Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə30/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   26   27   28   29   30   31   32   33   ...   107

3.
 
Azərbaycan Əməviiər xilafəti tərkibində 
(VIII əsrin I yarısı) 
Təxminən  681-ci  ildə  knyaz  Cavanşir  bizanspərəst  əhval- 
ruhiyyəli Arran knyazlarının gizli qəsdi nəticəsində öldürül- Ür_i39 
Knyaz  Cavanşirin  qətlindən  sonra,  Arran  knyazlıq  taxtını  ələ 
keçirmək üstündə ölkədə daxili çəkişmələr başlanır; bu çəkişmələrdə 
knyaz  və  ruhanilərdən  başqa,  "silahlı  camaat"  da  iştirak 
e d i r d i . X a l q   kütlələrini  sakitləşdirmək  üçün  paytaxt  Bərdəyə 
ölkənin  hər  yerindən  zadəgan  nəsillərinin  başçıları,  hökmdarlar, 
canişinlər,  əyanlar,  naxararlar  və  knyazlar  toplaşır;  onlar  katolikos 
Yelizarla  birlikdə  vəliəhd  seçmək  barəsində  məsləhətləşməyə 
başlayırlar və "razılaşırlar ki, [taxta] baş naxararlardan imperatorun 
ekskonsul [apoipat] titulu ilə  yüksəlmiş  və patrisi  rütbəsi  almış  bir 
şəxsi  seçsinlər.  Onun  adı  Varaz-Trdat  idi.  O,  Cavanşirin  qardaşı 
Varaz-Perojun oğlu idi".*‘" 
'  Xəlifə  I  Yəzid  (680-683)  I  Varaz-Trdatı  (680-699)  "Şərq 
vilayətlərinin canişini, Alban məmləkəti və Uti əyalətinin hökmdarı" 
olaraq tanıdı.^^^ 
Varaz-Trdat taxta seçilən kimi Xəzərlərin böyük bir ordusu Alp 
İlİtverin  başçılığı  altında  xaqanın  qohumu  öldürülmüş  knyaz 
Cavanşirin intiqamını almaq bəhanəsi ilə Arrana basqın 
edir.^*^
 
Xəzərlər  "Albaniyaya  lap  böyük  Qafqaz  dağlarının  ətəklə- 
rinədək  soxularaq  Kapalax  vilayətinin  kəndlərindən  [keçdilər].  O, 
[Alp İlitver] çoxsaylı dəstələri ilə düzənliklərə üz qoyaraq, Kür sahili 
boyunca  Uti  əyalətinə  gedib  çıxır.  Orada  çoxlu  adam  əsir  edib, 
vilayətin  mal-qarasını  tutub,  qənimət  əldə  edərək,  hamısını  əsarətə 
aparır.  Oradan  qayıdandan  sonra  Lpink  vilayətindəki  düzənlikdə 
ordugah qurur". 
I  Varaz-Trdat  Arranı  xəzərlərin  yeni  basqınlarından  qorumaq 
üçün xaqanla danışıqlar aparmaq məqsədilə onun yanına mötəbər bir 
adam  göndərmək  qərarına  gəlir,  çünki  o,  "böyük  sayda  [xəzər] 
qoşunlarının ölkəyə soxularaq çoxlu əsir götürdüyünün və hər şeyi 
dağıtdığının şahidi olmuşdu". 
681-ci  ildə  katolikos  Yeliazar  xəzərlərin  yanına  göndərildi.  I 
Varaz-Trdat xaqana məktubunda "öz müti itaətini" bildirib yazır ki, 
knyaz  Cavanşirin  qətlində  albanların  əli  yoxdur  və  onu  "alçaq  bir 
adam" öldürmüşdür. Yeliazar xaqanın ürəyini yumşaltmağa və ondan 
"sülh və qırılmaz dostluq" əldə etməyə nail olur".^^® 
92 


Eiə  həmin  681-ci  ildə  (sentyabrın  20-dək)  alban  knyazları  və 
katolikos  Yeliazann  iştirak  etdiyi  müşavirədə  I  Varaz-  Trdat 
demişdir: "Zalım Ərəbistan [Taçkastan] xalqının üzərimizə qoyduğu 
vergilər bizi bərk əzir, eyni zamanda hunnların hər il ölkəmizə etdiyi 
basqınlar da bizim üçün dəhşətli bir bəladır; buna görə də ölkəmiz 
talan  olur  və  ikitərəfli  düşmən  basqınlarından  zəifləyib  taqətdən 
d ü ş ü r " . M ü ş a v i r ə d ə   yepiskop  israilin  başçılığı  altında 
xəzərlərə elçilər göndərmək qərara alınır. 
Erməni erasının 130-cu ilinin 18 mexekanında (23.XII 
681-
 
ci ildə) elçilər yola düşdülər. Altı həftədən sonra (8.II. 
682-
 
ci  ildə)  onlar  "gözəl  Varaçan  şəhərinə"^"*®  gəlib  çıxırlar; 
burada "hunnların böyük knyazı tərəfindən" ehtiramla qarşılanırlar. 
Təəssüf  ki,  mənbələr  İsrailin  elçilik  missiyasının  nəticələri 
haqqında  bir  məlumat  vermir.  Yalnız  M.Kaqankatvatsi  deyir  ki, 
yepiskop İsrailin dini moizəsi nəticəsində xəzərlərin müəyyən hissəsi 
xristianlığı  qəbul  edir.^“°  Xəzər  xaqanı  Alp  llitve-  rin  öz  əyanları 
Xorasan  iltigini^^*  və  Çatn  Xəzr  vasitəsilə  I  Va-  raz-Trdata 
göndərdiyi  məktubda  deyilir  ki,  ancaq  yepiskop  İsrail  xəzərlərin 
yanında  qaldığı  təqdirdə,  "bizim  vəhşi  xalqların  sizin  ölkənizə 
basqınları  kəsiləcəkdir".’^^  Lakin  nə  Va-  raz-Trdat,  nə  də  Arran 
katolikosu Yeiiazar İsraili xəzərlərin yanına göndərməyə razı olmur, 
yalnız  buna  razı  olurlar  ki,  o,  Arran  ilə  xaqanlıq  arasında  vasitəçi 
olsun. 
N.  Akinyan  qeyd  edir  ki,  İsrailin  bir  daha  xəzərlərin  yanına 
gedib-getmədiyi  məlum  deyildir.’®'*  Görünür  o,  ikinci  dəfə 
xəzərlərin  yanına  getməyib,  çünki  Arran  ilə  xəzərlərin  arasındakı 
qısamüddətli sülh az sonra pozulmuş olur: "Onun [Bizans imperatoru 
II  Yustinianın  (685—711)  hökmranlığının]  birinci  ilində  Xəzərlər 
adlanan şimal  xalqı Ermənistan,  Iberiya və  Albaniyanı  ələ keçirdi. 
Onlar vuruşda knyaz Qriqorinİ’®® və bir çox gürcü və alban əyan və 
knyazlarını öldürdülər. Elə onlar da Ermənistanı talan etdilər, çoxlu 
vilayət və kəndlər tutdular, əsir və qənimət ələ keçirib, öz ölkələrinə 
getdilər".’®® 
Bu vuruşmada bütün üç ölkə qoşunlarının inadlı müqavimətinə 
baxmayaraq  xəzərlər  böyük  qələbə  çalırlar.  Beləliklə,  onlar 
"Albaniya ilə bir qədər əvvəl qurulmuş dini əlaqələri unudaraq"’®^ 
və ərəblərin  bu ölkə üzərindəki  nəzarətinin  zəifləməsindən istifadə 
edərək yenidən Arrana, sonra da Gürcüstan və Ermənistana növbəti 
dağıdıcı basqın edirlər.’®® 
Bu zaman Xilafətdə xəlifə taxtı üstündə daxili çəkişmə ge 
93 


dirdi.  Xəlifə  əleyhdarı  Abdul-Iah  ibn  əz-Zübeyrin  üsyanı 
yatırıldıqdan  sonra  hakimiyyətə  mərvanilər  sülaləsinin  banisi  I 
Mərvan  gəlir.  Mərvan  hakimiyyət  başında  cəmi  bır  il  (684—685) 
qalır,  sonra  onun  oğlu  Əbd-ül-Malik  (685—705)  xəlifə  olur.  Elə 
həmin  iğtişaş  dövründə  "ermənilər,  gürcülər  və  ağvanlar  30  illik 
itaətdən sonra [ərəblərə] vergi verməkdən daha boyun qaçırdılar". 
Xəlifə Əbd-ül-Malik 685-ci ildə imperator II Yustinianla barışıq 
bağladı;  həmin  barışığa  gÖrə  Arran,  Gürcüstan  və  Ermənistandan 
alınan  vergilər  Xilafət  ilə  Bizans  arasında  bərabər  bölünməyə 
başlandı.Zaqafqaziya iki qüdrətli rəqib üçün nüfuz dairəsinə çevrilir; 
onların  hər  biri  burada  istədiyi  kimi  hərəkət  edirdi:  hücumlar  edir, 
əhalini  amansızcasına  qarət  edib,  onu  əsir  aparır,  maddi  nemətləri 
məhv edirdi. Məsələn, 688-ci ildə II Yustinian Ermənistana böyük bir 
qoşun  göndərir;  qoşun  25  mahalı  talan  edib,  8  min  ailəni  köləliyə 
s a t ı r . S o n r a k ı  689-cu ildə Ermənistana yenidən hücum edilir; bu 
dəfə hücum artıq iki tərəfdən: həm Bizans, həm də Xilafət tərəfindən 
edilir və Ermənistan yenidən dəhşətli fəlakətlə üzləşir.'®^ 
689/90-cı ildə Zaqafqaziya ölkələrinə qarşı ikinci hərbi səfərə II 
Yustinian  özü  başçılıq  edir.  O,  öz  qoşunlarını  üç  dəstəyə  bölərək, 
bunları Gürcüstan, Arran və Ermənistana göndərir. II Yustinian "bu 
ölkələrin bütün knyazlarını öz yanına çağırdı; onlar da istəmədikləri 
halda onun yanına gəlməyə məcbur oldular: bəzi knyazları o, özü ilə 
apardı,  digərlərindən  isə  onların  oğullarını  girov  olaraq  tələb  etdi. 
Bəzi  knyazları  padşah  hədiyyələri  ilə  mükafatlandırıb,  onları  adı 
çəkilən  ölkələrin  hökmdarı  təyin  etdi;  Nersesi...  Ermənistan 
hökmdarı,  ikinci  knyazı  Ağvan  padşahı,  patrisi  Varazdatı 
[Varaz-Trdatı] ekzarx etdi, onlara kömək olaraq 30 minlik bir qoşun 
qoydu, özü isə Konstantinopola qayıtdı.*®® 
Beləliklə,  Əbd-ül-Malik  və  II  Yustinian  arasında  bağlanmış 
müvəqqəti sülh sazişilə əlaqədar, Arran "üç xalqa: xəzərlərə, taciklərə 
[Xilafətə] və yunanlara [Bizansa] bac verirdi".*®^ 
I  Varaz-Trdat  xəzərlərlə  münasibətləri  nizama  saldıqdan  sonra 
Bizansa  olan  ağır  bacı  verməmək  qərarına  gəlir,  çünki  bu  bac 
üzündən  o,  "bərk  sıxıntılar  çəkirdi",*®®  Bu  məqsədlə  o,  danışıq 
aparmaq  üçün  699-cu  ildə  iki  oğlu  Haciq  və  Vardan  ilə 
Konstantinopola gedir.  Burada  II  Yustinian onları  qalaya salır, ona 
görə ki,  I  Varaz-Trdat  Xilafət  ilə  yaxınlaşmış. Bizansla isə hər  cür 
əlaqəsini kəsmişdi. II Yustinian I Varaz- 
94 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə