Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə20/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   16   17   18   19   20   21   22   23   ...   107

cəhətini  belə  bir  əmr  təşkil  edirdi  ki,  kilsə  işləri  ancaq  keşişlər 
tərəfindən idarə olunmalıdır, ruhani olmayanların və hərbi adamların 
kilsə  üzərində  heç  bir  hüququ  yoxdur  və  camaatdan  onların  zor 
gücünə nəzir almağa ixtiyarı çatmır.'®® 
Arran  kilsəsi  çox  tezliklə  o  qədər  güclənib  müstəqilləşir  ki, 
lıökmdarlara  —  knyaz  və  feodallara  sərəncamlar  verməyə,  torpaq 
satılarkən, yaxud varislərə vəsiyyət edilərkən, "hansı torpağın hansı 
kilsəyə məxsus olduğu"'®® barədə göstərişlər verməyə başlayır, yəni 
feodal istəsə də, istəməsə də, torpağın bir hissəsini kilsəyə ayırmalı 
idi, əks təqdirdə o n u n  kilsə lənətinə tutulmaq qorxusu vardı. 
Katolikos  və  ruhanilər  başa  düşürdülər  ki,  kilsənin  n ü f u zu, 
onun gücü torpaq m ü l k ü n ü n  böyüklüyündən asılıdır, buna görə də 
onlar heç nədən çəkinməyərək öz mülklərini genişləndirmək naminə 
hətta  ən  kiçicik  fürsəti  belə  əldən  qaçır-  mamağa  çalışırdılar. 
Məsələn,  Arranın  knyazlar  knyazı  Va-  raz-Trdat  tərəfindən  Pusan 
Vex adlı bir süvariyə bağışlanan kiçik bir kəndin varislik məsələsinə 
baxılarkən, kilsə işə qarışmış və Pusan Vexi mənəvi pozğunluqda və 
yalançılıqda ittiham edərək "sübut etmişdi" ki, Varaz-Trdat bu balaca 
kəndi  "öz  r u h u n u n   nicatı  üçün  müqəddəs  xaça"  hədiyyə  olaraq 
vəsiyyət etmişdir.'®' 
Bütün  Arran  yepiskopluqlara  bölünmüşdü.  Ruhanilər  silki 
sıralarına yepiskoplardan başqa, ilahiyyatçı alimlər, keşişlər, dyakon 
və  rahiblər  də  daxil  idi.  Onlar  katolikosun  ətrafını  təşkil  edirdilər. 
Yepiskoplar  əsl  ruhani  knyazlar  olub  böyük  qüvvəyə  malik  idilər. 
Əgər onlardan kimsə hər hansı bidətçİ bir təriqətə tərəfdar olub, ya da 
başqa bir səbəbə görə katolikosun itaətindən çıxardısa, katolikos onu 
öz rəhbərliyi altında saxlamaq üçün zora əl atardı. 
Xristian bir ölkə kimi Arranda ruhani adamların sayca çoxluğu 
qismən bununla izih o l u n u r  ki, burada hər bir knyazın öz xanədan 
kilsəsində  keşişdən  tutmuş  dyakonlara  kimi  böyük  sayda  qulluqçu 
ruhanilər  simasında  öz  vassalları  vardı.  Lakin  əsas  səbəb  odur  ki, 
kilsə  hakimiyyətə  —  sərvətə  yol  açırdı,  buna  görə  də  hamı  kilsəyə 
düzəlməyə can atırdı. Bütün bu ruhanilər kütləsini saxlamaq üçün çox 
böyük  vəsaitə  ehtiyac  vardı;  bu  vəsaiti  isə  din  xadimləri  qara 
camaatdan, onu dəhşətli zülmlərə məruz qoyaraq qoparıb alırdılar. 
Ərəblərin basqını ərəfəsində kilsəyə kənd və əyalətlər şəklində 
edilən  "bəxşişlər"  adlı  sistem  diqqəti  özünə  cəlb  edir. 
M.Kaqankatvatsi bu "bəxşişlər" barədə demək olar, standart 
61 


bir  ifadə:  "əhalisi  ilə  birlikdə  kəndlər"  və  "balığı  bol  olan  çaylar" 
sözlərini  təkrar-təkrar  işlədir;^®^  bu  isə  kilsə  və  feodalların 
mülkləri özləri istismar etdiklərindən və ya icarəyə verdiklərindən 
asılı olmayaraq, kilsə və feodal hakimiyyətinin iqtisadi xarakterini 
göstərir,  habelə  kilsə  və  feodalların  əsas  gəlir  mənbəyi  olan  kənd 
əhalisinə  onların  münasibətindən  xəbər  verir.  Kilsə  və  feodallara 
edilən bəxşişlər çox vaxt kəmər, qolbaq, paltar, mirvari, qızıl, parça, 
az tapılan heyvan, quş, zinət şeyləri və şairədən ibarət idi.*®® 
Arran  xalqı  başlıca  olaraq  kənd  əhalisindən  ibarət  idi;  onların 
əksər  hissəsi  mülki  və  ruhani  knyazların  feodal  asılılığında  idi. 
Misal üçün, yada salaq ki, padşah Vaçenin bir min təhkimli kəndli 
ailəsi  vardı.  Kilsə  və  feodalların  ixtiyarında  olan  bütün  kəndlərin 
əhalisi, şübhəsiz, təhkimçilik asılılığında idi. 
Lakin tədqiq edilən vaxtda Arranda hələ ki azad, amma artıq bir 
qədər  sıxışdırılan  kəndlilər  var  idi.  Bu  kəndlilər  tez-  tez  öz 
hüquqlarının  açıq  (çox  ehtimal  ki,  silaha  sarılaraq)  müdafiəsinə 
qalxırdılar.  Mübarizə  çox  kəskin  olub,  padşah  Vaça-  qanın 
hökmranlığı  dövründə  ona  gətirib  çıxarır  ki,  padşah  Aquen  dini 
yığıncağını  çağırmalı  olur;  yığıncaqda  azad  icma-  çıların  kilsə  və 
feodallarla  olan  mübahisəsi  müəyyən  dərəcədə  həll  olunur.  Məhz 
"əsilzadələr" və qara camaat bu yığıncağın çağırılmasına və "Kilsə 
qərarlarının" qəbul edilməsinə səbəbkar olmuşlar. 
Yığıncaqda  bir  tərəfdən  padşah  Vaçaqanın  özü  ilə  bərabər 
Partav, Qəbələ və digər şəhərlərin yepiskopları, xoryepis- koplan və 
keşişləri,  digər  tərəfdən  isə  "azad  adamlar",  "əsilzadələr",  Arsax, 
Kaqankaytuk və sair yerlərin qəbilə ağsaqqalları iştirak edirdilər. 
"Azad  adamların"  açıq  müqavimətinə  baxmayaraq,  padşah 
Vaçaqan öz hökmü Uə əmr edir ki, "hər bir azad şəxs, yaxud kəndli, 
ya da "əsilzadələrdən" olan hər kəs öz öləninin ruhuna il ərzində dua 
oxutdurmalı" və bunun üçün kilsəyə müvafiq nəzir verməlidir.*®^ 
Dini  pəhriz  qabağı  kəndli  ət  yedikdə,  kilsə  kənd-  xuda  vasitəsilə 
kəndlinin öküzünü əlindən alıb keşişə verirdi.*®® 
Həmin  yığıncaqda  yepiskoplar  və  keşişlər  padşah  Vaçaqana 
şikayətlənmişdilər  ki,  azad  kəndlilər  öz  kəndlərinin  hər  birində 
iki-üç  kilsə  və  ya  monastır  tikməklə  kilsənin  gəlirini  dağıdırlar. 
Padşah Vaçaqan bu məsələdə də həmin kilsələrin bütün gəlirlərinin 
bütöv  prixod  camaatını  birləşdirən  vahid  baş  kilsəyə  verilməsi 
haqda göstəriş verir.*®® 
62 


Vaçaqan  onda  bir  vergi  ödəyən  "azad  adamları"  da  verginin 
yarısını  baş  kilsəyə,  ikinci  yarısını  isə  öz  kənd  kilsəsinə  verməyə 
məcbur edir; halbuki əvvəllər onda bir verginin hamısı kənd kilsəsinə 
v e r i l i r d i . B u n d a n   sonra  "azad  adamlara"  öz  kəndlərindən 
keşişləri  qovmaq  və  onların  yerinə  istədikləri  şəxsləri  götürmək 
qadağan olunur. 
Qərarın  bu  və  digər  maddələri  ilə  azad  kəndlilərin  hüquqları 
xeyli  məhdudlaşdırılır  və  onlar  tədricən  kilsə  və  feodallardan  asılı 
vəziyyətə düşürlər. 
Qeyd  etmək  lazımdır  ki,  tədqiq  etdiyimiz  dövrdə  Arranda 
quldarlıq  hələ  ləğv  edilməmişdi,  odur  ki,  qul  və  kənizlərin  sayı 
ölkədə olduqca çox idi.^®® 
Arranda bu silklərdən başqa "hərbi" və "atlı" adlanan adamlar da 
var idi; bunlar, yəqin ki, müharibə zamanı feodal qoşunu tərkibində 
padşah  ordusu  üçün  pulla  tutulan  və  kənd  yerlərində  toplanan  bu 
ordunun özəyini təşkil edən muzdlu əsgərlərin bir növü idi. Dinclik 
dövründə  bu  "hərbi  adamlar"  heç  bir  maaş  almır,  ancaq  qarət  və 
qənimətlə dolanırdılar. 
Bu silkin kilsənin fəaliyyəti üçün həqiqətən ciddi təhlükə təşkil 
etdiyini  ehtimal  etmək  çətin  deyildir.  Buna  görə  də  kilsə  bütün 
səylərini  "hərbi  adamların"  kilsəyə  zidd  fəaliyyətini  ci-  loviamağa 
sərf  edirdi.  Varaz-Trdatın  hökmranlığı  dövründə  katolikos  Simeon 
xüsusi bir qərar çıxarmalı olur; bu qərarda Arran kilsəsinə və onun 
xadimlərinə  tövsiyə  olunurdu  ki,  "şərafətsizlərə,  hərbi  adamlara, 
habelə  atlılara  kilsə  üzərində  hakim  kəsilməyə  icazə  və  yol 
verilməsin.  Heç  kəs  cəsarət  edib  kilsənin  ixtiyarını  onlara 
tapşırmasın,  onlara  nə  taxıl,  nə  də  başqa  gəlir  verilməsin". 
"Şərafətsizlər  və  hərbçilər"  kilsəyə  yaxınlaşmağa  cürət  etmirdilər. 
"Şərafətsizlərə və hərbçilərə nə hakimiyyətə, nə kilsəyə sahib olmaq, 
nə  də  ölkəni  allahın  qəzəbinə  gətirmək  hökmü  verilməyib  ki, 
ləyaqətsizlər  və  hərbi  adamlar  cəsarət  edib  kilsəni  özlərinə  tabe 
etməsinlər, kim cəsarət edərsə, ona lənət oxunsun... ki, heç kəs cürət 
edib  allahın  kilsəsini  şərafətsizliyə  və  hərbi  adamlara  tabe 
etməsin".^®® 
"Hərbi 
adamlar" 
və 
"atlılar" 
kilsə 
xadimlərinin 
səhlənkarlığından istifadə edərək tez-tez kilsə vəzifələrinə və rahib 
sovraəələrinə  soxulurdular;  odur  ki,  onların  kilsə  nüfuzu  üçün 
törətdiyi  təhlükə  və  əhalini  maneəsiz  olaraq  qarət  etmək  imkanı 
artırdı. Buna görə katolikos Simeon kilsə xadimlərini bu cəhətə də 
ciddi  diqqət  yetirməyə  çağırırdı;  "Mən  tez-tez  belə  söhbətlər 
eşidirəm  ki,  çox  yerdə  allah  kilsələrində  rahiblər  sırasında  hərbi 
adamlar vardır, halbuki bunlar öz bəd əməlləri 
63 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə