Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə31/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   27   28   29   30   31   32   33   34   ...   107

Trdatın oğlanlarını öz yanında girov olaraq saxlayır, knyazın özünü 
də  geri dönməyə  buraxmayıb,  704-cü ilədək 5 il  Konstantinopolda 
saxlayır. 
Bu  zaman  Arranda  Xilafətin  birbaşa  qarışmasına  səbəb  olan 
hadisələr  baş  verir.  Xalkedon  dini  təliminin  keçmiş  ardıcılı  olan 
Girdiman yepiskopu Nerses Bakur I Varaz-Trdatın arvadı Spramanı 
dilə tutur ki, "onu Ağvan patriarxlığına dəvət etsin", çünki Yeliazar 
Öləndən sonra (688-ci ildə) katolikos taxtı boş qalmışdı. Varaz-Trdat 
Bizansda  olduğu  müddətdə  Nerses  knyazın  Xilafətlə  yaxınlaşmaq 
siyasətinin əleyhinə getmək, Konstantinopola isə tabe olmaq qərarına 
gəlir.  Lakin  knyaz  Şeroy  başda  olmaqla  Arranın  bir  qrup  nüfuzlu 
feodalları xalkedonçuluğun qatı düşməni olduqlarına görə buna mane 
oldular. 
Xəlifə Əbd-ül-Malik Ermənistan katolikosu tiyanın məktubunu 
aldıqdan sonra, Bərdədə dini yığıncaq çağırmasını ona əmr etdi; bu 
yığıncaqda Nerses Bakur xəlifə nümayəndəsinin hüzurunda mürtəd 
elan olundu, knyaz arvadı Sprama isə qalaya salındı. Bundan əlavə, 
xəlifə bir çox Arran knyazlarının xüsusi siyahıya alınmasını ərar etdi, 
ona  görə  ki,  "əgər  onlardan  biri  diofizit  olarsa,  qılınc  və  əsarətlə 
məhv edilməlidir".*®® 
704-cü ildə knyaz I Varaz-Trdat Arrana qayıtdı və bu zamandan 
Arran  Xilafətdən  asılı  olan  bir  vassal  oldu.  Ölkə  "ancaq  taciklərə 
[ərəblərə]"*®^  bac  verməyə  başladı,  çünki  bu  vaxt  Ərəb—Bizans 
müharibələrinin  başlanması  ilə  əlaqədar  olaraq  Ermənistana 
Məhəmməd  ibn  Mərvanın  komandanlığı  altında  ərəb  qoşunları 
göndərilmişdi.  Ərəblərin  cəza  dəstəsi  Arrana  da  göndərilmişdi. 
Məhəmməd  ibn  Mərvan  burada  knyaz  Şeroyu  və  ona  yaxın  olan 
adamları tutub Taron vasitəsilə Dəməşqə göndərdi.*®® 
Knyaz I Varaz-Trdatın*®® hökmranlığı dövründən başlayaraq 
Arran hətta öz vassallığını da itirdi. Ölkədə xəlifənin canişinləri tam 
hökmran  olmağa  başladılaı*.  Knyaz  və  katolikos  canişinlərin 
yanında bir növ məşvərətçi oldular; onlar müstəqil surətdə daha heç 
bir qərar qəbul edə bilmirdilər. 
4.
 
Ərəb-Xəzər müharibələri və Azərbaycan 
Xəlifə  I  Validin  hökmranlığı  illərində  (705—715)  ərəblər 
tədriclə  şimala  tərəf  hərəkət  etməyə  başladılar.  Lakin  I  Valid 
xəzərlərə qarşı ciddi hücuma başlamazdan əvvəl öz arxasını: Arranı, 
Şərqi Gürcüstanı və Ermənistanı bu ölkələrdə olan 
95 


yerli bizanspərəst hakim və knyazların gizli qəsdlərindən təhlükəsiz 
hala  gətirməli  idi.  İlk  növbədə  erməni  naxararlarına  qarşı  cəza 
tədbirləri  görülmüşdü.  Xəlifə  sərkərdəsi  Məhəmməd  ibn  Mərvan 
yunan-erməni  qoşunlarını  darmadağın  etdikdən  sonra,  təslim 
olmayan bütün  erməni  başçılarından 800 nəfəri aldadıb əsir etdi və 
Naxçıvan hakimi Hişama əmr etdi ki, onları kilsəyə salıb yandırsın. 
Bu qayda ilə də 400 nəfər məbəddə yandırıldı. 
Təbərinin  verdiyi  məlumata  görə,  bu  hadisələrdən  sonra  89 
(707—708)-cu  ildə  xəlifənin  qardaşı  Məsləmə  ibn  Əbd-ül-Malik 
Azərbaycanda təslim olmamış bütün qala və şəhərləri tutub, türklərlə 
vuruşa-vuruşa Bab ül-Əbvaba çatdı. 
Hicri 91 (709—710)-ci ildə Məsləmə ibn Əbd-ül-Malik türklərə 
qarşı yeni hücuma keçdi "və Azərbaycan vilayətində yerləşən əl-Baba 
çatdı, burada şəhər və qalaları aldı".^^® Lakin erm. erasının 158-ci 
ilində  (2.VI—709—l.Vl—710)  "xəzər  hökmdarı  80  min  nəfərlik 
qoşunla  yürüş  edib,  Albaniyanı  tutd u " , y ə n i   ərəblər  Dərbənddən 
qovuldular və Arrandan Azərbaycana geri çəkildilər. 
İki il sonra (711-ci ildə) xəlifə Əbd-ül-Əzizin canişini ibn Xatim 
əl-Bəhili Arran paytaxtı Bərdəyə gəldi və xəzərlərə qarşı yeni hücuma 
hazırlaşaraq, yenidən Kürün o tayına keçdi. Yəqin bu, ərəb 
qoşunlarının Dərbənd üzərinə yeni hücumu idi, çünki Təbəri bildirir 
ki, hicri 92 (710/ll)-ci ildə ərəb ordusu Dərbəndə çatdı, lakin şəhəri 
yalnız 714-cü ildə, xəlifə I Validin hökmranlıq dövrünün axırıncı 
ilində ələ keçirə bildi. Məsləmə 714/15-ci ildə Dərbənd üzərinə 
yenidən hücuma keçdi, onu dağıdaraq, xaqanlığın ərazisinə soxuldu. 
Burada xəzərlər Məsləmənin ordusu ilə vuruşmağa başladılar və 
ərəblər geri çəkildilər. Ərəblər geri çəkilərkən onları "Alban patrisilə- 
rindən..." Eranşahik Vaçaqanın komandanlığı altında olan Arran 
qoşunları arxadan mühafizə edirdi. "Xəzərlər onun üzərinə atıldılar, 
lakin məğlub edilib qaçmağa başladılar 
Asogik və Gevond bildirirlər ki, Məsləmənin komandanlığı ilə 
ərəblərin  Dərbənd  üzərinə  hücumu  xəlifə  Süleymanın  (715—717) 
hökmranlığının  "üçüncü  ilində"  (Asogik)  və  ya  "ikinci  ilində" 
(Gevond) b a ş l a n d ı . Ş ə h ə r  uğrunda vuruşma gecə-gündüz davam 
etdi və ertəsi gün səhərçağı Dərbənd ələ keçirildi. Ərəb ordusunda 6 
min nəfər var idi və onların hər birinin payına çoxlu qənimət düşdü. 
Məsləmə Əbd əl-Əzizi Arranda qoyub özü Dəməşqə qayıtdı. 
Xəlifə II Ömərin (717—720) hökmranlığının birinci ilində 
96 


xəzərlər  ərəblərə  qarşı  böyük  hücumlara  başladılar.^®”  Xəzərlər 
Arrandan keçib Azərbaycana soxuldular və oranı işğal edərək, ərəb 
qoşunlarının bir hissəsini qırdılar. Bu hadisəni Təbəri belə qeyd edir: 
"Bu il (99-cu hicri — 717/8-ci il) türklər Azərbaycana hücum edib 
müəyyən sayda müsəlman qırdılar və onlara ziyan yetirdilər. Ömər 
ibn  Əbd-ül-Əziz  onlara  qarşı  Xa-  tim  ibn  əl-Noman  Bəxilini 
göndərdi. O, həmin türkləri qırdı və əsir düşmüş 50 nəfərdən başqa 
heç kəs canını qurtarmadı; o, bu əsirləri Xunasirə Ömərə göndərdi". 
II  Yəzidin  (720—724)  hökmranlığı  zamanı  722/23-cü  ildə 
xəzərlər qıpçaq və dİgər türk tayfalarının köməyi ilə təqribən 30 min 
nəfərlik ordu ilə yenidən Arrana soxuldular^®^ və onun ərazisindən 
keçərək  Ermənistana  girdilər.  Mərc  əl-Həcərdə  bunları  Sübeytə 
ən-Nəhraninin  başçılığı  altında  olan  ərəb  ordusu  qarşıladı.®® 
Ərəblər məğlub edildilər və onların ordugahı xəzərlərin əlinə keçdi. 
Həmin  ildə  II  Yəzid  əl-Cərrah  ibn  Əbd-ül-Lah  əl-Həkəmini 
Azərbaycana və Ermənistana hakim təyin etdi və ona 25 min nəfərlik 
qoşun verib, əmr etdi ki, xəzərlərə qarşı hücuma başlasın.^®® Lakin 
xəzərlər böyük ərəb ordusunun hücumundan xəbər tutub Dərbəndə 
tərəf  çəkildilər.  Cərrah  Bərdəyə  yaxınlaşdı,  orduya  istirahət  verib, 
sonra  Kürün  o  biri  tayına  (sahilinə)  keçərək,  Dərbəndə  yaxınlaşdı. 
Xəzərlər  xaqanın  oğlu  Bar-  cikin*®®  başçılığı  altında  40  min 
nəfərlik ordu ilə Cərraha qarşı çıxdılar. Vuruşmada xəzərlər məğlub 
edildilər,  onların  çoxu  əsir  düşdü.  Ərəblər  Xamzin®®®  və 
Tarqu*®^  şəhərlərini  tutdular  və  Balancara  çatdılar.^®®  Qala 
qarnizonu  qısa  müddətli  vuruşmadan  sonra  təslim  oldu  və  ərəblər 
çoxlu qənimət əldə etdilər.'®® Cərrah bu şəhərlərin əhalisini Arran 
ərazisinə,  xüsusilə  Qəbələ  mahalına  köçürtdü,  burada  xəzərlərin 
məskən saldığı kəndlər var idi.'®” 
tbn əl-Əsirin verdiyi məlumata görə, hər bir ərəb atlısı Ba- lancar 
vuruşmasından sonra qənimət  olaraq 300 dinara sahib  olmuşdu.'®' 
Yenə də İbn əl-Əsirin verdiyi məlumata görə, ərəb ordusunda 30 min 
atlı  olduğunu  nəzərə  alsaq,  xəzərlərdən  alınan  pulun  böyük  bir 
məbləğ təşkil etdiyini görərik. Ərəblər xəzərlərdən çoxlu sayda əsir 
aldılar. 
Balancardan  sonra  Cərrahın  ordusu  Vabandar  (ya  da  Va- 
nandar)'®^ şəhərini tutdu; burada 40 min türk evi var idi, bu ordu 
xaqanlıq  ərazisində  daha  bir  neçə  yürüş  etdikdən  sonra,  qışlamaq 
üçün Şəki vilayətinə çəkildi. 
Hicri 107-ci ildə (725/26-cı ildə) xəlifə Hişam (724—743) 
97 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə