Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə8/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   4   5   6   7   8   9   10   11   ...   107

inkişaf  dövrünü  tamamlayan  əl-Müqəddəsinin  əsəri  Azərbaycanın, 
həmçinin  Abbasilər  xilafətinin  tərkibinə  daxil  olan  bir  çox  başqa 
ölkələrin iqtisadi tarixinə dair qiymətli mənbədir. 
Azərbaycan  haqqında  məlumat  verən  orta  əsr  ərəb 
coğrafiyaşünaslarından biri də Əbu Bəkr Əhməd ibn Məhəmməd ibn 
İshaq  ibn  əl-Fəqih  əl-Həmədanidir  (902—903-cü  illərə  yaxın 
yazmışdır).^® Onun  "Kitəb əl-buldən" ("Ölkələr  haqqında kitab"), 
yaxud "Kitəb əxbar əl-buldən" ("Ölkələr haqqında hekayələr kitabı") 
adlı böyük coğrafi toplusunda nə coğrafiyaya, nə də ki, coğrafi adlara 
zərrə qədər də aidiyyəti olmayan, elmi tənqiddən tamam xali və bir 
araya sığmayan çoxlu sayda hekayətlər cəm edilmişdir. 
İbn  əl-Fəqihin  bir  növ  kompilyativ  coğrafi  müntəxəbat 
xarakterli  əsəri,  demək  olar  ki,  bütünlüklə  digər  yazılı  mənbələr 
(əl-Mədaini,  əl-Bəlazuri,  əl-Yəqubi,  İbn  Xordadbeh  və  başqaları) 
əsasında tərtib edilmişdir. Əl-Fəqihin verdiyi məlumatlar qismən də 
şifahi  rəvayətlərə  —  hədislərə,  əfsanələrə  və  i.a.  əsaslanır.  İbn 
Xordadbeh  kimi,  İbn  əl-Fəqih  də  Azərbaycanın  bəzi  şəhərlərinin 
coğrafi təsvirini verərkən Afşinin xürrəmi- lərlə etdiyi müharibələr 
zamanı gördüyü tikinti işlərindən də qısaca danışır. 
Xəlifə  Mütədidin  hakimiyyəti  dövründə  (892—902-ci  illər) 
yaşamış Əbu Əli Əhməd ibn Ömər ibn Rusta (IX əsrin sonu  — X 
əsrin  əvvəlləri)®”  böyük  ensiklopedik  bir  əsərin  müəllifidir:  bu 
əsərin  bizə  yalnız  yeddinci  hissəsi  olan  "Kitab  əl-əlak  ən-nəfisə" 
("Qiymətli  sərvətlər  kitabı")  gəlib  çatmışdır.  Əsərinin  coğrafiyaya 
aid  bölmələrində  İbn  Rusta  Məkkə  və  Mədinənin,  sonra  digər 
ölkələrin  —  əvvəlcə  "İslam  aləminin",  daha  sonra  isə  bütün  qalan 
yerlərin  təsvirini  verir.  İbn  Rustanın  əsəri  başdan-başa  yazılı 
mənbələrə  —  ərəb  səyyahlarının  və  öz  müasiri  olan  alimlərin 
əsərlərinə  əsaslanır.  Buna  görə  də  İbn  Rus-  tanın  Azərbaycan  və 
Arran haqqındakı məlumatları başqa mənbələrdən bizə məlum olan 
materialların təkrarından ibarətdir, odur ki, onun bütün yazdıqlarını 
kütləvi ədəbiyyat tipinə aid etmək olar. 
Arami  Əbü-l-Fərəc  Kudama  ibn  Cəfər  əl-Katib  əl-Bağdadi 
(922—948-ci illər arasında vəfat etmişdir)®' İbn əl-Furatın vəzirliyi 
dövründə  nəzarət  idarəsinə  rəhbərlik  etmiş  ("sahib  məclis 
əz-ziməm"), ömrünün sonlarında isə "sahib əl-bərid" — poçt müdiri 
olmuşdur.  Onun  "Kitəb  əl-xərac  və  sənət  əl-kitə-  bə"  ("Xərac  və 
katiblik  sənəti  haqqında  kitab")  əsərində  Xilafətin  bütün 
vilayətlərindən, o cümlədən də Azərbaycan və Ar- 
25 


randan gələn vergilər haqqında məlumat vardır. Bundan başqa həmin 
əsərdə  poçt  marşrutları  göstərilir,  poçt  xidmətinin  təşkili  haqqında 
məlumat  və  Azərbaycanın  iqtisadi  coğrEifiya-  sına  dair  materiallar 
verilir. 
Kudama  vergi  məsələlərinə  xüsusi  fikir  verərək,  Xilafətin 
ayrı-ayrı  vilayətlərində  vergilərin  bölüşdürülməsi  və  yığılması 
sistemini ətraflı təsvir edir, hər bir əyalətdən yığılan verginin dürüst 
məbləğini göstərir. 
"Kitəb  əl-xərac"  Xilafət  divanlarının  sənədlərinə  əsaslanır. 
Kudama  İbn  Xordadbehin  əsərindən  istifadə  etdiyi  materiala  xeyli 
əlavələr  etmişdir  ki,  bu  da  hər  iki  mənbədə  verilən  materialları 
tutuşdurmağa və bunlardakı rəqəmləri dəqiqləşdirməyə imkan verir. 
İbn Xordadbehin, əi-Yəqubinin, İbn əl-Fəqihin, İbn Rusta- nın 
və  Kudamanın  verdiyi  məlumatlar  bir  sıra  hallarda  digər 
mənbələrdəki  materialları  təkrar  etsə  də,  onları  tamamlayır,  ya  da 
əlavə  yeni  məlumatla  zənginləşdirir.  Lakin  bu  əsərlərdə-  ki  fikir 
ayrılığı  yalnız  yaşayış  məntəqələri  arasındakı  məsafələrin 
müəyyənləşdirilməsində,  habelə  dİgər  kiçik  təfərrüatlarda  nəzərə 
çarpır. 
Əbu Əli Əhməd ibn Məhəmməd ibn Miskəveyhin (1030-cu ildə 
vəfat  etmişdir)**"  "Kitəb  təcərib  əl-üməm"  (Xalqların  təcrübəsi 
haqqında  kitab")  adlı  çox  böyük  əsərində  biz  xürrəmilərin  üsyanı 
haqqındakı məlumatdan istifadə etmişik: bu məlumat da ət-Təbərinin 
əsəri  əsasında  tərtib  edilmiş  kompilyasiyadan  ibarətdir.  İbn 
Miskəveyhin  bu  orijinal  əsəri  Sacilərin  fəaliyyətindən  bəhs  edən 
hissələrinə  görə  300/912—13-cü  illərdən  sonrakı  dövrün  hadisələri 
üçün vacib bir mənbədir. Həmin hadisələr haqqındakı məlumatı İbn 
Miskəveyh  ət-Təbəridən  və  Arib-  dən  götürmüş  olsa  da,  özündən 
əvvəlki müəlliflərdə olmayan bir sıra maraqlı məlumat da verir. 
Cəmaləddin əl-Əzdinin Sacilər sülaləsinə həsr edilmiş "Vaxtilə 
mövcud olmuş dövlətlər haqqında məlumat" əsəri Sacilər dövlətinin 
siyasi tarixini işıqlandırmaqda müəyyən dərəcədə maraq doğurur. Bu 
əsərin  əlyazması  Britaniya  muzeyində  saxlanılır.®^  Əsərdə  Sacilər 
haqqında digər  mənbələrdəki  məlumatları  tamamlayan çox maraqlı 
material  verilsə  də,  hərçənd  vətən  tarixşünaslığında  bu  mənbədən 
istifadə edilməmişdir. 
Məşhur  ərəb  coğrafiyaçısı  və  səyyahı  Yaqut  İbn  Abdullah 
ər-Rumi  əl-Həməvinin  (1179—1229)  "Mucəm  əl-buldən" 
("Ölkələrin əlifba sırası ilə siyahısı") adlı çox böyük coğrafi lüğəti 
26 


Azərbaycan  və  Arranı  öyrənmək  üçün  son  dərəcə  mühüm  bir 
mənbədir.®^ 
"Mucəm  əl-buldən"  —  böyük  kompilyativ  bir  əsərdir.  Onun 
tərtibində  çoxu  bizə  gəlib  çatmayan  yüzdən  artıq  ilk  mənbədən 
istifadə  edilmişdir.  Azərbaycan  və  Arran  tarixinə  dair 
məlumatlarında  Yaqut  əl-İstəxri,  İbn  əl-Fəqih  və  bir  çox  başqa 
müəlliflərin əsərlərindən materiallar gətirir. O, demək olar, daim bu 
mənbələri  göstərir.  Digər  əsərlərdən  materiallar  seçərkən  Yaqut 
onları  öz  səyahətləri  zamanı  topladığı  məlumatla  tamamlayır.  Öz 
materialını  o,  müvafiq  ölkə,  vilayət,  şəhər  və  kəndlərin  adları  üzrə 
əlifba sırası ilə sistemə salmışdır. Yaqut lüğətinin xüsusiyyəti ondadır 
ki, o, müntəzəm olaraq coğrafi adların dürüst tələffüzünü müəyyən 
edir və toponimika üzrə düzgün nəticələr çıxarmağa imkan verir. 
Şəhər  və  yaşayış  məntəqələrini  təsvir  edərkən  Yaqut  bunların 
görməli  yerlərini  sadalamaqla  yanaşı,  həmin  yerlərin  məşhur 
şəxsiyyətləri haqqında bioqrafik məlumat da verir. 
Əbu  Yusif  Yəqub  əl-Kııfinin  (731—798)  müsəlman  hüququ 
üzrə "Kitab əl-xərac" ("Xərac haqqında kitab") əsəri Azərbaycanın və 
Xilafətin  digər  vilayətlərinin  tədqiq  etdiyimiz  dövrdəki  tarixini 
öyrənmək  üçün  xüsusilə  qiymətlidir.®®  Xəlifə  Harım  ər-Rəşidin 
hakimiyyəti  zamanı  (786—809)  Bağdadda  qazılıq  edən  Əbu  Yusif 
xəlifə üçün xərac və onun yığılması üsulları haqda, dövlət və xüsusi 
mülkiyyətdə olan torpaqlarda kəndlilərin feodal istismarının növləri 
və formaları və s. haqda çox mühüm və qiymətli məlumata malik bir 
əsər tərtib edir.®^ 
"Kitəb əl-xərac" elə bir mənbədir ki. Xilafətin VII—VIII əsrlər 
tarixini  tədqiq  edərkən  onsuz  keçinmək  qeyri-mümkündür.  Əbu 
Yusifin  əsərində  işğalçı  ərəblərin  vergilər  sistemində,  habelə, 
əhalidən  natural  vergi  yığarkən,  öz  mənafelərini  necə  qoruduqları 
barədə çoxlu məlumat verilir. 
Ərəblərin  Azərbaycandakı  inzibati  siyasət  məsələlərini  və 
idarəçilik sistemini tədqiq edərkən biz İbn Xəldunun "Kitəb əl-ibar 
və  divan  əl-mübtədə"  əsərində  bir  sıra  qiymətli  materiallara  rast 
gəldik.  Ərəblərin  vergi  siyasəti  və  torpaq  münasibətlərinə  aid 
məlumatlar  Məkrizinin  "əl-Məvaid  və-l-itibar  bi  zikr  əl-xitab 
və-l-əsər",  əl-Kəlkəşəndinin  "Sübh  əl-əşa  fi  sinaat  al-inşa", 
ət-Tənuhinin "əl-Fərəc bəd əş-şiddə" və "Kitəb nişvar əl-mühadəra", 
əs-Samaninin 
"Kitəb 
əl-ənsəb", 
İbn 
əl-Cauzinin 
"Kitəb 
əl-müntəzəm",  əl-Mavərdinin  "əl-Əhkam  əs-sultaniy-  yə", 
əl-Cəhşiyarinin  "Kitab  əl-vüzara  və-l-küttəb"  və  s.  əsərlərdə 
vardır.®® 
27 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə