Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə39/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   35   36   37   38   39   40   41   42   ...   107

lırdı.^^^  Bu  torpaqların  içərisində  zorla  tutulan,  yəni  əvvəlki 
sahiblərinin  əlində  qalmasından,  ya  da  digər  kafirlərə  (zimmilərə) 
verilməsindən 
asılı 
olmayaraq, 
müsəlmanlar 
arasında 
bölüşdürülməyən, habelə dinc yolla əldə edilmiş torpaqlar da var idi. 
Qanunşünas  İbrahim  Hələbi  bu  barədə  belə  deyir;  "Sonrakı  qa- 
nunşünaslardan  bəziləri  belə  qənaətə  gəlmişlər  ki,  sülh  müqaviləsi 
əsasında əldə edilən vilayətlər də silah gücünə tutulanlara əhali üçün 
saxlanılan torpaqlar kimi nə desyatin, nə  də xərac alınan torpaqlar 
sırasına  daxildir.  Bunlar  dövlət  torpaqları  [ərz-i  malikiyyə],  ya  da 
xəzinə torpaqları  [ərz-i  əmiriyyə] adlanır və əhalinin  mülkiyyətinə 
verilməyərək, beyt ül-mal (xəzinə) üçün saxlanılmış, sonra qanunsuz 
icarə yolu ilə icarəyə verilmişdir ki, torpaq sahibləri bunları becərib 
proporsiyalı  xərac  [müqasimə]  versinlər,  bu  isə  hamıya  üşr  adı  ilə 
məlumdur.  Bu  kimi  torpaqlar  onların  sahibinin  mülkiyyəti  hesab 
olunmur: onlar bu torpaqları nə sata, nə ala, nə bağışlaya, nə də vəqf 
növünə  çevirə  bilərlər,  yalnız  Sultan  [yəni  xəlifə]  torpaq  sahibinə 
mülkiyyət  hüququ  [illə  bitəmlik  əs-Sultan]  verə  bilər.  Torpaq 
sahiblərindən biri öləndə, onun oğlu atasının yerini tutur və yuxarıda 
deyilənlərə müvafiq olaraq torpaqdan istifadə edir, əks təqdirdə onun 
əlində olan torpaq beyt ül-mala qaytarılır. Əgər birinin öləndən sonra 
qızı və ya qardaşı qalarsa və bunlar vəfat etmiş adamın istifadə ^tdiyi 
torpağı tələb edərlərsə, bu torpaq qanunsuz icarəyə [biicarə fasidə] 
verilmiş  olur;  vergi  verilən  torpaqdan  istifadə  edən  şəxs,  torpağın 
fərqli olmasından asılı olaraq üç il, ya daha artıq müddət ərzində onu 
becərməzsə,  torpaq  ondan  alınıb  başqasına  verilir.  Torpaq 
sahiblərindən biri öz torpağını başqasına vermək istəsə, bu arzusunu 
yalnız sultanın icazəsi ilə yerinə yetirə bilər".^*® 
V.Girkas  qeyd  etdiyi  kimi,  bu  təfərrüat  bir  daha  belə  bir  faktı 
təsdiq edir ki,  ərəblərin  hakimiyyətinin  tabeliyində olan vilayət  və 
şəhərlərin  torpaqları  vəqfə  çevrilirdi.  Vəqf  isə  "allahın 
mülkiyyətidir" və adamlar bu mülkiyyətdən  ancaq bunun üzərində 
heç bir şəxsi hüquqları olmadan istifadə edə bilərdilər. 
Bir vaxt bütün Azərbaycan ərazisi vəqf torpağı hesab olunurdu, 
çünki  bu  Ölkə  zorla  tutulmuşdu.^'*®  Sülh  müqaviləsi  əsasında 
müsəlmanların  əlinə  keçən  torpaqlar  da  sonralar  daimi  vəqf  hesab 
olunurdu.^®® 
5.
 
İcma  torpaqları.  Kəndlərdə  əhaliyə  məxsus  torpaqlar, 
biçənəklər,  mal-qara  otarılan, 
yanacaq 
toplanan 
yerlər, 
qəbiristanlıqlar və i.a. icma torpaqları idi. 
119 


Xərac və cizyədən başqa Xilafətdə başqa vergilər də mövcud idi: 
X ü m s   —  zəkatdan,  yəni  "islamdan  əvvəlki  vergilərdən 
gizlədilmiş hesab edilən bütün ə m l a k a " , m ə d ə n l ə r ə ,  yəni "qızıl 
və gümüş mədənlərinə",^®^ kafirlərə qarşı vuruşmalarda tutulub qul 
halına salınan əsirlər də daxil olmaqla qənimətə, əsir düşmüş qadın 
və uşaqlara, habelə daşınan əmlaka görə alınırdı. 
Z ə k a t   v ə   y a   s ə d ə q ə  mal-qaraya görə alınırdı: 
Dəvədən — 4-dən 9 başa qədər dəvədən 6 aylıq bir köşə ya da 
birillik iki keçi; 1 O-dan 14 başa qədərdən 2 quzu; 15-dən 19 başa 
qədərdən 3 qoyun və i.a. alınırdı. 
İnək  və  camışdan  —  30-dan  39  başa  qədərdən  6  aylıq  bir 
qaramal; 40-dan 50 başa qədərdən 2 baş qaramal və i.a, alınırdı. 
Qoyundan  —  40-dan  120  başa  qədərdən  bir  quzu,  ya  da  keçi; 
121-dən  199  başa  qədərdən  2  quzu;  200-dən  399  başa  qədərdən  3 
qoyun və i.a. alınırdı.*®’ 
Əkin və meyvədən — məhsul çəkiləndən sonra təbii suvarılan 
sahələrdən  onda  bir,  süni  suvarma  sahələrindən  iyirmidə  bir 
alınırdı.*®® 
Qızıl və gümüş — 200 dirhəmdən çox məbləğdə olanından və 
20 misqal qızıl və gümüşdən — məbləğin qırxdan biri, ya da onun 
dəyəri alınırdı.*®® 
Müsəlman  olmayan  tacirlərdən  alınan  vergi  iki  cür  idi: 
zimmilərdən tacirin əmtəəsinin dəyəri 200 dirhəmdən artıq olardısa, 
ildə  bir  dəfə  bu  dəyərin  1/30-i  almırdı;*®^  Xilafətdən  kənar 
ölkələrdən gələn tacirlərin əmtəələrinin dəyəri 200 dirhəmdən artıq 
olarsa, onlardan bu dəyərin 1/10-i alınırdı.*®® 
Şirvanda (Bakıda) bütün bunlardan başqa, neft mənbələri və duz 
mədənləri  üzərinə  vergi  qoyulmuşdu.  Hələ  xəlifə  Mənsurun 
dövründə  Azərbaycan  hakimi  Yəzid  ibn  Useyd  "öz  adamlarını 
Şirvanda  neft  və  duz  çıxaranların  yanına  göndərdi  və  bu  adamlar 
onlardan vergi aldılar; sonralar o, vergi alınmasını [xüsusi adamlara] 
tapşırdı".*®®  Şirvanda  neft  mədənlərinin  olduğunu  Dərbənddə 
150/733-cü ildə neft anbarlarının tikildiyi faktı təsdiq edir.*®® 
Yəqin  Bakı  o  zaman  böyük  bir  yer  idi.  X  əsrin  müəllifi 
Əbu-Dulaf  Bakı  ətrafına  gəlişi  haqqında  belə  yazır:  "Mən  Mu- 
kandan böyük Təbəristan [Xəzər] dənizi sahili ilə ağaclar altında 80 
fərsəx yol getdim, nəhayət, Şirvan vilayətlərindən biri olan Bakuya 
adlı yerə çatdım. Mən orada bir neft mənbəyi 
120 


gördüm; bunun gündəlik icarə haqqı min dirhəmə çatır; onun yanında 
isə  gecə-gündüz,  ara  vermədən  yasəmən  yağı  kimi  ağ  neft  verən 
başqa  bir  mənbə  var  idi;  bunun  da  icarə  haqqı  birinciyə 
b ə r a b ə r d i r X ə z ə r l ə r ə  qarşı vuruşma zamanı ərəblər bu neftdən 
istifadə edirdilər.®®^ 
Xilafətin  şimal  sərhəddində  dayaq  məntəqəsi  olan  Dərbəndin 
xüsusi üstünlükləri var idi, xəlifələr həmişə b u n u  nəzərə alaraq ətraf 
ərazilər və gəlir verən obyektləri vəqf adı ilə onun müdafiəçilərinə 
verirdilər. Məsələn, 777-ci  ildə xəlifə əl-Meh- di  (775—785) "əmr 
etdi  ki,  Dərbəndin  ətrafındakı  ərazilərin  illik  xəracı  yığılsın  və 
qalanın döyüşçüləri ilə şəhər əhalisi arasında bölüşdürülsün".®®^ 
873-cü  ildə  Şirvan  hakimi  xəlifə  [əl-Mötəmidin]  (870—892) 
"Dərbənd  əhalisinə  vəqf  olaraq  verdiyi  hər  şeyi  geri  aldı".®®^ 
883-cü  ildə  xəlifə  əl-Mötəmid  yenidən  "Şirvanın  neft  və  duz 
mədənlərinin yarısını vəqf olaraq Dərbənd əhalisinə [döyüşçülərinə] 
verdi"®®® və nəhayət, 885-ci ildə həmin xəlifənin verdiyi fərmanla 
Bakının  neft  və  duz  mədənləri  vəqf  olaraq  Dərbəndə  verildi.  "O, 
Məhəmməd ibn Əmman həmin mədənlərin vergi toplayanı təyin etdi. 
Məhəmməd  bu  mədənlərin  illik  gəlirini  Dərbənd  döyüşçüləri 
arasında bölüşdürdü".®®® 
Dərbənd qarnizonu döyüşçüləri onlara bağışlanmış vəqflər- dən 
gəlir əldə etmək imkanından məhrum olanda, bu, onların vəziyyətinə 
çox  pis  təsir  göstərirdi,  çünki  onların,  əlbəttə,  yaşayış  üçün  hərbi 
qənimətdən  başqa  heç  bir  vəsaiti  yox  idi.  902-ci  ildə  xəlifə 
əl-Müktəfi  dövründə  (902—908-ci  illər)  "Dərbənd  hakimi  təyin 
edilən  Bişutur  (?)  neft  və  duz  mədənlərinin  bütün  gəlirini  və  ətraf 
kəndlərdən  gətirilən  ərzağı  mənimsəyəndə  Dərbənd  döyüşçüləri 
çarəsiz qalıb alver və başqa işlərlə məşğul olmağa başladılar. Onların 
içərisində rüşvətxorluq və intizamsızlığa yol verildi".®®^ 
Təəssüf  ki,  Azərbaycan,  Arran  və  digər  vilayətlərdən  ayrıca 
olaraq  alınan  vergilər  haqqında  məlumat  verə  biləcək  sənədlər 
mövcud deyildir. Əməvilərin dövründə yəqin belə sənədlər var idi, 
lakin  ehtimal  ki,  bunlar  ilk  Abbasilər  dövründə  yox  olmuşdur. 
Abbasilərin hakimiyyəti dövründə də bu mənada vəziyyət eyni idi. 
Hər halda xəlifə əl-Məmunun  (813—833) hakimiyyəti dövrünədək 
belə sənədlər qorunub saxlanılmışdır. Bundan əlavə, Xilafət taxtına 
yiyələnmək  uğrunda  əl-Əmin  (809—813)  ilə  əl-Məmun  arasında 
gedən  mübarizə  dövründə  divan  ül-xərac  başqa  divanxanalarla 
birlikdə yandırılmış və ayrıca olaraq hər əyalətdən xəlifə xəzinəsinə 
verilən gəlir he- 
121 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə