sabatı yazılmış bütün siyahılar yanğın zamanı məhv olmuşdur. Hicri
tarixinin 204-cü ili (819/20) "xəlifənin divanlarında hesabatın göz
qabağında olduğu ilk il" idi.^®®
Əl-Məmunun dövründə Azərbaycanın xəracı ildə 4,5 milyon
dirhəm idi.®®® Yəqubi bildirir ki, "Azərbaycanın xəracı bəzən çox,
bəzən
də az olmaq etibarilə, 4 milyon dirhəmdir".®^®
Yuxarıda verilmiş məlumatdan belə nəticə çıxara bilərik ki,
xəlifə xəzinəsinin Azərbaycandan aldığı xərac ildə 4 milyon dirhəmə
bərabər olmuşdur. Muğandan 300 min dirhəm alındığını nəzərə
alsaq,®^^ belə fərz etmək olar ki, Arrandan ildə təqribən 3 milyon
dirhəm alınırdı, 3 vilayətdən birlikdə alınan məbləğ isə ildə təqribən
8 milyon dirhəmə bərabər idi.
Xəlifələrdən əl-Vasiqin (842), Mütəvəkkilin (842—861) və
sonrakı beş xəlifənin (Mötəmid (870—892) daxil olmaqla) dövründə
yaşayıb divan ül-bəriddə qulluq edən İbn Xordadbeh xəlifə
əl-Mötəsimin (833—842) vəziri, xəlifə Vasiq dövründə Sahib
əl-xərac vəzifəsi olmuş Fəzl ibn Mərvanın adından bu dövrdə
Azərbaycandan alınan xərac haqqında məlumat verir. Bu xərac 2
milyon dirhəmə bərabər idi.®^^ Xəlifə Mötəsimin hökmranlığı
dövründə və sonralar Azərbaycandan, digər vilayətlərdən alınan
xəracın məbləğinin azalmasına səbəb Xilafət- dəki üsyanlar,
ayrı-ayrı vilayətlərin ondan ayrılması, habelə hakimlərin separatçılıq
meyllərinin güclənməsi idi.
Xilafət xəzinəsinə Azərbaycandan daxil olan vergi məbləği hicri
tarixi ilə 296-cı ildən (908/9-cu ildən) başlayaraq ildə 120 min dinar
olmuşdur (1 dinar=15 dirhəm).®^®
IX əsrin axırları — X əsrin əvvəllərində Azərbaycan
vilayətlərindən alınan vergilər ölkəni idarə edən Sacilərin, sonralar
isə Müsafirlərin®^^ xəzinəsinə daxil olurdu. İbn Hövqəlin verdiyi
məlumata görə, keçmişdə Yusif ibn Əbu-s-Saca qulluq edən,
Mərzban ibn Məhəmməd ibn Müsafirin (941—957) vəziri
Əbu-l-Qasım Əli ibn Cəfər Azərbaycana tabe olan vilayətlərin
hakimlərindən aşağıdakı məbləğdə vergi alırdı.®’^®
1.
Şirvan hakimi şirvanşah Məhəmməd
ibn Əhməd əl-Əzdi- dən
— ildə 1
milyon dirhəm;
2.
Əbu Əbd ül-Malik adı ilə məşhur olan Şəki hakimi İşxa-
nikdən — sazişə
görə müəyyən məbləğ;
3.
İbn Savad adı ilə məşhur olan ər-Rüba (Bərdə?)®^® hakimi
Sanxaribdən — 300
min dirhəm,
habelə əlavə olaraq hədiyyələr;
4.
Curzan (Gürcivan) və Sagiyan hakimi Vaçaqan ibn Musadan
— 200
min dirhəm;
122