Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə3/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   2   3   4   5   6   7   8   9   ...   107

Oxucuya təqdim olunan bu kitab azərbaycanca yeganə nüsxədən 
çap olunur. 
Oxuculara bildirmək istəyirəm ki, 1965-ci ildə rusca çap olunan 
mətnlə  bu  kitabın  məzmunu,  demək  olar  ki,  eynidir.  Yalnız  kitaba 
Xürrənıilər  hərəkatının  rəhbəri  Babək  haqqında  əldə  edilmiş  yeni 
məlumat əlavə edilmişdir. 
Əlbəttə,  kitab  tarixi  mənbələrdən  əldə  edilmiş  bır  çox  yeni 
məlumatlarla zənginləşdirilə bilərdi. 
Amma  mən,  bir  müəllif  kimi,  illər  boyu  kitabın  çapını 
gözləməkdən,  demək  olar  ki,  yorulmuşdum.  Kitabın  Azərbaycan 
dilində oxuculara çatacağına inanmırdım və ümidimi də kəsmişdim. 
Azərbaycanın  tarixində  çoxlu  açılmamış  səhifələr  var.  Bu 
səhifələrin  açılmasını  geniş  oxucu  kütləsi,  xüsusən  də  gənclərimiz 
getdikcə daha böyük inamla tələb edir. Bu da haqlı tələbdir. Və zənn 
edirəm ki, bu kitab oxucuların tələbatını, qismən də olsa, ödəyə bilər. 
Xalqımız  səbirsizliklə  çoxcildli  Azərbaycan  tarixini  gözləyir. 
Əmin  edə  bilərəm  ki,  yaxın  bir-ikİ  il  ərzində  heç  bir  maneəyə 
baxmayaraq  tariximiz  yazılacaq  və  oxuculara  təqdim  olunacaqdır. 
Buna  görə  də  "Azerbaycan  VII—IX  əsrlərdə”  kitabının  nəşrinə 
1965-ci  ildə  çap  olunmuş  mətninə  heç  bir  əlavə  etmədən  razılıq 
verdim. 
Ziya BÜNYADOV 
Bakı, 1989 cu il 
10 


I   F Ə S t L  
MƏNBƏLƏRİN VƏ İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYATIN 
XÜLASƏSİ 
VII əsrin birinci yarısının sonlarında qüdrətli Sasani imperiyası 
yenicə meydana  gəlmiş Ərəb xilafəti qoşunlarının zərbələri  altında 
süqut  edir.  Bu  imperiyanın  tərkibinə  daxil  olan  bütün  Ölkə  və 
vilayətlər  Atlantik  okeanı  sahillərindən  tutmuş  Hindistan  və  Çinə 
qədər uzanıb gedən yeni nəhəng dövlətin bir parçası olur. 
Azərbaycan  Xilafət  tərəfindən  işğal  olunaraq  iki  əyalət  — 
Azərbaycan və Arran əyalətləri şəklində onun tərkibinə daxil edilir. 
Buna 
görə 
də 
Azərbaycan 
ərəb 
salnaməçiləri 
və 
coğrafiyaşünaslarının diqqətini cəlb etmişdir. Azərbaycanın VII—IX 
əsrlər tarixinə dair materialların çoxu məhz onların əsərlərindədir. 
Bundan  əlavə,  gürcü  və  Bizans  müəlliflərinin,  habelə  erməni 
dilində  yazan  müəlliflərin  əsərləri  də  Azərbaycan  tarixinin 
mənbələrindəndir. Biz həmin əsərlərdəki materialları tənqidi surətdə 
müqayisə  etdikdən  sonra  Azərbaycanın  tarixinə,  iqtisadiyyatına, 
siyasi  vəziyyətinə,  həmçinin  sosial-iqtisadi  həyatının  digər 
sahələrinə dair çox az məlumat əldə edə bildik. 
Azərbaycanın  VII—IX  əsrlərdəki  vəziyyəti  haqqında  fikir 
yeritməyə  imkan  verən  yeganə  yerli  mənbə  Moisey  Kaqankat- 
vatsinin (Dasxurantsi)^ "Ağvan tarixi" əsəridir. 
"Ağvan tarixi" əsərinin  adına ilk dəfə Ermənistan katoli- kosu 
Ananiya Mokatsinin (943—967) Xaçenə gəlməsi ilə əlaqədar olaraq 
təsadüf  edilir.  Katolikos  Xaçenə  958-ci  ildən  az  sonra  Hagiq 
Albaniya katolikosu olarkən (948—962) gəlmiş- 
11 


di.^ Hagiq xəbər verir ki, "elə lap əvvəldən olduğu və "Ağvan tarixi" 
ndə  yazıldığı  kimi  ("orpes  ev  er  i  skzbane  leal  ev  karqe-  al  i 
patmut’ean  Aquanits"),  o,  müqəddəs  Qriqori  adından  Albaniya 
katolikosu  müəyyən  olunmuşdur.  Hagiq  Albaniyanın  xristianlığı 
Ermənistandan  qabaq  qəbul  etməsi  barədə  eşitdiyinə  görə  bu  tarix 
kitabına müraciət etməyi təklif etdikdə, Ermənistan katolikosu buna 
icazə vermir. Ananiya deyir ki, bu kitab səhih deyil, çünki "Albaniya 
—  arxiyepiskopluq,  Ermənistan  isə  —  katolikosluqdur".  "Tarix" 
təsadüfən erməni katolikosunun əlinə düşür və o tələb edir ki, orada 
"[albanların] xristianlığa qəbul olunması haqda bizə lazım olan (yəni 
bizə  əlverişli  olan),  bizim  görmək  arzusunda  olduğumuz  məlumatı 
(zor  sireak’  orum  ev  üanqordn  eak,  tesııt’ean)"  tapsınlar.  Sonra 
Ananiya  bu  tarixdən  aşağıdakı  parçanı  oxuyur:  "Barto-  lomey  və 
Faddey  apostollarından  266  il  sonra,  Ermənistan  padşahı  Trdatın 
17-ci ilində və Albaniya padşahı Urnayrın [hakimiyyəti  günlərində] 
Surean  Paxlav  Arşakuni  nəslindən  olan  Ermənistan  maarifçisi, 
müqəddəs Qriqori həmin apostol- larm xeyir-duası ilə taxta çıxarıldı; 
Ermənistan  və  Albaniya  padşahları  Trdat  və  Urnayr  isə  bu  zaman 
hələ də bütpərəstlikdə qalmaqda davam edirdilər".® 
Bildiyimiz kimi, bu, "Ağvan tarixi"ndə yoxdur. 
Stepannos  Orbelian  həmin  hadisələri  təsvir  edərək  deyir  ki, 
Ananiyanın məsləhəti ilə "Ağvan tarixi"nə "çox böyük ustalıqla əİavə 
edilir ki, Albaniyada ilk yepiskop Albaniya padşahı Urnayrın xahişi 
ilə  Ermənistan  maarifçisi  müqəddəs  Qriqori  tərəfindən  bu  rütbəyə 
təyin  olunmuşdur;  bir  də  ki,  onlar  [albanlar]  440  il  ərzində  erməni 
taxt-tacının müti benefisiyaları vəziyyətində qalmışlar; və həm də ki
Albaniya  katolikosları  bu  dini  rütbəni  ermənilərin  əlindən  alırdılar, 
çünki bu erməni [arxiyepiskopları] — patriarxlar, onlar [albanlar] isə 
—  arxiyepiskoplar  idilər;  bu  vəziyyət  Ermənistanın  25  katoiikosıı- 
nun  hakimiyyəti  ərzində,  ta  baş  yepiskop  Avraamadək  [davam 
etmişdir]".' 
Bu parça (əlavə izahatla birlikdə) "Ağvan tarixi"ndə (I, 9 və II, 
48)  verilmişdir,  lakin  bütün  bunlar  "Ağvan  tarixi"nə  əlavə  edilmiş 
uydurma və qondarmadan başqa bir şey deyildir. Ananiya "Tarix"in 
mətnində  (II,  47)®  oxumamışdı  ki,  "Albaniya  taxt-tacı  ermənilərin 
kindən  qabaq  təsis  edilmiş  və  bizimlə  [ermənilərlə]  həmfikir 
olmuşdur". 
Sonralar  "Ağvan  tarixi"nin  adı  Uxtanesin  X  əsrin  sonlarında 
tərtib etdiyi "Gürcülərlə ermənilər arasında küsə əlaqə- 
12 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə