Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə41/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   37   38   39   40   41   42   43   44   ...   107

Dərbəndədək  Azərbaycan  adlandırmışdır.^®”  İbn  Hövqəldə  bu 
sətirləri  oxuyuruq;  "Qərbə  doğru,  Rum  sərhədlərinə  tərəf  çevrilib 
onun  şərq  hüdudlarını  və  islamın  ən  uzaq  hüdudlarında  olan 
vilayətləri təsvir edək. Yazmağa başladığımız ilk ölkələr Ermənistan, 
Arran  və  Azərbaycandır.  Bu  ölkələri  biz  bir  vilayət  hesab  edirik. 
Bunları  əhatə  edən  yerlər  bunlardır:  şərqdən  —  Cibal  və  Deyləm, 
habelə  Xəzər  dənizinin  qərb  hissəsi;  qərbdən  —  Arman,  Allanlar 
hüdudu  və  Cəzirə  ərazisinin  bir  hissəsi;  şimaldan  —  Allanlar  və 
Kəbk  dağları;  cənubdan  —  İraqın  hüdudları  və  Cəzirənin  şərq 
hissəsi".”®^ 
"Hüdud əl-Aləm"in müəllifi Azərbaycan, Arran və Ermənistanı 
bir  ölkə  kimi  qeyd  edir.^®^  Müqəddəsi  bütün  bu  üç  Ölkəni  vahid 
adla "İqlim ər-Rihab" adlandırır.”®” 
Ərəb  istilasından  əwəl  Azərbaycanın  paytaxtı  Ərdəbil  idi  və 
Sasani  mərzbanımn  iqamətgahı  burada  yerləşirdi.”®^  Ərəblər 
paytaxtı X əsrədək vilayətin baş şəhəri olan Marağaya kö- çürtdülər, 
bundan  sonra  isə  Yusif  ibn  Əbu  əs-Sac  yenidən  paytaxtı  Ərdəbİlə 
köçürtdü. 
Ərəblərin  hökmranlığı  dövründə  Azərbaycanın  əsas  şəhərləri 
bunlar  idi;  Marağa,  Xunəc,  Miyanic  (Miyanə),  Ərdəbil,  Varsan, 
Sisar,  Bərzə  (Urmiyə  gölünün  cənubunda),  Səburxast  (Urnıiyə 
gölünün  8  fərsəx  cənubunda),  Cabravan  (Urmiyə  gölünün 
cənubunda)  Təbriz,  Mərənd,  Xuvey  (Xoy),  Külsərə  (Kültəpə, 
Marağanın 53 kilometr şərqində), Mukan (Muğan), Bərzənd, Cənzə 
(Qazaka), Nariz (Urmiyə şəhərinin şərqində), Urmiyə, Səlmas, Şiz, 
Sindabaya,  Balvankərc,  Mayanic  (Dinəvər  İlə  Sisar  arasında),”®” 
Naxçıvan.”®” 
Arran müəyyən vaxtlarda Azərbaycanın tərkibinə daxil olmuşsa 
da, onun ərazisinin hüdudlarının dürüst müəyyən edilməsinə ehtiyac 
vardır.  Əl-Müqəddəsi  Arran  haqqında  bu  məlumatı  verir:  "Arrana 
gəldikdə  bu  ərazi  bütün  vilayətin  (Azərbaycan  vilayətinin—Z.B.) 
üçdə birini təşkil edir və dəniz ilə Araz çayı arasında bir yarımadaya 
bənzəyir. Malik [Kür—X.B.] çayı isə vilayəti uzununa iki yerə bölür. 
O n u n   paytaxtı Bərdədir, şəhərləri isə bunlardır: Beyləqan, Şəmkir, 
Cənzə,  Baric,  Şamaxı,  Şirvan,  Bakı,  Şabran,  Bab  ül-Əbvab,  La- 
hican. Qəbalə, Şəki, Malazkerd və Tebla".”®^ İbn Hövqəl bildirir ki, 
Arran ərazisi "bab ül-Əbvab hüdudlarından Tiflis hü- dudlarınadək 
uzanır".”®”  İstəxri  yazır:  "Arranın  sərhədləri  Bab  ül-Əbvabdan 
Tiflisədək və Araz çayı yaxınlığında Həciran (Naxçıvan—Z.B.) adı 
ilə məşhur olan yerədək uzanır. Arranda Bərdə və Bab ül-Əbvabdan 
böyük şəhər yoxdur".”®® Yaqut bil 
125 


dirir;  "Azərbaycanla  Arran  arasında  Araz  adh  çay  axır.  Bu  çayın 
qərbində və şimalında olan bütün yerlər Arrana aiddir”."*”® 
"Cami əd-düvəl"də Arran ərazisi haqqında bu məlumat verilir: 
"Arrana  gəldikdə,  bu,  cənubdan  Azərbaycanla,  qərbdən 
Ermənistanla, şərqdən və cənubdan Azərbaycanla, şimaldan isə Kəbk 
dağları ilə həmsərhəd olan məşhur bir ölkədir. Onun əsas şəhərləri 
bunlardır:  Naşava  şəhəri,  buna  Naxçıvan  da  deyilir,  beşinci 
iqlimdədir  [onun]  uzunluq  dairəsi  78°,  en  dairəsi  42°-dir;  Bab 
əl-Əbvab, Gəncə, Şəmkir, Beyləqan və Sərir Allan"."*”* 
Qeyd etdiyimiz kimi, Arranın tərkibinə Arsax, Şəki vilayəti və 
Sünik"*”^  daxil  idi.  Mirzə  Camal  Cavanşiri  bildirir;  "Qarabağ 
vilayəti Arran ölkəsinin bir hissəsidir: bu ölkəyə Kür və Araz çayları 
arasında  olan  vilayət  və  torpaqlar,  bu  torpaqlar-  dakı  Gəncə, 
Naxçıvan,  Ordubad,  Bərdə,  Beyləqan  şəhərləri  daxil  idi".'*”” 
Abbasilər dövründə, xüsusilə Harun ər-Rəşidin hökmranlığı zamanı 
həm  Azərbaycan,  həm  də  Arran  sərhədləri  qəti  müəyyən  edilmiş 
vilayətlər idi."*”* 
Xəlifələr çox geniş bir imperiyaya çevrilən Xilafəti idarə etmək 
üçün  hər  bir  vilayətin  əhalisini,  vergi  sistemini,  ictimai  şəraitini, 
onların vəziyyətini və digər xüsusiyyətlərini ətraflı öyrənməli idilər. 
Hər vilayətin başında xəlifənin canişini olan əmir dururdu ki, bu 
da öz vilayətində qoşunların komandanı sayılırdı. O, eyni zamanda 
vilayətin inzibati idarəsinə başçılıq edirdi. Beləliklə, bütün mülki və 
hərbİ hakimiyyət əmirin əlində idi. Xilafətin tərkibində nisbətən azad 
federasiya  əmələ  gətirən  hər  bir  vilayət  əmirin  rəhbərlik  etdiyi  və 
vilayətin baş şəhərində yerləşən divan tərəfindən idarə olunurdu.*”” 
Əmirin rəhbərliyi  altında xüsusi tapşırıqları icra edən məmurlar  — 
amil  (mülki  hakim,  vergi  toplanışına  baxan)  və  qazı  (məhkəmə 
idarəsinin  rəisi),  yəni  dini  məhkəmə  hakimi  dururdu.  Qazı  vəqf 
işlərinə nəzarət edir və amilin hərəkətlərindən narazı olan şəxslərin 
işlərini ayırd edirdi. 
Xilafətdəki poçt yolları Xilafətin coğrafi şəraiti haqqında ətraflı 
məlumat tələb edirdi. Xilafətin mərkəzi ilə vilayətlər arasında rabitə 
yaratmaq  üçün  bərid  adlanan  poçt  yaradılmışdı.  Mənbələrdə 
göstərilir ki, bərid I Müaviyənin (661—680) hökmranlığı dövründə 
yaradılmışdı.  Xəlifə  Əbd  ül-Malik  (685—705)  isə  bəridin  işini 
yaxşılaşdıran bir sıra tədbirlər gördü, poçt işində hətta göyərçindən 
istifadə etməyə başladılar. Əl-Kəlkəşəndinin verdiyi məlumata görə, 
"Yeniliklərin ən 
126 


yaxşısı Xilafətin hər  yerində yaradılan bərid idi, Bərid bağlamaları 
[pulu] yaxşı qoruyur, xəbərləri tez çatdırır və vəziyyəti bərpa edirdi”. 
Xilafətin  müəyyən  məntəqələrində  poçt  stansiyaları  və  iş 
növbələri var idi, bunların yardımı ilə qasidlər Xilafətin mərkəzi ilə 
ucqarları  arasında  nisbətən  tez  rabitə  yarada  bilirdilər.  Sonralar 
xəlifənin  və  vilayət  hakimlərinin  əmrləri  çox  böyük  sürətlə 
göndərilirdi  və  mərkəzi  hakimiyyətin  yerlərə  gedən  rəsmi 
nümayəndələri  xəlifə  ilə  operativ  şəkildə  rabitə  saxlaya  bilirdilər. 
Stansiyalar  bir-birindən  bir  bərid,"*”'  yəni  dörd  fərsəx  (22,  176 
kilometr) məsafədə yerləşirdi, bu da qasidin bir mənzil at sürməsinə 
bərabər idi. Hər bir stansiyada inzibati məqsədlə məmurlar ştatı var 
idi. Vilayətlərin paytaxtlarında valilərin yanında poçt direktorları var 
idi.  Lakin  bunların  vəzifəsi  təkcə  poçt  —  inzibati  işləri  yerinə 
yetirmək  deyil,  həmçinin  Xilafətin  paytaxtına  siyasi  məlumat 
göndərmək  idi.  Çünki  paytaxtda  olan  divan  ül-bəridin  vəzifəsinə 
canişinlər,  qazılar,  hərbi  rəislər,  amillər  və  başqalarının  fəaliyyəti 
haqqında  məlumat  toplamaq,  ümumiyyətlə,  yerlərdəki  hakimiyyət 
orqanlarının fəaliyyətinə göz qoymaq da daxil idi. 
A.Müller  yazır: "Poçt məntəqələrinin müdirləri daim yeni  cari 
məlumat  ehtiyatından  istifadə  etmək  üçün,  aydındır  ki,  hər  yerdə 
casuslar  qoymalı  idilər.  Beləliklə,  fəal  işləyən  əsl  gizli  polis 
yaranmışdı ki, bu da hər cür digər quruluşlardan daha artıq, müstəbid 
üsuli-idarə üçün zəruri idi"."*”® 
Poçt  idarəsi  rəisləri  və  bunlara  tabe  olan  poçt  məntəqələri 
rəisləri  beləliklə  vilayətlərdə  siyasi  polis  (şurta)  vəzifəsini  icra 
edirdilər.  Moisey  Kaqankatvatsidə  Arrandakı  xəlifə  canişini 
dəftərxanasının  quruluşu  və  işi  haqqında  maraqlı  məlumat  vardır: 
"Biz Əmir əl-Mömininin'*”® məhkəmə [idarəsi] haqqında məlumat 
əldə  etdik:  Sağda  [girişin  sağında]  şurta  başçısı  [sahib  əş-şurta] 
oturur;  bu  adam  cəlladlar  başçısından  yüksəkdədir,  solda  qazı  və 
əmir,  xəzinədar  oturur,  bunlar  mühakimə  edir  [hökm  çıxarır]  və 
bütün ölkədən vergi alırlar. Onlar bu işə (işlərin baxılmasına—Z.B.) 
eyni  vaxtda,  saat  doqquzda  başlayır  və  ertəsi  gün  qərar  çıxarırlar. 
Onlar əhalinin də işlərinə baxırlar".**” 
Canişinlik  mərkəzindən  başqa,  inzibati  və  hərbi  aparatların 
vilayət və mahallarda öz şöbələri var idi. Lakin ərəblər vilayətlərdə, 
mahallarda,  şəhər  və  kəndlərdə  olan  aparatı  öz  ərəb  kadrları  ilə 
birdən-birə təmin edə bilməzdilər. Buna görə ərəblər yerli məmur və 
əyanlardan istifadə edirdilər; bunlar isə 
127 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə