Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə22/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   18   19   20   21   22   23   24   25   ...   107

sonralar  Arrana  hücum  edərkən  ərəblərin  siyasəti  o  dövrün  digər 
hökmdarları  arasında  məhz  Cavanşirin  mövqeyi  və  nüfuzu  nəzərə 
alınaraq  müəyyən  edilir.  Bundan  əlavə,  ərəblər  Cavanşirlə  üz-üzə 
gəlib toqquşarkən onun Özünün Sasanilərdən uzaqlaşıb onlara qarşı 
mübarizəyə girişdiyini nəzərə alırlar. 
Ərəblərin 
darmadağın 
etdiyi 
Sasanilər 
dövləti 
öz 
mövcudluğunun  sonuna  çatdıqda  məğlub  edilmiş  İran  ordusunun 
qalıqları  şimala  doğru,  Arrana  geri  çəkilməyə  başlayır  və  M.Ka- 
qankatvatsinin  dediyinə  görə,  burada  möhkəmlənməyə  çalışırlar. 
Geri  çəkilərkən  onlar  Arran  əhalisini  qarət  edir,  zorakılıq 
göstərirdilər. "Düşmənin ön dəstələri tələsə-tələsə onun (Cavanşirin) 
əyalətinin hüdudlarına ayaq basarkən o, təcili silahlanıb özü şəxsən 
ordunun başçısı məşhur Geçmazgi (Gelani) məğlub edir. Onun özü 
və qoşunu əllərində qılınc onları (iranlıları) qırıb tökürlər. Onlardan 
çoxlu  əsir,  at,  qatır  və  xeyli  qənimət  əldə  edərək  geri  dönürlər. 
Dağlarda onlar bir daha toqquşurlar və bu gün də qələbə ona nəsib 
olur".^° 
Cavanşir iranlılarla uzun müddət müharibə etməli olur. Onlarla 
vuruşmaların  gedişində  o,  İberiya  hökmdarı  Atrner-  sex^^  ilə 
"sarsılmaz ittifaq" bağlayır və gürcü qoşunlarının köməyi ilə Uti və 
Şakaşen vilayətlərində iranlıları tamamilə qırıb, onların axırına çıxır. 
Darmadığın  edilmiş  iranlılar  Sünik  knyazı  vasitəsilə  Cavanşiri 
mütarikəyə  sövq  edə  bilirlər,  bundan  sonra  o,  "böyük  İran 
imperiyasının  süqutunu  və  ilk  Şərq  [Arran]  padşahlarının 
müstəqilliyini xatırlayıb, padşahlıq cəlalında onları özü ilə müqayisə 
edərək, bu fikrə gəlir ki, Öz knyazlığını daha heç zaman heç kəsə tabe 
etməsin".*^ Lakin iranlılar hiylə ilə Cavanşirin atasını ələ keçirir və 
qarışıqdan  istifadə  edərək,  yenidən  Azərbaycandan  Arrana  hücum 
edir və əyalətləri bir-birinin ardınca tutmağa başlayırlar. 
Şiddətli  vuruşmalarda  iranlılar  yenidən  və  artıq  qəti  olaraq 
məğlub  edilib  Arrandan  qovulurlar.  "Yəzdigerd  şahlığının  20-ci 
ilində  isə  İran  imperiyası  tamamilə  darmadağın  edildi;  bu.  Həcər 
övladlarının  [ərəblərin]  aləmşümul  müharibələrinin  31-ci  ili  və 
Cavanşirin [hökmranlığının] 15-ci ili idi".^^ 
Ərəb qoşunları ilə yaxın keçmişdə etdiyi vuruşmalardan hələ də 
təsirlənən Cavanşir ərəblərin Arrana hücumundan sonra onlara qarşı 
inadlı  mübarizəyə  başlayır.  Cavanşirin  bu  taktikasına  onun  atası 
Varaz-Qriqor etiraz edirdi; Varaz ərəblərlə danışıqlara girməyi qərara 
alıb, "öz xoşu ilə düşmənə tabe olur”.^"*  Lakin  Cavanşir  ərəblərin 
tayfa başçılarını onlara qala- 
68 


lan  təslim  etməyə  məcbur  etdiklərini 
və 
ərəblərə  qarşı  qiyam 
törətməsinlər  deyə, 
onların arvad-uşaqlarını girov kimi götürdüklərini gördükdə erməni 
sərkərdəsi ilə ittifaq bağladı^® və onu Bizans imperatorunun vassalı 
olmağa meyiləndirir. ^ 
Ciddi siyasi vəziyyət qarşısında qalan Cavanşir manevr etməyə 
cəhd  göstərir  və  imperator  II  Konstanta  (641—668)  müraciət  edib 
"kənar  bir  xalqı  yeni  təbəəliyə  qəbul  etmək"*^  təklifi  ilə  müraciət 
edir. 
Bizans  çoxdan  arzuladığı  bu  ittifaqa  həvəslə  razı  olur,  çünki 
cənubdan  yaxınlaşan  qorxunc  təhlükə  imperatoru  imperiyanın  şərq 
sərhədlərini möhkəmlətmək fikrini çəkməyə vadar edirdi. 654-cü ildə 
imperator II Konstant ilə Cavanşir arasında bir neçə görüş olur; bu 
görüşlərdə  hər  iki  tərəfi  maraqlandıran  ən  ciddi  məsələlər  həll 
olunurdu.  II  Konstant  bu  ittifaqı  Albaniya  knyazına  qiymətli 
hədiyyələr göndərməklə möhkəmləndirdi. "[II Konstant] ona bəxşiş 
olaraq gözəl hədiyyələr: söykənəcəkləri qızıla tutulmuş, oyma naxışlı 
gümüş  taxt,  zər-baftalı  paltarlar,  öz  kəmərindən  mirvari  ilə 
bəzədilmiş  qılınc  göndərdi.  Onu  proton-patrisi  edərək,  ona  12000 
kişi^®  üçün  bəxşişlər,  patrisi,  ipat,  apoipat,  stratelat  və  elist 
diplomlarının  göndərilməsi  əmri  verir  ki,  bunları  istədiyi  adamlara 
bəxş  etsin...  Onun  oğullarım  patrisi  etdi.  O,  ilk  alban  padşahlarına 
məxsus bütün kənd və vilayətləri ona nəsil- dən-nəslə verdi". 
Cavanşirin 
hökmranlıq 
etdiyi 
vilayətlərin 
hüdudları, 
M.Kaqankatvatsiyə  görə  Gürcüstan  sərhədlərindən  tutmuş  hunnlar 
qapısına [Dərbənd] və Araz çayınadək uzanırdı. 
Lakin mənbələrdə biz Cavanşirlə II Konstant arasında bağlanan 
ittifaqın  başqa,  zənnimizcə,  həqiqətə  daha  uyğun  variantına  rast 
gəlirik.  Sebeosun  dediyinə  görə.  Qərbi  Ermənistanda  olan  II 
Konstant  Iberiya,  Albaniya  və  Sünik  hökmdarlarının  o  zaman 
ərəblərlə ittifaq bağlamış Şərqi Ermənistan hakimi Teodoros Rştuni 
ilə  öz  ittifaqlarını  möhkəmləndirmələrinə  mane  olmaq  məqsədilə 
həmin  ölkələrə  ordu  göndərir.  Çox  ola  bilsin  ki.  Cavanşir  təkcə  II 
Konstantla deyil, həm də Rştuni ilə də ittifaqda idi və ancaq Bizansın 
Albaniya  üzərinə  hücum  təhlükəsi  onu  II  Konstantın  tərəfində 
olmağa  məcbur  etmiş-  dir.^^  Əgər  bu,  həqiqətə  uyğundursa,  onda 
belə güman etmək olar ki. Cavanşir M.Kaqankatvatsinin bəhs etdiyi 
görüşlərə  cənubdan  yaxınlaşan  təhlükə  qarşısında  Bizansın  yalnız 
siyasi və hərbi imkanlarının səviyyəsini aydınlaşdırmaq məqsədi ilə 
gedib. 
69 


M.Kaqankatvatsinin 
xəbər 
verdiyinə 
görə. 
Bizans 
imperatorunun  Cavanşirlə  görüşlərindən  biri  "Konstantinin 
hökmranlığının 
19-cu 
ilinde”^^ 
olmuşdur, o zaman ki, "İraklinin nə
vəsi İrana 
gəlmişdi. O, öz yaxın adamlarından birini Cavanşirin yanına özü ilə 
görüşməsini ondan xahiş etmək üçün göndərir; o da [Cavanşir] təcili 
olaraq  midiyalılar  Ölkəsinə  böyük  imperatorun  hüzuruna  gəlir; 
imperator da onun gəldiyini eşidən kimi şəxsən onu qarşılamaq üçün 
Künqr^^  kəndinə  gedir,  onu salamlayıb  ona əmr edir ki,  arvadının 
vəfatı^"*  münasibətilə  taxdığı  yas  paltarını  dərhal  çıxartsın,  sonra 
Cavanşirə padşah libası geyindirirlər”.^^ 
662-ci  ildə  xəzərlər  Bələncər  yaxınlığında  ərəbləri  məğlub 
edərək,  yenidən  "qənimət  və  qarət  üçün"^®  Arrana  soxulurlar. 
Xəzərlərin hücumunu dəf etmək üçün Knyaz Cavanşir "öz ordusunu 
götürüb  böyük  Kür  çayının  o  biri  tərəfinə  keçir  və  onunla  vuruşa 
girir".Moisey Kaqankatvatsinin dediyinə görə, xəzərlərlə vuruşmada 
Cavanşir böyük qələbə qazanır və həmin vəhşi tayfaya deyir; "Get, 
Çoqa  qapısından  keç  və  bir  daha  buraya  (Albaniyaya  —  Z.B.) 
qayıtma".^® 
Lakin  664/5-ci  ildə  xəzərlər  yenidən  Albaniya  knyazlığı 
ərazisinə hücum edir və "Kür çayının bu tərəfinə keçir Araz sahilinə 
gedib  çıxaraq  təkcə  yerli  sakinləri  deyil,  həm  də  öz  qoyun  və 
mal-qara  sürülərini  qışlaqlara  qovub  gətirmiş  Ararat  və  Sünik 
vilayətlərinin sakinlərini də yığıb öz ordugahlarına əsir aparırlar".^® 
Cavanşir  xəzərlərlə  sülh  bağlamalı  olur;  nəticədə  Arran 
xəzərlərdən  asılı  vəziyyətə  düşür;  odur  ki,  xəzərlərin  "120000  baş 
qoyunu, 7000 at və öküzü və azı 1200 əsir kişini"®® geri qaytarması 
faktını  başqa  cür  izah  etmək  qeyri-mümkündür.  Cavanşirin  Xəzər 
xaqanımn  qızı  ilə  evlənməsi,  sözsüz,  onun  xaqanlıqdan  öz  vassal 
asılılığını bildirmək şərtlərindən biri idi.®^ 
Cavanşir Xilafət ordularının hücum təhlükəsi qarşısında tezliklə 
bu  nəticəyə  gəlir  ki.  Bizansla  manevr  etmək  heç  bir  nəticə 
verməyəcək, çünki Bizansın özü Öz torpaqlarını ərəblərdən qorumalı 
idi. Digər tərəfdən, xəzərlər Arrana daim talançı yürüşlər edirdilər. 
Odur  ki.  Cavanşir  "Cənub  hakiminin  boyunduruğuna  qoşulmaq", 
yəni xəlifəyə tabe olmaq qərarına gəlir. O, iki dəfə Dəməşqə, xəlifə 
Müaviyənin sarayına gedir. Müaviyə onu "ölkənin heç bir canişininə 
göstərmədiyi hörmət və cəlalla qəbul edir".®® 
Nəhayət,  siyasi  mülahizə  Cavanşirə  göstərir  ki,  o,  Xilafətlə 
qarşılıqlı münasibətlərində öz nöqteyi-nəzərini dəyişdirməli 
70 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə