azərbaycan göstərildiyi halda, S.Nəfisi oxucuya belə bir fikir təlqin 
etməyə  çalışır  ki,  xürrərnilər  üsyanı  İranda,  İsfahanda  meydana 
gəlmiş  və  guya  bundan  yalnız  30  il  sonra  Azərbaycan  xürrəmiləri 
mübarizəyə qalxmışlar. Müəllifin qərəzkarlığı Azərbaycan tarixində 
baş  vermiş  böyük  bir  hərəkatı  onun  açıq-aşkar  iranlılaşdırmaq 
cəhdində özünü göstərir (səh. 28, 38-39). 
Bütövlükdə  S.Nəfisinin  əsəri,  onda  bir  sıra  nöqsan  və  yanlış 
cəhətlərin  olmasına,  nəzəri  ümumiləşdirmələrin  isə  yoxluğuna 
baxmayaraq, oxuculara  Azərbaycan xalqının  qəhrəman oğlu  Babək 
haqqında, onun 20 ildən artıq rəhbərlik etdiyi xür- rəmilər hərəkatı 
haqqında  orta  əsr  mənbələrindən  götürülüb  bir  yerə  toplanmış 
mühüm məlumat verir. 
38 


ilk mənbələrin köməyi ilə biz "Babək ö]kəsi"nin paytaxtı Bəzz 
qalasının  yerini  müəyyən  edə  bilmişik.  Bizim  bu  sahədəki 
nəticələrimizlə V.F.Minorski də razıdır. Bu əsərdə biz xürrə- nıilər 
üsyanının  meydana  gəlməsi,  inkişafı  və  dağıdılması  məsələlərini 
təfsilatı ilə araşdırmağa çalışmışıq. 
Babəklə Afşin arasındakı əlaqələrə dair materiallar da, şübhəsiz, 
maraq  doğurur.  Afşiniıı,  daha  sonrakı  dövrlərdə  isə  Usruşananın 
digər  nümayəndələrinin  Azərbaycandakı  fəaliyyəti  N.Nemətovun 
əsərində’®* təsvir olunur. 
Təqdim etdiyimiz bu əsərdə biz xürrəmilərin ərəb qoşunları ilə 
mübarizəsini imkan daxilində təfərrüatı ilə şərh edərək, Babəkin bir 
sərkərdə  kimi  rolunu,  onun  ən  mühüm  vuruşmalarının  gedişini  və 
nəhayət,  üsyanın  məğlub  olması  səbəblərini,  habelə  bu  üsyanın 
Xilafətdə baş verən sonrakı siyasi hadisələrə və xalq hərəkatlarına 
təsirini göstərmişik. 
Əsərdə  Azərbaycan  tarixində  görkəmli  rol  oynamış  bəzi 
hökmdarlar haqqında da məlumat verilir, Azərbaycanda ilk müstəqil 
sülalələr  olan  Məzyədi  —  Şirvanşahların  və  Sacilərin  fəaliyyəti 
işıqlandırılır. 
Əsərə  Babək  və  xürrəmilər  üsyanına  dair  ərəb  mənbələrində 
mövcud materialların tərcüməsi də əlavə edilmişdir. 
39 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə