Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə5/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   2   3   4   5   6   7   8   9   ...   107

qiqatçılar "Tarix" materialını paralel gürcü və erməni dilli mənbələrlə 
müqayisə  etmək  yolu  ilə  belə  nəticəyə  gəlmişlər  ki,  "Tarix" 
Azərbaycan  tarixinə  dair  mühüm  bir  mənbədir,  əsərdə  şərh  edilən 
hadisələr də tamamilə səhih və mötəbərdir. 
Bizim tədqiqatımız üçün "Tarix"in ikinci və üçüncü hissələ- ri 
maraqlıdır. 
Burada 
M.Kaqankatvatsi 
VII—IX 
əsrlərdə 
Azərbaycanın iqtisadi və siyasi vəziyyəti haqqında zəngin material 
verir, ikinci hissədə Mehranilər hakim sülalənin Arranda meydana 
gəlməsi, knyaz Cavanşirin fəaliyyətini əks etdirən VII əsr hadisələri 
haqqında  qiymətli  məlumat  vardır.  "Tarix  'in  23  fəsildən  ibarət 
üçüncü  hissəsi  alban  və  qriqoryan  kilsələrinin  qarşılıqlı 
münasibətlərinə  həsr  olunub;  burada  həmin  kilsələrin  əsrlərlə 
apardığı mübarizəni əks etdirən alban kilsə yığıncaqlarının qanun və 
qərarlarına dair material verilir. 
"Tarix"in rusca tərcüməsinə daxil olmayıb bir çox tədqiqatçılar 
üçün  naməlum  olan  bir  parça  xüsusilə  maraqlıdır.  Hələ 
T.İ.Ter-Qriqoryan  yazmışdır  ki,  "Tarix"in  nəşr  olunan  mətnlərinə 
çatışmayan  vərəqlərin  daxil  edilməsi  Dasxurantsi-  nin 
xronologiyasındakı  bu  vaxtadək  izah  edilməyib  qalmış  uy- 
ğunsuzluqları aradan qaldırardı.®® Ç.Dovsett də bu cəhətə diqqət 
yetirmiş  və  haqlı  olaraq  göstərmişdir  ki,  "çatışmayan  bu  parçanın 
əhəmiyyətini  bütün  alimlər  etiraf  etməlidirlər".®®  Həmin 
buraxılmış  parçada  bu  vaxtadək  mənşəyi  aydın  olmayan  alban 
knyazı  Səhl  ibn  Sunbatın  genealogiyası  verilir;  Babəkin  ərəb  və 
Bizans  mənbələrində  göstərilən  əsiralınma  tarixi  də  təsdiq  edilir. 
Beyləqanlılara  (pavlikianlar)  aid  olan  materiallar  bizi  pavlikianlar 
hərəkatı  məsələsini,  habelə  Arranda  hakimiyyəti  ələ  keçirməzdən 
qabaq knyaz Yesai Əbu Musanın mübarizə etdiyi üsyan və basqınlar 
məsələsini yenidən nəzərdən keçirməyə vadar edir.®^ 
Qeyd  etmək  lazımdır  ki,  Ç.Dovsett  tərəfindən  nəşr  edilmiş 
"Tarix"  K.Patkanovun  nəşrindən  əsaslı  surətdə  fərqlənir. 
K.Patkanov  əsərin  İ.Şaxatuniyə  məxsus  təkcə  bir  əlyazma 
surətindən  çıxarılmış  üzdən  istifadə  edərək  "Tarix"i  rus  dilinə 
tərcümə  etmişdir.  Ç.Dovsett  isə  "Tarix"i  ingilis  dilinə  tərcümə 
edərkən  dünyanın  müxtəlif  böyük  kitab  yerlərində  və  şəxsi 
kitabxanalarda  saxlanılan,  demək  olar,  bütün  əlyazmalarını  (40-a 
yaxın), həmçinin nəşr olunmuş mətnləri bir-biri ilə müqayisə edib. 
Buna  görə  də  "Tarix"in  tənqidi  mətninin  rus  dilinə  tərcüməsi  çap 
olunana qədər tədqiqat üçün Ç.Dovsettin nəşrindən istifadə etmək 
daha yaxşıdır. 
Tədqiqatımızda istifadə etdiyimiz eyni dərəcədə mühüm 
16 


mənbələrdən  biri  də  Sebeosun  "imperator  İrakhn  tarixi"dir.^® 
Sebeos şərhinin əsasını canlı şahidlərin rəvayət etdikləri ərəb istilaları 
təşkil edir; Sebeos VII əsrin birinci  yarısında baş vermiş hadisələri 
təsvir  edərək  yazır:  "Bütün  bunları  biz  taciklə-  rin  (ərəblərin)  əsir 
apardıqları  adamlardan  eşitmişik.  Bunların  hamısını  bizə  bir  şahid 
kimi onların özləri danışmışlar"®®. 
Öz  əsərində  Sebeos  Sasanilər  tarixinin  qısa  xülasəsini  verir. 
Sebeos  imperator  Iraklın  Azərbaycan  ərazisinə  hərbi  səfərlərinə 
xüsusi diqqət yetirmiş, ərəblər tərəfindən istila olunmuş Zaqafqaziya 
ölkələrində  islamın  yayılması  məsələsinə  də  böyük  yer  ayırmışdır, 
Sebeos  öz  "Tarixi"ni  eramızın  661-ci  ili  ilə,  xəlifə  Müaviyənin 
hakimiyyət başına gəlməsi ilə əlaqədar hadisələrin təsviri ilə bitirir. 
Gevondun "Xəlifələr tarixi"^® əsəri də bizim tədqiqatımız üçün 
çox  faydalı  olmuşdur.  Əsər  müəllifin  özünün  bilavasitə  şahidi  və 
müasiri  olduğu  VIII  əsrin  son  rübündəki  hadisələrin  şərhi  ilə  bitir. 
Gevondun  bütün  "Tarix"i  təxminən  127  il  ərzində:  Müaviyənin 
xəlifəliyə başlamasından (661-ci il) katoli- kos Stepannosun seçildiyi 
ilədək  (788-ci  il)  olan  dövrdə  Zaqafqaziyada  baş  vermiş  hadisələri 
əhatə  edir.  Bu  əsərində  Gevond  ərəblərin  guya  yalnız  talançılıq  və 
islamı  yaymaq  məqsədilə  Azərbaycan  və  Ermənistana  etdikləri  ilk 
hücumlarından danışır; daha sonra ərəblərin albanları, erməniləri və 
Qafqazın  digər  xalqlarını  özlərinə  tabe  etmələrindən,  onların 
ermənilər,  yunanlar  və  xəzərlərlə  apardıqları  müharibələrdən  bəhs 
edir.  "Tarix"in  bu  hissəsində  Gevondun  verdiyi  məlumat  xüsusi 
maraq doğurur, çünki burada o, xəzərlər haqqında başqa mənbələrdən 
məlum olmayan bəzi tarixi təfsilatları bizə çatdırır.'*^ 
Gevond öz "Tarixi"ndə Zaqafqaziya xalqları barəsində ərəblərin 
yeritdikləri  siyasəti  işıqlandırır,  öz  ağalıqlarını  möhkəmləndirmək 
üçün  ərəblərin  dağılmış  şəhərləri  bərpa  etmələrindən,  yeni  qala 
divarları  tikmələrindən,  dayaq  məntəqələri  yaratmalarından,  yeni 
şəhərlər salmalarından, ərəblər zamanı ticarətin tərəqqisindən danışır. 
Gevondun "Tarix"i VII—VIII əsrlərdə Zaqafqaziya, Bizans və Xəzər 
xaqanlığının iqtisadi vəziyyətini öyrənənlər üçün də maraqlıdır. 
Bu  "Tarix"də  bütün  hadisələr  xəlifə  Əbu  Bəkr,  Ömər  və 
Osmanın  fəaliyyəti  ilə  əlaqədar  şərh  olunur.  Azərbaycandakı  tarixi 
hadisələri işıqlandırmaq Gevondun başlıca vəzifəsi olmasa da, amma 
bununla belə Gevond həmin ''“'^isələrdən yan 
17 


Katolikos  VI  tohan  Drasxanakertlinin  (897—925)  "Ermənistan 
tarixi" ndə Ermənistanda Sacilər sülaləsi nümayəndələrinin fəaliyyəti 
haqda olduqca geniş məlumat vardır. Təsvir etdiyi demək olar bütün 
hadisələrin iştirakçısı olan katolikos VI İohan Sacilərin Ermənistana 
yürüşlərindən, yerli hakimlərlə, xüsusilə də Baqratiləriə onların siyasi 
əlaqələrindən ətraflı danışır.^^ 
X əsr müəllifi Foma Artsruninin "Artsruni xanədanının tarixi"^^ 
əsərində bizi onun 10-cu: "Sanarlar arasında baş verənlər haqqında" 
fəsli maraqlandırır. 
Sanar  tayfaları  hələ  IX  əsrdə  Arranın  şimal  hissəsində  qəbilə 
icmaları  şəklində  yaşayaraq  heç  bir  yadelli  hakimiyyət  tanımır, 
Buğanın komandanlığı altında olan ərəb qoşunlarına qarşı mərdliklə 
vuruşurdular. Adı çəkilən fəsildə Beyləqan hakimi knyaz Yesai Əbu 
Musa  ilə  xilafətdən  ayrılmış  Azərbaycan  və  Gürcüstanı  itaət  altına 
almağa  səy  edən  Buğa  arasında  baş  vermiş  saysız-hesabsız 
vuruşmalar təsvir olunur. 
Sacilər  dövlətinin  tarixini,  onların  Ermənistanda  yeritdikləri 
siyasəti öyrənmək üçün Stepannos Taronskinin (Asogi- kin) "Ümumi 
tarix"'*'* əsərinin üçüncü hissəsində verilən məlumat maraqlıdır. Bu 
əsərdə Baqratilər xanədanının 885-ci ildən 1004-cü ilədək 119 illik 
tarixi, daha doğrusu, bu sülalənin yeddi nümayəndəsinin hakimiyyət 
dövrü  təsvir  olunur.  Yusif  ibn  Əbu-s-Sacın  Ermənistan  yürüşləri, 
onun  Ermənistan,  Gürcüstan  və  Arran  ərazilərindəki  müxtəlif 
sülalələrlə mübarizəsi olduqca aydın şərh edilir. 
Göstərilən  mənbələrdən  əlavə,  Babəkin  rəhbərliyi  İlə 
Azərbaycan  xürrəmilərinin  üsyanına  aid  məsələlərin,  habelə  Şimali 
Azərbaycana dair bəzi sosial-iqtisadi məlumatın tədqiqində Vardanın 
"Ümumi tarix "in dən**®, Stepannos Orbelianın çox qiymətli "Sünik 
tarixi"nin'*®  14  fəslindən  və  Mxitar  Ayrivant-  sinin  "Xronoqrafik 
tarix"'**’ əsərindən istifadə edilmişdir. Bu əsərlərdə ermənidilli digər 
mənbələri tamamlayan məlumat və tarixlər vardır. 
Bizim tədqiqatımızda gürcü mənbələri xüsusi yer tutur. Bunların 
içərisində  başlıca  yer  "Kartlis  Tsxovreba"*®  salnamə  toplusuna 
məxsusdur: salnamədə Məzyədi-Şeybanilər sülalə nümayəndələrinin 
fəaliyyətinə,  sanarların  ərəblərə  müqavimət  göstərmələrinə, 
xəzərlərin  Azərbaycan  və  Zaqafqaziyaya  soxulmalarına  və  i.a.  dair 
çoxlu qiymətli məlumatlar vardır. 
Azərbaycan tarixinə aid məlumatlarına görə gürcü agioq- rafik 
abidələri də az əhəmiyyət kəsb etmir; bu abidələrdə böyük miqdarda 
olduqca maraqlı məlumatlar var.'*® 
18 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə