Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə44/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   40   41   42   43   44   45   46   47   ...   107

karlar isə hələ islamdan əvvəlki dövrdə xristianlardan və yəhudilərdən 
ibarət  idilər.  Ölkə  işğal  edildikdən  sonra  "inşaatda,  dərzilik, 
çəkməçilik  və  digər  sahələrdə  xristianlar  işləyirdilər.  Boyaqçılar, 
dabbağlar,  dəlləklər  [zəli  qoyanlar]  yəhudilərdən  ibarət  idi;  onlar 
xristianların  iyrəndiyi  digər  xırda  sənət  növləri  ilə  də  məşğul 
olurdular".'*®^ 
Bu dövrün şəhərlərində yaşayan əhalinin etnik tərkibi çox qarışıq 
idi. Bu şəhərlərdə yerli əhalidən başqa, ərəblər, ermənilər, yəhudilər 
və digər xalqlar da  yaşayırdılar.Şəhərlərin ticarət və sənətlə məşğul 
olan  yerli  əhalisi  çox  vaxt  xalis  ticarət  məqsədləri  ilə  islam  dinini 
qəbul  edirdilər.  Arran  şəhərlərində  başqa  dinlərə  maneçilik 
törədilmirdi. Burada kilsə ilə yanaşı məscidə də rast gəlmək olardı və 
bunu, demək olar ki, bütün ərəb müəllifləri qeyd edirlər. 
VII  əsrin  axırları  —  VIII  əsrin  əvvəllərində  xəlifə  Əbd 
ül-Malikin  hökmranlığı  dövründə  Xilafətdə  böyük  sikkə  islahatı 
keçirildi,  qızıl  dinar  və  gümüş  dirhəm  Sasani  dirhəmi  və  Bizans 
miliarisisini sıxışdırıb aradan çıxartdı.^®^ 
Qeyd  etmək  lazımdır  ki.  Sasanilər  İranı  və  qismən  Bizans 
imperiyası  tərkibinə  daxil  olan  əyalətlərin  ərəblər  tərəfindən 
işğalından ötən dövrün birinci əlli illiyi ərzində işğalçı ərəblər köhnə 
çəki  və  sikkə  sistemlərini  dəyişdirmədilər.  Azərbaycanda,  habelə 
Xilafətin digər şimal vilayətlərində əvvəlki çəki ölçüləri — kafiz və 
mudd,  həmçinin  pul  vahidləri  —  dinar  və  dirhəm  olduğu  kimi 
qalmışdı.'*®^  Sasani  sikkə  sistemi  gümüş  monometallizmin 
növlərindən biri idi və buna az miqdarda  başqa metallar qatılmışdı. 
Keçmiş  Sasani  əyalətlərində  hətta  ərəblərin  dövründə  üzərində  II 
Xosrovun,  yaxud  III  Yəzdiger-  din  və  atəşkəsin  təsviri  olan  dirhəm 
kəsilirdi. Təkcə sikkənin tarixi dəyişirdi, Qur’andan kufi hərflərlə bir 
ayə  yazılır  və  adətən,  ərəb  xəlifəsinin,  ya  da  hakiminin  adı  əlavə 
edilirdi. 
660-cı ildə I Müaviyə sikkə islahatı keçirməyə təşəbbüs etmiş və 
hətta gümüş və qızıl sikkə kəsməyə başlamışdı. Lakin əhali bu yeni 
pulu qəbul etməmiş və islahat müvəffəqiyyətsizliyə uğramışdı. 
Bəzi  ərəb  mənbələri  Əbd  ül-Malikin  hökmranlığı  dövründən 
əwəl də Xilafətdə sikkə sistemi islahatı keçirməyə cəhd göstərildiyini 
qeyd edirlər. Lakin mənbələrin əksəriyyəti bu fikirdədir ki, bu islahat 
yalnız Əbd ül-Malikin və onun vəziri əl-Həccacın işidir.'*®® 
İbn Hövqəl təsdiq edir ki, Azərbaycan və Arranda qızıl və gümüş 
sikkə işlənirdi.'*®’^ Bu zaman burada ərəblərin öz sikkə 
134 


xanası meydana gəlir. Buna ticarətin yüksəlişi və bununla əlaqədar 
olaraq  şəhərlərin  artması  səbəb  olmuşdu.  Azərbaycan  və  Arran 
sikkəxanalarında  kəsilən  sikkələr  uzaqlara,  şimalda  —  Rusiya, 
Almaniya,  tsveç,  Norveç,  Baltik  sahillərinə,  həmçinin  Şərq 
Ölkələrinə  aparılır,  əvəzində  həmin  ölkələrdən  xammal  gətirilirdi. 
Azərbaycan  və  Arranda  pul  tədavülünün  belə  inkişaf  etdiyi  bir 
şəraitdə ticarət daha artıcı canlanmağa başla- 
Arranda sikkəxanalar Bərdə, Dərbənd və Şamaxı {Yəzidiy- yə) 
şəhərlərində idi. Ərəblərin dövründə Arranda kəsilən ən qədim pul 
hicri  tarixi  ilə  89-cu  (707/8-ci)  il  tarixli  dirhəmdir.*'^®  Lakin  o 
dövrün  sikkəxanasının  dürüst  yerini  göstərmək  çətindir,  çünki  bu 
sikkəxana  Bərdədən  başqa,  Şamxorda,  Qəbələ,  Beyləqan  və 
Gəncədə  ola  bilərdi.  Azərbaycan  sikkəxanasında  kəsilmiş 
dirhəmlərin üzərində 105-ci (723/4-cü) və 106-cı (724/5-ci il) hicri 
illərinin  tarixi  v a r d ı r . B u   sikkəxana  Ərdəbildə  yaxud  Marağada 
ola bilərdi. Dərbənddə kəsilmiş ən qədim pulun üzərində 115-ci hicri 
ilinin (733/4-cü il) tarixi vardır.'"’^ Əməvilərin sikkəxanalarında pul 
kəsilməsi  hicri  tarixi  ilə  131-ci  ildə  (748/9-cu  ildə)  bitir.  Arran 
ərazisində  Abbasilərin  ilk  sikkələri  hicri  tarixi  ilə  140-cı  ildə 
(757/8-ci  ildə)  meydana  g ə l i r . B u   sikkələr  hicrinin  140-cı  ilində 
Yəzi- diyyədə və hicri tarixi ilə 142-ci ildə (759/60-cə ildə) Bərdədə 
kəsilmiş fels adlı sikkə idi.*®® 
Azərbaycan  sikkəxanalarında  kəsilən  pullara  çox  vaxt  şimal 
ölkələrində  və  Rusiyanın  Avropa  hissəsi  dəfinələrində  təsadüf 
edilir.**®*  Yerli  tacirlər  öz  əmtəələrini  bu  ölkələrə  aparır,  həmin 
ölkələrin  tacirləri  isə  Azərbaycana  və  Arrana  mal  gətirirdilər. 
Bununla  bərabər,  bu  pullardan  istifadə  edən  vasitəçi  tacirlərin 
mövcud olması ehtimalı da istisna olunmur. 
Əməvilərin  dövründə  ərəblər  tədqiq  etdiyimiz  ölkələrdə  öz 
ölçü-çəki  sistemlərini  tətbiq  etmişdilər.  Bu  tədbir  722-ci  ildə, 
əl-Cərrah ibn  Abdullah  əl-Həkəmi  Azərbaycan və Arranda  canişin 
olduğu zaman həyata keçirilmişdi. O, Bərdəyə  gəldikdə, şəhərdəki 
Ölçü  və  çəki  işlərində  əyintilər  olduğunu  ona  xəbər  verdilər;  o, 
həmin qüsurları aradan  qaldırdı və Cərrsıhiyyə adı  ilə məlum olan 
yeni dürüst ölçü vahidi tətbiq etdi.*®® 
Tədqiq  etdiyimiz  dövrdə  ticarətin  inkişafında  Xəzər  dənizi 
əhəmiyyətli  rol  oynayırdı.  Xəzər  hövzəsinin  cənub  hissəsində 
ticarətə Bağdad, Buxara və Səmərqənd bazarlarının yaxınlığı böyük 
təkan verirdi. Çünki bunların İnkişaf etmiş sənətkarlığa malik olan 
çoxlu Asiya ölkələri ilə geniş əlaqələri var idi. 
135 


Xəzər  sahilindəki  limanlarda  (Abaskun  və  Astrabaddan 
Dərbəndədək)  fəal  ticarət  dənizçiliyi  inkişaf  edirdi.  Məsələn, 
Astrabaddan ipək parça ixrac edilirdi, Dərbənd bazarları isə demək 
olar ki, bütün Xəzər sahillərindən mal gətirən tacirlərin toplanış yeri 
idi.^®® 
Xəzər limanlarında yığılan mallar Zaqafqaziyadan su yolu Kür 
və  Rion  çayları  iləmi  Qara  dənizə  aparılırdı,  yoxsa  Dərbənddən 
Qafqaz  vasitəsi  ilə  quru  yolla  daşmırdı?  Alman  tarixçisi  Heyd  bu 
suala  belə  cavab  verir:  "Zənnimizcə  axırıncı  yol  şübhəli  görünür. 
Bərzəxin əhalisinin siyasi və dini cəhətdən Yunan imperiyasına bağlı 
olan xristian qismi ilə Xəzər dənizinin cənub-qərb hissəsinin sahibi 
olan  müsəlmanlar  arasında  antaqonizm  var  idi  və  bu  cəhətdən  o, 
ticarət əlaqələri üçün o qədər də əlverişli d e y i l d i . B u n d a n  əlavə, 
xristian  Gürcüstanına  ərəblərin  çoxlu  basqınları  quru  yollarının 
etibarlılığına  xələl  gətirirdi.  Nəhayət,  müxtəlif  tayfaların  yaşadığı 
Qafqaz özünün sıldırım və əyri-üyrü cığırları ilə ticarət yolu salmaq 
üçün  heç  də  münasib  deyildi.  Beləliklə,  Xəzər  dənizi  sahilində 
yaşayanlar çətin ki, Qafqazın quru yollan ilə ticarətə gedə bilərdilər, 
çünki Volqa vasitəsilə şimala doğru geniş yollar onların üzünə açıq 
idi".'*®® 
Azərbaycan  tacirləri,  habelə  bu  ölkədən  keçən  ərəb  tacirləri 
Volqa  ilə  yuxarı  qalxaraq,  şimala  doğru  bulqarlara  tərəf 
gedirdilər.'^®® Bu tacirlər orada öz mallarının 1/10 dəyəri hesabilə 
gömrük verir və istədikləri kimi sövdə edirdilər. Çünki islam dinini 
qəbul  edən  bulqarlar  ticarət  əməliyyatlarına  mane  olmurdular.^™ 
Bulqar  və  burtaslardan  Azərbaycana,  Arrana  və  bütün  Xilafət 
bazarlarına samur, dələ və tülkü xəzi, xəz papaq, ox, balıq yapışqanı, 
qılınc,  zirehli  geyim,  slavyan  qulları,  mis,  mum  və  s.  alınaraq 
gətirilirdi.'*’^* 
Ərəblər bizanslıların Qara dənizdən keçən əsas ticarət yollarını 
dağıdaraq bu yolların istiqamətini şərqə. Xəzərə tərəf yönəltmişdilər; 
bu İsə Xəzər ətrafındakı şəhərlərin sürətli inkişafına səbəb olmuşdu. 
Ərəblər  Xəzər  —  Volqa  ticarət  yolunu  nəzarət  altına  almağa 
başladılar,'*'^^  o  zamana  qədər  isə  bu  yol  Bizansın  əlində  idi. 
Ərəblərin  hərbi  siyasəti  də  bÖyük  cənub-şimal  ticarət  yolunun 
cinahını  qorumağa  yönəldilmişdi.  Şimalda  Tiflisdən  Dərbəndədək 
geniş bir ərazini öz əllərində saxladıqlarına görə onların bu siyasəti 
müvəffəqiyyətli idi. Ərəblər Bizansın dayağı olan xəzərləri məğlub 
etmişdilər  və  yeni  ticarət  magistralı  üçün  ciddi  bir  təhlükə 
sayılmırdılar. Xəzər dənizində bütün limanlar ərəblərin əlində idi və 
İbn Hövqəlin dediyi 
136 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə