Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə4/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   2   3   4   5   6   7   8   9   ...   107

lərinin kəsilməsi tarixi"® əsərində çəkilir.  Əsərin mətnlərində tam 
uyğunluqlar var. Uxtanes 60-cı fəsildə yazır ki, öz mətnini 
0
, "başqa 
bir  tarixdən  (yayime  patmuteno)"  götürmüşdür,  həm  də  Uxtanesin 
mətni "Ağvan tarixi"nin 47-ci fəslinin II hissəsi ilə^ eynən düz gəlir; 
amma  "Ağvan  tarixi"ndə  Avraamın  məktubunun  təkcə  şərhi 
verildiyi halda, Uxtanes həmin məktubu daha tam şəkildə sitat gətirir 
[70-ci fəsil].® Bu da yalnız onu göstərir ki, Uxtanes eyni mənbədən 
daha kamil istifadə etmişdir. 
Uxtanesin  65-ci  fəsildə®  qeyd  etdiyi  bəzi  təfərrüatlar  "Ağvan 
tarixi"ndən  "i  patmutene  ivreants  (daha  düzü:  aqua-  nits)",  yaxud 
"alban  tarixçilərindən  (patmaqratsn  aqua-  nits)"’®  götürülmüşdür. 
Çox  güman  ki,  bu  təfərrüat  "Ağvan  tarixi"nin  II  hissəsinin  48-ci 
fəslindən deyil, I hissəsinin 6-cı fəslindən götürülüb. Yenə də aydın 
olur  ki,  Uxtanes  də,  Moisey  Kaqankatvatsi  də  eyni  mənbədən 
istifadə etmişlər. 
XIII əsr müəllifi Stepannos Orbelianın öz əsərinin 25 və 26-cı 
fəsillərində  "Ağvan  tarixi"ndən  danışması  həmin  tarixin  müvafiq 
yerlərinin birbaşa öz əsərinə köçürməsindən xəbər verir; 25-ci fəsli 
isə tamamilə "Ağvan tarixi"nin "orta (ikinci) hissəsini" xatırladır"." 
"Ağvan  tarixi"nin  tərtib  edilmə  vaxtını  təxmini  göstərən  ilk 
tarixçi Mxitar Anetsi^“ olmuşdur. O, "Ağ\’an tarixi"nin Se- beosla 
(VII  əsr)  Gevond  (VIII  əsr)  arasında  yazıldığını  qeyd  edir.  Lakin 
Şapux  Baqratunidən  başlayaraq  həmin  tarixin  Sebeosdan  qabaq 
olduğunu göstərirlər. Amma öz məzmununa görə, "Ağvan tarixi"nin 
orta əsr mənbələri sırasında yeri başqadır. 
"Ağvan tarixi"nin müəllifliyi, bir qayda olaraq, iki Moi- seyə — 
Moisey Kaqankatvatsi və Moisey Dasxurantsiyə isnad edilir. Lakin 
bu  məsələ  indiyədək  həll  edilməmiş  qalıb;  çünki  həmin  "Tarix"in 
müəllifinin,  yaxud  müəlliflərinin  adı  barəsində  bizə  bircə  söz  də 
olsun  gəlib  çatmayıb,  bu  haqda  mülahizələr  isə  son  dərəcə 
ziddiyyətlidir.  Bütün  mülahizələr  əsas  etibarilə  salnamənin  öz 
mətninə  əsaslanır;  orada  deyilir:  "Kaqan-  kaytuk  kəndi  həmin  Uti 
vilayətindədir  ki,  mən  özüm  də  oradanam".^®  A.Y.Manandyan 
hesab edir ki, müəllifin "Kaqankatvatsi" təxəllüsü salnamə mətninin 
yanlış  şərhi  nəticəsində  aldadılmış  sonrakı  müəlliflərin 
uydurmasıdır, odur ki, A.Y.Manandyan müəllifi "Utili Moisey" deyə 
adlandırır." Bu ənənəyə riayət edən M.Abeqyan belə güman edir ki, 
salnamənin  müəllifi  "özünün  yazdığı  kimi,  əslən  Uti  vilayətindəki 
Kaqankaytuk kəndindən olan’"® Moisey idi. 
13 


Kaqankatvatsinin  (Ağvanits)  "Tarix"in  müəllifi  olması  haqda 
söz açan ilk şəxs Mxitar Ayrivantsi^® olmuşdur. Lakin həm Mxitar, 
həm də ondan sonra gələn müəlliflər Kaqankat- vatsini "Tarix"in hər 
üç hissəsinin müəllifi hesab edirlər. K.Patkanov da bu cəhətə diqqət 
yetirir və yazır ki, "əgər erməni müəlliflərindən biri "Alban tarixi"nin 
iki kitabdan ibarət olduğunu demiş olsaydı, mən onun müəllifinin VII 
əsr tarixçisi olduğunu qəbul edərdim, çünki "Tarix"in üçüncü hissəsi, 
şübhəsiz, X əsrin əsəridir".'^ 
Salnamədə şərh edilən VII əsrə aid hadisələr bunların şahidi olan 
bir  şəxsin  dilindən  nəql  edilir;  bu  da  Matenadaranın  667  (1855) 
nömrəli əlyazmasının sonundakı əlavədən aydın  görünür: "Bu tarix 
erməni təqviminin 74-cü ilində (eramızın 625-ci ili) vardapet Moisey 
Kaqankatvatsi tərəfindən yazılmış "Ağvan tarixi" adlanan surətindən 
köçürülmüşdür".’®  Lakin  bu  əlavəyə  baxmayaraq,  Z.l.Yampolski 
haqlı  olaraq  göstərir  ki,  həmin  qeyd  "Moisey  Kaqankatvatsi  adının 
səhih  məlum  olduğu"  haqda  mövcud  şübhəni  heç  də  əsla  aradan 
qaldırmır.’® 
"Tarix"in ən qədim əlyazması 1279-cu ilə aiddir.^® Buna görə 
də  onun  müəllifinin  —  VII  əsr  hadisələrinin  şahidi  olan  Moisey 
Kaqankatvatsinin  adının  həqiqiliyi  yalnız  Mxitar  Ay-  rivantsinin 
şəhadətinə əsaslanır. Həmin adamın əsl adı isə bizə məlum deyildir. 
"Tarix"in ikinci müəllifi — Moisey Kaqankatvatsinin davamçısı da 
eynən  Moisey  adı  ilə  göstərilir.  Mxitar  Qoşun  (Kirakos 
Qandzakestinin  müəllimi)  şagirdi  vardapet  Vanakan  bu  ikinci 
Moiseyin  təxəllüsü  məsələsini  aydınlaşdırır.  O,  "Ağvan  tarixçisi 
kimdir?"  —  sualına  özü  də  cavab  verir:  "Moiseydir,  kəndi  də 
Dasxurendir (Moisey ev qeljn Dasxu- ren) 
Beləliklə, iki Moiseyin  mövcudluğu təsdiq olunur. Mxitar  Qoş 
deyir  ki,  "Tarix"in  müəllifi  Moisey  Dasxurantsi  olub:  o,  "alban 
sülaləsi haqqında mükəmmdi (kursiv bizimdir — Z.B.) hesabat tərtib 
etmişdi".Kirakos  Qandzaketsi  Moisey  Kaqan-  katvatsini  X  əsrin 
müəllifi  hesab  edir.^®  Görünür,  son  məlumat  əsasında  N.Akinyan 
belə  nəticəyə  gəlmişdir  ki,  "Tarix"in  müəllifi  yalnız  bir  Moisey 
olmuşdur. Lakin hansı Moisey? O yazır ki, "XII və XIII əsrlərdə tarix 
oxucuları  bu  naməlum  müəllifin  kim  olduğunu  bilmək 
istədikdə,şübhəsiz,  belə nəticəyə  gəlirdilər ki,  alban  tarixçisi  yalnız 
Albaniya katolikosu- dur. Əgər belədirsə, onda həmin tarixçi sonuncu 
katolikos  "Moisey"  ola  bilər"  ("Tarix"in  sonuna  bax).^^  Ç.Dovsett 
belə hesab edir kİ, "Kaqankatvatsi təxəllüsü Kaqankaytukdakı 
14 


Moisey monastırının adı ilə, Dasxurantsi isə onun doğma kən- diilə 
bağlıdır. Beləliklə, biz belə deyə bilərik ki, Moisey Kaqan- katvatsi 
və  Moisey  Dasxurantsi  eyni  bir  adamdır".^^  Lakin  sonralar 
Ç.Dovsett Dasxurantsi təxəllüsünə üstünlük verir. 
T.İ.Ter-Qriqoryan  bu  fikirdədir  ki,  "Tarix"in  iki  müəllifi  var: 
biri, VII əsrə qədər baş vermiş hadisələri təsvir edən, daha doğrusu, 
"Tarix"in birinci iki hissəsinin müəllifi olan Moisey Kaqankatvatsi, 
biri də ona üçüncü hissəni əlavə edən Moisey Dasxurantsi".^^ 
Z.İ.Yampolski əsər müəllifinin N.Akinyan və Ç.Dovsettin hesab 
etdikləri 
kimi 
eyni 
bir 
şəxsdən 
— 
Moiseydən 
(Kaqankatvatsi—Dasxurantsid ən) və ya iki Moiseydən ibarət olması 
haqda  mövcud  fikirləri  qeyd  edərək  söyləyir  ki,  gətirilən  dəlillər 
həqiqətdən uzaqdır, çünki bu vaxtadək "Tarix" tədqiqatçılarından heç 
biri əsər müəlliflərinin adlarını daha aydın göstərən başlanğıca yaxşı 
diqqət yetirməyib.^® Z.İ.Yampolski ”Ta- rix"in o hissəsinə istinad 
edir ki, həmin hissədə VII əsrə aid məlumatlar və hadisələrin şahidi 
olan adamın belə bir qeydi vardır. "Bu sözləri yazan mən, Adrian siz 
oxuculardan xahiş edirəm ki, mən həqiri xatırlayıb yad edəsiniz".^® 
Z.İ.Yampols- kinin fikrincə, yazının üzünü köçürən adam Adrianın 
sözlərini  "Tarix"in  ilk  fəsillərindən  birinə  heç  cür  artıra  bilməzdi; 
odur ki, Adrian "Tarix”in ən mötəbər müəlliflərindən biridir.®® Öz 
nəticəsini  əsaslandırmaq  üçün  Z.İ.Yampolski  Adria-  nın  özü 
haqqında  danışdığı  hissədən  artıq  yuxarıda  qeyd  edilmiş: 
"Kaqankaytuk kəndi elə həmin Uti vilayətindədir ki, mən özüm də 
oradanam  (i  nmin  yUti  qavari  yorme  ev  es)"  və  sonra  da  "bizim 
Albaniya ölkəsində".®^ — ifadələrini gətirir. 
Zənnimizcə,  Z.İ.Yampolskinin  gəldiyi  nəticələrinin  əlavə 
sübutlara  ehtiyacı  vardır,  çünki  "bu  sözləri  yazan  Adrian"  yalnız 
əsərin üzünü köçürən olub. Surətçıxaranın öz adını əlyazmaya əlavə 
etməsi adi bir haldır və əlbəttə, buradan belə nəticə çıxarmaq olmaz 
ki, o, mütləq müəllif olmalıdır. Bizə belə gəlir ki, "Tarix"in müəllifi 
məsələsində  T.İ.Ter-Qriqoryanın  çıxardığı  nəticələrlə  razılaşmaq, 
başqa  sözlə,  "Tarix"in  iki  müəllifinin  —  Moisey  Kaqankatvatsi  və 
Moisey Dasxurantsi olduğunu etiraf etmək lazımdır. 
Bəzi  tənqidçilər  "Tarix"  müəlliflərinin  əməyini  lazımınca 
qiymətləndirməyərək,  belə  hesab  etmiş  və  edirlər  ki,  həmin  əsər 
erməni  dilində  olan  müxtəlif  mənbələrdən  götürülmüş  uydurma 
məlumat və materiallar məcmusundan ibarətdir. Lakin N.Y.Marr,®® 
K.Patkanov,®® K.Şahnazaryan®'* və digər təd 
15 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə